Daş balkon

Bu hekayəni Aysel quraşdırdı, mən yazdım. Bu hekayəni Aysel danışdı öz uşaq diliylə, mən dilmanc oldum. Deyərlər ki, lalın dilini ata-anası bilər.Bir dəfə uzağa getmişdim. Aysel bərk darıxıbmış məndən ötrü. Anasından, qardaşlarından, gelib-gedəndən hey məni soruşarmış…

Фикрет Садыг3 мин
İki toponim

Baba Zənan, yoxsa Baba Sənan? Salyan rayonunun yaxınlığında Baba Zənan adlı bir dağ var. Bu adı tərcümə eləyəndə Baba Zənan təxminən «Qadın Baba» dağı olur. Baba qadın olmaz ki? Bəs, bu nə deməkdir? Bir bunun mənasını açmaq istəyən yoxdur, bəyəm? Baba Zənan yer adı bu vaxta qədər nəşr olunan bütün xəritələrdə bu şəkildə yazılıb. Bütün Azərbaycan və rus coğrafiya dərsliklərində də eynən bu cür öyrədilir.Yalnız M.B.Baharlının kitabında həmin bu dağ Baba Sənan adlandırılmışdır. O yazır ki, «Salyanlı qocalarla söhbət etdik, onlar dedilər ki, bəli, orda (bir) pir vardı. Baba Sənan piri. Elə ona görə də bizlər o dağa Baba Sənan deyirik. O adı xəritəyə salan şəxs dili bilmədiyindən Sənanın yerinə Zənan yazmışdır və bu təhriflə ədəbiyyata daxil olmuşdur». («Azərbaycanın bəzi coğrafi adları» kitabı. Maarif nəşriyyatı, 1972, səh. 57). Bu kitabı yazanlar 1954-cü ildən bu suala cavab axtarırlar. O vaxtdan 55 il keçir. 55 ildir ki, alimlər nigaran qalıblar. Halbuki, cavab o sözün özündədir. Amma bu təhrifi nə bu adı xəritəyə salan şəxsin, nə də Salyan qocalarının adlarına çıxmayın. Onların zərrə qədər də suçları yoxdur.

Фикрет Садыг3 мин
Xocalı xəcilləri

Şirvannəşr – 2006*Ələkbər Salahzadə. «Xocalı xəcilləri».*

Фикрет Садыг5 мин
«Qarşı» sözünə qarşı

(Replika)*Onun qəlbində Vətənə qarşı məhəbbət vardı. Bu cür deyilməz. Bu cümlə sadəcə «qarşı»sız deyilməliydi.

Фикрет Садыг1 мин
Bu yer məşğuldur

(Replika)*Çox işlənən bir sual-cavabdı bu!

Фикрет Садыг2 мин
Müşviq, yoxsa müşfiq, əhməddə, yoxsa əhməd də və yoxsa ilə iki toponim

Müşviq yoxsa Müşfiq?Sevimli şairimiz Mikayıl Müşfiqi kim tanımır ki? Di, gəl, bu başı bəlalı şairin adını aparıcılar, qəzetçilər, hətta müəllimlər də düz demir.

Фикрет Садыг2 мин
Üç qat qala divarı

Nəcib Fazil QısakürəkTürk dünyasının bu görkəmli şairinin adını ilk dəfə mən 60-cı illərdə «Sovremennaya tureçskaya poeziya» kitabında gördüm. Şeirlər hətta rus dilində də öz türklüyünü, sadəliyini, hecalığını və məxsusiliyini qoruyub saxlamışdı.

Фикрет Садыг3 мин
İstanbulda bir uşaq

Şair Arif Abdullazadənin xatirəsinə*Arif! Sən dünyadan köçəndən az sonra «Beynəlxalq Rəsul Rza mükafatı laureatının şeir antologiyası»nı gördüm. Aldım, baxdım. Burdakıların hamısı mənə doğma adamlardı. Birdən sənin bir şeirinə rast gəldim. Bu şeiri mən əvvəllər görməmişdim. «İstanbulda bir uşaq» adın altında mötərizədə «lövhə» yazılmışdı. Lövhə cansız şəkildir. Burada həyat aşıb-daşır. Odur ki, bu şeirin adının altında mötərizəsiz-zadsız «həyat» yazılmalıydı. Bugünkü dünya üçün çox aktual olan bu şeir bütöv bir dastana dəyər.

Фикрет Садыг5 мин
Mahirə Abdullanın qatmaqarışıq nizamı

Bu yazı – bu kitabı görən kimi fikrimə gələn ilk təəssüratdır! İlk təəssürat – ilk məhəbbət kimi, bir az kor, bir az mübaliğəli olur. Amma çox təbii, ilkin və saf!İndi keçirəm yazını oxumağa. Yaşımı nəzərə alın. Bu qədər sözü əzbər deyə bilmərəm.

Фикрет Садыг4 мин
Orda nəhəng vardır

Şair Vaqif Hüseynovun xatirəsinə*Mən Vaqifi iki dəfə gözüm dolusu görmüşəm. Bir – 60-cı illərdə, Bakıda. Onda ADU nəşriyyatında bir almanax nəşr olunmuşdu. Orda Vaqifin 3 bəndlik bir qoşması vardı. Qoşma çox sadə, rəvan və aydın dillə yazılmışdı. «…Görən qalacaqmı o çağa şeirim?» sualına gec də olsa, bu gün cavab veririk. Sənin dediyin o günlər gəlib Vaqif, şeirin də gəlib çıxıb bu çağa. Olub bizimlə çağdaş.

Фикрет Садыг4 мин
Hələ də şairlər doğulur

Qazax mahalında hələ də şairlər var – gördüm.Bu qızın şeirində torpaq qarışıq qızıl misralar gördüm. Ara-bir xalis külçələrə də rast gəldim.

Фикрет Садыг2 мин