Фикрет Садыг · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Şirvannəşr – 2006*Ələkbər Salahzadə. «Xocalı xəcilləri».*
«Qarşı» sözünə qarşı(Replika)*Onun qəlbində Vətənə qarşı məhəbbət vardı. Bu cür deyilməz. Bu cümlə sadəcə «qarşı»sız deyilməliydi.
Bir daha «qarşı» sözünə qarşıSöz də adam kimidir. Ağıllısı var, dəlisi var. Yerlisi var, gəlməsi var. Yerlisi var, yersizi var. Sözün də halal-haramı, çölü-içi var.Sözə ehtiyatla yanaşmaq, sözü yerində işlətmək, düzgün tələffüz etmək gərək, yoxsa söz səndən inciyər. Kim düz danışa bilmirsə öz savadsızlığını, nadanlığını büruzə vermək istəmirsə qoy danışmasın, ağzına su alıb, otursun evdə.
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlərHələ XX əsrin əvvəllərində böyük Cəfər Cabbarlı demişdi:«…Söyləmişəm bu sözü məxluqa mən,
Bu yer məşğuldur(Replika)*Çox işlənən bir sual-cavabdı bu!
Müşviq, yoxsa müşfiq, əhməddə, yoxsa əhməd də və yoxsa ilə iki toponimMüşviq yoxsa Müşfiq?Sevimli şairimiz Mikayıl Müşfiqi kim tanımır ki? Di, gəl, bu başı bəlalı şairin adını aparıcılar, qəzetçilər, hətta müəllimlər də düz demir.
İki toponimBaba Zənan, yoxsa Baba Sənan? Salyan rayonunun yaxınlığında Baba Zənan adlı bir dağ var. Bu adı tərcümə eləyəndə Baba Zənan təxminən «Qadın Baba» dağı olur. Baba qadın olmaz ki? Bəs, bu nə deməkdir? Bir bunun mənasını açmaq istəyən yoxdur, bəyəm? Baba Zənan yer adı bu vaxta qədər nəşr olunan bütün xəritələrdə bu şəkildə yazılıb. Bütün Azərbaycan və rus coğrafiya dərsliklərində də eynən bu cür öyrədilir.Yalnız M.B.Baharlının kitabında həmin bu dağ Baba Sənan adlandırılmışdır. O yazır ki, «Salyanlı qocalarla söhbət etdik, onlar dedilər ki, bəli, orda (bir) pir vardı. Baba Sənan piri. Elə ona görə də bizlər o dağa Baba Sənan deyirik. O adı xəritəyə salan şəxs dili bilmədiyindən Sənanın yerinə Zənan yazmışdır və bu təhriflə ədəbiyyata daxil olmuşdur». («Azərbaycanın bəzi coğrafi adları» kitabı. Maarif nəşriyyatı, 1972, səh. 57). Bu kitabı yazanlar 1954-cü ildən bu suala cavab axtarırlar. O vaxtdan 55 il keçir. 55 ildir ki, alimlər nigaran qalıblar. Halbuki, cavab o sözün özündədir. Amma bu təhrifi nə bu adı xəritəyə salan şəxsin, nə də Salyan qocalarının adlarına çıxmayın. Onların zərrə qədər də suçları yoxdur.
Üç qat qala divarıNəcib Fazil QısakürəkTürk dünyasının bu görkəmli şairinin adını ilk dəfə mən 60-cı illərdə «Sovremennaya tureçskaya poeziya» kitabında gördüm. Şeirlər hətta rus dilində də öz türklüyünü, sadəliyini, hecalığını və məxsusiliyini qoruyub saxlamışdı.
İstanbulda bir uşaqŞair Arif Abdullazadənin xatirəsinə*Arif! Sən dünyadan köçəndən az sonra «Beynəlxalq Rəsul Rza mükafatı laureatının şeir antologiyası»nı gördüm. Aldım, baxdım. Burdakıların hamısı mənə doğma adamlardı. Birdən sənin bir şeirinə rast gəldim. Bu şeiri mən əvvəllər görməmişdim. «İstanbulda bir uşaq» adın altında mötərizədə «lövhə» yazılmışdı. Lövhə cansız şəkildir. Burada həyat aşıb-daşır. Odur ki, bu şeirin adının altında mötərizəsiz-zadsız «həyat» yazılmalıydı. Bugünkü dünya üçün çox aktual olan bu şeir bütöv bir dastana dəyər.
Başı bəlalı «Azərbaycan»Böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın bədii irsinin xeyli hissəsi farsca olsa da, onun doğma ana dilində – türkcə qələmə aldığı əsərlər də, özünün yüksək poetik məziyyətlərinə görə, misilsiz sənət nümunələridir. Son 50 ilin qəti şəkildə təsdiqlənmiş həqiqətlərindən biri budur ki, Şəhriyar təkcə Azərbaycan, İran və şərq poeziyasının deyil, ümumilikdə dünya ədəbiyyatının görkəmli simalarındandır. Amma bu da danılmaz həqiqətdir ki, Şəhriyar vətəndaşı olduğu ölkənin – İranın təəssübünü nə qədər çəksə də, farsdilli şeirin gözəl nümunələrini yaratsa da, soykökünü bir an unutmayıb, ömrü boyu ürəyində sonsuz Azərbaycan eşqi, türk dili sevdası daşıyıb. Hətta İranda irticanın ən amansız dövründə, şərin, şovinizmin meydan suladığı zamanlarda da Şəhriyar mənsub olduğu xalqa, Azərbaycana bəslədiyi əzəli-əbədi sevgini dilə gətirməkdən, Ana vətənini tərənnüm etməkdən çəkinməyib. Məhz, bu tükənməz sevginin məhsulu kimi Şəhriyar qələmindən Azərbaycan yanğılı poetik nümunələr çıxıb, türkdilli poeziyanın nadir incilərindən olan «Heydərbabaya salam» yaranıb. Şairin bu ruhda yaratdığı gözəl əsərlərdən biri də farsca qələmə aldığı «Azərbaycan» şeiridir. İranda türk sayılan, özünə «türkəm» deyən hər kəs üçün ağır bir dövrdə yazılmış bu şeirin meydana gəlməsinə görə biz, sözsüz ki, Şəhriyara – onun qüdrətli şair qələminə, böyük vətənsevərliyinə və hədsiz cəsarətinə əbədi borcluyuq.Son vaxtlar İran həm daxilən təlatümlər keçirir, həm də xarici aləmlə münasibətlər baxımından ciddi gərginlik içərisindədir. Bu proseslərin fonunda Şəhriyarın soydaşlarının – İrandakı azərbaycanlı-türklərin taleyi xüsusi narahatlıq doğurur. Görünür, bu da təsadüfi deyil ki, Şəhriyar zaman-zaman belə keşməkeşlər yaşamış Güney Azərbaycanın İrandakı azərbaycanlı-türklərin taleyini, sabaha gedən yolunu özünün «Azərbaycan» şeirində mükəmməl səviyyədə təcəssüm etdirib.
Mahirə Abdullanın qatmaqarışıq nizamıBu yazı – bu kitabı görən kimi fikrimə gələn ilk təəssüratdır! İlk təəssürat – ilk məhəbbət kimi, bir az kor, bir az mübaliğəli olur. Amma çox təbii, ilkin və saf!İndi keçirəm yazını oxumağa. Yaşımı nəzərə alın. Bu qədər sözü əzbər deyə bilmərəm.
Orda nəhəng vardırŞair Vaqif Hüseynovun xatirəsinə*Mən Vaqifi iki dəfə gözüm dolusu görmüşəm. Bir – 60-cı illərdə, Bakıda. Onda ADU nəşriyyatında bir almanax nəşr olunmuşdu. Orda Vaqifin 3 bəndlik bir qoşması vardı. Qoşma çox sadə, rəvan və aydın dillə yazılmışdı. «…Görən qalacaqmı o çağa şeirim?» sualına gec də olsa, bu gün cavab veririk. Sənin dediyin o günlər gəlib Vaqif, şeirin də gəlib çıxıb bu çağa. Olub bizimlə çağdaş.
Hələ də şairlər doğulurQazax mahalında hələ də şairlər var – gördüm.Bu qızın şeirində torpaq qarışıq qızıl misralar gördüm. Ara-bir xalis külçələrə də rast gəldim.
Sərsəng – başımın daşı…Ürəkdə bir neçə sözüm paslanıb,Xatirəm ağlayıb, gözüm islanıb.
Daş balkonBu hekayəni Aysel quraşdırdı, mən yazdım. Bu hekayəni Aysel danışdı öz uşaq diliylə, mən dilmanc oldum. Deyərlər ki, lalın dilini ata-anası bilər.Bir dəfə uzağa getmişdim. Aysel bərk darıxıbmış məndən ötrü. Anasından, qardaşlarından, gelib-gedəndən hey məni soruşarmış…
Kinomexanikin bacısı(İlk məhəbbət haqqında daha bir hekayə)*Bu hekayəni itirmişdim. Əlyazması belə tapılmadı. Bu günlərdə köhnə kağızlarımın arasından çıxdı. Mənə dünyanı bağışladılar, elə bil. İstəyirəm bir də işıq üzü görsün bu hekayəm.
Xırdaca gəlinYol yoldaşım məndən əvvəl kupeyə gəlmişdi. Şoğu azalmış, kömürü qaragözlü, ağ üzü soluxmuş xırdaca bir gəlindi. Gözünün ucu ilə də olsun pəncərəyə baxmırdı.Sonra bildim ki, əhd eləyibmiş, qatarda ilk gördüyü adamı bağrına basıb, qucaqlasın. Amma iki həftənin intizarı, on dörd günün iztirabı qollarının taqətini alıbmış. Üstəlik qatar gecikdiyindən bir az da ürəyi sancıb, gözləmə zalından tibb məntəqəsinə, ordan da şəfqət bacısının qolunda kupeyə gəlibmiş.