Узеир Гаджибеков
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
R u s i y a - Bir məmləkətdir ki, orada Dövlət duması var, amma əz bərayi-ehtiyat Dövlət dumasının içində də bir Pruşkeviç vardır.T ü r k i y ə - bir dövlətdir ki, orada dünən hökümət millətin boynuna minmişdi, sonra da millət hökümətin boynuna mindi. Amma bu gün qərar qoyublar ki, daha heç kəs heç kəsin boynuna minməsin.
Birinci məclisR ü s t ə m b ə y i n evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər çərgə ilə durub oxuyurlar.*M u s i q i
Üçüncü məclisBir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m K ə r b ə l a y ı N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.*M u s i q i
Leyli və Məcnun4 PƏRDƏ 6 ŞƏKİLLİ OPERAİŞTİRAK EDİRLƏR
Rüstəm və Söhrab(Firdovsidən)*Dörd məclisli opera sayağında yazılmış bir dramdır*
Birinci pərdəƏmirin bağçası: sağ tərəfdə Əmirin imarəti görünür, bağçaya yolu vardır. Sol tərəf ilə dal tərəf ağaclıqdır. İçlərindən xiyabanlar çəkilibdir, hər tərəfi gülzardır. Ortada bir hovuz vardır ki, su fəvvarə vurur. Qabaq tərəfdə bir ağacın dibində açıq yerdə fərş salınıb, vəzir əlində kitablar əyləşib, qabağında düzülmüş olan qızlara dərs verir və nəsihətlər edir. Əmirin qızı Leyla dəxi bunların içindədir; lakin bütün qızlar kamali-huş və guş ilə dərsə və pənd və nəsihətə qulaq asdıqları yerdə, Leyla bir növ pərişan-hal görünüb, fikri özgə yerlərdə olduğunu izah edir. Bilaxirə üzünü əli ilə tutub ağlayan kimi görünür.*Vəzir**
Bazar söhbəti– Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm!– Bu saat! Qoy bir bu çuxanın burasını tikim! Yiyəsi gözləyir.
Pruşkeviç və Hacı XuduGünlərin bir günü Pruşkeviç ilə Hacı Xudu yatmışdılar. Pruşkeviç Peterburqda yatmışdı, Hacı Xudu da öz evində yatmışdı. Bunlar bir-birlərini yuxuda gördülər. Hacı Xudu ayıq olduğu zaman Pruşkeviç barəsində çox eşitmişdi ki, bu hərif müsəlmanların ziddinə gedəndir. Müsəlman xeyirxahı deyildir. Hətta bir jurnalda onun şəklini də Hacıya göstərmişdilər. Amma Hacı yuxusunda Pruşkeviçə baxıb gördü ki, hərif çox da çirkin deyildir. Gözündə çeşmək, əynində yaxşı libası, bir göyçək adamdır.Hacı Pruşkeviçə dedi:
MüəlliməOnu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın... Müəllimə özu rus, şagirdlər müsəlman.Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan İran şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk və piy iyisinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bədtər etmişdi.
MoizəAxund**. Ay camaat, indi ittifaq və ittihad vaxtıdır. Bundan sonra biz gərək hər bir işimizdə ittihad və ittifaqı əldən buraxmayaq. Amma onu da bilin ki, ittihad və ittifaqın əmələ gəlməsi üçün bir neçə şərtlər vardır ki, o şərtləri gözləməsən, ittifaq və ittihad əmələ gəlməz. Ay camaat, haman şərtlərdən biri budur ki, siz gərək ən əvvəl adam öldürməyi və qətl işlərini mövquf eləyib, bir-birinizlə mehriban olasınız.Camaatdan biri**. Axund, bağışla sözüvü kəsirəm, yerdə qalan şərtlərin hamısını qəbul eləyirəm, amma əvvəlki şərtə, sözün doğrusu, mən qol qoya bilməyəcəyəm. Ona görə gedirəm, ancaq daldakı şərtlərdən arxayın olun! (Gedir.)
Dövlətlər gəzirlərİkinci məclisFransa**. Məncə, bu gün durub Türkiyə ilə pislik başlamağın heç bir mənfəəti yoxdur. Bu gün bu kişi heç birimiz ilə düşmən olmaq fikrində dəyil, mən bunu yəqin bilirəm.
İran işləriŞah** (öz-özünə). Nə tövr eləyim? Doğrudan məclisi bir də açımmı, açmayımmı? Məşrutəni verimmi, verməyimmi? Vallah qəribə işə düşmüşəm, heç baş açmaq olmur.Əmir Bahadır** (daxil olur). Sənə qurban olum! Buyur bu kağıza qol çək, bu qələm, bu da mürəkkəb.
Ata və oğulAta** (*təkcə*). Kordur yurdum! Kor, kor! O günə daş düşeydi ki, mən evləndim; o günə ildırım düşeydi ki, mən belə nəslə rast gəldim! Kaş heç əvvəldən məni evləndirməyəydilər.Arvad** (*daxil olur*). A kişi, yenə nə var öz-özünə söylənirsən?
Ordan-burdanŞah söz verdi ki, altı günlük sülh olsun. Amma yalançı çıxdı...Rus konsulu.
Musiqidə tərcüməƏdəbiyyatda tərcümənin mövcud olduğu hər kəsə məlumdur. Hər millətin milli orijinal ədəbiyyatı olduğu kimi, sair millətlərin ədəbiyyatından tərcümə edilmiş əsərlər də az-çox vardır.Fəqət musiqi ədəbiyyatının tərcüməsi indiyə qədər görülməmiş bir şeydir. Bununla da başlıca səbəbi budur ki, Avropa millətlərinin musiqiləri sistem cəhətindən müştərək əsas üzərinə müstəniddir. Məsələn, alman millətinin musiqisi milli koloritcə italyan musiqisindən nə qədər təfriq edilirsə də, ikisinin də əsası major və minor qammalardır. Burada musiqi ədəbiyyatında tərcümə əvəzinə mövcud olan şeylər bunlardır.
Bir dəlinin dəftərindənBir məsəl var deyirlər ki, ikiayaqlıya etibar yoxdur.Doğrudan da belədir, dünyada hər nə ikiayaqlı məxluq var, onların heç birinə etibar eləmək mümkün deyil.
Ordan-burdan 3Osmanlıda qanuni əsasi...Otuzillik istibdad, istər osmanlıların özlərinə, istər bizlərə, istər əcnəbi adamlara o qədər təsir edib, Osmanlı xüsusunda fikrimizi o qədər çaşdırıbdır ki, “Osmanlı və qanuni əsasi” sözlərinin bir yerdə olması bizə... məzəli görünür və hətta məntiq (loqika) cəhətincə də guya xilaf hesab olunur.
Ordan-burdan 4Osmanlı qanuni əsasisinə inanmaq olarmı, olmazmı?Həmin bu məsələ çox adamın fikrinə gəlir və çox adamın bir çoxu deyir ki, olmaz və bir qədəri də “olmaz” demək xoşuna gəlmədiyinə görə deyir “olar”.
Ordan-burdan 6Yazı yazanın yazı yazmaqdan qabaq fikri– Nə yazım? İrandan yazım? Yoxsa Osmanlıdan? Yoxsa Rusiyadan yazım, yox qoy öz əhvalımızdan yazım. Yaxşı, öz əhvalımızdan nə yazım? Cəhalət...
Tənqidat“İkinci il”Bu günlərdə çapdan tazə çıxmış “İkinci il” adlı dərs kitabı idarəmizə yetişdi. Biz bu kitaba çapdan qabaq dəxi aşna idik. Çünki keçənlərdə, müsəlman məktəbləri üçün təlim və tədris kitabları seçmək məqsədilə Bakı məkatib naziri Şəmsəddinov cənablarının təhti-sədarəti ilə Bakı müəllimləri bir neçə şuralar qurmuşlar, burada mövcud, mətbu və qeyri-mətbu kitablar məclisdən seçilmiş xüsusi komisyonların ətraflıca tənqidi sonunda məclisi ümuminin qərarı ilə qəbul və ya rədd olunurdu. Haman kitablardan biri də bu “İkinci il” idi. Komisyon üzvlərindən biri də biz idik. İştə o surət ilə biz haman kitabı hələ çap edilməmişkən tənqid edib, bu kitabın bəzi cüzi nöqsanları təkmil edilən surətdə, – bütün mövcud mətbu kitablara tərcih ediləcək dərəcə gözəl tərtib olduğunu məclisə ərz etdik, məclis bizim ərzimizi qəbul edib, bu kitabın təbindən sonra məktəblərdə qullanmasına qərar verdi.
Ordan-burdan 9Xəbər çıxdı ki, Osmanlıda qanuni əsasi verildi. Əlbəttə, heç kəs inanmadı.Tanışlarımdan birisi deyir ki, “Tərəqqi”ni alıb, gördüm ki, başdan “Osmanlıda qanuni əsasi” yazılıbdır. Deyir: mən heç oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır. Amma sonra gördüm, xeyr, kitab elanı deyilmiş, bəlkə əsli qanunı əsasi elani idi.
TəskinlikBundan bir neçə gün qabaq yetişən teleqram ki, – Səttarxan Eynüddövlə tərəfindən mühasirə edilibdir – bizi və cəmi hürriyyətpərvərləri böyük bir əndişəyə salmışdır.Hər kəs “Aya görəsən nə olacaq?” – deyə kəmali iztirab ilə teleqram gözləyirdi.
Ordan-burdan 15F ü z u l i: – Ah kim bir dəm fələk rəyimcə dövran etmədi!Ş a h: – Hər kəs ki göndərdim Təbrizi viran etmədi.
Rusiyaya dairDövlət duması açılmaq üzrədir. Hər bir vüzəratın gələcək sənə üçün mədaxil və məxaric hesablarından əmələ gələn ümumdövlət büdcəsi kimi adi məsələlərdən başqa, zaman və cərəyani-hadisat ilə meydana atılmış bir çox məsələlər var ki, Dövlət duması onları həll etməyə məcburdur.Məsələn, bu gün Peterburqda darülfünun işləri böyük bir böhrana uğrayıb, tələbələr universitet qapılarını üzlərinə bağlamağa məcbur oldular. Bu darülfünun pərişanlığının baisi olan maarif vəziri Şvarts 1905-ci sənədə 27 avqustda darülfünun istiqlaliyyəti xüsusunda verilmiş fərmana müqayir olaraq verdiyi əmrlərini Senat vasitəsilə izah etmək istəyir və bu əmrləri həman fərmana müvafiq olduğunu qandırmağa səy edir. Lakin maarif vüzəratı tərəfindən maarif işlərinə dair ixtiyar edilmiş bu məslək, nəinki bir darülfünunda, əhali arasında, duma əzaları arasında, bəlkə rus milləti ittifaqı ilə ifrat sağ məbuslardan başqa hökumət nümayəndələri arasında da hüsn-qəbul görməyib, vəzirin məqamını paxlatsın. İndi, maarif vəzirinin istefa edəcəyi xüsusunda müvəkkəd şayiələr dövran etməkdədir.
Ordan-burdan 20Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”, ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki:Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd!
Ordan-burdan 26İrana dair aşıq nağılıElə ki Təbriz “guruldadı”, Əmir Bahadır Cəng başılovlu yüyürdü Şeyx Fəzlullahın yanına, şeyx bunu görüb qorxdu və dedi: ya Əmir! Bu nə pəjmürdə haldır, əhvalın nə üçün belə pərişandır? Onda Əmir Cəng əlini qulağının dibinə qoyub bir Qarabağ şikəstəsi çağırdı və dedi:
Ordan-burdan 32Bir zaman var idi ki, biz qəzetəmizdə yazırdıq: Türkiyə hökuməti – müstəbidə ilə dolanır, ondan millətə bir mənfəət yoxdur. Allah o istibdadı yox eləsin.Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi. O adamlar bizdən küsürdülər və deyirdilər: –Əşi ayıb deyilmi, Türkiyə haqqında belə nalayiq sözlər deyirsiniz.
Ordan-burdan 38Bir neçə gün bundan irəli “əlahəzrət”, qədri-qüdrət Məhəmmədəli şah Qacar ruhəna fədah adlanan, amma bu gün rus demişkən, prosto Məşədi Məhəmmədəli denilən İran sabit şahı Məhəmmədəli mirzə küsübdür!Küsübdür ki, nə üçün onu taxtdan yerə saldılar. Halbuki həmin Məhəmmədəli mirzə öz millətinə bir çox... zülmlər etmişdir!
Zemstvo nədirTiflis qəzetələrindən məlum olduğu üzrə doktor Xətisov tərəfindən cəmi-cümlətanı 17 nəfər adam cəlb olunubdur ki, bunlar Qafqazda zemstvoların nə yolda və nə sayaq təşkili məsələsilə məşğul olub bu barədə məlumat hazırlasınlar. Kəmali-heyrət və təəssüf ilə bildiririk ki, o adamların içində bir nəfər də müsəlman yoxdur. Bizim “vısşi kurs” qurtarmışlarımızın ətalət və etinasızlığına təəccüb edirik. Bu iş onların qulağına girmir. Halbuki “zemstvo” çoxdan bəri Qafqazda arzu olunan bir islahatdır. Əvvəlcə hökumət böylə bir imtiyazı yalnız içəri Rusiya üçün müxtəss edib ətraf ölkələri bundan məhrum qoymuşdur. İndi isə, Qafqaz canişini həzrətlərinin səy və ehtimamı sayəsində Qafqaza dəxi öylə bir ixtiyar verilmək üzrədir.Həmin 17 adamın borcu budur ki, zemstvonun Qafqazda nə sayaq təşkil lazım olduğunu bəyan və aşikar etsinlər. Yəni oylə bir zemstvo təşkil olunsun ki, məhəlli şəraitə müvafiq gəlsin. Əlbəttə, bu gün içəri Rusiyada olan zemstvonu haman eynilə bizim Qafqaza keçirtmək olmaz; içəri Rusiyanı ümumiyyət üzrə bir millət təşkil edir; halbuki bizim Qafqaz müxtəlif millətlərdən əmələ gəldiyi üçün, hər millətin də özünə məxsus şəraiti-məişəti mövcud olduğundan, oylə bir mühüm işin icra və tətbiqini ibtidada müzakirə edən heyətin içindən hər millətin nümayəndəsi olmalı idi...
İspaniya – Fas müharibəsiÜlamalarımızdan möhtərəm axund molla Ələkbər həzrətləri bir məclisdə İran inqilabı xüsusunda camaata məlumat vermək üzrə böylə bir əhvalat nəql etdi:“Uşaqlığımda xırmən sürürdüm, vələ qoşduğum at həm işini görüb vəli surürdü, həm də ac olduğuna görə, hərdənbir ağzını uzadıb çaparaq ot qapıb yeyirdi. Atın ot yeməyi xoşuma gəlmədi. Bir-iki şallaq çəkdim, at incidi, amma, yenə işinə məşğul olub bir müddət otdan əl çəkdi; lakin qarın aclığı binəva heyvanı dinc qoymurdu. Gördüm yenə damınır, ot qapmaq xəyalındadır. Şallağı əlimə alıb düşdüm atın canına, vurdum-vurdum; axırda at təngə gəlib mənə bir cüt təpik atdı: alnımdan dəydi, ürəyim getdi... Məni bir növ ayıltdılar və yaramı sağaltmağa başladılar. O vaxtdan bəri həmin at ilə hörmətlə dolanmağa məcbur oldum”.