Джалил Мамедкулизаде · Драма
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Mərcan xanım qolu çırmalı mizin üstə xamır qatır. Püstə durub onun yanında tamaşa eyləyir. Bir qədər keçəndən sonra Cahangir girir və o biri otağa keçir. Anasını görüb soruşur.Cahangir. Ana, nə qayırırsan?
İkinci məclisHacı Həsənin qonaq otağı. K ə r b ə l a y ı F a t m a x a n ı m və qulluqçusu Zeynəb evi səliqəyə salırlar. Nazlı sevincək gəzir, oynayır, oxuyur.N a z l ı (sevincək anasına). Ana, başına dönüm, ana, o qadanı alım, ana, deyirlər bu gələn qonağımız ölüləri dirildir. Qadanı alım, ana, bir de görüm doğrudur, ya yox? (Anasını qucaqlayır).
Üçüncü məclisÜçüncü məclis vaqe olur şəhərin kənarında, qəbiristanın yanında. Çox cəmiyyət ayaqyalın, şalvar və tumanlarını dizədək çırmayıb, əllərini əllərinin üstə qoyub, ayaq üstə durublar. Ortalıqda Ş e y x N ə s r u l l a h uca daşın üstünə çıxıb, oturub danışır. Sağ tərəfində Ş e y x Ə h m ə d, sol tərəfində H a c ı H ə s ə n və ətrafında biz gördüyümüz adamların hamısı, İskəndərdən və övrətlərdən savayı.Ş e y x N ə s r u l l a h (əlində bir cildli yekə kitab, çox fəsahətlə danışır). Dər xəzaini-qüdrət cövhəri-şəriftər əz elm və nəfistər əz daniş nist (Şairanə).
Dördüncü məclisƏVVƏLİNCİ PƏRDƏ*Hacı Həsənin evi, İskəndərin otağı, H a c ı H ə s ə n və övrəti. K ə r b ə l a y ı F a t m a x a n ı m fikirli oturublar.
Birinci məclisRüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin ümumi kabinəsi: bir tərəfdə böyük yazı stolu, üstündə qırmızı mahutdan örtük, yanında neçə dənə sandalya, kitab şkafı, stolun üstündə və şkafın içində kitablar. Stolun üstündə telefon, mürəkkəb qabı, qələmlər, kağızlar və qeyri yazı əşyası. Bu--Rüstəm bəyin yazı stolu. Bir tərəfdə qoyulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. Bura Səməd Vahidin yeri. Bir tərəfdə qoyulub sandıq, içində və üstündə yekə və qara cildli köhnə müsəlman kitabları. Sandığın yanında döşək. Bu da Mirzə Məhəmmədəlinin yeri. Divarlarda çaharcubələr, içində şəkillər. Pərdə qalxan vaxt otaqda oturub tək R ü s t ə m b ə y öz yerində; gözlərində çeşmək, oxuyub yazmağa məşğuldur. Bir qədər sükutdan sonra içəri qapı açılır və Z ə h r a b ə y i m i n başı görsənir və yenə yox olur. Bir qədər keçəndən sonra yenə Zəhra bəyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur.*Z ə h r a b ə y i m. Bala, görəsən niyə uşaqlar yubandılar?
Birinci məclisHacı Həsənin evi. İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul.C ə l a l və M ü ə l l i m diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar.
Dördüncü məclisRüstəmbəyin və qardaşllarının haman kabinəsi. Z ə h r a b ə y i m azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır.R ü s t ə m b ə y (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana!
Üçüncü məclisRüstəm bəyin kabineti. Zəhra bəyim və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar Qənbər, Qurban və Zaman.*Q ə n b ə r. Xanımlar, biz məəttəl qaldıq, bilmədik bu mal həkimindən qoyunlara dava olacaq, ya yox?!
Üçüncü məclisÜçüncü məclis vaqe olur Məşədi Ağakişinin həyətində. Altı arvad başlarında çarşov, yerdə oturub, ayaqlarını uzadıb, dizlərinə döyə-dəyə ağlaşırlar. Həyətin bir tərəfində kərmə qalağı görsənir. Kənarda Qasım kişi oturub çarığını tikir.Birinci arvad. Balamı saldat aparacaqlar, bala vay! (Arvadların hamısı ağlaşır).
İkinci məclisRüstəm bəyin zal otağı. Ortalıqda uzun stol, ətrafında sandalyalar üstə əyləşiblər cəmiyyəti-xeyriyyə üzvləri: başdan Rüstəm bəy ki, cəmiyyəti-xeyriyyənin sədridir; onun sağ tərəfində Zivər xanım, sol tərəfində Teymurbəy. Ondan savayı əyləşiblər: Mirzə Zeynal–millətpərəst, Səlimə xanım–müəllimə, Aslan bəy, İsmayıl ağa, Münəvərxanım, Səməd Vahid, Hüseyn Şahid, yanında məktəb şagirdi, fəsli. Kənarda, yerdə diz üstə əyləşiblər: Mirzə Məhəmmədəli, Mirzə Bəxşəli, yanında bir məktəb şagirdi, börklü. Qapının yanında üç-dörd nəfər fəqir və qeyri adamlar ki, ayaq üstə durub iclasa tamaşa edirlər. Otağın küncündə, camaata görükməyən yerdə, pərdə dalında Zəhrabəyim və Gülbahar oturub, məclisə nəzər eləyirlər. Üzvlərin hərəsinin qabağında bir vərəq ağ kağız və qələmtəraş; sədrin qabağında zəng. Adamların çoxu papiros çəkir.*R ü s t a m b ə y. Qospoda, zasedanie obyavlyayu otkrıtım.