Əzizim Məmmədəli! (1 mart 1911)

Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.

Джалил Мамедкулизаде1 мин
İzhari təşəkkür

“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.

Джалил Мамедкулизаде1 мин
Naxçıvan İnqilab Komitəsinin sədri Qədimova

11 may (1921), 3 Ramazan, çərşənbə, Culfa*Təvəqqe edirəm zəhmət çəkib təcili olaraq Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verəsiniz ki, bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyəm.

Джалил Мамедкулизаде1 мин
Misli bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə (Bakı, 12 aprel 1923)

Hər iki məktubunuz yetişdi, nəhayət, şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siz tək nadirəlvücudlar cızma–qaralarımızı təqdir edirsiniz. Məktubunuzun yetişməyi Həmidə xanımın Bakıya gəlməyinə təsadüf etdi. Hamılıqla Sizə və yoldaşınız Xanım bacıya və nuri-çeşmimiz bəradərzadələrə səmimi dua göndəririk. Hamılıqla Əhməd Nasirin də, Böyükağanın da, Səkinə və Siddiqə xanımın da üzlərindən öpürük və ümid edirik ki, həmin bu dostluğumuz nəinki müvəqqəti, bəlkə baqi ola. Amma balaca oğlum Ənvərə, böyük oğlum Midhətə göndərdiyiniz bir qutu sovqat bunlar üçün toy-bayram oldu. Allah-taala Sizin də balaları həmişə xoşbəxt eləsin. Bundan sonrakı kağızınızda xahiş edirəm onların dərs və tərbiyələri barədə balaca məlumat verəsiniz ki, məsələnin mahiyyətli tərəfi budur.Ümidvaram ki, yadınızdan çıxmayacaq. Sizin üçün bu ildən birdən əvvəl doqquzuna kimi və Təbriz nömrələrindən altı nüsxə göndərdim. Bundan sonra da Sizə göndərilməkdə olacaq.

Джалил Мамедкулизаде1 мин
Həmidə! (30 avqust 1923)

Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər.

Джалил Мамедкулизаде1 мин
Müzəffər! (1925)

Biz uşaqlarla birgə ayın 15-də axşam buradan çıxıb, 16-sında, cümə axşamı səhər Yevlaxda olacağıq. Əgər fayton orada ola bilsə, onda biz xərcimizdə qənaət edə biləcəyik (avtomobil).Şayəd fayton Yevlaxa gələ bilməsə, onda qabaqcadan qısaca bir teleqram vur: “Yox”. Əgər gələcəksə, o zaman teleqram vurmaq lazım deyil.

Джалил Мамедкулизаде1 мин
Həmidə! (8 fevral 1928)

İrəvan*Mən indi İrəvandayam. Sabah geri qayıdıram... Bir neçə gün bundan qabaq mən teleqrafla Münəvvəri çağırdım. Onların kənddə yaşamalarının mənası yoxdur. Münəvvərin işləri düzələn kimi (çox tez düzələcək) Müzəffəri də çağırar. Az. MİK Qəmərin də Bakıya işləməyə gəlməsini məsləhət görür. Bu barədə Bakıdan müfəssəl yazaram. Tiflisdə Yusifxangilə dəydim. Hamısı salamatdır. Hələlik, salamat qal.

Джалил Мамедкулизаде1 мин
Ən istəkli cavan yoldaşlarımdan hesab etdiyim Nəsrulla Qənbərli yoldaş!

Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.

Джалил Мамедкулизаде1 мин
Həmidə xanıma, Münəvvərə və Müzəffərə!

17 fevral (1931), Kislovodsk*Həmidə xanıma, Münəvvərə və Müzəffərə salam göndərirəm. Qaryagindəki xəstəlikdən təşvişə düşməyin, ləğv edilib.

Джалил Мамедкулизаде1 мин
Həmidə! (2 fevral)

Bakı*Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq.

Джалил Мамедкулизаде1 мин
Azərbaycan İctimai Şura Cümhuriyyəti Komissarlar Şurasına

Fevral ayı üçün “Molla Nəsrəddin”ə çatacaq beş yüz (500) manat miqdarında olan dotasiyanın verilməyini Komissar Şurasından iltimas edirik.Məcmuənin məsul müdiri

Джалил Мамедкулизаде1 мин
Qafqaz şeyxülislamına iki dənə açıq məktub

Əvvəlinci məktubCənab şeyx! Mən indiyədək eşidərdim ki, bəzi dərs oxumuş müsəlman xanımları sizə görüşə gələndə siz onlar ilə oturub söhbət eləyirsiniz və o xanımlar da üzləri açıq siz ilə oturub adam kimi söhbət eləyirlər. Və bundan da əlavə mən eşidərdim ki, siz hərdənbir gedirsiniz qız məktəblərinə və orada oxuyan on beş-iyirmi yaşında müsəlman qızları ilə görüşüb danışırsınız; hətta düşəndə onlara dərs də oxudursunuz.

Джалил Мамедкулизаде3 мин
Lay-lay

Əvvəla cənab Hop-hopdan çox təvəqqə edirik ki, biz təbrizlilərə və bizim hürriyyətə sataşmasın.Lay-lay hürriyyət!

Джалил Мамедкулизаде2 мин
Təzə il

Bir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.

Джалил Мамедкулизаде3 мин
Təzə il

Bu günlər təzə ilin günləridi. Yəni bu günlər İsa peyğəmbərin, yəni xristiyanların Allahının xəlvətcə anadan olmağından min doqquz yüz iyirmi dörd il keçib, min doqquz yüz iyirmi beşə ayaq qoyur. Vaqedə çox böyük tarixdi.Min doqquz yüz iyirmi beş il bundan qabaq birinci dəfə xristiyan aləminə cənnət-cəhənnəm və axirət etiqadı soxulub, indiyə kimi neçə milyon insanı keşişlərin torundan qurtarmağa macal vermir.

Джалил Мамедкулизаде1 мин
Oruc yeyənlərin və oruc tutanların hesabı

Ramazanın 3-cü günü şəhər məktəblərinin birində (adını yazmırıq) oruc tutanların və yeyənlərin adları siyahiyə götürülürdü. Bundan ötrü əlahiddə komisyon təşkil olunmuşdu. Həmin komisyon ibarət idi iki müəllimədən və bir nəfər müəllimdən. Ramazanın 3-də komisyon saat onda varid olur həmin məktəbə və birinci sinfin qız və oğlan şagirdlərini imtahana çəkməyə şüru edir. Qabaqda mizin üstə bir bardaq su və bir stəkan qoyurlar və qızları, oğlanları bir-bir çağırırlar qabağa və sudan stəkana töküb təklif edirlər ki, bir qurtum içsin.Birinci. Bir qız ortalığa gəlir – on yaşında. Bunun adını və atasının adını komisyon siyahiyə götürür (amma biz burada şagirdlərin adını yazmırıq). Bu qız sudan bir qurtum içir, gedir oturur yerində. Qızın atası da böyük məktəblərin birində müəllimdir. Demək, qız oruc tutmayıbdır.

Джалил Мамедкулизаде2 мин
Din söhbətləri

Keçən vaxtlar Molla əminin səhifələrində bəndəyi-həqir hərdən bir din və etiqad dairəsində söhbət elərdim ki, bəlkə bir para cahillər və əvamünnas mütənəbbeh ola və bir para siratülmüstəqimi azanlar rahirasti tapalar, ta ki, xəllaqül-aləmin yanında ruzi-qiyamətdə xəcil olmayalar.Amma mən bunu görürəm və eşidirəm, yəni qəzetlərdən xeyr, ağızdan eşidirəm ki, axır vaxtlarda yenə islam dininə özlərini mənsub qılanlardan elə bir hərəkət baş verir ki, mən bunun müqabilində məəttələm və bilmirəm ki, Allahın haman bədbəxt bəndələri heç gördükləri işlərin dal və qabağını yoxlayırlar?

Джалил Мамедкулизаде3 мин
8 Mart qadınlar günü

Bu gün, yəni martın səkkizinci günü beynəlxalq işçi qadınları günüdür. Digər tərəfdən də bu gün bütün islam aləmində rəmazan gecələri əhya ibadətləri əsnasında mömin müsəlman qadınlarının “Bikə, ya Allah” çağıran günüdür.Lakin bu heç bir-birini tutmadı: işçi qadın hara, əhya qadını hara?! Bu hal həmişəlik davam edə bilməyəcək; bu ola bilməyəcək ki, iki bacının biri dünya işinin dalınca getsin, o biri bacı gecələr şirin yuxunu özünə haram edib, axirətdə qılman axtarmaqla məşğul olsun.

Джалил Мамедкулизаде1 мин
İdarəmizin əhvalatından bir neçə söz

Aşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək, məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərlərdən məcmuəmizə artıq həvəs ilə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və ilax...Məcmuənin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır.

Джалил Мамедкулизаде2 мин
Cümə günləri

Biz müsəlman tayfası bir söz danışanda heç o sözün dalını-qabağını fikirləşmirik. Elə məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını: elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda? Görək bu sözləri kim oxuyacaq və kimə lazımdı və nəyə lazımdı ki, oxusunlar və niyə də oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar və nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar? Deyəsən, bir az uzun oldu.Biz müsəlman tayfası bir söz danışanda heç istəmirik o sözün dal-qabağını fikirləşək. Məsələn, biz deyirik cümə günlərini tətil eləyək və dükanlarımızı bağlayaq və alış-verişə məşğul olmayaq.

Джалил Мамедкулизаде4 мин
Abunə dəftərimiz açıldı

Bu gün qəmər əqrəb bürcündə xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftəri açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilanqurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışsaydıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişdikcə biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmayaq. Əzqəza əgər danışsaq da inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacayıq və heç şeydən də şikayətçi olmuyacayıq, zira:Məkon zi gərdişi-giti şikayət,

Джалил Мамедкулизаде2 мин
Milli bayram

Qorxuram genə xalq elə bilə ki, bayramından danışacağam.Bəli, dekabrın beşində Tiflis müsəlmanları mərhum Mirzə Fətəli Axundovu, necə ki, lazımdır, yada saldılar və yaxşıca məscidə cəm oldular və haman mollalar ki, mərhum vəfat edəndə adını dinsiz qoyub onu götürmək və dəfn etmək istəmədilər, indi məscidə gəlib, Mirzəni yaxşılıq ilə yada saldılar və rəhmət oxudular.

Джалил Мамедкулизаде2 мин
Poçt xərci

Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmuəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil, çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.

Джалил Мамедкулизаде1 мин
“Molla Nəsrəddin” məcmuəsinin ən yavuq əməkdaşlarından

ElanƏbdürrəhim bəy Haqverdiyevin 35 illik ədəbi fəaliyyətini qeyd etmək üçün Tiflisdə bu yanvarın 28-də, Rustaveli teatrosunda, “Yeni fikir” qəzetəsi binagüzarlığı ilə tərtib yubileyi axşamı veriləcəkdir.

Джалил Мамедкулизаде1 мин
Əzizim! (Bakı, 26. VII-1908)

Burada açılacaq müəllimlik yerini gözləməyiniz. Ondan ötrü ki, şəhər idarəsi bu yerə müəllimə təyin etmək istəyir, nəinki müəllim. Hətta institut qurtaran cavanların ərizələri kifayətsiz qaldı. Bəlkə axırda şəhər idarəsi rəyini çöndərə. Amma güman eləmirəm ki, bu həriflərin içində sizə bir şey çata.Əgər ixtiyarım artıq olsaydı, çalışardım. Amma dəxi nə deyim?

Джалил Мамедкулизаде1 мин
Əzizim Məmmədəli! (Tiflis, iyun 1910)

Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz, bu kağızı Məşədi Ələsgər Bağırova nişan veriniz və bunu da biliniz ki, burada bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmuyasız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə genə idarəmizdə qalasınız.Bunu da biliniz ki, burada bizim uşaqlara da dərs verə bilərsiniz, sonra əgər istəsəniz, Həmidə xanımın kəndində onun məxsusi məktəbində dərs deyə bilərsiniz.

Джалил Мамедкулизаде1 мин
Əzizim Məmmədəli! (Yevlax, 1 avqust 1910)

Yadımdan çıxdı, baronessa Rozen xanımın islamı qəbul eləməyi barəsində məqalə yazmadım. Odur ki, buradan sənə teleqraf göndərdim ki, haman şəkli 31-ci nömrəyə qoyasan ki, məqalə göndərə biləm. Çünki 30-cu nömrəyə dəxi məqalə çatdıra bilmənəm. Bir neçə günə haman məqaləni göndərərəm, 31-ci nömrəyə qoyarsan.Cəlil

Джалил Мамедкулизаде1 мин
Əzizim Məmmədəli! (18 avqust 1910)

30-cu nömrə gəlib çıxdı. Çox yaxşıdır və səndən razı oldum.Əlbəttə, pul povestkalarını və pul kitabçasını – ki, poçtdan bizə veriblər (möhürlü) – qoy paket içinə və göndər ki, üstlərində vəkalət yazım, sən pulu alasan.

Джалил Мамедкулизаде1 мин
Məmmədəli! (4 sentyabr 1910)

Mən bilmirəm Bıxovun vekseli, 15 manata, sentyabrın beşinədir, ya onuna. Mənim cib kitabçalarımın birində yazılıb veksellərin müddəti. Tap, bax və mənə tez yaz.Povestka, genə hər nə olsa, tez göndər, qol çəkim, göndərim. Bəlkə bir-iki gün yubandıq.

Джалил Мамедкулизаде1 мин
Əzizim Məmmədəli! (4 oktyabr 1910)

Bu gün tel vurdum ki, Manya gəlməsin və kabinet boşalsın. Bu sözlərin mənası budur ki, Vera Akimovna evdən çıxsın.İki gün bundan qabaq Səmədovlara tel vurdum ki, sənə 50 manat versin. Al, lazım olan yerə xərclə.

Джалил Мамедкулизаде1 мин