Cana, üz istivasına şəqqül-qəmər gərək,Ol mö’cüzün bəyanına xeyrül-bəşər gərək.

Musasifət təcəlliyi-didar üçün sana,Hüsn ilə qamətin kimi Turü şəcər gərək.

Əhya qılır əgərçi dəmin ölü, ey sənəm,Xəlvətnişinə şahidü şəm’ü şəkər gərək.

Başımı top edib, şəha, meydanə girmişəm,Meydanə girməgə yenə mərdanə ər gərək.

Hər bibəsər səni neçə yol bula görməyə,Uçmaqda rö’yətə dəxi əhli-nəzər gərək.

Napak olan sənin nə bilir qədrü qiymətin,Zatında adəmin dəxi arı göhər gərək.

Макта — последний бейт с тахаллусом поэта. Qismət, Nəsimi, olmayacaq yara kim irər,Yara irişməgə yenə yardan xəbər gərək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов