بیا ساقی آن می که جان‌پرور استچو آب روان تشنه را درخور است

Canpərvər şərabı dur gətir, saqi,O susuzlar üçün çeşmədir, saqi!

دراین غم که از تشنگی سوختمبه من ده که می‌خوردن آموختم

Yanıram, təşnəlik salmış bir dərdə,Mənə ver, şərabə oldum aludə.

خوشا ملک بردع که اقصای وینه اردیبهشت است بی گل نه دی

Bərdə nə gözəldir, necə qəşəngdir,Yazı da, qışı da güldür, çiçəkdir.

تموزش گل کوهساری دهدزمستان نسیم بهاری دهد

İyulda dağlara lalələr səpər,Qışını baharın nəsimi öpər.

بهشتی شده بیشه پیرامنشدگر کوثری بسته بر دامنش

O yaşıl meşəsi cənnətə bənzər,Şən ətəklərinə bağlamış kövsər.

سوادش ز بس سبزه و مشگ بیدچو باغ ارم خاصه باغ سپید

Söyüdlük çöllərə vermişdir zinət,Ağ bağı elə bil həqiqi cənnət.

ز تیهو و دراج و کبک و تذرونیابی تهی سایهٔ بید و سرو

Qırqovul yuvası hər sərv ağacı,Oxuyur kəkliyi, ötür turacı.

گراینده بومش به آسودگیفرو شسته خاکش ز آلودگی

Səssizlik içində dincəlir gülşən,Torpağı silinmiş qayğı, kədərdən.

همه ساله ریحان او سبز شاخهمیشه در او ناز و نعمت فراخ

Reyhanı yaşıldır illər uzunu,Hər çeşid naz-nemət bürümüş onu.

علف‌گاه مرغان این کشور اوستاگر شیر مرغت بباید، در اوست

Yem üçün gələr quş bu gözəl yurda,İstəsən “quş südü” taparsan burda.

زمینش به آب زر آغشته‌اندتو گویی در آن زعفران کشته‌اند

Torpağı yoğrulmuş qızıl suyundan,Elə bil hər yanda bitmiş zəfəran.

خرامنده بر سبزهٔ آن زمیخیالی نیابد به جز خرمی

O yaşıl yerləri dolaşıb gəzsən,Şənlikdən başqa bir xəyal görməzsən.

کنون تخت آن بارگه گشت خرددبیقی و دیباش را باد برد

İndi o dərgahın taxtı alçalmış,İpəyi, qumaşı küləklər çalmış.

فرو ریخت آن تازه گلها ز باروزان نار و نرگس برآمد غبار

Təzə nar gülləri tökülüb solmuş,O narlar, nərgizlər dönüb toz olmuş.

بجز هیزم خشگ و سیلاب ترنبینی در آن بیشه چیز دگر

İndisə yerində bu gözəl yurdun,Var sel yumuş dərə, qurumuş odun.

همانا که آن رستنی‌های چستنه از دانه کز دامن عدل رست

Yenə də bol olan o göyərtilər,Ədalət toxmundan göyərsə əgər,

گر آن پرورش یابد امروز بازاز آن به شود آستین را طراز

Yenidən gözəlcə bəslənsə diyar,Get-gedə yaşıllıq, gözəllik artar.

بلی گر فراغت بود شاه راز نو زیور‌ی بخشد آن گاه را

Padşahın əlinə keçərsə fürsət,O taxta yenidən verərdi zinət.

هرومش لقب بود از آغاز کارکنون بردعش خواند آموزگار

Hərum adlanırdı bu yurd hər yerdə,İndisə adına deyirlər Bərdə.

در آن بوم آباد و جای مهانزمانه بسی گنج دارد نهان

Bu mərdlər, gözəllər yurdunda, inan,Çox saysız xəzinə gizləmiş zaman.

بدین خرمی‌، گلستانی کجاست‌؟بدین فرخی‌، گنجدانی کجاست‌؟

Belə şux, sevimli gülşən harda var?Harda var xəzinə saçan bu diyar?

چنین گفت گنجینه‌دار سخنکه سالار آن گنجدان کهن

Belə nəql edir söz xəzinədarı,Köhnə xəzinənin adlı saları:

زنی حاکمه بود نوشابه نامهمه ساله با عشرت و نوش جام

Hakim qadın varmış, adı Nüşabə,Uymuş il uzunu keyfə, şərabə.

چو طاوس نر خاصه در نیکوییچو آهوی ماده ز بی آهویی

Erkəksiz yaşayan bu dişi ceyranGözəldi, göyçəkdi erkək tovuzdan.

قوی‌رای و روشن‌دل و نغز‌گویفرشته‌منش بلکه فرزانه‌خو‌ی

Xoşsöhbət, ürəyi saf, mətanətli,Bir pəri əndamlı, xoş təbiətli.

هزارش زن بکر در پیشگاهبه خدمت کمر بسته هریک چو ماه

Önündə minlərcə gözəl qız varmış,Xidmətə ay kimi kəmər bağlarmış.

برون از کنیزان چابک‌سوارغلامان شمشیر‌زن سی هزار

Bunlardan başqa, var igid, qəhrəman,Otuz min qulamı - qılınc oynadan.

نگشتی ز مردان کسی بر درشوگر چند نزدیک بودی برش

Dərgaha yaxın da olsa, yenə dəEvinə girməzdi erkək bir bəndə.

به جز زن کسی کارسازش نبودبه دیدار مردان نیازش نبود

Qadınla aşardı onun hər işi,Tapşırıq almamış ondan bir kişi.

زنان داشتی رای‌زن در سرایبه کدبانویی فارغ از کدخدای

Sarayda iş bilən qadınları var,Yalnız kətxudasız iş görər onlar.

غلامان به اقطاع خود تاختهوطن‌گاهی از بهر خود ساخته

Qulları bir yurdda salmışdı məskən,Yaxın bir obanı etmişdi vətən.

کسی از غلامان ز بس قهر اوبه دیده ندیده در شهر او

Qəhrindən, kinindən onun qorxaraq,Şəhrinə bir kişi basmamış ayaq.

به‌هرجا که پیکار فرمودشانفریضه‌ترین کاری آن بودشان

Biyara getməyə versəydi fərman,Yolunda kişilər keçirdi candan.

سکندر چو لشگر به صحرا کشیدسراپرده سر بر ثریا کشید

İskəndər səhraya çəkincə ordu,Çadırlar başını əflakə vurdu.

در آن خرم آباد مینو سرشتفرو ماند حیران ز بس آب و کشت

Gördü bir şənliklə yoğrulmuş cənnət,Etdi əkinlərə, çaylara heyrət.

بپرسید کاین بوم فرخ کراست‌؟کدامین تهمتن بدو پادشاست‌؟

Sordu: “Bu şən ölkə kimindir, kimin?Kim burda padşahlıq edir, söyləyin”.

نمودند کاین مرز آراستهزنی راست با این همه خواسته

Dedilər: “Gördüyün bu var, bu yatır,Bu gözəl torpaqlar bir qadınındır.

زنی از بسی مرد چالاک‌تربه گوهر ز دریا بسی پاک‌تر

Qadındır, erkəkdən ürəkli, qoçaq,Dəniz incisindən təmiz və parlaq.

قوی‌رای و روشن‌دل و سرفرازبه هنگام سختی رعیت‌نواز

Tayı yox şüurda, adda və sanda,Rəiyyət becərir çətin zamanda.

به مردی کمر بر میان آوردتفاخر به نسل کیان آورد

Mərdliklə belinə bağlamış kəmər,“Kəyan nəslindənəm” deyə fəxr edər.

کله داریش هست و او بی کلاهسپهدار و او را نبیند سپاه

Külahsız qadındır, ancaq tacı var,Bir əsgər üzünü görməz bu sərdar.

غلامان مردانه دارد بسینبیند ولی روی او را کسی

Hesabsız qəhrəman qulamları var,Önündə üzünü görməmiş onlar.

زنان سمن‌سینهٔ سیم‌ساقبه‌هر کار با او کنند اتفاق

Köksü gül, ağ bilək qız-gəlin ancaq,Hər işdə onunla edər ittifaq.

همه نارپستان به بالا چو تیرز پستان هر یک شکر خورده شیر

Boyları ox kimi, döş nara bənzər,Sanki hər məmədən süd əmmiş şəkər.

کجا قاقمی یا حریری‌ست نرمبلرزد بر اندام ایشان ز شرم

Ən incə ipəklər, ən parlaq tüllərO lətif əndamdan utanıb titrər.

فرشته نبیند در ایشان دلیروگر بیند افتد ز بالا به زیر

Firiştə onlara baxmaz cürətlə,Baxsa, göydən enər bir fəlakətlə.

درخشنده هر یک در ایوان و باغچو در روز خورشید و در شب چراغ

Bağın eyvanında parıldar tək-təkGündüz şən bir günəş, gecə çıraqtək.

نظر طاقت آن ندارد ز نورکه بیند در ایشان ز نزدیک و دور

O ağ bənizlərə etsən tamaşa,Az qalır şəfəqdən gözlər qamaşa.

به گوش کسی کاید آوازشانسر خود کند در سر نازشان

Şaqraq səslərini eşitsə hər kəs,Can qurban etməyə göstərər həvəs.

ز لعل و ز دُر گردن و گوش پرلب از لعل کانی و دندان ز در

Qulaqda, boyunda incilər gülür,Dodaqlar yaqutdur, dişlər isə dürr.

ندانم چه افسون فرو خوانده‌اندکز آشوب شهوت جدا مانده‌اند

Bilmirəm, nə füsun oxumuş bunlarKi, şəhvət toruna olmamış şikar?

ندارند زیر سپهر کبودرفیقی به جز باده و بانگ رود

Bu mavi səmanın altında ancaq,İşləri şərabdır, çalıb çağırmaq.

زن پاک پیوند فرمان روابرایشان فرو بسته دارد هوا

Nəsilcə uca, pak hökmüdar qadınOnları qoymazdı şəhvətə yaxın.

صنم‌خانه‌ها دارد از قصر و کاخبر آن لعبتان کرده درها فراخ

Sənəmxanası var saraylar qədər,Azad girib gəzər orda afətlər.

اگرچه پس پرده دارد نشستهمه روز باشد عمارت پرست

Pərdə arxasında keçirir həyat,Doğma ölkəsinə verir qol-qanad.

سرایی ملوکانه دارد بلندبساطی کشیده در او ارجمند

Möhtəşəm şahanə bir sarayı var,Bir büsat açmış ki, şahlara yarar.

ز بلور تختی برانگیختهبه خروار گوهر بر او ریخته

Büllurdan taxtı var, göyə vurur baş,Üstünə xalvarla tökmüşdür daş-qaş.

ز بس شب‌چراغ آن گرانمایه‌گاهبه شب چون چراغ است و رخشنده ماه

O büllur taxtı bir qəndildən parlaq,Gecələr Aydan da işıqlı çıraq.

نشیند بر آن تخت هر بامدادکند شکر بر آفریننده یاد

Oturur o büllur taxta hər səhər,Uca Tanrısını hər gün yad edər.

عروسانه او کرده بر تخت جایعروسان دیگر به خدمت به پای

Gəlintək taxtında əyləşir yalnız,Xidmətçin ayaqda durur gəlin, qız.

شب و روز با باده و بانگ رودتماشا کنان زیر چرخ کبود

Mavi çərx altında sazla, qədəhləDünyanı keçirir daşğın fərəhlə.

گذشت از پرستیدن کردگاربجز خواب و خوردن ندارند کار

Tanrıya səcdədən durmazlar geri,Yox yemək, içməkdən başqa işləri.

زن کاردان با همه کاخ و گنجز طاعت نهد بر تن خویش رنج

Şahanə sarayla, böyük dövlətləRiyazət çəkərdi bir ibadətlə.

ز پرهیزگاری که دارد سرشتنخسبد در آن خانهٔ چون بهشت

O qədər dindardır bu nazlı dilbər,Öz cənnət köşkündə yatmaz gecələr.

دگر خانه دارد ز سنگ رخامشب آنجا رود ماه‌ِ تنها‌خرام

Başqa bir köşkü var mərmər daşından,Ay kimi hər gecə süzülür pünhan.

در آن خانه آن شمع گیتی‌فروزخدا را پرستش کند تا به‌روز

Köşkündə o günəş, o nazlı qönçəBaşlar ibadətə şəfəq söküncə.

به مقدار آن سر درآرد به خوابکه مرغی برون آورَد سر ز آب

Bir sona suya baş vurduğu qədərYasdığa baş qoyub yatar o dilbər.

دگر باره با آن پری پیکرانخورد می به آواز رامشگر‌ان

O pəri əndamlı qızlarla yenəMey ilə, çalğıyla başlar keyfinə.

شب و روز اینگونه دارد عنانبه روز اینچنین چون شب آید چنان

Gecəni, gündüzü keçirir belə,Gündüzü belədir, gecəsi elə.

نه شب فارغ است از پرستشگر‌ینه روز از تماشا و جان‌پرور‌ی

Nə gündüz əl çəkir can bəsləməkdən,Nə gecə Tanrıya səcdə etməkdən.

خورند از پی او و یاران اوغم کار او کارداران او

Vardır qapısında çox xidmətçilər,Özünün, işinin qeydini çəkər”.

شه این داستان را پسندیده داشتتمنای آن نقش نادیده داشت

İskəndər bu işdən şənləndi, ancaqO naxşı görməyə göstərdi maraq.

نشستنگهی دید از آب و گیابه گوهر گرامی‌تر از کیمیا

Yaşıllıq içində gördü bu dünya,Gövhərdən qiymətli olan kimiya.

در آنجای آسوده با رود و جامبرآسود یک چند و شد شادکام

O yerdə başladı istirahətə,Bir neçə gün daldı eyşə, işrətə.

چو نوشابه دانست که‌اورنگ شاهبه فال همایون درآمد ز راه

Hökmüdar qadına verdilər xəbər:Mübarək fal ilə gəlmiş İskəndər.

پرستشگری را برآراست کاربر اندیشهٔ پایهٔ شهریار

Pərəstiş etməyə gördü hazırlıq,Göndərdi padşahın adına layiq

فرستاد نزلی سزاوار اوکمر بست بر خدمت کار او

Hər çeşid yararlı, ləziz yeməklər,Ürəkdən xidmətə bağladı kəmər.

برون از بسی چار پای گزینچه از بهر مطبخ چه از بهر زین

Ayırdı mətbəxə, miniyə yararGözəlcə bəslənmiş canlı heyvanlar.

زمین‌خیزهایی کز آن بوم رستبه رنگ و به رونق دلاویز و چست

Müşk, ənbər qoxuyan dadlı yeməklər,Əlini yumağa müşk ilə ənbər.

خورش‌های شاهانهٔ مشگبویطبق‌های مشگ از پی دست‌شوی

Hər çeşid yeməli, dadlı meyvə var,Müşk ilə şəkərdən bir neçə xalvar.

دگرگونه از میوه بسیار چیزز مشگ و شکر چند خروار نیز

Mey, noğul, bostanın bəzəyi reyhan,Neçə gün daşındı şaha durmadan.

می و نقل و ریحان مجلس‌فروزکشیدند از این نزل‌ها چند روز

Həm də mehtərlərə ayrı olaraqHər gün göndərirdi müəyyən ərzaq.

جداگانه نیز از پی مهترانفرستاد هر روز نزلی گران

O qədər mərdlik üz verdi qadından,Tərifi dillərdə oldu bir dastan.

ز بس مردمی‌ها که آن زن نمودزبان بر زبان هر کسش می‌ستود

Padşahın könlündə açdı bahar təkOnunla görüşmək arzusu çiçək.

ملک را به دیدار آن دل‌نواززمان تا زمان بیشتر شد نیاز

Qadını öyrətmək istədi o şah,Olsun bu ölkənin sirrindən agah.

بدان تا خبر یابد از راز اوببیند در آن مملکت ساز او

Bilsin sərhədini bu məmləkətin,Varmıdır əsli bu sözün, söhbətin?

قدم‌گاه او بنگرد تا کجاستحکایت دروغ‌ست یا هست راست

Şəbdizə vurunca gündüz qızıl nal,O dünya günəşi atlandı dərhal.

چو شبدیز را نعل زر بست روزدرآمد به زین شاه گیتی‌فروز

Hazırlıq görüncə ucaldı göyə,Yol aldı saraya, “Elçiyəm” deyə.

به رسم رسولان برآراست کارسوی نازنین شد فرستاده‌وار

Elə ki, saraya çox yaxın gəldi,Yolun zəhmətindən bir az dincəldi.

چو آمد به دهلیز درگه فراززمانی برآسود از آن ترکتاز

Göylərə baş vuran bir saray gördü,Onu yerlər öpür, göylər öpürdü.

درو درگهی دید بر آسمانزمین‌بوس‌ِ او هم زمین هم زمان

Xidmətçi qadınlar onu gördülər,Qaçıb Nüşabəyə verdilər xəbər:

پرستندگان زو خبر یافتندبر‌ِ بانوی خویش بشتافتند

“Rum tacidarının şən dərgahındanÖlkəmiz alıbdır şənlikdən nişan.

نمودند کز درگه شاه رومکز او فرخی یافت این مرز و بوم

Ağıllı bir elçi gəlmişdir bizə,Rum şahından xəbər gətirmiş sizə.

رسولی رسیده‌ست با رای و هوشپیام‌آوری چون خجسته سروش

Ağıl mədənidir başdan-ayağa,Bənzəyir Tanrıdan yanan çırağa”.

ز سر تا قدم صورت بخردیپدیدار از او فره ایزدی

Nüşabə sarayı bəzədi artıq,Dəmirli yollara vurdu yaraşıq.

برآراست نوشابه درگاه اوبه زر در گرفت آهنین راه را

Nazənin qızlara vuruldu bəzək,Düzüldü sıraya yüz əlvan çiçək.

پریچهرگان را به صد گونه زیبصف اندر صف آراسته دل‌فریب

Müşkin kəməndlərə düzüldü gövhər,Daş-qaşa büründü ipək geyimlər.

برآموده گوهر به مشگین کمندفرو هشته بر گوهر آگین پرند

Bir bağça tovuzu kimi çəkərəkParlayıb, gülümsər işıq çıraqtək

درآمد به جلوه چو طاوس باغدرفشان و خندان چو روشن‌چراغ

Padşahlıq taxtına oturdu xoşhal,Əlində ətirli, gözəl portağal.

بر اورنگ شاهنشهی برنشستگرفته معنبر ترنجی به دست

Əmr etdi, padşahlar ayini üzrəİskəndər elçisi gəlsin hüzurə.

بفرمود کآیین بجای آورندفرستاده را در سرای آورند

O uca sarayın baş vəkilləriƏmrini icradan durmadı geri.

وکیلان درگاه و دیوان اوبجای آوریدند فرمان او

Elçi çox sürətlə girdi qapıdan,Qondu taxt üstünə o qorxmaz aslan.

فرستاده از در درآمد دلیرسوی تخت شد چون خرامنده شیر

Belindən nə qılınc açdı, nə kəmər,Elçitək etmədi səcdə İskəndər.

کمربند شمشیر نگشاد بازبه رسم رسولان نبردش نماز

O gözəl sarayda bir hikmət gördü,Sevimli bir saray, bir cənnət gördu.

نهانی در آن قصر زیبنده دیدبهشتی سرایی فریبنده دید

Hər yanda qaynaşır huri və pəri,Müşk ilə, ənbərlə yoğrulmuş yeri.

پر از حور آراسته چون بهشتبساط زمین گشته عنبر سرشت

Daş-qaşa batmışdı gəlinlər, qızlar,Baxanın gözündə parlar ulduzlar.

ز بس گوهر گوش گوهر کشانشده چشم بیننده گوهر فشان

Elçiyə daş-qaşın parıltısındanBir alov göründü durduğu məkan.

ز تابنده یاقوت و رخشنده لعلخرامنده را آتشین گشت نعل

Sanki birləşmişdir mədənlə dərya,Bütün gövhərləri tökmüş buraya.

مگر کان و دریا به‌هم تاختندهمه گوهر آنجا برانداختند

Elçinin tutduğu uğursuz işəNüşabə pərt olub, düşdü təşvişə:

زن زیرک از سیرت و سان اودر آن داوری شد هراسان او

“Bu zirək kişiyə indi nə demək,Qoyulan ayinə əməl etməmək?

که این کاردان‌مرد آهسته‌رایچرا رسم خدمت نیارد بجای‌!

Həddini tanıtmaq gərəkdir ona:“Bu elçi saymayır bizi, baxsana”.

در او کرد باید پژوهندگیکه از ما ندارد شکوهندگی

Nüşabə baxınca düşərək şəkkə,O bişmiş qızılı vurdu məhəkə.

ز سر تا قدم دید در شهریارزر پخته را بر محک زد عیار

Diqqətlə baxınca tanıdı birdən,Taxtında yer verdi, qəlbi oldu şən.

چو نیکو نگه کرد بشناختشز تخت خود آرامگه ساختش

Bildi İskəndərdir, dolaşır ona,Taxtında oturmaq yaraşır ona.

خبردار شد زو که اسکندر‌ستنشست سر تخت را در خورست

Yeddi mavi göyün səadətiləOnun tərifini gətirdi dilə.

ز پیروزی هفت چرخ کبودبسی داد بر شاه عالم درود

Endirdi həyadan göz qapağını,Utandı, tər yudu al yanağını.

نپرسید و رخساره پر شرم کردنخستین نمودار آزرم کرد

Sezdiyi bu işi açmadı ona,Açarım var, deyə bağlı qıflına.

نکرد از بنه هیچ بر وی پدیدکه بر قفل تو هست ما را کلید

İskəndər bir elçi kimi davrandı,Özünü olduqca o sərbəst sandı.

سکندر به رسم فرستادگاننگه‌داشت آیین آزادگان

Çox salam yetirdi hey dönə-dönə,Təkmil bir elçilik etdi özünə.

درودی پیاپی رساندش نخستفرستادگی کرد بر خود درست

Salamlar bitincə dedi: “Ey sərdar,Şöhrətli, şövkətli, adil tacidar

پس آنگه گزارش گرفت از پیامکه شاه جهان داور نیک‌نام

Deyir: “Ey şöhrəti dünyanı tutan,Ən adlı kəslərə meydan oxuyan,

چنین گفت ک‌«ای بانوی نامجویز نام‌آوران جهان بُرده گوی

Nə üçün çevirdin bizdən yüyəni?Hüzura gəlmədin, anmadın məni?

چه افتاد کز ما عنان تافتی‌‌؟سوی ما یکی روز نشتافتی‌؟

Nə zülüm etdim ki, düşmən kəsildin?Ey harın at, bizi acizmi bildin?

زبونی چه دیدی که توسن شدی‌؟چه بیداد کردم که دشمن شدی‌؟

Bundan da kəskin bir qılınc kimdə var?Kimin oxu belə qızğın od saçar

کجا تیغی از تیغ من تیزتر‌؟ز پیکان من آتش انگیزتر‌؟

Ki, ona sığınmaq yararlı ola,Səninçin məsləhət budur, gəl yola.

که از من بدان‌کس پناه آوریهمان به که سر سوی راه آوری

Uca dərgahından çəkinmə, gəl, get,Coşduğum gündən qorx, ondan həzər et.

به درگاه من پای خاکی کنیز جوشیدنم ترسناکی کنی

Bu gözəl ölkənə mən ki yol aldım,Öz dövlət kölgəmi üstünə saldım.

چو من ره بدین مملکت ساختمبر او سایهٔ دولت انداختم

Qapıma neçin baş vurmadın bir an,Neçin üz çevirdin mənim yolumdan?

کمر چون نبستی به درگاه من‌؟چرا روی پیچیدی از راه من‌؟

Könlümü alırsan meyvə, şərabla,Aldadırsan noğul, reyhan, kababla.

به میخانه و میوه زیبم دهیبه نقل و به ریحان فریبم دهی

Etdiyin bu işlər qəbuldur, ancaqDoğru fikirlərdən gəl olma uzaq.

پذیرفته شد آنچه کردی نخستپذیرا شو اکنون برای درست

Səni bu idrakla görməyim, inan,Bəxtiyar görünür hümay quşundan.

مرا دیدن تو به فرهنگ و رایهمایون‌تر آمد ز فر همای

Qəbul başlanırkən səhər, çox erkənŞahın dərgahına sən də gələrsən”.

چنان کن که فردا به هنگام بارخرامی سوی درگه شهریار‌»

Elə ki, yetirdi özündən xəbər,Başını aşağı dikdi İskəndər.

شهنشه چو بگزارد پیغام خویشبه امید پاسخ سرافکند پیش

Nüşabə cavabçın laləsayağı.Gül açıb, tərpətdi yaqut dodağı:

به پاسخ نمودن زن هوشمندز یاقوت سر بسته بگشاد بند

“Ey cəsur padişah, eşq olsun sənə,Elçilik edirsən özün özünə.

که آباد بر چون تو شاه دلیرکه پیغام خود گزارد چو شیر

Mənə saf ürəyim söyləyir belə,Bu başla, şahanə, uca sayənlə

چنان آیدم در دل ای پهلوانکه با این سرو سایه خسروان

Bir elçi deyilsən, hökmverənsən,Göndərilmiş deyil, sən göndərənsən.

میانجی نه‌ای‌، شاه‌ِ آزاده‌ایفرستنده‌ای‌، نه فرستاده‌ای

Peyğamın qılıncdır, qoparır başlar,Səndən başqa bunu mənə kim vurar?

پیام تو چون تیغ گردن زندکرا زهره کاین تیغ بر من زند‌؟

Ancaq şah qılıncla oynarsa artıq,Qılıncı göstərər başıucalıq.

ولیکن چو شه تیغ‌بازی کندسر تیغ او سرفرازی کند

Söz açma İskəndər qılıncından sən,Özünə çarə tap, İskəndər sənsən.

ز تیغ سکندر چه رانی سخن‌؟سکندر تویی چاره خویش کن

Məni çağırarkən toruma düşdün,Gözünü yaxşı aç, çiysən, bir düşün.

مرا خواندی و خود به دام آمدینظر پخته‌تر کن که خام آمدی

Taleyim gətirmiş səni bu taxta,Eşq olsun dövləti düşünən baxta”.

فرستادت اقبال من پیش منزهی طالع دولت‌اندیش‌ِ من

İskəndər dedi: “Ey bu taxta layiq,Arama baxtının hökmündən artıq.

جهاندار گفت ای سزاوار تختپژوهش مکن جز به فرمان بخت

İskəndər dənizdir, mən çayam, ancaqGünəşlə kölgəni olmaz bir tutmaq.

سکندر محیط است و من جوی آبمنه تهمت سایه بر آفتاب

Bir kəsə tay tutma məni, ey huşyar,Mən kimi minlərcə gözətçisi var.

مرا چون نهی بر عیار کسی‌؟که باشد چو من پاسبانش بسی

Bu fikri qəlbindən sən sil büsbütün,Padşahı bundan da çox uca düşün.

دل خود ز بد عهدی آزاد کنوزین خوب‌تر شاه را یاد کن

Yoxsa İskəndəri sandın kimsəsiz,Özünə elçilik edən bir aciz?

سکندر چه گویی چنان بی‌کس استکه حمال پیغام او او بس است

Uca dərgahına sığmaz igidlər,Özümü zəhmətlə elçilik edər?”

به درگاه او بیش از آنست مردکه او را قدم‌رنجه بایست کرد

Ağıllı Nüşabə yenə dürr saçdı,O gül dodağından qıfılı açdı:

دگر باره نوشابهٔ هوشمندز نوشین‌لب خویش بگشاد بند

“Qəlbimi bu qədər aldatmaq nədən?Yalan atını gəl minib çapma sən.

کزین بیش بر دل‌فریبی مباشبه ناراستی یک رکیبی مباش

Əl çək bu tərslikdən, yetər inadın,Mərdliklə şan-şöhrət qazanmış adın.

ستیزه میاور درین داوریکه پیداست نامت به نام‌آوری

Böyükdür pəyamın, adın da, sən dəAslanı gizləmə qurd dərisində.

پیامت بزرگ است و نامت بزرگنهفته مکن شیر در چرم گرگ

Elçidə olurmu belə cəsarət?Hüzurda göstərsin bu qədər hiddət?

فرستاده را نیست آن دسترسکه با ما به تندی برآرد نفس

Qəhr ilə buyruqdan nə əl çəkirsən,Nə də qarşımızda boyun əyirsən.

نه جباری خویش را کم کندنه در پیش ما پشت را خم کند

Bizimlə hökm ilə edirsən rəftar,Belə rəftar yalnız padşahda olar.

درآید به تندی و خون‌خوارگیبجز شه کرا باشد این یارگی‌؟

Var bundan başqa çox nişanlar, hələOndan da çox əsrar gələcək ələ”.

جز اینم نشان‌های پوشیده هستکزو راز پوشیده آید به‌دست

Tez verdi belə bir cavab İskəndər:“Bir tülkü aslandan gətirməz xəbər!

جوابش چنان داد شاه دلیرکه ناید ز روباه پیغام شیر

Gözündə olsam da cəsur, qəhrəman,İskəndər deyiləm, elçiyəm ondan.

اگر من به چشم تو نام‌آور‌مسکندر نی‌ام‌، زو پیام آورم

Xəbəri böyüklər göndərmiş belə,Hökmünü dəyişmək yararmı? Söylə!

مرا با پیام بزرگان چه‌کار‌؟تصرف نیابد درین پرده بار

Sözümdə varsa kin, acıq, kükrəyiş,Bu sənin və onun bildiyi bir iş.

اگر تندی‌یی زیر پیغام هستتو دانی و آن کس که این نقش بست

Ürəkli olmama səbəb onu bil,Göndərən aslandır, bir tülkü deyil!

اگر در میانجی دلیر آمدمنه از روبه‌، از نزد شیر آمدم

Belədir şahların rəsmi - elçilər,Amanda olurlar, görməzlər zərər.

در آیین شاهان و رسم کیانپیام‌آور‌ان ایمنند از زیان

Dediyim sözləri demiş tacidar,Dilin qıfılına göstərmə açar.

چو پیغام شه با تو کردم پدیدمزن پره قفل را بر کلید

Doğru bir cavab ver mənə bir kərə,Yenə də dönüm öz gəldiyim yerə”.

جوابم بفرمای گفتن به رازکه تا ره نوردم سوی خانه باز

Nüşabə qızdı o aslan ürəyə:“Günəşi palçıqla suvadın” deyə.

بر آشفت نوشابه زان شیر دلکه پوشید خورشید را زیر گل

Zərrəcə qorxmadı, gətirmədi tab,Verdi qılınc kimi kəskin bir cavab:

محابا رها کرد و شد گرم‌خیززبان کرد بر پاسخ شاه تیز

“Yersizdir, - dedi, - bu çalışıb durmaq,Günəşə palçıqdan vurursan suvaq”.

که با من چه سودست کوشیدنت‌؟به گل روی خورشید پوشیدنت‌؟

Kənizə əmr etdi: “Ver, baxsın” deyə,Padşahlar rəsmini öpən ipəyə.

بفرمود کارد کنیزی دوانحریری بر او پیکر خسروان

İpəkdə göstərdi ona bir bucaq,Söylədi: “Əlində tut, diqqətlə bax.

یکی گوشه از شقه آن حریربدو داد کین نقش بر دست گیر

Bu surət, bu sima kimindir, kimin?Sarayda hörmətlə saxlanır neçin?

ببین تا نشان رخ کیست این‌؟در این کارگاه از پی چیست این‌؟

İnad etməyinin qalırmı yeri?Örtmə öz qaşınla uca göyləri”.

اگر پیکر تست‌، چندین مکوشبه ابروی خویش‌ آسمان را مپوش

İskəndər dinlədi onu hörmətlə,Yazılı ipəyi açdı sürətlə.

سکندر به فرمان او ساز کردحریر نوشته ز هم باز کرد

Rəsmini tanıdı baxınca şəklə,Gördü almış düşmən ölkəni ələ.

به عینه درو صورت خویش دیدولایت به دست بداندیش دید

Bu işdə kin, hiddət göründü yersiz,Bir cavab verməkdən qalaraq aciz,

ستیزه در آن کار نامد صوابفرو ماند یک‌بارگی در جواب

Qorxudan saraldı bir saman kimi,Sığındı Allaha tutulan kimi.

بترسید و شد رنگ رویش چو کاهبه دارای خود بُرد خود را پناه

Nüşabə gördü ki, o qızğın aslanPozuldu, alçalıb düşdü ucadan.

چو دانست نوشابه کان تند شیرهراسان شد‌، از تندی آمد به زیر

Dedi: “Ey uğurlu, böyük tacidar!Zəmanə başlara çox oyun açar.

بدو گفت کای خسرو کامگاربسی بازی آرد چنین روزگار

Düşünmə, hörmətim çoxdur, bunu bil,Bu ev öz evindir, başqa yer deyil!

میندیش و مهر مرا بیش دانهمان خانه را خانهٔ خویش دان

Pərəstiş edərəm sənə hər zaman,Ya orda, ya burda bəndəyəm, inan!

ترا من کنیزی پرستنده‌امهم آنجا هم اینجا یکی بنده‌ام

Bu rəsmi onunçun göstərdim ki, sənMənim də şəklimi aydın görəsən.

به تو نقش تو زان نمودم نخستکه تا نقش من بر تو گردد درست

Erkək tinətliyəm, olsam da qadın,Hər işi bəllidir mənə dünyanın.

اگرچه زنم‌، زن‌سیَر نیستمز حال جهان بی‌خبر نیستم

Mən də bir aslanam, düşünsən bir az,Aslanın erkəyi, dişisi olmaz.

منم شیر زن گر تویی شیر مردچه ماده چه نر شیر وقت نبرد

Qara bulud kimi gurlasam kinlə,Qılınc tüstüsündən yanar su belə.

چو بر جوشم از خشم چون تند میغدر آب آتش انگیزم‌، از دود تیغ

Aslanlar buduna basaram mən dağ,Nəhənglər yağından yaxaram çıraq.

کفل‌گاه شیران برآرم به داغز پیه نهنگان فروزم چراغ

Məni düşmənliyə çəkmə sevgidən,Vurğunun olana tənə vurma sən!

ز مهرم مکش سوی پیکار خویشگرفته مزن بر گرفتار خویش

Kim tikan əkərsə, tikan dərəcək,Kim nicat verərsə, nicat görəcək.

منه خار تا در نیفتی به خاررهاننده شو تا شوی رستگار

Əgər sən üstünlük edərsən mana,Qələbə çalarsan bir dul qadına.

تو آنگه که بر من شوی دست‌یابزنی بیوه را داده باشی جواب

Mən qalib gəlsəm, kin coşduğu zamanAtaram gizlənən şahı ortadan.

من ار بر تو چربم به هنگام کینبوم قایم انداز روی زمین

Tülküylə qurd kimi biz etsək savaş,Sən kiçik olarsan, mənəm böyük baş.

درین هم نبردی چو روباه و گرگتو سر کوچک آیی و من سر بزرگ

Sınaqlı qocalar söyləmiş belə:“Güləşmə ən fəqir, yoxsul bir kəslə,

چنین آمده‌ست از نقیبان پیرکه با هیچ ناداشت کشتی مگیر

Səndən şey qoparmaq fikrini izlər,Ürəkdən çalışar, üstünlük edər”.

که بر جهد آن کز تو چیزی کندبکوشد به جان تا ترا بفکند

Vücudum şəhərdə etsə də məskən,Qəlbim qafil deyil şahlar işindən.

تنم گرچه هست از مقیمان شهردلم نیست غافل ز شاهان دهر

Hindistan mülkündən Yunana qədər,Virandan, abaddan tutmuşam xəbər.

ز هندوستان تا بیابان رومز ویران زمین تا به آباد بوم

Göndərdim hər yerə bilikli adam,Ağıllı, sınaqlı, mahir bir rəssam.

فرستاده‌ام سوی هر کشوریفراست شناسی و صورتگری

Böyük fatehləri öyrənim deyə,Rəsmini aldırdım incə ipəyə.

بدان تا ز شاهان اقلیم‌گیرکند صورت هر کسی بر حریر

Adlı padşahların rəsmini çəkənHər rəsmi gətirib mənə verərkən,

نگارندهٔ صورت از هر دیارسرانجام نزد من آرد نگار

Sanıram dünyanı verdilər mana,Öz incə rəyimlə baxaram ona.

چو آرند صورت به نزدیک مندر او بنگرد رای باریک من

O rəsmi doğrudan tanıyım deyə,Göstərrəm başqa bir görən kimsəyə.

گوا خواهم آن نقش را در نبشتز هر کس که این از که دارد سرشت

Desələr ki, filan tacidardır bu,O zaman təsviri sanaram doğru.

چو گویند نقش فلان پادشاستپذیرم که آن نقش نقشی‌ست راست

Sonra da təpədən-dırnağa qədərHər rəsmə salaram dərin bir nəzər,

پس از ناخن پای تا فرق سرگمارم به هر صورتی بر نظر

Yaşlıdan və gəncdən öz qədərincəBir ölçü götürrəm incədən incə.

ز هر سال‌خوردی و هر تازه‌ایبگیرم به قدر وی اندازه‌ای

Yaxşını, yamanı tanır xəyalım,Var zəka tanıyan şüur, kamalım.

بد و نیک هر صورتی از قیاسشناسم که هستم فراست‌شناس

Boşuna keçməyir geçə-gündüzüm,Özümlə oynayan deyiləm özüm.

شب و روز بی‌چاره‌سازی نی‌امدرین پرده با خود به بازی نی‌ام

Bu himmət tərəzim durmadan işlər,Şahlarda ağırı, yüngülü ölçər.

ترازوی همّت روان می‌کنمسبک سنگن خسروان می‌کنم

İpəkdə gördüyün surətlər ki var,Tək sənin xəyalın könlümə yatar.

ز هر نقش کان یافتم بر پرندخیال تو آمد مرا دلپسند

Çünki surətinlə tanışam çoxdan,Bu nəqşin dostluqdan göstərmiş nişan”.

که با جان به مهر آشنایی دهدبر آزرم خسرو گوایی دهد

Sözünü ürəklə dedi, şənləndi,Öz büllur taxtından aşağı endi.

چو گفت این سخن به اسکندر دلیرز تخت گرانمایه آمد به زیر

“Taxtımda, - dedi, - sən otur namidar,Bir taxta yaramaz iki tacidar.

فرو ماند شه را در آن دستگاهکه یک تخت را برنتابد دو شاه

Bilirsən şahmatın iki şahı var,Hər qəlbə yeni qəm gətirir onlar”.

نبینی دو شاهست شطرنج راکه بر هر دلی نو کند رنج را

Taxtından enincə o pərisurət.Durdu hüzurunda, göstərdi xidmət.

پریچهره چون از سر تخت خویشفرود آمد و خدمت آورد پیش

Gəlintək oturdu qızıl kürsüyə,“Padşaha kiçik bir bəndəyəm” deyə.

عروسانه بر کرسی زر نشستشهنشاه را گشت پایین‌پرست

O nəhəng balıqdan şahın görkəmiRəng verdi, rəng aldı zürafə kimi.

شه از شرم آن ماهی چون نهنگچو زرافه از رنگ می‌شد به رنگ

Düşündü: “Qadın da olsa bu salar,Ürəyi bir erkək ağlıyla parlar.

به دل گفت کاین کاردان گر زن استبه فرهنگ مردی دلش روشن است

Bax, belə işləri görən qadına,Pərilər afərin söylər adına!

زنی کاو چنین کرد و اینها کندفرشته بر او آفرین‌ها کند

Qadınlar olmasın gərək çox cəsur,Dişi aslanlarda kin kəskin olur.

ولی زن نباید که باشد دلیرکه محکم بود کینهٔ ماده‌شیر

Yüngüldür çəkidə qadının daşı,Kişi ölçüsüylə durmaz yanaşı.

زنان را ترازو بود سنگ زنبود سنگ مردان ترازو شکن

Qadınlar pərdəylə örtülsə xoşdur,Pərdəsiz musiqi ahəngi boşdur.

زن آن به که در پرده پنهان بودکه آهنگ بی‌پرده افغان بود

Bax, Cəmşid nə gözəl söyləmiş gerçək:“Qadın ya pərdə, ya məzarda gərək!

چه خوش گفت جمشید با رای‌زنکه یا پرده یا گور بِهْ جای زن

Qadını, saleh də olsa, buxovla,Oğru dost olsa da, eşşəyi bağla!”

مشو بر زن ایمن که زن پارسا‌ستکه در بسته به گرچه دزد آشنا‌ست

Düşündü: “Nədir bu acı həqarət?Bu yerdə kim edər sənə mərhəmət?

دگر باره گفت این چه کمبودگی‌ست؟شفاعت درین پرده بیهودگی‌ست

Fikrini bişir də, qəlbini xoş tut,Yıxıldın, artıq öz canını unut.

به تلخی در اندیشه را جوش دهدر افتاده‌ای تن فراموش ده

Gözəldir, bal qatmış gül ləblərinə,Belə bir sevimli dilbər yerinə.

بجای چنین دلبر مهربانکه زیبا سرشت است و شیرین‌زبان

Olsaydı amansız, kinli bir düşman,Artıq əl çəkəydim gərək başımdan.

گرت دشمن کینه‌ور یافتیبجز سر بریدن چه بر تافتی‌؟

Bu yerdən çıxarsam ağır yükümü,Hər işdə saxlaram düzgün ölçümü.

از اینجا اگر برکشم پای خویشنگهدارم اندازه رای خویش

Şaşqınlar yolunu tutmaram bir də,Örtmərəm üzümü gərəksiz yerdə.

نپوشم دگر رخ چو بیگانگاننگیرم ره و رسم دیوانگان

Açaram bəndi bu bağlı qəlbimdən,Düyünü düyünə necə vurum mən?

دل بسته را برگشایم ز بندگره بر گره چون توانم فکند‌؟

Qarınca düşərsə parlaq bir tasa,Bir çarə düşün, güc iş görməz yoxsa.

چو در طاس رخشنده افتاد موررهاننده را چاره باید نه زور

Səbr edim, çox çətin olsa da bu hal,Bu işlər yuxudur, yaxud bir xəyal?

شکیبایی آرم در این رنج و تابخیالی‌ست گویی که بینم به خواب

Eşitdim çox şadmış bir gənc müqəssir,Dara çəkilirkən boynunda zəncir.

شنیدم رسن بسته‌ای سوی داربر او تازگی رفت چون نوبهار

Dostlardan birisi verdi bir sual:“Az qalır ömründən, hey, nədir bu hal?”

بپرسیدش از مهربانان یکیکه خرم چرایی و عمر اندکی‌؟

Dedi: “Son nəfəsdir, ömrüm qalır az,Az ömrü kədərlə keçirmək olmaz”.

چنین داد پاسخ که عمر این قدَربه غم بردنش چون توانم به‌سر‌؟

Qurtardı Yaradan onu zillətdən,İşığa çıxartdı qatı zülmətdən.

درین بود کایزد رهایی‌ش داددر آن تیرگی روشنایی‌ش داد

Qıfıla çox zaman tapılmaz açar,Bir açan tapılar, nəhayət açar”.

بسا قفل کاو را نیابی کلیدگشاینده‌ای ناگه آید پدید

Özünə çox bu cür sözlər söylədi,Çarəsiz canını təslim eylədi.

ازین در بسی گفت با خویشتنهم آخر به تسلیم در داد تن

Yalnız çapğın etsə hər bir pəhləvan,Düşər div əlinə pəhləvan, inan.

تهمتن چو تنها کند ترکتازبدو دیو را دست گردد دراز

Xanəndə bəstəsiz şərqi söyləsə,Söz ilə kamança gülər o səsə.

مغنی چو بی‌پرده گوید سرودزند خنده بر بانگ وی بانگ رود

Bir zaman çox dərin fikrə getdi,Öz təbiətini məzəmmət etdi.

چو لختی منش را بمالید گوشنشاند آتش طیرگی را ز جوش

Səbr etdi, bu ağır dərdə, kədərə,Təslimlə dik başı əyildi yerə.

شکیبندگی دید درمان خویشبه تسلیم دولت سرافکند پیش

Nüşabə xidmətə bağladı kəmər,Əmr etdi, durmayıb gözəl pərilər

کمر بست نوشابه چون چاکرانبفرمود تا آن پری پیکران

Şahlara yaraşan bir süfrə açsın,Ortaya hər çeşid yeməkdən saçsın.

ز هر گونه آرایش خوان کنندبسیچ خورش‌های الوان کنند

Kənizlər şam kimi qalxdı ayağa,Şahanə bir süfrə hazırlamağa.

کنیزان چون شمع برخاستندملوکانه خوانی برآراستند

Hər çeşid yeməklər axdı hər yandan,Yeməklər bişmişdi qoçdan, toğludan,

نهادند نزلی ز غایت برونز هر بخته‌ای پخته از چند گون

Uzun və yuvarlaq, incə çörəklərSaraydan başlamış qapıya qədər.

رقاق تنک، گردهٔ گرد رویز گرد سراپرده تا گرد کوی

Kökələr yoğrulmuş yağla, şəkərlə,Şəkərli küncüddə dada bax hələ.

همان قرصهٔ شکر آمیختهچو کنجد بر آن گرده‌ها ریخته

Ənbərlə yoğrulmuş dadlı yeməklərCənnət yeməyindən verirdi xəbər.

اباهای نوشین عنبر سرشتخبر داده از خوردهای بهشت

Dağ kimi qalanmış öküz və balıq,Çəkdi yer öküzü bundan ağırlıq.

ز بس کوههٔ گاو و ماهی چو کوهشده در زمین گاو و ماهی ستوه

Süfrədə quzular coşğun sevincdənQuş kimi qol-qanad açmışdı şən-şən.

ز مرغ و بره روی رنگین بساطبرآورده پر مرغ‌وار از نشاط

Ən dadlı mürəbbə, limonlu şərbət,Püstədə, badamda var başqa ləzzət.

مصوص سرایی و ریچار نغزز بادام و پسته برآورده مغز

Var hədsiz paludə - ənbər qoxuyan,Çox məğzi paludə sağalar ondan.

ز بس صاف پالوده عطر سایبسا مغز پالوده کامد بجای

Tər halva və badam halvası daşır,O qədər çoxdur ki, qablardan aşır.

ز لوزینهٔ خشک و حلوای تربه تنگ آمده تنگ‌های شکر

Gülabla çəkilmiş şərbət, guülşəkər,Saçdığı şirənin nəfəsi ənbər.

فقاع گلابی گل‌شکریطبرزد فشان از دم عنبری

Bunlardan başqa o taxtın üstündəQızıl büsat qurdu şahın önündə.

جدا از پی خسرو نیک بختبساط زر افکند بالای تخت

Bir xonça qoyuldu Günəşdən parlaq, -İçində dörd büllur kasa qoyaraq,

نهاده یکی خوان خورشید تاببر او چار کاسه ز بلور ناب

Biri ləl, o biri qızılnan dolmuş,Biri dürr, birinə yaqut qoyulmuş.

یکی از زر و دیگر از لعل پرسه دیگر ز یاقوت و چارم ز در

Elə ki, uzandı əllər süfrəyə,Ağızlar açıldı təam yeməyə,

چو بر مائده دست‌ها شد درازدهان بر خورش راه بگشاد باز

Nüşabə dedi: “Ey böyük hökmüran,Yeyiniz, ən dadlı bu xuruşlardan”.

به شه گفت نوشابه بگشای دستبخور زین خورش‌ها که در پیش هست

İskəndər söylədi: “Ey sadə dilbər,Ölçüsüz söyləmə, tökməyəsən tər.

به نوشابه شه گفت کای ساده‌دلنوا کج مزن تا نمانی خجل

Düzmüsən süfrəmə almaz, yaqut, dürr,Daş-qaş yeyilərmi, bu, nə deməkdir?

در این صحن یاقوت و خوان زرمهمه سنگ شد‌، سنگ را چون خورم‌؟

Daşı da yeyərmi ağıllı insan?Bu rəngi təbiət həzm etməz, inan!

چگونه خورد آدمی سنگ را‌؟طبیعت کجا خواهد این رنگ را‌؟

Eylə bir yemək ver, mədəmiz dolsun,Rəğbətlə ona əl uzatmaq olsun”.

طعامی بیاور که خوردن توانبه رغبت برو دست کردن توان

Nüşabə gülərək söylədi şaha:“Daşın ki, boğaza yolu yox daha,

بخندید نوشابه در روی شاهکه چون سنگ را در گلو نیست راه‌؟

Faydasız, yaramaz belə daş üçünBu qədər vuruşmaq, çarpışmaq neçün?

چرا از پی سنگ ناخوردنیکنی داوری‌های ناکردنی‌؟

İndi ki, yeməyə yaramaz bu daş,Dünyada onunla ucalarmı baş?

به چیزی چه باید برافراختن‌؟که نتوان از او طعمه‌ای ساختن‌؟

Dəyərsiz bir daş ki, olmayır yemək,Onunçün bu qədər zəhmət nə gərək?

چو ناخوردنی آمد این سفله سنگدرو سفلگانه چه آریم چنگ‌؟

Yollardan daşları almaq lazımkən,Daşı daş üstünə qoyursan nədən?

در این ره که از سنگ باید گشادچرا سنگ بر سنگ باید نهاد‌؟

Bu daşdan doyunca hər kəs ki aldı,Yemədi, daş yenə yerində qaldı.

کسانی که این سنگ برداشتندنخوردند و چون سنگ بگذاشتند

Deyilsənsə daşa pərəstiş edən,Daşını yüngül et, yerində qal sən”.

تو نیز ار نه‌ای مرد سنگ‌آزمایسبک سنگ شو زانچه مانی به‌پای

O incə qadının bu söhbətindənYeməkdən əl çəkdi o poladbədən.

ز بیغارهٔ آن زن نغزگویز ناخورده خوان کرد شه دست‌شوی

Dedi: “Ey xanımlar xanımı qadın,Qüvvətdə erkəkdən ucadır adın.

به نوشابه گفت ای شه بانوانبه از شیر مردان به توش و توان

Doğru söylədin ki, belə gövhərləHər sərraf ancaq bir daş alar ələ.

سخن نیک گفتی که جوهر‌پرستز جوهر به جز سنگ نارد به‌دست

O zaman dəyərli olardı sözün,Öncə bu qaş-daşdan qaçaydın özün.

ولیک آنگه این نکته بودی درستکه گوینده جوهر نجستی نخست

Tacımda cavahir parlar, doğrudur,Padşahlar tacında cavahir olur.

مرا گر بود گوهری بر کلاهز گوهر بنا شد تهی تاج شاه

Sənin xonçandakı bu qaş-daş daşır,Bu danlaq, bu töhmət kimə yaraşır?

ترا کاسه و خوان پر از گوهر‌ستملامت نگر تا که را درخورست

Süfrəyə cavahir saçmaq nə gərək?Gövhərdən qaçmağı mənə öyrətmək?

چه باید به خوان گوهر اندوختنمرا گوهر اندازی آموختن

Sərrafın gözünə toz atmaqdır bu,İskəndər yaqutu hər evdə dolu.

زدن خاک در دیدهٔ گوهریهمه خانه یاقوت اسکندری

Bununla bərabər diqqət edincəSözlərin yerlidir, doğrudur, məncə.

ولیکن چو می‌بینم از رای خویشسخن‌های تو هست بر جای خویش

Eşq olsun bu fikri sağlam qadına,Mərdliyin yolunu göstərir mana.

هزار آفرین بر زن خوب‌رای‌!که مارا به مردی شود رهنمای

Ey uzaq görən qız, gəl məni dinlə,Qızıl sikkəsini nəsihətinlə

ز پند تو ای بانوی پیش‌بینزدم سکه زر چو زر بر زمین

Ataram bir kərə torpaqlara mən,Qızıla torpaqdır təbii mədən”.

چو نوشابه آن آفرین کرد گوشزمین را ز لب کرد یاقوت نوش

Sonra Nüşabənin yaqut dodağıYaqutla bəzədi bütün torpağı.

بفرمود کارند خوان‌های خوردهمان نُقلدان‌های نادیده گَرد

Əmr etdi xonçaya qoyuldu yemək,Qızıl noğuldanlar, əntiq və qəşəng.

نخست از همه چاشنی برگرفتدر آن چابکی ماند خسرو شگفت

Hər yeməkdən özü dadırdı öncə,Çox heyrət etdi şah bunu görüncə.

ز خدمت نیاسود چندانکه شاهز خوردن بر آسود و شد سوی راه

Şah rahat deyildi belə xidmətdən,Ayağa qalxdı tez yemək bitərkən.

به وقت شدن کرد با شاه عهدکه نارد در آزار نوشابه جهد

Gedərkən Nüşabə bağladı peyman,İskəndər verməsin mülkünə ziyan.

بفرمود شه تا وثیقت نبشتبدو داد و شد سوی بزم از بهشت

Vəsiqə yazmağa şah verdi fərman,O cənnətdən çıxıb getdi hökmüran.

سکندر چو زان شهر شد باز جایفریب از فلک دید و فتح از خدای

İskəndər şəhərdən çıxınca gerçək,Fələkdən kin gördü, Tanrıdan kömək.

بدان رستگاری که بودش هراسرهاننده را کرد صد ره سپاس

Düşmüşdü qurtulmaq üçün qayğıya,Şükr etdi qurtaran böyük Tanrıya.

شب از روز رخشنده چون گوی بردچراغی برافروخت شمعی بمرد

Gündüzdən günəşi qapınca gecə,Bir çıraq parlatdı bir şam sönüncə.

به تاوان آن گوی زر بر سپهربسا گوی سیمین که بنمود چهر

Al Günəş göyünün uca səqfinəHaləli ulduzlar düzüldü yenə.

شه آسایش و خواب را کار بستدو لختی در چار دیوار بست

Padşah da yuxuya tez hazırlandı,Dörd ünsür də yatdı, qapı bağlandı.

برآسود تا صبحدم بر دمیدسپیدی شد اندر سیاهی پدید

Dan yeri söküncə dincəldi artıq,Qaranlıq içində söküldü ağlıq.

سر از خواب نوشین برآورد شاهیکی مجلس آراست چون صبحگاه

Şəfəqlər içində qalxdı yuxudan,Səhərtək bir məclis qurdu hökmüran.

که خورشید نارنج زرین به‌دستترنج فلک را بدو سر شکست

Günəşin əlində bir narınc vardı,Fələk narıncının başını yardı.

پری‌چهره نوشابهٔ نوش‌بَهربه فال همایون برون شد ز شهر

O mələk əndamlı Nüşabə şən-şənUğurlu fal ilə çıxdı şəhərdən.

چو رخشنده ماهی که در وقت شامبر آید ز مشرق‌، چو گردد تمام

Elə bil qaranlıq çöküncə lay-lay,Göründü məşriqdən bədirlənmiş Ay.

کنیزان چو پروین به پیرامنشز تارک درآموده تا دامنش

Pərvintək kənizlər yanında gedər,İncidir başından dırnağa qədər.

روان ماهرویان پس پشت اوچو ناهید صد در یک انگشت او

Gözəllər dolaşır dörd bir yanında,Yüz Zöhrə qaş kimi bir barmağında.

پریرخ چو در لشگر شاه دیدجهان در جهان خیل و خرگاه دید

Şahlara yaraşan bir dərgah gördü,Dünyaca bir ordu, barigah gördü.

ز بس پرنیان‌های زرین‌درفشهوا گشته گلگون و صحرا بنفش

O qədər ipəkli bayraq ucaldı,Hava gül, torpaq göy rənginə çaldı.

ز بس نوبتی‌های زرین‌نگارنمی‌برد ره بر در شهریار

Çadırlar gövhərdən olmuşdu nişan,Dərgahın yolunu kəsmiş hər yandan.

نشان جست و آمد به درگاه شاهسر نوبتی دید بر اوج ماه

Aradı, öyrəndi, gəldi saraya,Gördü bir xeymədir ucalmış Aya.

زده بارگاهی بریشم طنابستونش زر و میخش از سیم ناب

İpləri ipəkdən möhkəm hörülmüş,Sütunu qızıldır, mismarı gümüş.

فرود آمد از بارگی‌، بار خواستزمین‌بوس‌ِ شاه‌ِ جهاندار خواست

Atından endi yol tapsın hüzurə,Üz sürtsün dünyanın öpdüyü yerə.

رقیبان بارش گشادند باردرآمد به نوبتگه شهریار

Növbətçi hörmətlə verincə izin,Zərnişan çadıra girdi nazənin.

سران جهان دید در پیشگاهسرافکنده در سایهٔ یک کلاه

Gördü ki, dünyanın şahları gəlmiş,Bir tac kölgəsində başlar əyilmiş.

کمر بر کمر تاجداران دهربه پیش جهان‌جوی پیروز بهر

İskəndər önündə kəmər-kəmərəPadşahlar oturmuş, göz dikmiş yerə.

چنان کز بسی رونق و نور و تابشده چشم بیننده را زَهره آب

O parlaq büsatdan düşdü qorxuya,Görənin ürəyi dönərdi suya.

همه گشته با نقش دیوار جفتنه یارای جنبش نه آوای گفت

Hamısı divarda surətə bənzər,Danışıb gülməyə kimdə var hünər?

عروس حصاری چو دید آن حصاربلرزید از آن درگه تنگبار

Hasarı görüncə hasarlı gəlinTitrədi, bu qəbul göründü gərgin.

زمین بوسه داد‌، آفرین برگرفتدرو مانده آن شیر مردان شگفت

Yer öpdu Nüşabə, afərin aldı,O aslan ürəklər buna mat qaldı.

بفرمود خسرو که از زر نابیکی کرسی آرند چون آفتاب

Kənizlər hakimin əmrini alcaqBir kürsü qoydular Günəşdən parlaq.

عروسی چنان را نشاند از برشعروسان دیگر فراز سرش

Yanında oturdu dünya gəlini,Aldı qız-gəlinlər dörd dövrəsini.

بپرسید و بس مهربانی نمودبدان آمدن شادمانی نمود

Halını soruşdu, göstərdi hörmət,Coşdu o gəlişlə məclisdə işrət.

نشیننده را چون دل آمد بجایاشارت چنان رفت با رهنمای

Bir az toxtayınca yeni oturan,İşarət edildi uca padşahdan:

که سالار خوان خوردِ خوان آورَدخورش‌های خوش در میان آورد

Tez süfrə ağası gətirsin xörək,Ortaya düzülsün hər çeşid yemək.

نخستین ز جلاب نوشین سرشتزمین گشت چون حوض‌های بهشت

Öncə gətirildi ətirli şərbət,Sanki yerə sərdi hovzunu cənnət.

یکی جوی از آن حوض نوشین گلابنه خسرو که شیرین ندیده به خواب

Gülab kimi axan bu arxı, yəqin,Yuxuda nə Xosrov görmüş, nə Şirin.

نهادند خوان آنگهی بی دریغگراینده شد گرد عنبر به میغ

O qədər xonçalar düzüldü ora,Ənbərdən ucaldı toz buludlara.

ز هر نعمتی کاید اندر شمارفرو ریخته کوهی از هر کنار

Ən ləziz yeməklər bol-bol axaraq,Hər yanda dağ kimi vurmuşdu qalaq.

حریری رقاق دو پرویزنیچو مهتاب تابنده از روشنی

İkiqat ələnmiş yağ qatlamalarƏn parlaq aydınlıq kimi parıldar.

همان گردهٔ نرم چون لیف خزکزو پخته شد گردهٔ گرده پز

Ələnmiş ağ undan, bişmiş yuvarlaq,Ay kimi qoğallar xəzdən də yumşaq.

اباهای الوان ز صد گونه بیشبه خوان‌های زرین نهادند پیش

Qoyuldu xonçaya yüz çeşid yemək,Yeməklər xonçaya verirdi bəzək.

جهان را یکی خورد الوان نبودکزان خورد چیزی بران خوان نبود

Yox idi elə bir yemək dünyada,Bir mövqe tutmasın qızıl xonçada.

چو خوردند چندان که آمد پسندز جام و صراحی گشادند پند

Dadlıdır, yeməklər gəlincə xoşa,Dopdolu qədəhlər çəkildi başa.

می‌ ناب خوردند تا نیمروزچو می در ولایت شد آتش‌فروز

Göyün ortasına gəlincə Günəş,İçdilər mey qəlbə salınca atəş.

نشاط ابروی می‌پرستان گشادز نیروی‌ِ می‌‌، روی‌ِ مستان گشاد

Hamının çatılmış qaşı açıldı,Sərxoşlar üzünə nəşə saçıldı.

پری پیکرانی بدان دلبرینشستند تا شب به رامش‌گر‌ی

O pəri bədənli nazlı dilbərlərÇalğını dinlədi axşama qədər.

چو شب خواست کز غم سپاه آوردمنش سر سوی خوابگاه آورد

Zülmətdən gecə bir ordu çəkərkən,Təbiət gözündən mürgü tökərkən

بدان لعبتان گفت سالار دهریک امشب نباید شدن سوی شهر

Cahandar söylədi o pərilərə:“Bu gecə basmayın ayaq şəhərə!

چنانست فرمان که فردا پگاهبراریم بزمی ز ماهی به ماه

Buyruğum belədir, səhər gərək mənBir məclis düzəldəm yerdən göyəcən.

به رسم فریدون و آیین کیستانیم داد دل از رود و می

Firidun və Kəyan rəsmiylə şən-şən,Dolğun kam alaraq çalğıdan, meydən,

مگر چون برافروزد آتش ز جامشود کار ما پخته زان خون خام

Qoy şərab bir yanğın salsın könülə,Bişsin hər işimiz bu qan çayilə!

زمانی ز شغل زمین بگذریمبه مرجان پرورده جان پروریم

Ayrılaq bir zaman dünya işindən,Pərvərdə mərcanla bəslənsin bədən.

فروزنده گردیم چون گُل به میبدان کوره از گُل برآریم خوی

Mey ilə gül kimi parlayaq belə,Güllərdən rəng alaq bu kürə ilə.

زمین را به جرعه معنبر کنیمبه سرشوی شادی گِلی‌ تر کنیم

Saçaq qətrələrdən torpağa ənbər,Çimsin bu şərabdan güllər, olsun tər”.

پریزادگان بوسه دادند خاکپریوار هم شاد و هم شرمناک

Pərilər hörmətlə öpdü torpağı,Şənləndi, ismətdən yandı yanağı.

فروزنده نوشابه در بزم شاهفروزان‌تر از زهره در صبح‌گاه

Məclisdə Nüşabə, o nazlı dilbər,Sanki dan sökərkən doğmuş bir ülkər.

چو شب زیور عنبرین ساز کردسر نافهٔ مشک را باز کرد

Ənbərdən gecə şən büsat quruncaYayıldı o müşkin saçlar boyunca.

شه از زلف مشگین آن دلگشایکمندی برآراست عنبر فشان

O müşkin saçlardan böyük İskəndərBir kəmənd düzəltdi, saçırdı ənbər.

مه و مشتری را به مشگین کمندفرود آورید از سپهر بلند

Ayı, Müştərini kəməndlə birdənYerlərə endirdi uca göylərdən.

شب جشن بود آن شب دل‌نوازپری‌پیکر‌ان چون پری جلوه‌ساز

Şənlik gecəsiydi o şanlı gecə,Pərilər dalmışdı nazlı sevincə.

مگر کاتشی برفروزند لعلدر آتش نهند از پی شاه نعل

İskəndər qəlbini çalmaq fikriləİstərdi atəşdən parlatmaq şölə.

بفرمود شه آتش افروختنبه رسم مغان بوی خوش سوختن

Padişah əmr etdi: “Tez od qalansın!Muğların rəsmiylə kündür, müşk yansın”.

ز باده چنان آتشی برفروختکه میخوارگان را در آن رخت سوخت

Meydən bir od yaxdı ki, şöləsindəİçənlər yandı öz əlbəsəsində.

به رود و می‌و لهوهای دگرهمی‌برد شب را به شادی به‌سر

Çalğı nəşəsiylə yeyib-içdilər,Gecəni şənliklə etdilər səhər.

چو شنگرف سودند بر لاجوردسمور سیه زاد روباه زرد

Lacivərdə şəncərf vurunca dövranSamur sarı tülkü doğdu o zaman.

دگر باره در جنبش آمد نشاطدرآموده شد خسروانی بساط

Yenidən canlandı şənlik və həyat,Quruldu sevimli, şahanə büsat.

چمن باز نو شد به شمشاد و سروخرامش درآمد به کبک و تذرو

Çəmənlər yenidən nəşəyə gəldi,Kəklik və qırqovul cilvəyə gəldi.

نواگر شدند آن پریچهرگاننوآیین بود مهر در مهرگان

Nəğməyə başladı pəriüzlülər,Günəş mehreganda daha xoş gələr.

ز بیجاده گون بادهٔ دل‌فروزفشاندند بیجاده بر روی روز

O gülgün meydən ki, yaquta bənzər,Gündüzün üzünə səpdilər gövhər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов