عمر بر آن فرش ازل بافتهآنچه شده باز بَدَل یافته

Əzəliyyət fərşində sürüb öz həyatını,Nə etdisə onunçun aldı mükafatını.

گوش در آن نامه تحیت‌رساندیده در آن سجده تحیات‌خوان

Şe’rimə salam verər onu eşidən qulaq,Gözsə düşər səcdəyə dualar oxuyaraq.

تنگ دل از خنده ترکان شکرسرمه بر از چشم غزالان نظر

Türklərin gülüşündən xeyli incə bir şəkər,Maralların gözündən sürmə aparar nəzər.

تُرک قصب‌پوش من آنجا چو ماهکرده دلم را چو قصب رخنه‌گاه

Mənim ay kimi orda kətan geyən gözəlimQəlbimi kətan kimi deşdi... qoy bilsin elim.

مه که به شب دست برافشانده‌بودآن شب تا روز فرو مانده‌بود

Gecəyə əl uzadan yavaş-yavaş yatan ay,Sübhə kimi parladı batmadı o batan ay.

ناوکِ غمزه‌ش چو سبک‌پَر شدیجان به زمین بوسه برابر شدی

Yarımın qəmzə oxu çox iti olduğundanOnu qarşılayırdı yer öpmək üçün bu can.

شمع ز نور‌ش مژه پر اشک داشتچشم ِ چراغ آبله از رشک داشت

İşığından kirpiyi şamın yaşla dolmuşdu,Həsəd edən çırağın gözü çopur olmuşdu.

هر ستمی که به جفا درگرفتدل به تبرک به وفا برگرفت

Hər zülm ki, edirdi o, qəlbə cəfa ilə,Zülmü qucaqlayırdı könül bir vəfa ilə.

گه شده او سبزه و من جوی آبگه شده من گازر و او آفتاب

O gah göy ot olurdu, mən — su, arxa dolurdum.O gah günəş olurdu, mən boyaqçı olurdum.

زان رطب آن شب که بری داشتمبی‌خبرم گر خبری داشتم

Bəhrə aldığım təzə xurmadan o gecə mən,Xəbər tutdumsa belə, oldum xəbərsizlərdən.

کان مه نو کاو کمر از نور داشتماه نو از شیفتگان دور داشت

Nurdan kəmər bağlayan o təzə ay özünüVurğunlardan gizləyib göstərmirdi üzünü.

شیفتهٔ شیفتهٔ خویش بودرغبتی از من صد ازو بیش بود

Mə’şuqə məcnununa yetirmişdi məhəbbət,Məndən yüz dəfə artıq mənə edirdi rəğbət.

دل به تمنا که «‌چه بودی ز روزگر شب ما را نشدی پرده سوز‌؟

Könül arzu edirdi gündüz, olaraq sirdaş,Bu gecə pərdəmizi yandırmayaydı, ey kaş!

امشب اگر جفت سلامت شدیهم‌نفس روز قیامت شدی‌»

Gecə, yarımla mənə toxunmayaydı, eyvah,Nə olar açılaydı qiyamətdə bu sabah.

روشنیِ آن شبِ چون آفتابجویم بسیار و نبینم به خواب

Mən o aydın səhəri günəş kimi hər zamanYuxumda da görmərəm, axtarsam da durmadan.

جز به چنان شب طربم خوش نبودتا شب‌خوش کرد شبم خوش نبود

Mən o gecədən gözəl bir gecəyə irmədim,Ömrümdə ondan şirin bir gecə də görmədim.

زان همه شب یارب یارب کنمبو که شبی جلوهٔ آن شب کنم

Cilvələndirmək üçün mənə gecəni, eyvah,Hər axşam əl qaldırıb deyirəm: allah-allah!

روز سفید آن نه شب داج بودبود شب‌، اما شب معراج بود

O bir parlaq gündüzdü, deyildi zülmət gecə,O, me’rac gecəsiydi, necə oldu o, necə?

ماه که بر لعل فلک کان کنددر غم آن شب همه شب جان کند

Fələkin lə’linəsə xəzinə qazan bu ayO gecənin qəmində—gecələr salır haray.

روز که شب‌دشمنی‌اش مذهب استهم به تمنای چنان یک شب است

Gecəyə düşmənçilik bəsləyən gündüz belə,Yaşayır, yalnız həmən gecənin həsrətilə.

من شده فارغ که ز راه سحرتیغ‌زنان صبح درآمد ز در

Xəbərsizdim səhərin yolunda, birdən-birə,Sübh qılınc vura-vura işıqlar səpdi yerə.

آتش خورشید ز مژگان منآب روان کرد بر ایوان من

Günəşin hərarəti axıdıb yavaş-yavaşGözlərimdən tökdürdü eyvanıma ılıq yaş.

ابر به باغ آمده بازی‌کنانجامهٔ خورشید نمازی‌کنان

Günəşin paltarını yuyub tər-təmiz etdi,Nə zaman oynayaraq bulut bağçaya yetdi.

حوضهٔ این چشمه که خورشید بستچون من و تو چند سبو را شکست

Günəş nur çeşməsindən elə bir hovuz qurmuşKi, çoxunun biz kimi sənəyini sındırmış.

چرخ ستاره زده بر سیم نابزر طلی از ورق آفتاب

Ulduzların çarxı göy gümüş üstünə birdənGünəşin vərəqindən qızıl çəkdi müzəyyən.

صبح گران‌خسب سبک‌خیز شددشنه به‌دست از پی خون‌ریز شد

Ağır yatan sübh tez duraraq, qıl bir nəzər,Qan tökməyə götürdü, aldı bir iti xəncər.

من ز مصافش سپر انداختهجان سپرِ دشنهٔ او ساخته

Mən onun meydanından qalxan ataraq getdim,Xəncərinin önündə canımı qalxan etdim.

در پی جانم سحر از جوی جَستتشنه‌کُشی کرد و بر او پل شکست

Səhər mənə qəsd edib daldan sıçradı, baxın,Mən susuzu öldürüb, yıxdı bəndini arxın.

بانگ برآمد ز خرابات منک«ای سحر اینست مکافات من‌»

O zaman səslənərək mənim öz xərabatımDedi: „Söylə, ey səhər, bumudur mükafatın?“

پیشترک زین که کسی داشتمشمع شب‌افروز بسی داشتم

Bundan əvvəl ki, mənə vardı bir həmdərd olan,Çoxlu şamlarım vardı gecə işıqlarından.

آن‌شب و آن‌شمع نماندم چه سود‌؟نیست چنان شد که تو گویی نبود

Nə fayda ki, qalmadı o şam, o nurlu gecə,Yoxaldılar döndülər elə bil ki, bir heçə.

نیش در آن زن که ز تو نوش خُوَردپشم در آن کش که ترا پنبه کرد

Balını yeyənlərə tikan batır, kəskin ol,Səni pambıq edənin, dayanma, yununu yol,

خام‌کشی کن که صواب آن بودسوختن سوخته آسان بود

Çalış, xamları öldür ki, doğrusu budur, bil,Odlandırmaq yanmışı asandır, hünər deyil.

صبح چو در گریه من بنگریستبر شفق از شفقتِ من خون گریست

Sübh görüb gözümdən tökdüyüm qanlı yaşıQan ağladı şəfəqdə, rəhm edib mənə qarşı.

سوخته شد خرمن روز از غممچشمهٔ خورشید فسرد از دمم

Gündüzün xırmanı da yandı mənim qəmimdən,Söndü günün çeşməsi buz kimi nəfəsimdən,

با همه زهر‌م فلک امید دادمار شبم مهره خورشید داد

Zəhərləndimsə, fələk verdi ümid dərmanı,Gün möhrəsini verdi mənə gecə ilanı.

چون اثرِ نورِ سحر یافتمبی‌خبر‌م گرچه خبر یافتم

Elə ki, səhər nuru mənə eylədi əsər,Tutdumsa da xəbər mən, yenə qaldım bixəbər.

هر که درین مهد روان راه یافتبیشتر از نور سحر‌گاه یافت

Bu yüyürən fələkə gecə-gündüz yol tapan,Sübh nurundan da artıq nur tapmışdır hər zaman.

ای ز خجالت همه شب‌های تورو سیه از روز طرب‌های تو

Qəflət əhlinin bütün gecələrinin üzüAvaralıq üzündən belə qaradır, düzü.

من که ازین شب صفتی کرده‌امآن صفت از معرفتی کرده‌ام

O gecənin mədhini nə qədər ki, etdim mən,Bu mədhi də söylədim yalnız mə’rifətimdən.

شب صفت پرده تنهایی استشمع در او گوهر بینا‌یی است

Hər gecəsə yalqızlıq pərdəsinin özüdür,Onun şamı idrakın gövhəridir, gözüdür.

عود و گلابی که بر او بسته شدناله و اشک دو سه دل‌خسته شد

Ona bağlanmış gülab, səndəl öz sirdaşıdır,İki, üç dilxəstənin naləsi, göz yaşıdır.

وآن‌همه خوبی که در‌آن صدر بودنور خیالات شب قدر بود

O sinədə yer tutan bu gözəllik, bu cəlal,Qüdrətin gecəsindən bir nişanədir xəyal.

محرم ِاین پرده زنگی‌نوَردکیست در این پرده زنگار خوَرد‌؟

Bu pas basmış pərdənin, göyün kimdir həmdəmi?Kimdir qara bükümlü pərdənin ən məhrəmi?

صبح که پروانگی آموخته‌ستخوشتر ازان شمع نیفروخته‌ست

Sübh isə pərvanəlik öyrənən gündən bəriBundan gözəl şam ilə yandırmamışdır yeri.

کوش کز آن شمع به داغی رسیتا چو نظامی به چراغی رسی

Sən cəhd elə o şamdan alışaraq yanmağa,Bəlkə, Nizami kimi çatasan bir çırağa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов