Хосров и Ширин, глава 26
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
فلک چون کار سازیها نمایدنخست از پرده بازیها نماید
Düzəltmək istəsə bir işi fələk,Əvvəlcə min oyun çıxartsın gərək.
به دهقانی چو گنجی داد خواهدنخست از رنجبُردش یاد خواهد
Xəznə vermiş olsa bir əkinçiyə,Gərək o əkinçi əvvəl inciyə.
اگر خار و خسک در ره نمانَدگل و شمشاد را قیمت که داند؟
Həyatın yolunda olmasa tikən,Olarmı güllərin qədrini bilən?
بباید داغ دوری روزکی چندپس از دوری خوش آید مهر و پیوند
Bir neçə gün hicran dağıyla tək qal.Ayrılıqdan sonra xoş olur vüsal.
چو شیرین از بَرِ خسرو جدا شدز نزدیکی به دوری مبتلا شد
Ayrılınca Şirin orda Xosrovdan,Yaxınlıqdan ona üz verdi hicran.
به پرسش پرسش از درگاه پرویزبه مشگوی مداین راند شبدیز
Hər gün soraqlayıb Xosrov PərviziMədain qəsrinə sürdü Şəbdizi.
به آیین عروسی شوی جستهوز آیین عروسی روی شسته
Tərk edib gəlinlik adətlərini,Gəlintək gəzirdi sanki ərini.
فرود آمد رقیبان را نشان داددرون شد، باغ را سرو روان داد
Verdi kənizlərə özünü nişan,Bəxş eylədi bağa bir sərvi-rəvan.
چو دیدند آن شگرفان روی شیرینگَزیدند از حسد لبهای زیرین
Şirinin üzünü görən kənizlərDodaq dişlədilər həsədlə yeksər.
به رسم خسروی بنواختندشز خسرو هیچ وا نشناختندش
Gəlmiş kimi hamı şah hüzurunaHörmət eylədilər Xosrovtək ona.
همیگفتند خسرو با نکوییبه آتش خواستن رفتهست گویی
Dedilər: "Xosrovun düzdür imanı,Tapmışdır belə bir könül yaxanı.
بیاورْد آتشی، چون صبح دلکشوز آن آتش به دلها درزد آتش
Bir işıq gətirdi sübhə bərabər,Onun atəşiylə yandı ürəklər."
پس آنگه حال او دیدن گرفتندنشانش باز پرسیدن گرفتند
Hal-əhval tutdular sonra qonaqdan,Dedilər ki: "Göstər, bizə ver nişan:
که چونی وز کجایی وز چه نامی؟چه اصلی و چه مرغی؟ وز چه دامی؟
Kimsən, haralısan, de adın nədir?Sən hansı yuvanın quşusan, de bir?"
پریرخ زآن بتان پرهیز میکرددروغی چند را سر تیز میکرد
Pəri üzlü Şirin utandı bir az,Belə yerdə əlbət yalansız olmaz.
که شرح حال من لَختی دراز استبه حاضر گشتن خسرو نیاز است
Dedi: "Macəramı desəm çox çəkər,Qoy qalsın ta Xosrov gələnə qədər.
چو خسرو در شبستان آید از راهشما را خود کند زین قصه آگاه
Qayıdıb gəlincə Xosrov səfərdənAgah edər özü sizi xəbərdən.
ولیک این اسب را دارید بیرنجکه هست این اسب را قیمت بسی گنج
Yaxşı baxın ancaq bu qara ata,Dəyər bir xəzinə cavahirata."
چو بر گفت این سخن مهمانِ طنازنشاندند آن کنیزانش به صد ناز
Elə ki, sözünü dedi o gövhər,Yüz nazla oturtdu onu kənizlər.
فشاندند آب گُل بر چهره ماهببستند اسب را بر آخور شاه
Ay üstünə gülab səpdi hər kəniz,Şahlıq axuruna bağlandı Şəbdiz.
دگرگون زیوری کردند سازشز در بستند بر دیبا طرازش
İpək paltarına inci düzərək,Verdilər Şirinə başqa bir bəzək.
گل وصلش به باغ وعده بشگفتفرو آسود و ایمن گشت و خوش خُفت
Açdı vüsal gülü vədə bağında,Şirin şirin yatdı öz yatağında.
رقیبانی که مشکو داشتندیشکرلَب را کنیز انگاشتندی
O qəsrdə olan bir çox rəqiblərSandılar kənizdir bu dili şəkər.
شکرلَب با کنیزان نیز میساختکنیزانه بدیشان نَرد میباخت
Bütün kənizlərlə o nazlı nigarKənizlər sayağı edirdi rəftar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-26
Клавиши ← → для перехода, R — случайное стихотворение