Bir dəstə gül
İranlı deyir ki, ədl ilə dad olsun,Osmanlı deyir ki, millət azad olsun,Zahid nə deyir? Deyir ki, qarnım dolsun,İranlı da, Osmanlı da bərbad olsun!
Tacir arayır ki, bir ticarət yapsın,Amil çalışır bu yolda xidmət yapsın,İş mollalarındır ki, çalsın-çapsın,Yatsın, dursun, qüsli-cənabət yapsın.
Jurnal, qəzetə çıxır ki, millət oxusun,Hər bir əsərindən alsın ibrət, oxusun,Rusca oxumuşlara bu iş ar gəlir,Derlər, bunu qoy qarə cəmaət oxusun.
Zənn etmə ki, zikrə, səcdəyə dalmaq üçünZahid yüyürür məscidə əcr almaq üçün,Dün çaldığı səccadəyi satmış da yemiş,İndi yüyürür əlavəsin çalmaq üçün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-bir-deste-gul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Закрыв глаза, открой в молитвах рот,Не принимая смысла их в расчет!
Lə’nət sənə, ey cəhl, nə bidad ediyorsan!Болезней тяжких сонм расширил сердце мне, -Я верил, что помочь должна мне в горе печень.
Qafil yaşamaqdansa gözəl kardır ölməkQafil yaşamaqdansa gözəl kardır ölmək,Hərçənd ki, qəflətlə dəxi ardır ölmək;
Nasirülmülk Bakıdan İrana azim olduqdaMəncə, İranə əbəs əzm ediyor Nasiri-mülk,Göz önündə görürəm çünki budur İranı;