Əhvalpürsanlıq yaxud qonuşma ("– Nə xəbər var, məşədi?")
– Nə xəbər var, məşədi?– Sağlığın!– Ax-çox da yenə?– Qəzet almış Hacı Əhməd də…– Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?– Belə nəql eylədilər!..– Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Dəxi bir başqa xəbər?– Hac Cəfərin oğlu VəliQoyub uşqolaya oğlun…– O qurumsaq da?– Bəli!– Sənə kim nəql elədi bu sözü?– Bilməm kim idi.– Oylə isə ona da min kərə lə’nət deməli!..– Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Dəxi bir başqa xəbər yoxmu?– Tanırsan Qəfəri?– Nə Qəfər? Hansı Qəfər?– Mirzə Mənafın pədəri!– Tanıram!– Dün o da bir şübhəli kəslə danışıb…– Kim deyirdi?– Yedici Xansənəm arvadın əri.– Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Yenə bir başqa xəbər varmı?– Bizim qonşu Kərim…– A… A… A?..– Bəli, hə… hə!..– O nə qayrıb, de görüm?– "Molla Nəsrəddin" alıb, həm özü, həm oğlu oxur.– El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Mənə bir boylə xəbər çatdı: Səməd dam-daşınıSatıb, onversetə göndərmək üçün qardaşını…– Bu xəbər doğrudur, ancaq bunu da bilməlisiz:Özü də çəkmə geyib, saç da qoyubdur başına…– Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Bir belə söz də deyirlər ki, sizin Kalba AşırYeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!– Bəli, düzdür bu dəxi!..– Heyf, o dövlətdən ona!..Dövlət azdırdı onu, dini-xudadan uzaşır…Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana,Danışır bir para sözlər ki, dəyir rövzəxana?– Bəli, qurbanın olum, lap o çıxıb məzhəbdən!– Görməyirsənmi şişib boynu, dönüb bir qabana?!Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– O qurumsaq Cəbi də gözləməyir hörmətimi,Burda-orda, belə derlər ki, edir qiybətimi…– Bəli, hətta bu işin üstə onun arvadınaSöymüşəm!– Borcun odur, – gözləmisən qeyrətimi…Mən də hər daim ona yağdıraram lə’nətimi,Başlayıb də’vətimi, ərz edib hacətimi.Vəqfi-nifrin edərəm həm günümü, saətimi,Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,Siz də lə’nət oxuyun, çünki bu məl’un babıdır!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-ehvalpursanliq-yaxud-qonusma-ne-xeber-var-mesedi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Töhmət edir qəzetçilər, – mə’şəri-nası bir belə!..Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..
SəbirTa gəlirik biz də bir az anlayaq, –Məhzəri-irfanda vurur tək səbir.
Barakallah ("Sən beləsənmiş, balam, ay barakallah sənə!")Вот как в мире ты живешь! Ай, хвала, хвала тебе!Что ни слово - ересь, ложь! Ай, хвала, хвала тебе!
Olmur, olmasın! ("Ata: Kuçədə tullan, ey oğul, sənətin olmur, olmasın!"ОтецСынок, на улице играй, будь равнодушен ко всему,
Стихи других поэтов · Сатира
Lovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,
GərəkGet dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.
DardanelI– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
BirbəbirAy Baba, gəl deyim sənə dövri-zamanı birbəbir,Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir.