Millət necə tarac olur olsun, nə işim var
Millət necə tarac olur olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!Qoy mən tox olum özgələri ilə nədir karım,Dünyavü cahan ac olur olsun nə işim var?!
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,Yatmışları razı deyiləm kimsə oyatsın,Tək-tək ayılan varsa da həq dadıma çatsın,Mən salim olum cümlə cahan batsa da batsın;Millət necə tarac olur olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Salma yadıma söhbəti tarixi cahanı,Əyyami-sələfdən demə bir sözdə filani,Hal isə gətir meyl eləyim dolmanı, nani,Müstəqbəli görmək nə gərək, ömürdü fani;Millət necə tarac olur olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Övladi vətən qoy hələ avarə dolansın,Çirkabi-səfalətlə əli, başı bulansın,Dul övrət isə sailə olsun, oda yansın,Ancaq mənim avazeyi-şənim ucalsın;Millət necə tarac olur olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Hər millət edir səfheyi-dünyada tərəqqi,Eylər hərə bir mənzili-məvada tərəqqi,Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,Bizdə edərik aləmi-röyada tərəqqi;Millət necə tarac olur olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-millet-nece-tarac-olur-olsun-ne-isim-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Мы - орава дармоедов, наше дело - вздор болтать.И писать мы разучились, и отвыкли мы читать.
Bir bəhanə əldə ünvan etməli bundan soraНайдем предлог какой-нибудь - отныне до скончанья дней,Чтоб к жизни прежней край вернуть - отныне до скончанья дней!
Bir cibimdə əskinasımВ одном кармане - векселя, в другом - рубли, рубли, рубли!Такую сладостную жизнь, аллах, продли, продли, продли!
Bir dəstə gülИранец говорит: «Я правде рад всегда».Османец: «Мой народ свободе брат всегда».