Ruhum, ey şahbazi-ülviyyət,Himmətimtək fəzadə pərvaz et!Uç!Uç! Övci-səmadə pərvaz et!Təngnayi-bədəndə var xiffət.

Şiyani-bədəndə etmə qərar,Yanma sən də mənim kimi narə!Bulamazsan məlalimə çarə!Sıxılırsan, lətifsən, zinhar!

Boşla bu cismi, cism mən deyiləm;Sana müşkül olursa hicranım -Mən sənin, sən mənim dilü canım,Mən sənin kəndinəm, bədən deyiləm!

Hara getsən səninlə mən də varam,Şu bədəndə fəqət əsirsiz, zar,Ölməyimlə sevinməsin eğyar, -Aləm olduqca mən dəxi duraram!

Bir səfa bulmadıq bu aləmdə,Başqa bir aləmə varıb gedəlim;Bir ovuc xaki xakə tərk edəlimMədfəni-şumi-ali aləmdə!

Mən gedərsəm, var olsun amalım!Yaşasın-şəhriayi-hürriyyət!Yaşasın-şəhriayi-hürriyyət!Mən gedərsəm, var olsun amalım!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов