Altıncı fəsil
Страница 5 из 6 · 67%
III
Həmişə ehtiyac içində yaşamaq, xüsusən son dövlət imtahanı Şamilin əsəblərini pozmuş olduğundan istirahətə böyük ehtiyac hiss edirdi. Təbiətcə zəngin, ab-havalı və sakit bir yerə getmək qərarına gələn Şamil də Arazla Günəşin olduğu həmin kəndə gəlib çıxdı və orada qalmağı qərara aldı. Təsadüf elə gətirdi ki, o, Arazla Günəşin yaşadığı evin qonşuluğuna düşdü və gəldiyi gündən onlarla tanış oldu. Arazla Günəşin sadə və səmimi həyatı gənc doktoru maraqlandırmağa başladı. Əvvəlləri onlar Şamilə o qədər də isnişə bilmirdilər, ancaq uzaqdan-uzağa dostluq edirdilər. Lakin çox çəkmədi ki, onların dostluğu möhkəmləndi, səmimi bir şəkil aldı. Şamil hər gün onların yanında olur, evlərinin qarşısındakı iki çinar ağacının sərin, məftun edən mənzərəsinə baxıb zövq alır və gözlərini kiçik bir küləkdən yarpaqları daimi hərəkətdə olan bu iki çinardan ayırmırdı. Pəncərələrin qarşısında yan-yana ucalmış bu iki qollu, budaqlı qocaman çinarın yaşıl başları boşluqlarda geniş-geniş nəfəs alırdı. Təbiət bu iki uca və nəhəng çinarda heç bir nöqsan yaratmamışdı. Onların arasından qaynayan sərin bir çeşmə yol açdığı kiçik çınqıl daşları üzərindən axıb gedirdi. Bu iki ağacdakı sağlamlığı nəzərə çarpdıra bilmək üçün təbiət sanki qəsdən bir az uzaqda xəstə və cılız iki söyüd ağacı yaratmışdı. Hər səhər şəfəq sökülüncə bu mənzərə tamamilə başqa bir şəkil alırdı: ilk şəfəq selləri hücuma başlayınca bu iki çinar başdan-başa titrək, çəhrayı sədəflər içində parıl-parıl yanırdı.
Sizə təqdim etdiyim iki bəxtiyar, pəncərələri bu gözəl mənzərəyə açılan doktorun otağı ilə yan-yana olan o biri otaqda yaşayırdı. İri gövdəli, vücudca sağlam və xoşsima olan bu iki nəfərin qıpqırmızı yanaqları gəncliklərindən bir şey itirməmiş kimi saf və parlaq idi; geyimləri, həyat və rəftarları da çox sadə və səmimi idi. Həyatın acılarını ifadə edən simalarında həm də həyata ayaq basdıqları ilk gündən onlarla bərabər doğmuş nəşəli bir təbəssüm oynayırdı.
Şamil hər səhər oyandığı zaman onları həmin iki çinar arasındakı çeşmə başında görürdü. Ağır və məşəqqətli həyat onların ailə həyatının tökmə qayalardan daha möhkəm olan sağlam təməlinə zərrə qədər rəxnə vura bilməmişdi. Onlar bir-birini elə mehriban və səmimi bir səslə çağırırdılar ki, insan qibtə etməyə bilməzdi. Şamili hər şeydən çox maraqlandıran onların həyatlarındakı sadəlik və səmimiyyət idi.
Günəş Arazın ciyərlərindəki zəifliyi tamamilə sağaltmaq fikri ilə var-yoxdan çıxaraq onu bu ab-havalı yerlərə gətirmişdi. Havada bir az duman göründümü, dərhal yerindən sıçrayaraq:
– Araz, səni soyuq alar, – deyə onu yamaqlı yun şalı ilə bürüyür, Araz da məmnun halda itaət edib dururdu. Toyuq öz balasını hər növ fəlakətdən qoruduğu kimi, onlar da zaman və təbiətin hər bir qorxunc və zərərli hadisələrindən bir-birini qoruyurdular.
Günəş hər səhər günəşlə bərabər doğar, günəşlə birlikdə yenə öz otağına çəkilərdi. Sular qaralınca Günəş Arazın əlindən tutub iri, ala gözləri ilə gülə-gülə:
– Havada rütubət var, qalx gedək! – deyirdi.
Bir gün Şamil onlarla birlikdə çinar ağaclarının sərin kölgəsində oturub söhbət edirdi. Bu zaman qapı ağzında “Doktor Şamil” – deyə bir səs eşidildi. Şamil dönüb baxdıqda üç adam gördü. Üçünü də tanıdı. Bunlar Aslan bəy, Qəmər və Varis idi. Şamil ayağa qalxıb:
– Siz də bu yoxsul yerlərə gəlib çıxarmışsınız? – dedi. – Xoş gördük, necəsiniz?
Varis:
– Mən özümə söz vermişdim ki, bu il harda olsan, yayı səninlə keçirim. Burda olduğunu isə məktəb yoldaşımız Həsəndən öyrəndim. Qonşuluqda boş otaq varmı?
Şamil əli ilə qonşuluqda olan otaqları göstərərək:
– Var, ancaq bəyənməzsiniz, – dedi.
Varis əlini havada oynadaraq:
– Yaxanı əlimdən qurtara bilməzsən, – dedi. – Daxma da olsa bizə qəbuldur. Gəl, düş qabağıma, göstər görək neçə otaqdır?
– İki otaq, bir də mətbəxdir. Otaqlar mənim otağımdan həm iri, həm də avadanlıq cəhətindən zəngindir. pəncərələri isə həyətə açılır.
Şamil qonaqları qonşu evə apardı. Onlar müştəri gözü ilə otaqlara baxdılar. Varis ata-anasının üzünə baxdı. Qəmər dodaqlarını büzərək:
– Xoşuma gəlmədi, – dedi. – Bizə yaraşan otaqlar deyil, yenə pəncərələri ağaclığa olsaydı, bəlkə...
Varis onun sözünü kəsərək:
– Biz bura kef üçün gəlməmişik. Pəncərələri meşəyə oldu, olmadı, doktora qonşu olmaq üçün hələlik bu otaqlarda yerləşərik, – deyə cavab verdi. Aslan bəylə Qəmər çiyinlərini çəkərək, istər-istəməz razı oldular.
Ertəsi gün səhər Arazı çeşmə başında görüncə Aslan bəy yerindəcə donub qaldı:
– Sən də burdasan? – deyə heyrətlə soruşdu. – Bu yerlərə necə, hansı pulla gəlmisən?
Araz ona məhəl qoymayaraq:
– Alın təri ilə qazandığım pulla, – deyə cavab verdi. – Soruşmaq ayıb olmasın, bəs sən hansı pulla gəlmisən?
Aslan bəy bu cavabdan bərk tutuldu. O, Arazın nə demək istədiyini çox gözəl bilirdi. Ona ciddi cavab vermək üçün bir qədər düşündükdən sonra uca səslə:
– Arazları işlədib qazandığım pulla gəlmişəm, – dedi.
– Bunu anlayırsansa, insaflı adamsan. Ancaq ataların bir sözü var: “Özgə atına minən tez düşər”.
– Arxayın ol, biz elə minməmişik ki, bir də düşək.
– Ölünü öz başına qoymazlar, səbr elə, sizi ata mindirən oğullar bir gün də düşürər.
Varis hər ikisini acıqlı-acıqlı süzdükdən sonra:
– A kişi, burda da qoymazsan qulağımız dinc olsun? – deyə atasının qolundan tutub çəkdi. – Bəri gəl!
Aslan bəy əlini hiddətlə kənara çəkib:
– Taxsır səndədir ki, bizi gətirib bu gədə-güdəyə tay edirsən, – deyə əsəbi bir halda evə qayıtdı.
Bir gün Günəş yoxsul süfrəsini yerə sərib Arazla qatıq-çörək yeyirdi. Qəmər çeşmə başına keçərkən onları uzaqdan istehza ilə süzərək:
– Ay qız, yenə kişiyə nə yedirirsən? – deyə soruşdu.
Günəş:
– Nə yedirəcəyəm, kasıbın qazandığından, – deyə etinasız şəkildə cavab verdi.
– Kişivin fil boyda cəmdəyi var, yenə çox qazana bilmir?
Günəşin enli qaşları çatıldı, acıqlı gözləri ona dikildi:
– Ey, sən ağzının sözünü bil, mən bu kasıb Arazın kəsilən dırnağını min Aslan bəy kimi kişiyə dəyişmərəm!
Günəş Arazın ciyərlərini tamamilə sağaltmaq üçün onun başına pərvanə kimi dolanır, soyuqdan, istidən qoruyur, gündüzün isti çağını çeşmə başında keçirir, sərin zamanlarda meşədən moruq, böyürtkən, göbələk yığmağa aparır, yağışlı, rütubətli zamanlarda yamaqlı şalına sarıyıb onu artırmadan çıxmağa qoymurdu. Bu sadə, səmimi həyata vurulmuş doktor onların söhbətindən doymurdu.
Birinci gündən üçlər ikilərə düşmən kəsildi. Sözlərinə, hərəkətlərinə dodaq büzdülər, qaş-göz oynatdılar. İkilər də üçlərdən xoşlanmayaraq mümkün qədər onlardan uzaqlaşmağa çalışdılar. Üçlər bunlara “Lüt bəxtəvərlər” adını verdikləri kimi, ikilər də onlara “taun, vəba” adını vermişdi.
Varis arabir istehza ilə gülərək:
– Mən sənə lap çaşıram doktor, bu lüt həriflərin mənasız sözlərinə, gülünc hərəkətlərinə necə səbr edə bilirsən? – deyirdi.
İsti bir yay səhəri idi. Şamil Arazı çağırıb onunla qayıq seyrinə getmələrini xahiş etdi. Araz məmnuniyyətlə razılıq verdi.
Onlar gənc bir şamlığı ikiyə ayıran yaşıl bir təpənin lətif otları və çiçəkləri üzərində iki qocaman dağ arasına sıxışmış gölə doğru irəliləyirdilər. Günəş də onlarla idi. Araz birdən-birə durdu, əli ilə uzaqları göstərərək:
– Bax, dağların dalında yağış yağır, ildırım çaxır! – dedi.
Bu mənzərə onları dayandırdı. Şimşəklər alovlu ilan kimi, bir-birinin üzərinə qat-qat yığılmış buludlar arasından şütüyür, arxasınca göy gurultusu qopurdu.
Günəş tərəddüdlə:
– Araz, bu yağış bizi islatmasın? – dedi.
Araz qəti bir səslə:
– Yaz yağışı uzun sürməz. O bizi yaxalayınca qayıdarıq, – deyə cavab verdi.
Gölə yaxınlaşdıqca ildırımın gurultusu da yaxınlaşır, güclənirdi.
Onlar artıq qayığa minmişdilər. Araz avarları Şamildən almağa çalışdısa da o, razılıq vermədi. Günəşi baş tərəfdə yerləşdirən Araz gülə-gülə:
– Qayıqçı, bizi hara aparacaqsan? – deyə soruşdu.
Şamil barmağı ilə qabaqdakı dağları göstərdi:
– Təpəsində ildırım çaxdığı o daima yaşıl dağların təpəsinə!
– Buludlarla döyüşəmi? Aman, doktor, o dəhşətli ildırımlardan qorxmuram, ancaq buludların rütubəti Arazı xəstələndirə bilər.
– O rütubəti atəşli şimşəklərinlə quruda bilməzsənmi?
Araz gurlayan səsi ilə:
– Onun atəşi kifayət etməsə mən qurudaram, – dedi.
Şamil bütün qüvvəti ilə avar çəkərək, qayığı gölün o biri sahilinə doğru sürürdü.
Günəş Arazın açılmış sinəsini şalı ilə örtərək:
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.
AğlaşmaISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:
Dəyərli bir xatirəİsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.
İblisin hüzurundaQaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.
Стихи других поэтов
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Bir az da, gəlin, gözləyək ol yar gəlincəBir az da, gəlin, gözləyək ol yar gəlincə,Min naz ilə ol sevgili dildar gəlincə!
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
MinayəsənmiMüddətdir düşmüşəm mən intizara,Bircə söylə görüm Minayəsənmi?