Содержание
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Страница 4 из 13 · 23%

İtaətsiz uşaq

Ey mənim itaətli şagirdlərim!

Məbada-məbada dünyada bir para itaətsiz və nadan uşaqlardan olasınız!

İtaətsiz uşaqları görməyə gözüm yoxdur. Belə uşaqlar həmişə müəlliminin gözündən düşüb və ata-anasının məhəbbətindən məhrum qalır. İtaətsiz uşaqların gördüyü işləri və tutduğu əməlləri bəyan etməkdən dilim acizdir. Belə uşaqları ata və anası bir lazımlı işə göndərəndə az qalır ki, canı çıxsın. Guya ki, iş görmək haramdır. Bir nəsihət edəndə nə qədər canı sıxılır. Deyəsən ki, nəsihət qəbul eləmək günahdır.

Məsələn:

Anası deyəndə: - Oğlum, apar bu kuzəni çeşmədən doldur!

Mən apara bilmərəm, çeşmə uzaqdır. Mən gedə bilmərəm. Belə çirkin-çirkin cavablar verər.

Keçən günlərdə məktəbimizin şagirdlərinin birisindən evlərində bir itaətsizlik sadir olubdur. Ata-ananın itaəti vacib və lazım olduğu halda, anası ilə döyüşüb və savaşıb və bir para namülayim sözlər söyləməyə cəsarət edibdir.

İndi mən onun adını aşikar zikr etməyirəm. Bəlkə peşman olub, gedib anasının əlini öpüb və təqsirinin üzrünü istəyib, günahından tövbə edəcəkdir. Və illa əsamiyi-ətfal vərəqəsində onun adının altında nöqteyi-təğbih görünüb və özünü tövqif cəzasına düçar olmuş görəcəksiniz və onun əhvalına yanıb, əfsus edəcəksiniz.

On üçüncü imla

Qeyrətli və çalışqan uşaq

Bu gün bu imla dərsində sizlərə bir müqəddəs kəlmənin mənasını tərif və bəyan edəcəyəm ki, o da qeyrətdir. Qeyrətli uşaqların əhvalından bir müxtəsər məlumat verəcəyəm, ta biləsiniz ki, qeyrətli və diqqətli olmaq eyni səadətdir.

Qeyrət dediyimiz nədir?

Qeyrət dediyimiz bir tükənməz xəzinədir.

Qeyrət bir gövhəri-giranbahadır ki, ona malik olan kimsə həmişə asayiş və istirahətlə keçinir. Hələ kamalatlı və mərifətli şəxslər qeyrət kəlməsini zəhmət mənasına tutublar. Belə ki, hərgah zəhmət kəlməsinin bir nöqtəsin götürsən görərsən ki, zəhmət deyil, rəhmətdir.

Pəs məlum oldu ki, səyli və qeyrətli adam zəhmət sevər. Zəhmət sevən kimsə rəhmətə müstəhəqq olur. Odur ki, deyiblər:

  • Cavanlıq zamanında zəhmət çəkən kişi qocalıq əyyamında rahat olur.

Qeyrət kəlməsinin mənasında sözlər üçün ancaq bir bu qədər kifayətdir.

İndi görək aya qeyrətli uşaq necə olur?

Qeyrətli uşaq əziz ömrünün qiymətli vaxtlarının saat və dəqiqələrini bihudə və bica yerə tələf və zaye eləməz. İstər məktəbdə olsun, istər evdə, heç bir vaxt mətəl və bekar əyləşməz. Kitab oxuyar, yazı yazar, dərs əzbərlər, hesab çıxarar, şəkil çəkər. Əlhasil, məktəb vəzifələrindən tutmuş ev işlərinə kimi hər birisini öz vaxtında cabəca eləyər. Səhərlər tezdən hamıdan qabaqca məktəbə gələn, dərsə şüru olunanda hamıdan qabaqca dərs başlayan, dərs əsnasında hər bir suala qabaqca cavab verən qeyrətli uşaqlardır. Məktəbimizə bir müfəttiş gələndə onun nəzər diqqətini cəlb edən qeyrətli şagirdlərdir. Odur ki, qeyrətli şagirdlər dərs günlərində təhsin və afərin vərəqəsinə malik olub və imtahan məclisində imtiyaz vərəqəsinə layiq olurlar.

On dördüncü imla

Qeyrətsiz və tənbəl uşaq

Ey mənim qeyrətli şagirdlərim! Dünyada tənbəllik insanın vücudunda bir böyük mərəzdir. Xasiyyətlər içində tənbəllikdən və bekarlıqdan pis xasiyyət yoxdur.

Məsəli-məşhurdur ki;

Tənbəl adam badam yemək istər, amma sındırmağının zəhmətindən qaçar.

Tənbəl armud ağacının altında uzanıb, - ey armud, gəl ağzıma düş - deyər.

Bəziləri bağçanı suvarmaq dərdindən Allahdan yağış istər.

Məlumunuz olsun ki, insanın əvvəlinci vəzifəsi səy və qnyrətdir. Çünki insan çalışmaq üçün yaranıbdır. Pəs buna görə gərəkdir o qədər himmət və qeyrət göstərəsiniz ki, adınız tənbəllər cərgəsində və bekarlar dəftərində adınız zikr olunmasın.

Tənbəl və qeyrətsiz uşaq necə olur? Tənbəl uşaq səhərlər yerindən gec durar. Çünki çox yeməyə adət edibdir. Necə ki, tənbəl deyər:

  • Ver yeyim, ört yatım. Gözlə canım çıxmasın.

Tənbəl uşaqlar yuxudan oyanıb, heç bir iş görmək fikrinə düşməyib, yenə təzədən yatar. Elə ki, gün çıxıb, məktəb vaxtı keçəndən sonra anası gəlib oyadanda durub acıqlanıb, yenə heyvan kimi yatar. Yuxudan oyananda yerinin içində bir gərnəşib və bir neçə dəfə əsnər. O halətdə məktəb yadına düşüb, cırılmış və dağılmış kitablarını, qaralanmış dəftərlərini və qeyrətli uşaqların oxumağını, yazmağını, təzə kitablarını, gözəl-gözəl dəftərlərini xəyalına gətirib bir saata kimi yerinin içində başını və canını qaşıyar. Tainki durub əsnəyə-əsnəyə, gözlərin ovuşdura-ovuşdura eşiyə çıxar. Qayıdıb evə daxil olanda çayın hazır olmağını nəzərdə tutub, salam vermək yadından çıxar. Bunlardan əlavə, paltar geyməyi bir saat çəkər. Çünki kəmərin açanda atıb bir tərəfə, şalvarı-börkü bir tərəfdə, corabı bir tərəfdə.

Belə uşaqların biqayda işləri və bifayda əməlləri demək ilə tükənməz, yazmaq ilə tamam olmaz. Qeyrətli uşaqlar bu azacıq sözlərdən çox məlumat hasil edər.

On beşinci imla

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов