Содержание
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Страница 7 из 13 · 46%

Zirək və huşyar uşaq

Bir məktəbin ümum şagirdlərinin içində hamıdan artıq zirək və huşyar olmaq nə böyük səadətdir. Öz fəhm və fərasəti sayəsindən xalq arasında zikri-xeyr ilə yad olunmaq nə gözəl nemətdir. Huşyar uşaqlar sinn hesiyyətindən nə qədər kiçik olsalar da, yenə aqilanə hərəkətlərinin səbəbindən və pəsəndidə xülqlərinin cəhətindən öz həmcinslərindən təmiz tapıb və həmsinnlərinin dərəcəsindən tərəqqi edib, ali mərtəbələrə yetişirlər.

İndi məktəbimizdə sizlərə uşaqlar nişan verə billəm ki, onlar hamısı bir tarixdə və bir müəyyən vaxtda məktəbə daxil olub, ol vaxtdan indiyə kimi həmişə dərsə çalışıb, təhsilə davam edirlər. Onların bəzilərinin sinnləri nə qədər az olmuş olsa da, amma zirək və huşyar olmaqlarına görə ikinci sinifin ikinci şöbəsinə keçiblər. Amma bəziləri özləri böyük və sinnləri artıq olmuş olsa da, yenə birinci sinifin birinci şöbəsində tənbəllik və kəsalət ilə vaxtlarını zaye etməkdədirlər.

Huşyar uşaqlarda həmişə bir şövq və həvəs və bir məxsusi zehn və zəkavət vardır ki, onun vasitəsilə məktəbə getməkdən, oxuyub-yazmaqdan, təlim və tərbiyə hasil etməkdən bir saat qafil olmazlar. Odur ki, belə uşaqlar kamilən bu mətləbi anlayıblar ki, məktəbə getməkdən maqsud nədir və elmü tərbiyə nədən ibarətdir.

Dünyada bikamal və bisavad adamlar nəyə lazımdır? Hələ bunlardan əlavə ata-analarının itaətini və müəllimlərinin ehtiramını və alimlərin və möhtərəm şəxslərin hörmətini vacib bilib, onlara xidmət və məhəbbət etməkdən heç bir vaxt geri durmazlar. Huşyar uşağın hal və hərəkəti, zehn və zəkavəti, xüsusən ləhceyi-qiraəti və bəlkə, cəmi xasiyyəti sair uşaqlara bənzəməz.

Ümidvaram ki, bugünkü dərsimizdə zirək və huşyar uşaqların imlalarından heç bir səhv və yanlış tapılmayacaqdır.

İyirmi ikinci imla

Kəlləgic və bədhava uşaq

Ey mənim zirək və huşyar şagirdlərim!

Hərgah siz diqqət ilə dürüst mütəvəcceh olasınız, bu addan və bu kəlmədən məlumunuz olacaqdır ki, kəlləgic və bədhava uşaq kimdir və necə olur. Ümidvaram ki, bu məktəbdə belə bihuş və bədhava uşaqlardan tapılmasın. Hərgah bir nəfər və iki nəfər də olsa. İnşaalah onlar da yavaş-yavaş bu adəti və bu xasiyyəti tərk edəcəklər.

Bədhava uşaq necə olur?

Bədhava uşağın yerişi insan yerişinə oxşamaz. Baxışı və sair hərəkat və səkənatı insanlıq dairəsindən bilmərrə xaricdir.

Bədhava uşaqda bir halət mülahizə olunur ki, məazzallah! Bu qism uşaqlar axırda ya damdan və ya divardan yıxılır və ya suda boğulur, ya odda yanar, ya quyuya düşər. Yainki sair bir müxatirəyə rast gəlib həlak olur. Belə uşaqların halətlərini təqrir və bəyan etməkdən dilim acizdir. İndi bilmirəm aya onun corabı tərs geyməyin deyim, yainki başmağı dəyişik salmağın, ya şalvarsız məktəbə gəlməyin, ya gecə börkü başında qalmağın deyim?

Bunlardan əlavə elmi-hesab dərsində «üçü beşdən çıxanda neçə qalır?» sual olunanda birdən-birə vəhşətlə fikirsiz ayağa durub «dörd qalır» deyib, cavab verməyin deyim.

Hələ bədhava uşaqdan növ-növ qəribə halətlər görünür. Məsələn: Qələmdən, qələmtəraşdan və ya sair təlim şeylərindən birisini görərsən ki, şiddət ilə axtarır. Yoldaşlarından hey soruşur. Elə ki, axtarıb ələdən-ayaqdan düşəndən sonra baxır görür ki, qələmtəraş əlində və ya cibindədir. Çox vaxt belə uşaqlar evlərinə gedən vaxtda baxıb görürsən ki, qapılarını keçibdir.

Bir gün bir bədhava uşağa evlərindən pul və qab verib bazara süd almağa göndərmişdilər. Gəlib küçədə uşaqlarla oynamağa məşğul olub, gün batanda süd olmaq yadına düşüb. Çaparaq südçü dükanına gəlib, artıq pul verib, əskik süd alıb, yüyürə-yüyürə getməyə başlar. Birdən yıxılıb, süd tökülüb, qab sınıb, ağzının-burnunun qanı bir-birinə qarışıb, ağlaya-ağlaya evlərinə gedir.

Xüdavəndi-aləm belə uşaqları heç kəsə verməsin!

Bugünkü dərsimizdən ibrət almağınıza ümidvaram, nuri-didələrim!

İyirmi üçüncü imla

Nəfsi salamat uşaq

İnsanın nəfsinin salamatlığı bədəninin salamatlığına baisdir. Bədənin salamatlığı ruhun salamatlığına dəlildir. Nəfsi salamat şəxsin ağlı kamil, fikri sabit, xəyalı vüsətli, zehni salim olur. Nəfsi bütün uşaqlar həmişə övqatını yemək və içməyə sərf etməz. Belə uşaqların yeməyinin həddü əndazəsi və xörəyinin bir müəyyən vaxtı olur. Heç bir vaxt küçələrdə və bazarda gedə-gedə yemək üçün ağzı tərpəşməz. Xüsusən tənəffüs zamanında və oynamaq vaxtlarında cibindən bir şey çıxarıb yoldaşlarının içində (yanında) yeməz. Hərgah bir yeməli şeyi olsa onu saxlayıb bir münasib vaxtda məsrəf eylər.

Süfrə başında o qədər ədəbli və təmkinli əyləşər ki, özündən böyüklər taama şüru etməmiş və ona təklif olunmamış əl süfrəyə uzatmaz. Taamı elə bir nazikanə çeynəyib və aram ilə yeyər ki, həm yediyinin ləzzətini anlar və həm məzaçı salamat olar. Xörəyi fısıldaya-fısıldaya yeməz. Çayı zirinə tökub püfləyə-püfləyə içməz. Taamdan sonra istər gecə olsun, istər günüz meylsiz və iştahasız heç bir şey yeməz. Çünki bu məşhur məsəli eşidibdir ki, meyli və iştahası olmaya-olmaya təam yeyən adam güya ki, qəbrini dişi ilə qazar.

Evlərində yeməkdən ötrü heç vaxt döyüşüb, küsüb, dava etməz. «Mənimki az oldu, çox oldu, orası elədir, burası belədir». Əsla belə sözlər onun ağzından çıxmaz. Ev xəlvət olanda tağı, tağçanı, işqabı, dulabı yeməkdən ötrü gəzib axtarmaz. Evdə bir yeməli şey gördüyü halda hərgiz ona iznsiz əl uzatmaz. Bir bağa və ya bir bağçaya daxil olanda sahibinin icazəsi olmadan ağaca-budağa əl uzatmaz.

Əlhasil, hər bir belə hərəkətlərdə bulunmaq nəfsi bütünlük nişanəsidir.

Gələn imla dərsimizdə sizlərə nəfsi bütünlük barəsində bir hekayət yazdıracağam.

İyirmi dördüncü imla

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов