Содержание
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Страница 6 из 13 · 38%

Kibrsiz uşaq

Ey mənim xeyirxah şagirdlərim! Müddəti-ömrünüzdə həmişə kibrdən kənar olmağınızı surəti-məxsusədə sizlərə vəsiyyət edirəm.

Artıq ümidvar oluram ki, əsla bu sifətin dövrü bərinə dolanmayacaqsınız. Kibrdən ictinab etmək barəsində bir bu sözüm də qalıbdır. Onu da deyirəm:

  • Torpaqdan yaradılmış insana kibr etmək lazım deyil.

Məktəbimizin kibrsiz və xoşəxlaq uşaqlarından nə qədər razı və xoşnudam. Hələ məktəbimizdə bəzi uşaqlar vardır ki, atası nə qədər desən dövlətli və müknətli və özü təzə libas geymiş və cəmi ləvazimatı cabəcadır. Bununla belə, yenə heç bir vaxt yoldaşlarına təfakür edib təşəxxüs satmaz. Əsla onların ürəyin sıxıb, qəlbin incitməz. Fəğir və miskin şagirdlərə həmişə himayət eylər. Məktəb yoldaşlarından hər birisi olsun, onunla oyun oynamaqdan və müsahibət etməkdən hərgiz çəkinməz. Bir yerə yığışanda və ya bir məclisdə əyləşəndə aşağı tərəf oldu, yuxarı tərəf oldu heç əhvalına təfavüt etməz. Fağır və biçiz qohumlarının və qonşularının evlərindən ayaq çəkməz.

Əldən-ayaqdan düşmüş xəstələrin və gözdən məhrum olan biçarələrin əhvalını riayət eylər. Həmişə özündən əksik bulunanlara baxıb, Allah taalaya həmd və onun verdiyi nemətlərin şükrünü əda eylər.

Mərhəba olsun nemətşünas şagirdlərə! Afərin olsun kibrsiz uşaqlara!

Əlhəqq belə uşaqları təhsin etməlidir.

On doqquzuncu imla

Doğruçu uşaq

Dünyada gözəl sifətlərin əvvəlincisi sədaqətdir. Sədaqət insan üçün bir mayeyi-istirahət və bir sərmayeyi-səadətdir. Doğrudan-doğruya insanı dünya və axirətdə əziz və möhtərəm edən diyanət və istiqamətdir. Doğruluq bir sifətdir ki, insanın nicatına və səadətinə səbəb olur. Odur ki, peyğəmbərimiz Məhəmməd ül-Mustafa (səlallah) buyurubdur:

  • Nicat doğruluqdadır.

Həmişə doğru danışan uşaqlar ata-anasının yanında əziz və mükərrəm və müəllimlərinin nəzərində məğbul və möhtərəm olur. Bu səbəbdəndir ki, məktəbdə bədəxlaq şagirdlərdən birisi müqəssir olanda və ya hər kəsdən bir qəbahət naşi olanda müəllim həmən saat o əhvalatı doğruçu uşaqlardan təhqiq eylər.

Müəllimlər ümum məktəblərdə tənəffüs vaxtlarında şagirdlərə nəzarət etmək üçün və qəbahətlilərin adların yazmaq üçün doğruçu uşaqları təyin eylər.

Doğruluğun dünya və axirətdə insana o qədər faydası vardır ki, yazmaqla qurtarmaz. Deməklə tükənməz. Çox vaxt ittifaq düşübdür ki, dövləti divanxanalarda öz təqsirinə iqrar edən müqəssirlərin və doğru danışan günahkarların bilmərrə təqsirini əfv edib və günahından keçiblər.

Bəh-bəh! Maşallah! Doğruçu şagirdlər bu imla dərsini nə gözəl meyl və rəğbətlə yazarlar. Hələ yazandan sonra necə şövq ilə və həvəslə oxuyacaqlar! Məktəbdə oxumaqlarından əlavə, aparıb evlərində ana-analarının da hüzurunda da kamali-ədəblə oxuyacaqlar. Doğruçu uşaqları Allah taala hifz eyləsin!

Gələn imla dərsimizdə yalançı uşağın əhvalından zikr və bəyan olunacaqdır.

İyirminci imla

Yalançı uşaq

Ey mənim doğruçu şagirdlərim! İnsaniyyətin əvvəlinci vəzifəsi yalan danışmaqdan pəhriz və ictinab etməkdir. Məbada-məbada yalançılıq edəsiniz. Çünki yalançı Allahın düşmənidir. Dünyada yalançılıq səbəbindən çəkilən ziyanın həddü-hesabı yoxdur. Yalançı şəxsləri dilsiz və nitqsiz adamlara oxşadıblar. Necə ki, lal adamların xalq arasında sözü və söhbəti yoxdur. Habelə yalançı kimsənələrin də sözlərinin qədr və qiyməti olmadığına görə dilsiz adamlardan heç bir təfavütü yoxdur.

Yalan söz sahibini utandırır. Bir vaxt olur ki, yalanı meydana çıxar. Heç bir üzr və bəhanə gətirə bilməz. Odur ki, deyiblər:

  • Yalan söz bir qısa örtüyə bənzər. Əgər insanın bir səmtini örtərsə, yenə bir səmtini açıq qoyar.

Yəqiniz olsun ki, hər uşaq yalançılığı özünə şüar etsə, dünada bietibar olub və axirətdə rəstigar olmaz. Bunlardan əlavə ata-anasının, qohum-əğrabasının və sair dost və aşinalarının, xüsusən müəllimlərinin nəzərindən düşüb, heç bir etibarı qalmaz.

Məlumdur ki, hər uşaq yalançılıqda şöhrət tapsa, axırda onun doğru sözü də inanılmaz. Necə ki, məsəli-məşhurdur:

  • Yalançının evi yandı, amma heç bir kəs inanmadı.

Məgər o hekayət yadınızdan çıxıbdır? Bir gün bir kəndin yaxınlığında bir cavan oğlan qoyun otarırdı. Birdən-birə yalandan vəhşətlə səsləndi:

  • Ay aman! Ay dad! Ey camaat, qurd! Gəlin, qoymayın, qurd gəldi, qurd gəldi.

Kənd əhlindən bir neçəsi təcili ilə hər biri bir dəyənək tapıb, gəlib gördülər ki, heç bir şey yoxdur.

İttifaqən bir gün həmin yerdə bir qurd heybət ilə gəlib sürünün içinə girdi. Biçarə oğlan vəhşətlə səsləndi:

  • Ay haray, ay dad! Qurd, qurd. Ey camaat, gəlin, qoymayın!

Kənd əhli belə xəyal elədilər ki, yenə keçən gün kimi yalandan çağırır. Heç birisi onun fəryad və naləsinə qulaq verməyib, harayına getmədilər. Zalım qurd binəvanın qoyunlarının bir neçəsini yaraladı. Məlum deyil ki, oğlanı da tələf etdi, ya yox.

İndi ümidvar oluram ki, bu qissədən bir hissə götürüb, mütənəbbeh olasınız. Əlbəttə, dünyada xöşbəxt və səadətmənd və üğbada əziz və ərcümənd olmaqdan ötrü əsla yalan danışmayıb və yalançı adamların dövrü bərinə dolanmayacaqsınız. Çünki insanı dərəceyi-kamala və payeyi-səadətə yetirən sədaqət və rastguluqdur.

İyirmi birinci imla

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов