Страница 3 из 3 · 67%

– Çox yəqin ki, bu qadın öz ayaq barmaqlarının ucunda dikəlib, özünü bir qədər də yuxarıya dartıb özü-özünü asıbdır, – deyə dazbaş həkim əllərini dizlərinə dayayıb ayağa qalxdı.

– Onda bəs bu tabureti kim böyrü üstə yıxıbdır?.. Əgər belədirsə, tabureti kim yıxmış olar? – Mehman çəkməsinin ucu ilə tabureti vurub, istehzalı ahənglə soruşdu: – Bəlkə onu da qadın özü, özünü asdıqdan sonra edibdir?.. Ola bilməzmi belə bir möcüzə?! – Mehman gözlərini qatilin gözlərinə saplayınca, həqiqət qarşısında sarsıyan, məhkəmə həkimi boğazını bir neçə dəfə arıtladı.

– Mən bu yazığı, bu bədbəxti görəndə – deyən Məmmədxanın klubdakı hədələyici barmağı titrəməyə başlayırdı. – Düzü özümü lap əməlli-başlı itirdim... Vəziyyət heç cürə yadımda deyil... Düzü istəmədim tez qaraqışqırıq salam, ancaq qorxdum, qonşular axıb buraya tökülə, iz tamam-kamal itə? Əqlimə gəldi ki, birbaş yüyür prokurorun üstünə!

Qatilin belə məntiq izahatı müqabilində hər iki dazbaş bir-birindən bixəbər, hər ikisi birdən döşünü arıtladı, sanki hər ikisinin xırıltılı nəfəsindən: “Ha, qoçaq, ha! – Xalılar ha, xalçalar ha!” – sözləri çıxıb otaqda dolaşdı. Üstüörtülü işdən baş çıxaran milis rəisi hirsindən gödək bığlarını çəkişdirdi. Mehmanın hiddətli gözləri sarı eynəkli adama tərəf çevrildi.

– Asılan adam uzanır, yaxud gödəlir, möhtərəm həkim?

– Bişübhə uzanır! Bu hamı üçün bəlli bir məsələdir!

– Bəs asılan uzandığı halda onun ayaq barmaqlarının ucu belə niyə sınıq-salxaq tabureta çatmasın?

– Ola bilər ki, bir az əvvəl, mən ərz edən kimi barmaqlarına dayaq verib iki əlli kəndirdən yapışıb özü-özünü asıbdır!

– Demək bu aşkar dəlil bizim möhtərəm məhkəmə həkiminin nöqteyi-nəzərincə isbat edilməmiş qalır?..

– Bəli, sizin dəlilinizdə böyük şübhə vardır, – deyə xalı-gəbəyə baxdıqca iştahası itilənən Murtuz birlikdə az nahaq qan basdırmayıb, sallaqxana köpəyi kimi boynunu yoğunladan, həkimliyini itirib aşağıdan da aşağı düşən Əbülfətzadə döyünən ürəyinə güc verməyə başlayır, daha dürüstü, həmişə olduğu kimi indi də öz ürəyini əzməyə-əzişdirməyə çalışırdı:

– Burada insan taleyi, insan müqəddəratı həll olunduğu zaman mən öz ləkəsiz vicdanımın səsinə qulaq asmağı düstur kimi tuturam, – deyən dazbaş nə qədər özünü tox tutmaq istəsə də, sanki onun ürəyi üsyankarlıqla səslənirdi, onun qulaqlarında cingildəyirdi. – Bəli, mən hər halda ölənin faciəsini düşünən kimi, dirinin də taleyini unuda bilmərəm!

– Demək ölən ölübdür, eləmi?

– Xeyr, əsla prokuror!

– Lakin?..

– Lakin kifayət qədər dəlil, sübut olmadan hökm çıxartmaq bizdən vicdani məsuliyyət tələb edir, – deyə Əbülfətzadə kənara çəkilib çəlləyə söykəndi, Mehmanın amansız baxışları müqabilində özünə dayanacaq tapmaq istədi. – Mənim işimin mahiyyəti məndən ədalətli, vicdanlı, namuslu, məsləkli olmağı tələb edir, cavan prokuror!

– Bəli, belə! – deyə qəzəblənən Mehman nəfəsini dərindən dərdi, asılan qapının kəndirdən azad edilib o biri otağa keçirilməsini, çarpayı üstünə qoyulmasını tələb etdi. Bayaqdan buyruq gözləyib əmrə müntəzir dayanan milis rəisi lampanı küncə qoydu, intizam saxlamaq üçün bayırda dayanan milislərdən iki nəfərini içəriyə çağırdı, prokurorun əmrini yerinə yetirdi.

Mehman asılı qadının sarı bənizinə səpələnən şəvə saçlarına baxdıqca “kraliça”nı xatırladı, yavaş-yavaş kövrəldi, başını döndərincə divardan onun diqqətini qaraqaşlı, qaragözlü, süzgünbaxışlı əks cəlb etdi.

– Bu kimin şəklidir? – deyə Mehman başını yana döndərib barmaqlarıyla yaşaran gözlərini gizlicə olaraq silib qəzəblə əlavə etdi: – Siz mənə, doğru-dürüst cavab verin, müttəhim!

– Bizim, bədbəxtin! – deyə başıaşağı dayanan anbardar şəklə baxmağa cürət etmədən cavab verdi. – Yazığın şəklidir, bizim biçarə Balışın!

– Bəs indi Balış kimə baxır? – deyə prokuror tələbkarlıqla soruşdu.

– İndi bəs Balış kimə baxır? Düz cavab verin!

Məmmədxan kal-kal hönkürdü:

– Balış, Balış... Evimi yıxan, qapımı qıfıllı qoyan Balış!..

Bayıra toplanan izdihamı yarıb keçən, milis nəfərlərinin arasına dürtülüb. – Prokuroru görməliyəm, – deyə özünü içəriyə verən Qaloşlu adam, özünü “əldən salan”, Məmmədxanın qolundan yapışıb onu silkələdi.

– Toxtaq ol, ədə, toxtaq! Sən başını yolma, prokurora ağıllı-başlı cavab ver! – deyə özünü araya atdı. – Kişi ol, ədə, arvad kimi zarıyan, ağlayan olma.

– Kişi, sən bayıra! – deyə Mehman gözlərini dolandırınca, Qaloşlu adam süpürülüb bayıra çıxdı, dodaqlarını büzüb “görək, kim kimi bayıra basacaq?” – deyə “qızıl saat əhvalatını” xatırladı, vurduğu düyününü gözlərinin qabağına gətirib “Qızıl ki var – deyə inamla söyləndi – ta qədimlərdən bəriyə sönməyən oddur... Haranı desən yandıran alovdur. Kimi desən boğandır... Kimin desən səsini kəsəndir. Baxanda həmişə möcüzədir, sehrlər sehridir”.

Bir az ara verincə boynupiyli, gözləri sarımtıl məhkəmə həkimi Əbülfətzadə Balışın meyitini ədəb-ərkanla müayinəyə girişdi.

– Kəndir izi, bir baxın! – deyə iri daz başını yuxarı qaldırınca Mehmanın heyrətlə dayandığını, onun bütün davranış və hərəkətlərini şübhə ilə izlədiyini gördü. Nəhayət, milis rəisi və müstəntiq Murtuzov da başlarını Balışın üstünə sallayıb diqqət etdilər.

– İşıq verin, işıq! – Mehmanın səsi mis kimi cingildədi, sallanan başlar səksənib çəkildi. Cavan prokuror həqiqət axtarır kimi Balışın boyun-boğazını nəzərdən keçirməyə başlayıb:

– İşıq-işıq! – deyə təkrar etdi: – işıq verin, işıq!

Milis rəisi pəncərənin pərdəsini bir-bir sivirib yanlara çəkdi, nizam-intizamın necə saxlandığını bilmək üçün həyətə də bir göz gəzdirdi. O, bayırda toplanan adamları, adamların qabağında dayanan Əbdülsalamı, onu dövrəyə alan aktyor kollektivini gördü.

– Biz qatilə ölüm tələb edirik! – deyə ürəyiyanıqlı, gözüyaşlı Əbdülsalam hər iki əlini qaldırıb yumruqladı. – Səhnəmizin əlvan lələkli tavusuna, bizim “kraliça”ya əl qaldıran hər kimsə, ölüm tələb edirik!

– Ölüm! Ölüm tələb edirik, ölüm! – deyə aktyor kollektivi rejissorun səsinə səs verdi, bu səslər otaqçanı titrədib, Məmmədxanın canına giziltili bir üşütmə saldı. Prokuror müayinəsini dayanmadan davam etdirib:

– Buraya, buraya baxın, həkim! – deyə barmaqlarını üstdən gəzdirdi, məhkəmə həkimi ipiri, sarı saplı çeşməyini ütülü ağ dəsmalı ilə silib-silib gözlərinə gətirdi.

– Diqqətlə buraya baxın, həkim!

Əbülfətzadə başını sallayıb, iki ayağını bir başmağa qoymuş kimi israr etdi:

– Boyun-boğazına hərləməsinə kəndir kəsibdir. Bayırdan gələn artist səsləri də mənim vicdan səsimi susdura bilməz!

– Yox, qatilin barmaq izləridir. – Mehman başını qaldırıb əzici nəzərlə xaldar qalstuklu, dazbaşlı məhkəmə həkiminin sir-sifətini süzdü.

– Məgər, sizin eynəkli gözlərinizin işığı bu qədər azalıbdır, möhtərəm cənab?

Dünyanı yorub-yortan Əbülfətzadə başını qaldırıb anbardara baxınca, büzüşən anbardarın hər iki əli birdən qalxıb, barmaqları aralanıb başına çırpıldı.

– Müqəssir! – deyə anbardarın aralanan barmaqlarını görən, hər barmağı ilə bir min manat vəd etdiyini işarə ilə duyan Mehmanın qəzəbnak hayqırtısı səqfi titrətdi, şüşəli pəncərələri cingildədib bayırdakı izdihamı tərpətdi, Əbdülsalam öndə olmaqla həvəskar kollektivi şəhər camaatıyla irəliyə cummaq istədi. Lakin Bənnaoğlunun nizam-intizam üçün təyin etdiyi milis nəfərləri adam olanın qabağını kəsdi.

– İşə mane olmayın!

– Buraxın bizi!

– Yol verin bizə!

– “Dezdemona”nı görmək istəyirik.

– “Kraliça”nın qarşısında əyilmək, təzim etmək istəyirik!

– Bənnaoğlu bizi qulluqdan qovar! – deyə milislər adamlara sakit olmağı, nəticəni gözləməyi məsləhət bildilər:

– Həkim, siz tamam diqqətlə nəzər salın, – deyə məhkəmə həkiminin ürəyini əzişdirməkdən əl çəkməyən Mehman onun olub-qalan vicdan zərrələrinə müraciət etdi.

– Mən, cavan prokuror, öz həkimliyimdən əlavə bu işlərin ixtisas kursunu da belə nailiyyətlə keçmişəm! – deyə Əbülfətzadə dikəldi.

– Mən iyirmi ildən artıqdır, bu sahədə çalışmışam, saç-saqqal ağartmışam!.. Daha mən dünən yumurtadan çıxan cük-cük edən cücələrdən deyiləm!

– Müqəssiri bayıra! – deyə Əbülfətzadənin necə çərənlədiyini görən Mehman uca səsi ilə əmr etdi.

Milis rəisi əmrə itaət edib, Məmmədxanı bayıra itələdi, intizam saxlayan milislərə təhvil verdi, Mehmanın nəzərləri Əbülfətzadənin sarı keçi buynuzunu andıran eynəyində gəzdi:

– Siz qatilin barmaq izlərini necə də görmək istəmirsiniz?!. Mən təəccübdən artıq sizin dördləşən gözlərinizə təəccüb edirəm! – Prokuror şəhadət barmağını yenə də qatilin barmaq izlərində gəzdirdi – Məgər, siz məhkəmə həkimi dördgözlə də bu qədər görmürsünüz?!

– Hələ ki, mən bu qadının boğazında aydın bir şey, yəni boğan barmaqların iz-tozunu görmürəm! – “On min manat işarəsi” aldığından vicdanını ayaqları altına alıb piyli donuz kimi xortaxortla tapdayan Əbülfətzadənin sir-sifəti kobud yonulan daş parçasına döndü. – Mən başqa bir xülasə yaza bilmərəm! Mənim vicdanım var!.. Burada canlı insan taleyi həll olunur... Mənim məsləkim vardır! Hamısından da əfzəl bax budur!

– Bəli, hamısından da əfzəl bax budur! – deyə Mehmanın kinayəli sözləri, nə qədər müqavimət göstərmiş olsa belə Əbülfətzadəni qızdırmaya qovdu: – Bu al günəşin dupduru işığında sizin üçün dördgözlə belə görmək nə qədər də çətindən çətin olubdur, məhkəmə həkimi?!

Mehmanın istehzalı, iynəli, kinayəli sözlərindən titrətmə tutan Əbülfətzadə ətli barmaqlarını ovuşdura-ovuşdura səyriyən çənəsilə gileygüzara başlayıb:

– Evinizə də az-çox gəlmişəm, sizin xəstənizin üstünə, xanımınızı müalicə etmişəm. – O, tamahkarlıq burulğanında boğulur, az qala titrədə-titrədə hıçqırır, ancaq “on barmaq”dan üzülmür, üzülə də bilmirdi. – Əgər siz mənə etibar etmirsinizsə, mən əsla bunun üçün təqsirkar deyiləm! Mən də müəyyən... məsuliyyət hiss edirəm!.. Mən bu səhnə qadınının boğazında ancaq-ancaq hərləməsinə kəsən kəndir izlərini görürəm!.. Daha mən, səhnə xanımını boğan barmaq izlərini görmürəm!

– Baxarıq, baxarıq! – deyə odlu əlilə eynəyi kimi saralan Əbülfətzadəni rədd edən Mehman milis rəisinə müraciət edib: – Qatili elə bu an həbsə almaq gərəkdir! – dedi.

Bu evdə çilçıraq kimi yanan xalı-gəbənin ağzından çıxacağını keçirən Murtuz Murtuzov:

– Gərək də belə olsun! – deyə boranı başını prokurorun qabağında salladı. – Gərək də siz buyuransayağı olsun!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXIII

Qaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?

19444 мин
XXIV

Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı, sonra yenə Zərrintac Sərrafzadəgilə getdi.– Salaməleyküm, gəlin! – deyə genişlənən gözlərini dolandırdı!

19449 мин
XXV

Bir axşamüstü Züleyxa bir neçə fincan moruq mürəbbəli çay içib bərk tərlədi, hərlənib eyvana çıxdı, soyuq onu o ki var, tutdu, gecə isə özünü pis hiss etdi, səhər titrədib, doğrudan da ağır yatdı. Mehman işdən qayıdanda Züleyxanın halını pərişan gördü; zəng edib həkim çağırdı. Yarım saatdan sonra həkim gəldi. O, Züleyxanın qızdırmasını ölçdü, hərarətin otuz doqquz dərəcədən yuxarı olduğunu müəyyən etdi. Bir neçə resept yazdı, Mehman Qaloşlu adamı çağırdı, reseptləri ona verdi. Qaloşlu adam dərmanxanaya yollandı. O yüyürüb aptek müdirini tapdı, reseptləri birbaş ona verib dərmanları hazırladıb gətirdi. Züleyxa gözünü açıb yanına düzülən dərman şüşələrinə baxdı, “mamamı istəyirəm, mamamı!” – deyib iztirab içində gözlərini yumdu. “Qoy anam gəlsin mənə bir yol göstərsin”. Züleyxa yüksək hərarətin içində belə qərar çıxardı: “Qoy Xatun bir də bu evə qayıtmasın...”Qaloşlu adam Züleyxanın xəstələndiyini, bəzən sayır-bayır danışdığını ətrafa yaydı. Yavər Murtuzova, Zərrintac Sərrafzadə cəld yığışıb Züleyxanı yoluxmağa gəldilər. Onlar bütün gecəni xəstənin yastığından ayrılmadılar. Mehman isə Züleyxanın qəflətən belə xəstələnməyini həqiqi bir kədər kimi qarşıladı. Getdikcə onun ürəyi daha həyəcanla döyünməyə başladı. Ancaq Züleyxa gözlərini açıb hərdənbir dil-dodağını yalayır, hey anasını arzulayırdı: “Anamı!.. Mamamı!..” – deyib israr edirdi.

19446 мин
XXVI

Gecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:– Kimdir? – deyə soruşdu.

194414 мин

Стихи других поэтов