Sənsiz, ey gül, demə biganələr ağlatdı məni,Bəzi uydurmalar, əfsanələr ağlatdı məni.

Ağladıb özgə pərişan edə bilməzdi məni,Zülfünə məhrəm olan şanələr ağlatdı məni.

Şəm tək göz yaşım axmazdı qəmindən gecələr,Dövri-ruyindəki pərvanələr ağlatdı məni.

Könlümün gördüm o zülf içrə əsir olduğunu,Sanki zəncirdə divanələr ağlatdı məni.

Min xəyal eylər idim gözlərinin şövqi ilə,Yad edərkən səni məstanələr ağlatdı məni.

Sənsiz, ey gül, nə mey içdimsə, gözümdən gəldi,Döndü qan rənginə, peymanələr ağlatdı məni.

Vahid, aləmdə təki eşq evi abad olsun,Hər zaman məscidi-viranələr ağlatdı məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви