Baba Pünhan: Hikmət və nəsihət
Mail tək ağsaqqal kimi...
Dördü qəm çiynimdə, hey ömr eylərəm hambal kimi,Bax, bu hamballıq yazılmış alnıma iqbal kimi.
Baxasan, ağlayasanBu elin halına hər gün baxasan, ağlayasan,Bu ilin qalına hər gün baxasan, ağlayasan.
Pünhan həmən Pünhandı daHeç məəttəl qalma gəl, dövran həmən dövrandı da,Adəmi yoldan edən şeytan həmən şeytandı da.
Bir gün dönərik Adəmə...Alçaqlara yüksək dedik, axmaqlığımızdan,Yüksəkləri yıxdıq yerə, qorxaqlığımızdan.
Ümid əzrailə qaldıZənn eylədi, cahil bu cahan cahilə qaldı,Cahillə mənim söhbətim İsrafilə qaldı.
Yarı ağlar, yarı yoxOğlumuz şortik geyibdir - yarı şalvar, yarı yox,Qız da bir paltardadır ki, yarı paltar, yarı yox.
AğlamaAğlama, sən ağlasan Pünhan da ağlar, ağlama,Bir zaman görsən əgər köksümdə dağlar, ağlama.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.