به خود نگذاشتم دامان آن چابک‌سوار از کفمرا بربود جولانش عنان اختیار از کف

Demə rəyimlə damanın çıxıb, ey şəhsüvar, əldən,Sənin cövlanın almışdır inani-ixtiyar əldən.

چو غنچه تنگدل منشین ز نرگس نیستی کمتربه دور گل منه جام شراب خوشگوار از کف

Sıxılma qönçə tək daim ki, nərgisdən deyilsən kəm,Şərabın camını qoyma yerə fəsli-bahar əldən.

نمی‌آید ز لیلی این که آید جانب مجنونمگر بی‌اختیارش ناقه برباید مهار از کف

Edə bilməz bunu Leyli ki, getsin səmti-Məcnunə,Dəvə əfsarını gər almasa biixtiyar əldən.

به دستم دامن یارست ساقی باده کمتر دهمکن کاری که در مستی دهم دامان یار از کف

Nigarın damənində tutmuşam, saqi, şərab az ver,Budur qorxum ki, məst olsam, gedər damani-yar əldən.

بریزد خاک تا رگ‌های دستم نگسلد از همنخواهم داد زنجیر سر زلف نگار از کف

Damarlar gər qırılmazsa əlimdən torpaq altında,Deyil mümkün çıxa zənciri-zülfi-mişkbar əldən.

میاور دست هستی ز آستین نیستی بیرونمبادا نقش عیشت را رباید روزگار از کف

Bu yoxluq aləmində vurma dəm sən çox da varlıqdan,Qapar yoxsa xoş ömrün nəqdini bu ruzigar əldən.

Məqtə — şairin təxəllüsü olan son beyt. نمی‌بینم فضولی را قرار و صبر بی‌زلفششدست او را برون سررشتهٔ صبر و قرار از کف

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, yar zülfündən uzaq səbrü qərarım yox,Xəyali-zülfi-yar ilə gedib səbrü qərar əldən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq