Söyüdlü arx
Səhifə 35 / 39 · 87%
Muradın iri qara gözləri bir an mənə zilləndi. Sonra əyilib uşağı yerə qoydu və mənə yaxınlaşaraq:
– Xoş gəlmisiniz, Nuriyyə xanım, – deyib əlimi sıxdı.
Mən dərhal söhbəti dəyişməyə çalışdım. (Onun özünü çox namünasib vəziyyətdə hiss etdiyini, mənim üzümə baxmaqda çətinlik çəkdiyini anlayırdım.)
– Murad, – dedim, – işləriniz sürətlə irəliləyir. Bu cür getsə, yəqin ki, Söyüdlü arx iyirmi-iyirmi beş günəcən Quzey qışlağa çatar.
– Görək, – deyə eyni ciddiyyətlə cavab verdi.
Səadət:
– Nuriyyə xanım, – dedi, – bizim camaat Söyüdlü arxı elə gözləyir, elə özləyir ki, daha bu sözdən deyil. Kəndin uşaqları hər gün gedib neçə metr irəlilədiyini xəbər gətirirlər. Qoca arvadlar yığışıb dəstə ilə tamaşasına gedirlər.
Sonra ərinə baxıb zarafatla əlavə etdi:
– Tarix, yoldaş sədrin bu böyük təşəbbüsünü unutmayacaq. Gedək paltarını dəyiş. Üstün-başın toz-torpaqdır. Nuriyyə xanım, bir dəqiqə bağışlayın.
– Buyurun.
O, ərinin qoluna girərək, o biri otağa keçdi. “O mənim Murada olan münasibətimi unutmuşdu. O, xoşbəxt idi. Murad isə, onu istəyib evlənmişdi. Muradın ondan Əlimərdan kimi oğlu vardı. Onun qadını yeni açılmış yasəmən kimi təravətli və gözəldi. Dünəndən bəri o nə qədər dəyişmiş, nə qədər gümrah və sevimli olmuşdur! Yox, Murad, sən qəm çəkmə! Sən hər şeyi, hər şeyi tezliklə unuda biləcəksən. Mən buna əminəm. Mən bunu hiss edirəm. Qaldı ki, mən... Mənə bundan artıq bir şey lazım deyil. Məgər, sənin səadətin mənimki demək deyilmi? Mən öz hərəkətim üçün nə sənin, nə də arvadının boynuna minnət qoyuram. Çünki mən yalnız və yalnız öz qəlbimin tələbi ilə hərə-
[Mənbənin skanında burada mətn itib.]
– Nə oldu?
– Əlli min boyun oldular. Sifarişləri çoxdur deyə özlərini çəkib qoyublar ulduzun yanında.
Əlimərdanla içəri girən şoferə yanında yer göstərərək:
– Gəl otur, Kərim, – dedi, – qaynanamız bizi çox istəyəcək.
Onun şənliyi Muradla mənim aramda olan gizli gərginliyi yavaş-yavaş unutdurur, Muradın kefi açılırdı. Mən Hümmətlə tez-tez zarafat edir, deyib-gülürdüm. Lakin hər dəfə mən, rayon icraiyyə komitəsinin sədri ilə danışanda, Murad darıxırmış kimi, yerində səbrsiz bir hərəkət edir, üzünü başqa səmtə çevirirdi. Bu isə, təbii hiss idi. Biz öz taleyimizə asanlıqla təslim olmuruq.
Nahardan sonra çay içmək üçün çıxıb eyvanda oturduq.
Muradın üzü yenə də tutqun idi. Biz oradan-buradan danışır, gülür, o isə, papiros çəkərək kəndə tamaşa edirdi.
– Yenə nə olub? Gəmilərin batmayıb ki? – deyə Hümmət ona sataşdı.
– Doğrusu, Hümmət, yediyim-içdiyim canıma yatmır. Bu kəndi hər dəfə belə görəndə, elə bil, dünya uçur, qalıram altında.
– Eybi yoxdur, – deyə Səadət cavab verdi. – Söyüdlü arx gələr. Quzey qışlağın da küçələrində toy-bayram olar.
Hümmət stəkanını qabağa çəkərək öz-özü ilə danışırmış kimi dedi:
[Mənbənin skanında burada mətn itib.] dımdan çıxmır: “Hamı mənə deyir oxu, alim ol. Amma bir kəs demir ki, oxu, adam ol!” İndi biz də həmişə deyirik işlə, artel varlı olsun, özün də yaxşı yaşa. Bizim kəndlilərimiz qazandıqlarını lazımi qədər mədəni tərzdə xərcləyə bilmirlər. Təmiz döşəkağılarını təhkimçi üçün saxlayırlar. Belə hallarla mübarizə vaxtı çoxdan gəlib çatmışdır. Bu mübarizəni isə hamımız aparmalıyıq. Sən də, mən də...
O gülümsədi:
– Hətta, ingilis dili müəllimi də.
Bayaqdan bəri diqqətlə qulaq asan Səadət diksinərək, narahat halda, mənim üzümə baxdı. Mən zarafatyana bir ötkəmliklə:
– Yoldaş Hümmət, – dedim, – elə güman etməyin ki, bu barədə
[Mənbənin skanında burada mətn itib.]
– Sən doğru deyirsən, Ağabəyim bacı, – dedim, – biz artistlər bir az üzlü oluruq.
Kəndin yaxınlığındakı balaca təpənin üstündə dayandıq.
Həmişə öz işlərindən danışanda odluğu kimi, Murad yenə də birdən-birə canlanaraq:
– Söyüdlü arx, – dedi, – bax, bu təpənin qabağından keçib kəndə burulacaq. HES-i də aşağıda, o tək evin yanında tikəcəyik.
Sonra tarlalara çəkəcəkləri xırda arxlar, salacaqları bağlar barəsində danışdı. Bu dəqiqələrdə mənə elə gəlirdi ki, hər şey sonsuz dərəcədə gözəl və fərəhlidir. Və bu gözəllikdə, fərəhdə, əgər, mənim payım yoxdursa, nə eybi var?! Kəndin üzərinə enən sakit axşam, qapılardan yavaş-yavaş qalxan tüstü sanki mehribanlıqla: “Nə eybi var, nə eybi var” deyə eyni duyğunu təsvib edirdi.
Hümmət astadan nə dedisə, Murad bərkdən güldü. Səadət xoşbəxt təbəssümlə ərinə baxdı. Yalnız bu an, bu bircə an mən o axşam sükutu içində özümü kimsəsiz, qərib hiss etdim. Elə bil, bu kədərli duyğu dərhal Səadətə əyan oldu. O, təəssüf, mərhəmət andıran bir ifadə ilə mənə baxdı. Mən qayğısız görünməyə çalışdım, dizimə vurub qaçan Əlimərdanın ardınca yüyürərək, onu tutub yuxarı qaldırdım.
Səadət mənə yaxınlaşdı:
– Sən Allah, bunu yerə qoyun, sizə sözüm var.
Biz kişilərdən bir neçə addım aralanandan sonra o, əlimdən tutub:
– Nuriyyə xanım, – dedi, – mən hamısını bilirəm. Bilirəm ki, bu gün bizdə olmaq sizin üçün çox ağır idi. Ancaq mən istəyirdim ki, siz başladığınız işi axıra çatdırasınız.
– Zənn edirəm ki, siz məndən narazı qalmadınız.
– Nə danışırsınız, Nuriyyə xanım! Mən sizdən dünyalar qədər razıyam. Siz heç kəsin eləməyəcəyi bir işi elədiniz. Siz nə qədər nəcib insanmışsınız!
– Səadət xanım, bunlar hamısı artıq sözlərdir. Mən sizin istədiyiniz kimi yox, öz ürəyimin istədiyitək hərəkət etmişəm. Mənim sizin boynunuza minnət qoymağa haqqım yoxdur.
Daha sonra mən qışqırıb demək istəyirdim ki, nə edirsiniz edin, lakin təşəkkür etməyin! Mənə təşəkkür lazım deyil. Sizin öz qurbanınıza “sağ ol” deməyinizin nə qədər dəhşətli olduğunu bilirsinizmi? Gedin, yaşayın, xoşbəxt olun! Lakin öz təşəkkürlərinizlə məni ikinci dəfə yaralamayın.
– Kim gedir, kim qalır? – deyə Hümmət bərkdən soruşdu.
– Gecəniz xeyrə qalsın, Səadət.
– Xeyrə qarşı, Nuriyyə xanım.
– Sağ olun, Murad.
– Xoş gəldiniz, – deyə o, ahəstə səslə cavab verdi.
Biz Söyüdlü arxın körpüsünə çatanda, mən şoferdən maşını saxlamasını xahiş etdim. Ürəyim darıxdığından, qalan yolu gəzə-gəzə getmək istəyirdim. Hümmət də mənimlə bərabər düşərək, maşını dayısıgilə göndərdi.
Biz körpünü keçib yavaş-yavaş mədəniyyət evinə tərəf yollandıq. Elə bu zaman radioda qəmli bir mahnı oxunmağa başladı. Çıraqban küçələr birdən-birə mənə yad və qüssəli göründü. Könlümdə elə bir pərişanlıq vardı ki, elə bil həyatımda fərəhli nə vardısa, hamısını itirmişdim.
Hümmət də fikirli və tutqun görünürdü.
Hərdən bir-iki kəlmə danışıb susurduq. Mən yol yoldaşımla danışmağa mövzu tapmadığım üçün xəcalət çəkirdim. Bu nə qəribə təbiət idi! Elə bil, mən hamını əyləndirib məşğul etməyə borclu idim.
Mədəniyyət evinə tez çatdığımıza sevinib:
– Buyurun, gedək içəri, – deyə təklif etdim. – Sizi çaya, konfetə qonaq edə bilərəm.
– Yox, – dedi, – yorulmamısınızsa, bir az eyvanda oturaq, sizə sözüm var.
Ürəyim şiddətlə döyünməyə başladı (yeri gəlmişkən deyim ki, çox şeyi qabaqcadan duymaq hissi məndə güclüdür və mən bunun ucundan az qorxular çəkməmişəm).
Biz eyvana qalxıb skamyada oturduq. Uzun və gərgin sükutdan sonra:
– Nuriyyə xanım, – dedi, – mən həmişə qısa və aydın danışmağı xoşladığım üçün rica edirəm cəsarətimi pisliyə yozmayasınız.
– Mən sizdən heç bir zaman pis hərəkət gözləmərəm.
– Elə isə, bilin ki, lap ilk görüşümüzdən mən sizi xoşlamışam. Həmişə sizin barənizdə düşünmüşəm. Çox düşünmüşəm.
Bir qədər susduqdan sonra ahəstə səslə davam etdi:
– Siz də neçə vaxtdır məni görürsünüz. İndi deyin görüm, mənə həyat yoldaşı olarsınızmı?
Aralığa qısa bir sükut çökdü.
– Nə üçün dinmirsiniz?
Mən köksümü ötürdüm:
– Hümmət, – dedim, – siz məni o qədər də yaxından tanımırsınız...
– Mən sizi tanımışam.
– Mən kimsəsiz, qərib bir qızam.
O özünəməxsus zarafatyana əda ilə:
– Siz Allah, elə danışmayın, – dedi, – mən uşaqlıqdan melodramı sevmirəm.
Mən də gülümsəyərək, tamamilə melodramatik bir ahənglə davam etdim:
– Mənim heç bir kəsim, heç bir şeyim yox. Siz isə...
– Xahiş edirəm, ardını deməyəsiniz.
– Yaxşı, elə isə, icazə verin, ardını bir neçə gündən sonra deyim. İndi birdən-birə cavab verməkdə çətinlik çəkirəm.
– Etiraz etməyə nə haqqım var? Bir neçə gündən sonra olsun. Ancaq gəlin belə bir şərt kəsək.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik