Səhifə 1 / 5

Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.

Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.

¹ Yüksək rütbəli işçilərə – məmurlara müftə paylanan ərzaq.

Bu üç nəfər – iki qız və bir oğlan, cəhalət və işgəncələrlə dolu ölümlü dünyamızın əbədi həyat dünyası Kainatdan ayrılığının səbəblərindən bəhs edən bu fəlakətlər kitabının ilk səhifəsində oynaşan üç anauşağı kimi şeydilər, üçü də bu fikirdə idi ki, Çax-çux Xalıqın kişmişi təkcə onların “ağzını şirin eləmişdi”, cəmaat kişmişin kilosuna altmışca manat verirdi, onlar isə “müftəcə yeyirdilər”. Bundan başqa, Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi, buna görə də hər üçünün könlü şaddı, ağızları da şirin.

Səmədin gur, qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan, dalğalı saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara ipək cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla gizlədirdi:

– Ey, ey, saçlarınız görüşdü! – deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin başını dala itələyirdi.

Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:

– Ey, ey, əlləriniz görüşdü! – deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin əlini dala itələyirdi. Sonra saçların, əllərin görüşü təkrar olunub, “dizlərin görüşü”, “ayaqların görüşü” də bunun üstünə gəlib, hər üçünün arasında sehrli, sirli ilk gənclik oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam edirdi.

Bu günlər Əmirli yeniyetməsi Səmədin ömrünün bəlkə də ən xoşbəxt günləri idi. “Ekspeditor”² Xalıqın rəsmi “faktura” – malın siyahısı və qiymətləri ilə mal payladığı və qeyri-rəsmi “çax-çux” – alver elədiyi üç para kənddə, o cümlədən burda – Qonaqlıda hamıya məlumdu ki, Arazın bu tayı ilə o tayının, yəni Sovet Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında “sərhədin açıldığı”³ gündən indiyə qədər – beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün deyil, bu get-gəl Əmirlilərin o tayda – “xarici ölkədəki qohumları” ilə, Təbrizin Əmir məzarıstanında dəfn olunmuş ataları Məhəmməd Əmirlə, qardaşları Şeyx Ağ Əmir, Şeyx Boz Əmirlə, o şeyxlərin bu tayda – Sovet

² Ekspeditor – satılmaq üçün mal gətirən

³ “1941-45-ci illər müharibəsi”ndə müttəfiq dövlətlər – SSRİ, ABŞ və İngiltərə arasında müqavilə üzrə Sovet-İran sərhəddi açılmış, Cənubi Azərbaycanda Demokrat Partiyasının başçılığı ilə Şura (Sovet) hakimiyyəti qurulduqdan sonra sərbəst gediş-gəliş başlanmışdı. Azərbaycanında “sinfi düşmən” sayılan məsləkdaşları ilə əlaqədardılar.⁴ Palıd kötüyünün üstündə daş-tərəzi görünəndə bütün kənd əvvəlcədən bilirdi ki, Çax-çux yenə “Məhəmməd Əmirdən, şeyx qardaşlardan”, o qardaşlardan qalan mülklərdən, var-dövlətdən danışacaq.

Səməd isə öz aləmində idi. Hətta son günlərin böyük, ciddi hadisələri – “o tayda Azərbaycan Demokrat Firqəsinin məğlubiyyəti, yəni “Milli Hökumətin yıxılması” və “Şahın bizimkiləri topa tutması”⁵ da bu gur saçlı, möhkəm bədənli, “əziz-ərköyün sədr oğlunun” gur hissiyyatla dolu şadlığına mane olmamışdı. Başqa sözlə, dünyada baş verən hadisələr bu cavana hələ bir o qədər toxunmamışdı və toxuna da bilməzdi. Cəmaat deyirdi: “Sədr oğlunun Araz aşığındandı, Kür topuğundan”, yəni “heç nə vecinə deyildi”. Və bu sözlərdə həqiqət vardı.

Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan nəhəng bir otaqda, səhərdən gecə yarıya qədər bu otağa dəstə-dəstə gəlib-gedən cəmaat arasında “əziz-ərköyün sədr oğlu” kimi, “şəxsən Sultan Əmirlinin dizinin dibində oturan Əmirli yetirməsi” kimi, “ordenli bolşevik Qılınc Qurbanın atının tərkində gəzən” və “yetdiyinə yetib, yetmədiyinə bir daş atan dəliqanlı” kimi görmüşdü. Qonaqlının nəsillikcə alverçi olan və var-dövlətlərini qorumaq üçün həyət-bacalarında çoxlu it saxlayan Qudalı məhləsinin itlərini döyərdi, Əmirlilərə açıq-açığına “düşmənlərim” deyən Qudalı ağsaqqalı Xəlvət Rəhimin atının quyruğunun altına tikan qoyub soncuqladardı; Gülgəzin atası Məmiş Əlləzoğluna “Göbələk Məmiş” deyib qaçışan Qudalı cavanlarını “deşiklərinəcən qovardı”, əlinə keçənlərin ağız-burunlarının qanını bir-birinə qatardı; “Qudalı cavanlarının atamanı Qıllı Qeybalı”, Qonaqlının partkomu Cəfər əminin – Lüt Cəfərin özündən iyirmi yaş kiçik arvadı Ayna bacının “oraburasına baxanda” Qeybalını “Dantes⁶ köpəyoğlu” adlandırıb “duelə” çağırardı və dueldə sapandına daş əvəzinə mal peyini yığıb Qıllı Qeybalının üz-gözünü, üst-başını batırardı, hesabdar Mürsəl, Qonaqlının məşhur “qəlyanlı qocalar”ından Çürük Aşıqla Xızr Abının əməkgünlərini kəsib, ömürlərini bazarlarda keçirən Qudalılara əməkgünü yazanda Səməd atasının bu işə qarışmağını gözləməyib, mühasibliyə cumardı, “vedomostu”⁷ stolun üstündən qapıb Mürsəlin başına çırpardı, “təzədən yaz, köpəyoğlu!” – deyib, ədalət bərpa olunmayınca idarədən çıxmazdı.

⁴ Sovet Azərbaycanında “batin” – gizlin şəraitdə SafAğ Elminin tədrisi ilə məşğul olan adamlar həm öz adi adları, həm də “AdıPünhan” adı ilə tanınırdılar. “Əmirli” familiyası altında yaşayanlar ən qədim zamanlardan ərəbcə “Muğanna” nəsli adlanırdılar. Müasir Muğannalar Cənubi Azərbaycanda “Muğani”, Sovet Azərbaycanında “Muğanlı”, Türkiyədə “Muğlar” adı ilə tanınırlar.

⁵ Həmin üç dövlətlə müqaviləyə əsasən İran, Cənubi Azərbaycanı yenidən fəth etmişdi.

⁶ Dantes – Puşkinin qatili, Rus ədəbiyyatını öyrənən orta məktəb şagirdlərinin nifrət obyekti.

Lap uşaqlıqdan başlayıb, hələ də davam edən bu cür dəliqanlılığına görə Qudalı cavanları ona “Dəli Səməd” deyirdilər və yəqin ki, elə haqlı deyirdilər, daim dingildəyib hökmən nə isə eləmək, hətta gecələr çarpayıda da qaynayıb yorğan-döşəyi, balıncı əzişdirib bir-birinə qatışdırmaq heç də adi, normal adam vəziyyəti deyildi və Səməd özü də hiss edirdi ki, ancaq son vaxtlar “Kamal attestatı proqramı”nda imtahan biletlərinin çoxluğundan qorxub kitabların üstünə cumanda, bir də Gülbənizin önlüyünün ətəyindən kişmiş yeyə-yeyə Gülgəzə tamaşa eləyəndə “az-çox adam olurdu”.

1946-cı il dekabrın iyirmi üçünə qədər vəziyyət belə idi.

O qış günü Çax-çuxun “o taydakı şeyx qardaşlar” barədə cəmaata danışdığı xəbəri, “O Əmirlilər Sovetin düşmənləridilərsə, burdakı Əmirlilər Sovetə dost olarlarmı, ay cəmaat!” – dediyini qulağı alaralmaz Səməd əlini Gülbənizin önlüyündən çəkib, birbaş idarəyə – atasının kabinetinə yüyürdü və o gün də birinci dəfə eşitdi ki, demə, Sultan əmidən başqa, “Ağ Əmir, Boz Əmir adında şeyx əmiləri” də varmış; haçansa – “İranda məşrutə vaxtı”, Səttar xan üsyanı illərində gəlib-gedərmişlər, Bakının, Gəncənin, Tiflisin, İrəvanın⁸ məscidlərində ianə yığıb o taya aparırmışlar. Axırıncı dəfə, Şimali Azərbaycanda Şura respublikası qurulanda Nəriman Nərimanovun “Şərqdə müstəmləkəçilikdən, azadlığa çıxmağın yolları” haqqında nitqinə qulaq asıb gediblər, bundan iki il sonra – iyirmi ikinci ildə isə, sonuncu Azərbaycan şahının təxtində oturan təzə Pəhləvi şahının qəzəbinə keçib zindana düşüblər, yeddi-səkkiz il müddətində şaha dəfələrlə məktub yazıb Pəhləvilərlə türklərin eyni millət olduğunu sübut eləməyə çalışsalar da, “millətpərəst qiyamçılar” damğasından qurtara bilməyiblər və nəhayət,

⁷ “Vedomost” – Kolxozçuların əməkgünlərinə verilən pulun siyahısı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 dəq
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 dəq
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 dəq
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 dəq

Başqa şairlərin şeirləri