Süleyman padşahın xəzinəsi 1
Səhifə 5 / 5 · 80%
Səməd hər şeyi görürdü, hər şeyi eşidirdi. Əmma buna nə görmək demək olardı, nə də eşitmək. Çünki Səməd üçün indi dünyada Sultan əmidən başqa heç kəs və heç nə yoxdu. Atası, anası da, o tayda şeyx
¹⁷ Baş daşlarında Türk “ay-ulduzu” qadağan edilsə də, Sovet Azərbaycanının hər yerində bu qadağaya riayət edilmirdi. əmilərinin oğul-uşaqları da, “vaxtı çatanda partbiletin arasında gəzdirmək” üçün pencəyinin qoltuq cibinə qoyduğu şəkillər də – hamı və hər şey ancaq Sultan əmidən ibarət idi.
Qocalar tabutun yanından ayağa qalxıb, qəbrin dövrəsində cərgələnib Sultan əmiyə baxanda, Səməd yenə əmisinin səsini eşitdi.
Yolboyu Sultan əmi qolunu onun boynundan çəkməmişdi. “Ağla bircə bala, ağla”, – demişdi. “Ağlıyammıram mən, bircə bala, yaş düyünlənib qalıb, ağlıyammıram, mənim əvəzimdə də ağla”, – demişdi. Qəlyanlı qocalar cərgələnib bəri baxanda Səməd böyründə yenə hamanca səsi eşitdi, Sultan əminin birdən-birə rusca danışmağının səbəbini isə, yalnız onun əlində “pravitelstvennaya teleqramma”nı görəndən sonra başa düşdü, buna görə də o teleqramdan yadında cəmi üç kəlmə qaldı: “Prekratite bezobraziye. Stalin”.¹⁸
Kimin üstünə vurulmuşdu teleqram? Bakıya, o “Mirqəzəb”in özünün, yoxsa, “o taydan qəbir şəkli gətirdib bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlinin çək-çevirə salan”ların üstünə? Bu sual Səmədin beyninə tük kimi toxundu, fikir oyatmadan, iz salmadan keçdi. Beyninə, ürəyinə və bütün varlığına o üç kəlmədən bircəsi hakim oldu – “Stalin”.
Sultan əmidən sonra kimlərsə nə isə danışdılar. Sovet sədri Qılınc Qurban, qəlyanlı qocalardan Təftiş Abbas da nə isə dedilər. Qəbir daşlarının aralarında nəfəsi buğlanan, lal-dinməz cəmaat da dilləndi. “Pers adında bədxah”ın, “Xudiyev dəstəsinin”, “doğrudan da bezobraziye”nin barəsində söz deməyən bircə adam qaldı ki, o da “bezobraziye qurbanı olan” sədrin oğlu idi. Qəbristanda, qapağının hər küncündə bir mismar işıldayan tabutun beş addımlığında yox, Səməd indi atasının kabinetində idi, üzünü soyuq şəkillərə söykəyib yatmışdı və yata-yata fikirləşirdi ki, Stalin adı, Stalin teleqramı olan yerdə “Mirqəzəb” kimdir, Pers-mers, Xudiyev-mudiyev kimdir, “bezobraziye” nədir?! Sudüşən yerdə qaratikan yığını ilə saqqız ağacı da, tabutla Sura Əmirlinin qəbrinin böyründə qazılmış qəbr də taxtın üstündə yuxuya gedib qalan Səmədin röyasıdır, keçib gedəcək, qurtaracaq, hamı, hər şey yoxa çıxacaq, təkcə şəkillər qalacaq, bir də özü, oddan qızarmış dəmir peçin yanında taxtdan qalxıb yenə “qonaq yeri”ndə – kresloda oturub, atasının yolunu gözləyəcək və bir azdan motor səsi eşidiləndə yenə pəncərədən baxıb, Çax-çuxun kötüyünü vurub yıxan, kişmişi dağıdan maşını görəcək.
¹⁸ “Əcaibliyə (biabırçılığa) son qoyun”.
Əmma röya qurtarmadı. Hər şeyin keçib gedəcəyinə, yoxa çıxacağına Səmədin əməlli-başlı inandığı bir vaxtda, cəmaatın arasından uzun, qara bir adam çıxdı, hönkürə-hönkürə yüyürüb, tappıltı ilə dizləri üstə düşüb, Sultan əminin çəkmələrini qucaqlayıb yalvarmağa başladı:
– Ayağıyın altında ölüm, bağışla məni! İki qardaşın bircə balasının başına çevir məni, keç günahımdan! Mədəd deyil ölən, mən bəxtiqarayam ölən! Bu rəhmətliyin barəsində heç vaxt pis fikirdə olmamışam. Özün bilirsən, dilimdən nə çıxıbsa, tapşırıqnan olub hamısı. Yoxsa... bu gözəl, bu igid kişinin barəsində hansı köpəyoğlunun dili gələr bir söz desin! Əgər buna əl qaldıran olubsa, başa düşürəm, mənim danışdıqlarım əsasında olub. Öldür məni öz əlinnən! Bağışlayammırsan, öldür! Atamız, rəhbərimiz Stalinin bu cür teleqramından sonra yaşamaq istəmirəm mən, yoldaş Əmirli!..
Çoxdanışan adam, sözlərindən də bilindiyi kimi, Çax-çux Xalıqdı. Sultan əminin qabağında, qəbir üçün yoğrulmuş gilli, qumlu palçığı ovuclayıb üzünə yaxa-yaxa ağlayırdı.
– Qaradı üzüm yanında, yoldaş Əmirli, qaradı! – deyirdi.
– Stalininə də qurban olum, teleqramına da, sənə də! Öldür öz əlinnən! – deyirdi.
Qəlyanlı qocalardan ən cavanı, nəhəng boy-buxunlu Təftiş Abbas çəkib onu Sultan əmidən araladı.
– Çıx get, çıx get! – dedi.
Çax-çuxun beli əyilmişdi. Qolları birə-iki uzanmışdı. Qara, palçıqlı üzündə göz yaşları işıldaya-işıldaya, qıçları bükülə-bükülə uzaqlaşdı, birdən-birə kükrəyən dəhşətli bir şübhədən içərisi alışan Səmədi də elə bil ardınca aparıb, atasının dəfn mərasimindən, hamıdan və hər şeydən ayırdı.
Bu ayrılma Əmirli yeniyetməsi Səməd Əmirlinin ruhi sıxıntısının, mənəvi həyatının başlanğıcı idi.
Əmisinin hələ müharibə illərində, əvvəlcədən proqramlaşdırdığı həyat yolu zahirən eynilə qalsa da, bu yol gözlənilmədən Səmədin içərisinə doğru burulduğuna görə, Səmədin özündən başqa heç kəs bilmədi ki, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan Əmirli mülkü ilə vidalaşıb kənddən gedəndə, qapağının hər küncündə bir mismar işıldayan tabutla birgə, o illərdə ikiillik ali-orta institutun auditoriyalarında, yataqxanada, kitabxanada, yeməkxanada o uzun adamın o qara, palçıqlı üzü havadan asılıb bircə gün də Səməddən ayrılmadı, Qırx doqquz-əlli ikinci illərdə o qara üz həyulaya çevrilib, raykomun təlimatçılar otağında məskən saldı, “sezonun işinə nəzarət üçün kolxoza təhkim edilən” Səmədlə birgə əkində, səpində, pambıq yığımında Səmədlə birlikdə çölləri gəzdi, Mədəd Əmirli ilə Sura Əmirlinin qoşa, aylı-ulduzlu qəbirlərinin yanında dayandı. Sonra isə Bakıya getdi, partiya məktəbinin auditoriyalarında, kitabxanada, yeməkxanada, yataqxanada tez-tez görünüb, müharibədən sonrakı bu “quruculuq illərində” sürətlə dəyişməkdə olan dünya ilə Səmədin arasında əməlli-başlı səddə çevrildi.
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-1
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!