Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Səhər tezdən hələ gün doğmamış şeypur səsinə yuxudan oyanan adamlar, çörək paylarını alıb, dəstə-dəstə tarlaya və arx qazılan yerə işləməyə gedir, yalnız axşam, qaranlıq düşəndə qayıdırdılar. Düşərgədə heç kimə imtiyaz verilmirdi. Hərə bir sahədə öz bacarığını göstərirdi. İşdən yalnız xəstələri azad eləyirdilər. Son günlərdə Sədi Kamalın xahişi ilə divar qəzeti buraxmaq üçün və dram dərnəyinin məşqlərində iştirak etmək üçün ayrılmış bir neçə nəfəri işdən üç-dörd saat tez buraxırdılar. Mən Niyazovun, vəd elədiyi tikintini gözləyə-gözləyə, mətbəxdə, şorba bişirən qadınlarla bərabər kartof soyurdum. (Əlbəttə, mən “şorba” sözünü şərti işlədirəm, çünki bu xörəyi adicə bulanıq sudan fərqləndirmək üçün hamıdan, o cümlədən də məndən zorba qazanın künc-bucağında üzən xırda-xuruş kartof parçalarını görmək bacarığı tələb olunurdu). Düşərgəmizdə hələ Niyazovdan narazılıq eləyən yox idi. O, bizə firavan həyat vəd eləmirdi və biz də ondan bu cür həyat gözləmirdik. Günlərin birində xəbər çıxdı ki, hardasa, kim isə Niyazovun ünvanına yeddimərtəbəli söyüş yağdırıb, düşərgə əvəzinə istirahət evi açdığına görə qəzəblənmiş və qoca vaxtı xəriflədiyini söyləmişdir. Bu xəbəri əvvəlcə şayiə adlandıranlar oldu, ancaq iki-üç gündən sonra Sədi Kamalın dilindən başqa bir söz eşitdik:– Niyazovu burdan götürürlər. Yerinə də bilirsinizmi kimi yollayıblar?
Azərbaycan ədəbiyyatına bir nəzərAZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR*(ixtisarla)
Süleyman padşahın xəzinəsi 1Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.
Bir gecəlik ay işığıI**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Günlərin bir günü– Üç yüz otuz üç!Heç kəs hay vermədi.
PapaqGecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.– Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə...
Alı kişiAlı kişi neçə illər Həsən xana ilxı otarıb ömrünü, gününü onun qapısında çürüdüb, saqqalını ağartmışdı. O, hər gün səhər dan yeri ağaranda ilxını haylar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. Tay dağlarda, daşlarda kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir yer yox idi. Yenə də bir gün Alı kişi ilxını sürüb dərya qırağına aparmışdı. Atlar dəryanın qırağındakı otlaqda otlayırdılar. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Qoca ilxıçı bir də baxdı ki, budu dəryadan iki at çıxdı. Alı kişi dərya atı olmağını eşitmişdi, amma heç görməmişdi. Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşırladı. Amma bu barədə heç kəsə bir söz demədi. Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb, madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki, vədə tamam oldu, Alı kişi tay madyanların yanından əl çəkmədi. Ta o qədər gözlədi ki, axırda madyanlar doğdu. Alı kişi tamam-kamal iki il dayları bəslədi. Tay az qalırdı ki, gözünün yağını onlara yedirtsin. Bəli, daylar böyüyüb iki yaşar oldular. Bir gün Həsən xanın evinə bir paşa dostu qonaq gəlmişdi. Həsən xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi:– Həsən xan, eşitmişəm sənin qəşəng, cins atların var, gərək ilxından mənə iki ayğırlıq at verəsən.
20Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin çoxu ayaq üstündə qalmışdı. Pəncərə ağzında oturanlar, dal tərəfdə çənələrini əllərindəki yabaya söykəyib dayananlar da var idi.Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını kəsmişdi. O, istədiyi adamı içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı:
Düşüncələr, düşüncələr...“Ey insan, sən kimsən?.. Ən ali və ulu məxluq... Yer üzündəki bütün canlıların ən kamili, ən güclüsü... Ağlın kəsən gündən üstündə gəzdiyin bu torpağın yetirdiyi ən əziz və ləziz nemətləri sən yeyirsən, ən axar-baxarlı yerləri sən gəzib dolaşırsan, sevən də, sevilən də sənsən... Və bir gün gəlir ki, bunların hamısın itirirsən. Necə vermişdilərsə, eləcə də alırlar... Ali və ululuğun da itir. Kamilliyin də əlindən gedir, gücün də tükənir... yemirsən, gəzib dolanmırsan, sevib-sevilmirsən... Nəfəsin ağzından çıxan kimi səndən diksinirlər, kənara qaçırlar. Bir anın içində hamı üçün özgələşirsən, yadlaşırsan... Dünən mayıl-mayıl baxılan üzünə daha heç kim baxmaq istəmir, dünən məhəbbətlə öpülən dodaqlarına, qucaqlanan bədəninə heç kimin toxunmağa micası gəlmir... Ey insan, sən kimsən?.. Əvvəli də torpaq, sonu da torpaq... İbtidası da heç nə, intəhası da heç nə... Bəlkə də buna marağalı qoca dərviş tez-tez deyərdi: “Ma hiç, cahan hiç...”¹. Bax burada bu naxışlı-zərli sərdabədə hər şeydən xəbərsiz yatıb uyuyan möhtərəm Şeyx Yusif də bu insanlardan biriydi... Amma vaxt var idi ki, onu görəndə hamı baş əyirdi, o içəri girəndə hamı ayağa dururdu, o gəlib keçəndə hamı kənara çəkilib yol verirdi... O harada, nə vaxt danışsaydı, hamı nəfəsini içəri çəkib qulaq kəsilirdi. O, gülsəydi hamı gülməli, ağlasaydı hamı ağlamalıydı... Hə, belədir dünyanın işləri, cənab Şeyx Yusif!.. Rahat yat, bu dünyanın səninlə, sənin də onunla daha heç bir işi yoxdu... İkiniz də hesabı çürütmüsünüz... Əbədiyyət evin nurla dolsun!..Əcəmi fikirləşirdi. Son vaxtlar narahat günlər keçirən, Cahan Pəhləvanla söhbətdən sonra bir yerdə qərar tuta bilməyən, gah şəhristanda, gah da rəbatlarda görünən Əcəmi bu gün də sübh tezdən durub Şahab meydanına gəlmşdi. Şəhər əhli Cahan Pəhləvanı bir hökmdar kimi qarşılayandan sonra onun buralara yolu düşməmişdi... Əvvəllər hərdən özü yaratdığına – camaatın “Atababa” adlandırdığı sərdabəyə baxmağa gələrdi, çünki onu öz övladı kimi görməyə bir ehtiyac duyardı... Hələ üstəlik, içəriyə girib Şeyx Yusifə ziyarətnamə oxuyardı, sonra bayıra çıxıb yenə heyran-heyran sərdabəyə baxardı, vurduğu naxışların ürəyinə yatımlığından xoşu gələrdi, kitabələrdə gözünə dəyən qüsurları isə hiss edən kimi narahat olardı, fikrə gedərdi, “Öz təqsirini özünə heç vaxt bağışlama...” Əcəminin ağlı kəsəndən, əli iş tutandan əqidəsi beləydi... Elə ki, Elalının arxasından Günəş doğdu və özünün zərrin şüaları ilə sərdabənin hüsnünü cilaladı, kitabələrini aləlvan boyalarla zinətləndirdi, onda Əcəmi özündə bir yüngüllük hiss edərdi, öz əməlindən razı qalardı... Və arxayın-arxayın Şahab meydanını, suyunu ən çox xoşladığı Şahab bulağını tərk edib gedərdi...
Arpaçay əfsanəsiQədim vaxtlarda Muğanda iki elat olurdu. Elatın birinin qoyun sürüləri ağ, o birininki isə qara idi. Qoyun sürüləri ağ olana “Ağqoyunlu” qoyun sürüləri, qara olana “Qaraqoyunlu” deyirdilər. Hər iki elatın qoyun sürülərindən başqa, yalmanlı at ilxıları, buynuzlu mal-qaraları, əyriboyun dəvələri var idi. Hər iki elat öz sərhədinə çox çətin sığışırdı. Payızda-qışda aranda, yazda-yayda yaylaqda otlaq üstündə həmişə savaş gedirdi. Birdən o tərəf o tərəfdən, bu tərəf də bu tərəfdən öz çuxalarını çıxarıb sol qoluna dolayıb, bəlgə düzəldir, adamlar qızışır, qol-qılça sınır, baş-göz dağılırdı. Gah bu onun, gah da o bunun otlaq sərhədini tuturdu. Arada ədavət artır, düşmənçilik güclənirdi... Canı cəzana gələn hər iki tərəfin başbilən ağsaqqalları bir gün Muğanda arada olan sərhəd təpə üstünə toplaşdılar. Məsləhət-məşvərətdən sonra belə qərara gəldilər ki, daha dava-dalaş olmasın, arada qan qohumluğu başlasın, bir-birinə yapışıqlıq-qonşuluq yaransın. Bu tayfa, o tayfa sözü bilmərrə götürülsün, tayfalar bir-birinə qız versin, qız alsın. Belə də oldu. Daha sərhəd dava-şavası düşmədi, otlaq üstündə heç bir çəkişmə-didişmə getmədi. Elatların oğlan-qızları bir-birinə qarışdı. Oğlan-qız toyunda, el bayramlarında zurnanın cingiltisi, nağaranın gumbultusu, sazın-sözün sədası sümüklərə düşdü. Cavanlar ağ-qara çuxada əl-ələ tutuşub yallı getdilər... Cavanları belə görən bığıburma kişilər, kəlağayılı qadınlar, bunlardan sonra qocalar, qarılar cərgələndilər, barmaq barmağa keçirib yallı getdilər. Babanın birisi o tərəfdən, birisi bu tərəfdən gülə-gülə üz-üzə, göz-gözə baxdılar. Qohumların yallıları bir-birinə qarışdı.Günlərin bir günü Ağqoyunlu elatının qızı ilə Qaraqoyunlu elatının oğlu Ağgöllə Qaragöl arasında başlanan el şənliyində görüşüb, bir-birini sevməyə, yavaş-yavaş dillənib danışmağa başladılar:
Uşaqlıq həyatımdan xatirələrAtam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu əmələ gəlir.Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, tə’lim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. Dayım Səfərəli Vəlibəyov (Zaqafqaziya seminariyasının müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi altı yaşında uşaq ikən, yaşadığı Qori şəhərinə aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində kimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir.
Azərbaycanda teatrXalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.
Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surətiYüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin!İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır.
Usta ZeynalMuğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi.Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir.
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Ay işığındaDönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Yenə üsuli-təbii haqqında bir neçə sözKeçənlərdə mənim məktəblərimizdə rus dili təlimi haqqında yazmış olduğum məqaləyə cavab və yaxud bir haşiyə olaraq möhtərəm müəllim Rəşid bəy Əfəndizadə cənabları tərəfindən yazılmış bir məqalə gördüm. Rəşid bəy əfəndi məqaləsini “Mübadiləyi-əfkardan bariqəyi-həqiqət törəyir” sözlərilə başlayıb, əvvəlcə bir balaca müqəddimə yazırlar və o müqəddimədə əzcümlə belə deyirlər: “Mətləbimiz o məqalənin (yəni mən yazdığımın) ziddinə çıxmaq əsla deyildir”, yəni Rəşid bəy əfəndi oxucuları xəbərdar edir ki, onun məqsədi mənim ilə mübahisə və mücadiləyə qalxmaq deyildir. Ehtimal bu səbəbdəndir ki, Rəşid bəy əfəndi məşhur təbir olan “Müsadiməyi əfkardan” da hətta “müsadimə” sözünü bu yolda çox şiddətli bir təbir bilib, onun əvəzinə “mübadilə” yazıbdırlar və hərçənd “mübadilədən” “bariqə” törəmədiyini və “bariqə”nin ancaq “müsadimədən” törədiyini nəzərə alıbdırlarsa da, amma yenə də məni incitməmək üçün məntiqi qurbanedəcək dərəcədə fədakarlıqla bulunubdurlar. Mən də Rəşid bəy əfəndinin bu fədakarlığına qarşı təşəkkürlər edirəm. Ancaq burasını dəxi əlavə edirəm ki, böylə bir əhəmiyyətli məsələdə Rəşid bəy əfəndi həqiqəti mənə qandırmaq üçün başımı yarsa da incimərəm.Burada mən dəxi bir müqəddimə söyləyəcəyəm. 1-2 gün bundan əvvəl müəllim rəfiqlərimdən birisi yanıma gəlib mənə dedi:
Xüsusi iclasİngilislərin Hacı Səməd xan Şücaüddövlə vasitəsilə həyata keçirdikləri xəyanətin acı təsirləri Təbrizdəki demokratları və eləcə də ziyalı və işçi təbəqəsini düşündürürdü.Mürtəce qüvvələr dini təşkilatlar düzəldir və hər yerdə təziyə məclisləri təşkil edirdilər. Demokrat firqəsi bu təzə xəyanəti ifşa etmək barəsində xüsusi iclas çağırmağı qərarlaşdırırdı, lakin üç-dörd nəfərin bir yerə yığışıb danışmağı mümkün deyildi. Xalq ancaq təziyə məclislərində bir-birləri ilə görüşə bilirdi. Buna görə də xüsusi iclas Məşədi Kazım ağanın düzəltdiyi təziyə məclislərində baş tutacaqdı. Təziyə məclisi bərpa etmək hər kəs üçün məcburi bir vəzifə hesab olunurdu, çünki imkanı olan adamların təziyə məclisi bərpa etməməsi Hacı Səməd xanın şübhəsinə səbəb olurdu.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.
Üçüncü fəsilI1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.
Çölün düzündəNağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.
İkinci kitab, ikinci hissə1**Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.
Süleyman padşahın xəzinəsi 3Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Ceviz kölgəsinin nağılıI**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.
Daş hasarFirəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.
Birinci nağıl(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
GülzarBu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.
Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edərQAM BÖRƏNİN OĞLI BAMSI BEYRƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY...Qam Gan oğlı xan Baymdır yerindən durmışdı. Qara yerin üstinə ağ ban evin dikdirmişdi. Ala sayvan gög yüzinə
Üçüncü hissə, 10Göytəpəlilər iki gündən sonra Çayqovuşan adlı səfalı bir yerdə düşərgə saldılar. Arabaları yoldan kənara çəkib köpüklü dağ çayının sahilindəki çəmənlikdə açdılar. İstidən təntimiş kəllər boyunduruğun altından çıxan kimi Özlərini suya verdilər. Fısıldaşa-fısıldaşa ləzzətlə çimdilər. Yol boyu arabaların sitkələyib yorduğu uşaqlar sevinə-sevinə qaçışmağa, yumru qara çay daşları ilə camışları yalamalamağa başladılar. Arvadlar arabaların kölgəsində palaz saldılar, yastıq, mütəkkə çıxartdılar. Kişilər balta götürüb yolun o üzündəki meşəyə, odun qırmağa getdilər. Molla Sadıqgil arabaları köçün o başında. Cahandar ağagil isə aşağı tərəfdə iri bir palıd ağacının altında açdılar. Ocaqlar qalandı, samovarlar çıxarıldı, kənddən tədarüksüz yola düşənlər xəmir yoğurub sac asdılar. Bəzi arabaların yanında qazan danqıldadı, yağda qızardılmış soğan iyi ətrafa yayıldı.Əşrəf pencəyini çiyninə salıb yola doğru getdi. Cahandar ağa kölgədə mütəkkəyə dirsəklənib fikirli-fikirli oturmuşdu. Ağız-ağıza qovuşan dağların arası ilə axıb gələn çaya tamaşa edirdi. Ayaq səsi eşitdikdə dönüb oğluna baxdı: