Böyük qazanc

Bugünkü iclas Məşədi Kazım ağanın evində idi. Məhəmmədəlinin İrana gətirilməsi və bundan Tehranın xəbərdar olub-olmaması məsələsi müzakirə ediləcəkdi. İclasda yalnız Hacı Əli, Əmir Heşmət, Mirzə Əhməd, Məşədi Kazım ağa iştirak edəcəkdi.İkimiz oturub yoldaşları gözləyirdik. Mən əvvəlcə Məşədi Kazım ağaya amerikalıların fikrini bildirdim.

Məmməd Səid Ordubadi14 dəq
Müəllimə

Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın... Müəllimə özu rus, şagirdlər müsəlman.Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan İran şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk və piy iyisinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bədtər etmişdi.

Üzeyir Hacıbəyov2 dəq
Yaş söhbətləri

Müəllim Mirzə Həsənlə Mirzə Bağır həmişə görüşəndə yaşdan danışmamağa çalışırlar. Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətilə qurtarır. Keçən il Balaqədeşin oğlunun toyunda yaş barəsində uzun-uzadı danışmışdılar, hansının böyük və hərəsinin neçə yaşı olduğu meydana çıxmamışdı. Keçən ildən bəri Mirzə Həsənlə Mirzə Bağır görüşməmişdi. O günü təsadüfən bir təziyə yerində görüşdülər.İkisi də məsələsini bilirdi – bir-birini görcək hər ikisi yaşdan danışmamağı qət etdi. Lakin bir-birilə küsülü deyil idilər ki... Buna görə görüşən kimi:

Yusif Vəzir Çəmənzəminli4 dəq
IX fəsil, 3

Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.

İsmayıl Şıxlı19954 dəq
Yar ilə görüşmək

Nə xoşdur bir zaman dilbərin eşqində zar olmaq*Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq*

Cəlil Məmmədquluzadə2 dəq
Töhfeyi-Sami, bölmə 148

مولدش لاهیجان گیلان است در محلی که صاحبقران مغفور در آنجا تشریف داشته اند بملازمت ایشان بعزم جهانگیری علم برافراخته در ابتدای ظهور دولت این دودمان عظیم الشان منصب صدارت ممالک محروسه تعلق بدیشان داشت، بعد از آنکه مدتی ترک آن کرده بحال خود می بودند و بعضی اوقات تعلیم شاهزادگان سوای من در عهده ی اهتمام ایشان بود در این ولا که سن شریفشان از نود متجاوز است ترک علایق و عوایق کرده اوقات بطاعات و عبادات صرف میکنند این نظم حسب حال خود گفته اند .جوانی رفت در راه تو، پیر روزگارم من

Sam Mirzə1 dəq
Döyüş günləri

Məhərrəm ayının beşinci günü idi. Morqan Şosterin İrandan qovulması xəbəri Təbrizə yayılmışdı. Qadınlar bazarındakı alış-verişçi qadınlar belə bu barədə danışır, imamın zühurunun yaxınlaşdığını xəbər verirdilər.– Sarı kafərin (ruslar) Məkkə evində at bağlamasına az qalmışdır, – deyə xalq məsciddən məscidə gedirdi.

Məmməd Səid Ordubadi8 dəq
Ərəblinski teatr tariximizdə unudulmaz sənətkardır

Azərbaycanda teatr sənətinin doğuluşunda görkəmli rol oynayan simalardan biri Hüseyn Ərəblinskidir. 1906-cı ildə Sarabski ilə bir yerdə Ərəblinski ilə ilk dəfə tanış olduğum günləri yaxşı xatırlayıram. Ərəblinski o zaman teatr tamaşaları göstərən bir qrup təşəbbüsçülər – həvəskarlar ilə bir yerdə oynayırdı. Ərəblinski hələ o vaxt həvəskarlar arasında özünün aktyorluq sənətinə bəslədiyi tükənməz arzusu, səmimiyyəti, coşqunluğu ilə başqalarından çox fərqlənir və yüksəkdə dururdu.O, məşğələlərdə də özünü səhnədə olduğu kimi hiss edirdi, rolunun xüsusiyyətlərini bütün incəliklərinə qədər yaşayırdı, tamaşaçının fikrini, duyğusunu məharətlə öz əlinə alırdı.

Üzeyir Hacıbəyov4 dəq
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

Yusif Vəzir Çəmənzəminli5 dəq
IX fəsil, 5

Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.

İsmayıl Şıxlı19951 dəq
Çətin məsələyə cavab

Bir darülmüəllimində altmış dörd müsəlman uşağı ola və bunların ikisi müsəlman dili bilməyə ( yəni nə eybi var?), bunlara şəriət dərsini nə dildə demək lazımdır, rus dilində, ya müsəlman dilində?Bu məsələyə keçən nömrəmizdə cavab istəmişdik. Çünki indiyədək heç bir kəsdən cavab çıxmadı, biz yəqin edirik ki, bunun səbəbi məhz budur ki, məsələ çox çətin məsələdir.

Cəlil Məmmədquluzadə2 dəq
Töhfeyi-Sami, bölmə 150

ولد رشید حکیم مذکور است نفس نفیسش تریاق فاروق داروخانه فاذا مرضت فهو یشفین و قدم شفا اثرش نجات بخش ما هو شفاء و رحمه للعالمین در علم طب ید بیضا داشت و در علم حکمت نفس مسیحا، در فضایل و سایر اقسام علوم عل تفوق میافراشت، خطش رقم نسخ بر تعلیق استادان می کشید و سلیقه موزونش در بیت الفضایل زمانه فرید بود، در شهور سنه ثلاث و خمسین و تسعمایه بسیآت فوات مبتلا شده بمطب عدم خرامید این دو مطلع از اوست :غنچه ای پر از در و گوهر، دهن میخوانیش

Sam Mirzə1 dəq
İki matəm

Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi.Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə:

Məmməd Səid Ordubadi8 dəq
Ordan-burdan 1

İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir:– Aləm şair oldu!

Üzeyir Hacıbəyov2 dəq
Əziz

Ballı xala qabı eşib, bir qızarmış iri kələm dolması tapıb, oğlu Qulunun ağzına uzatdı.Qurbanın olsun anan, buncuğazı ye!

Yusif Vəzir Çəmənzəminli3 dəq
X fəsil, 1

Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O bilirdi ki, bu il də kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun məqsədi həmin dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi. Halay bəy heç kəsə dəyib-toxunmadığından özündən arxayın idi və binələrin ətrafında başını girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü tam aydınlığı ilə anlaya bilmirdi. Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi.Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam nəfəs almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və ellə birlikdə arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq basa bilmirdi.

İsmayıl Şıxlı19955 dəq
Nəsihəti-hükəma

Bu kitabçada ədəbə dair yazılan nəsihətləri yəcucu dilindən tərcümə etmişik ki, millət uşaqları oxuyub əməl edələr, çünki insana əvvəl lazımdır ədəb, sonra dərs (Yəni bəzi rəylərə görə dərs o qədər də vacib deyil).Küçədə gedəndə:

Cəlil Məmmədquluzadə1 dəq
Töhfeyi-Sami, bölmə 157

عنایت الله نام دارد اصفهانی است و طبعی تخلص میکند و در اکثر علوم وقوفی دارد مردی است خوش صحبت و آدمی است خوش طینت این دو مطلع از اوست :بلاست نخل قد فتنه بار یار نه قامت

Sam Mirzə1 dəq
Sərdar Rəşidin iç üzü

Mahru özünə verilən tapşırığı unutmamışdı. O gecə saat on birdə otağında oturub, sərdar Rəşidin onu öz yanına çağırmasını gözləyirdi, çünki sərdar Rəşid Mahru olmadan yeməz, içməzdi, hər gecə onun şərab piyaləsini Mahru doldurmasaydı, dilinə şərab vurmazdı.Bu gecə nədənsə sərdar Rəşid Mahrunu çox təxirlə öz yanına çağırdı. Mahru sərdar Rəşidin otağına girdiyi zaman o, əlindəki qələmlə qabağındakı bloknota bəzi şeylər qeyd edirdi: O, Mahrunu gördüyü zaman qələmi yerə qoyub:

Məmməd Səid Ordubadi27 dəq
Ordan-burdan 2

“Novoye vremya” qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır:“Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb başlayıb ora-burasına tamaşa eləməyə...”

Üzeyir Hacıbəyov2 dəq
İkinci kitab, bir neçə söz

“1917-ci ildə” həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. Inqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimiş həyatı yıxır və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütləsinin arasına yayılaraq yeni adamlar, şura ziyalı və mütəxəssisləri doğurur.Bu yeni dövrü qismən təsvir edəcək “Tərtər” adlı romandan sonra “Xaricdə” və “Çırpışmalar” (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.

Yusif Vəzir Çəmənzəminli1 dəq
X fəsil, 2

Gecədən xeyli keçmiş qapının ağzında üstü örtülü bir maşın dayandı. Milis işçiləri yolu kəsdilər. Onlardan iki nəfəri təpiklə qapını açdı və barmaqları tətikdə içəri girdilər. Halay bəy pencəyini soyunmuşdu. Balalarını dizinin üstünə almışdı. Düz iki gün idi ki, onlarla oynayırdı. Uşaqlar atalarının boynunu qucaqlayır, onun sinəsinə qısılırdılar. Halay bəy yatanda da oğlunun hərəsini bir qolu üstünə alır və uzun müddət onların körpə mışıltısına qulaq asırdı. İndi milislər içəri girəndə uşaqlar yenə onun dizinin üstündə idi. Halay bəy uşaqları qucağından düşürtdü və təşvişlə gələnlərin üzünə baxdı.– Halay bəy, paltarını geyin, bizimlə gedəcəksən!

İsmayıl Şıxlı19957 dəq
Keçən günlər

Keçən günə gün çatmaz…*Atalar sözü*

Cəlil Məmmədquluzadə3 dəq
Töhfeyi-Sami, bölmə 160

از ولایت کاشان است و در نجوم و طب و دیگر علوم صاحب وقوف است و در شعر هم بد نیست این مطلع از اوست :نماند لذتی از عمر در جهان ما را

Sam Mirzə1 dəq
Gizlin sirlər

Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.

Məmməd Səid Ordubadi10 dəq
Ordan-burdan 5

Lap əvvəllərdə bizim idarəmizə Osmanlı qəzetələri gələrdi. Bu qəzetələr bir-birinin üstə qat-qat yığılıb kəndirlə bağlanmış olardı. Osmanlı qəzetələrini görüb biz çox sevinərdik və tez kəndiri qırıb qəzetələri açırdıq ki, görək Osmanlıda nə var, nə yoxdur, görək bizlərdən nə yazırlar, özlərindən nə yazırlar. Gözümüzü qəzetənin oraburasına gəzdirib axtarardıq, axtarardıq, amma nə Osmanlıya dair və nə də bizlərə dair heç bir şey tapmazdıq! Ancaq elə bunu görərdik ki, yazıb: “Bu gün pək sicaqdır – yoğurt (qatıq) insanə nəfdir”, “Fransa səfiri dün vapora rakib olaraq, Parisə mütəvəccəhən rəvanə oldu” və sairə. Beş-altı dəfə biz Osmanlı qəzetələrini bu cürə açdıq, gördük ki, elə hamanki sözlər yazılıbdır.Sonra belə qərar qoyduq ki, daha bir də zəhmət çəkib vəqtimizi zay edib Osmanlı qəzetələrini oxumayaq. Bu qərarə binaən idarəmizə Osmanlı qəzetələri gələn kimi götürüb kəndirli-filanlı atardıq zibil səbətinə; iqtisad elminə dara olan şəxslər bizə məsləhət görürdülər ki, bu qəzetələri zibil yeşiyinə atınca aparaq və bazarda kağız əvəzinə dükançılara sataq. Bizi inandırırdılar ki, bu cürə eləsək, yaxşı pul qazanarıq.

Üzeyir Hacıbəyov1 dəq
Hacı

Həyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.

Yusif Vəzir Çəmənzəminli2 dəq
X fəsil, 3

Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü.– Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram.

İsmayıl Şıxlı19954 dəq
İranlılara

Dünən İran əhlindən bir nəfər dostum mənə gör nə deyir, deyir: ay Molla Nəsrəddin, sən biz iranlıları istəmirsən.Dedim:

Cəlil Məmmədquluzadə2 dəq
Töhfeyi-Sami, bölmə 168

پسر ملک محمود جان مذکور است و در مسائل حکمی اوصاف و فضائلش مضبوط و اجزاء کمالاتش مربوط در اکثر علوم شاگرد مولانا حاجی محمود تبریزی است طبعش در غایت تصرف و شوق انگیز، بعد از برادرش امیر بیک بوزارت صاحبقران مغفور رسید و بعد از اندک وقتی ترک آن کرده قناعت ورزید این دو مطلع از اوست :خوبرویی کاو ندارد رحم، دلدار منست

Sam Mirzə1 dəq