Səhifə 4 / 4 · 75%

Bu vaxt Elman bəriyə döndü və papirosunun kötüyünə baxa-baxa üz-gözünü əydi:

– Bu zəhrimar lap məni cana doydurub... İlla da ac qarına çökəndə. Sinəmdən o saat ağrı qalxır... Sabahınız xeyir, Səmirə xanım...

– Sabahınız xeyir.

– Ceyran xanım, qayınanam yola nə isə qoymuşdu. Gəlsənə, bir az ondan çıxardasan, yeyək.

Mən Bədirnisa xalanın bağlamasındakı pendir-çörəyi xatırladım. Çıxartmağa utandığım üçün, Elmanın sözünü eşitməməzliyə vurub, onlardan aralandım.

Gəminin sürəti azalırdı. Adamlar düşməyə hazırlaşırdılar. Birdən radio səsləndi:

– Vətəndaşlar, körpüdə cərgəyə düzülün, vağzaldan birbaş qatara minəcəksiniz!

Böyrümdə Elmanın nəfəsini duydum. O dedi:

– Siz də gəlin, Səmirə xanım. Hələ düşməyimizə çox var. Gəlin, bir az çörək yeyin.

Dönüb Ceyran xanıma baxdım. O da əl eləyib məni çağırırdı. Ərarvadın təklifindən boyun qaçırmadım. Gəlib, çamadanın üstünə sərilmiş qəzetin arasından mən də Ceyran xanım kimi bir parça toyuq əti götürdüm.

– Vətəndaşlar, hələ tələsməyin. Bir yerə kütləşməyin. Gəmidən düşüb, qatara minəcəksiniz!

– Bildik, bildik!.. – deyə Elman dodağının altında deyindi. – Restorana aparmayacaqsınız ki?

Biz, doğrudan da, yalnız səhər yeməyini qurtarandan sonra körpüyə yan aldıq. Dünən kapitanla birgə yoxlama aparan kişi hamıdan əvvəl gəmidən düşdü.

Biz üçümüz də növbəyə düzülmüş adamların cərgəsində dayandıq. Ceyran xanım dedi:

– Bizi yəqin Krasnovodskda çox saxlamazlar. Türkmənistana konsert verməyə gələndə buranı bir neçə yol görmüşəm, elə-belə ötəri... Yaxşı ki, hələ səhər tezdəndir, cırcırama başlamayıb, yoxsa cəhənnəm istisinə döz bilməzdik.

Körpüyə endik. İki nəfər Ceyran xanımın böyrünü kəsdi.

– Xanım, – deyə onlardan biri – ağ köynəyinin yaxasına noxud boyda qara xalları olan sumax rəngli qalstuk taxmış, ağ çesuça kostyumlu arıq, uzun kişi əli ilə müğənni qadına gedəcəyi istiqaməti göstərdi: – Siz bu tərəfə!

– Gedək, Elman! – deyə Ceyran xanım vəziyyətini zərrə qədər dəyişmədən geriyə dönüb ərini çağırdı.

– O yox, siz gedəcəksiniz! – deyə qara kostyumlu, liliputa bənzəyən balaca kişi xırıltılı və əsəbi bir nida ilə əmr verdi. – Ardımca gəlin!

Elman cərgədən kənara çıxmaq üçün özünə yol açmaq istəyəndə, uzun kişi vəsiqəsini göstərdi:

– Siz çəkilin, vətəndaş! – dedi.

Elman hirsini boğub, Ceyran xanımın dalınca baxdı.

– Ay canım, belə də zülm olar? – deyə nırçıldayaraq çiyinlərini çəkdi və çamadanını götürüb, cərgədən aralandı. – Mən sürgünə getmirəm, mən arvadımın dalınca gəlmişəm. O hara. Mən də ora!

Ceyran xanımı dəniz vağzalının otaqlarından birinə apardılar.

Mən onlardan ayrılanda elə bil son ümidim alt-üst oldu...

İkinci hissə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kərəm əfsanəsi

Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.

19599 dəq
Şeytanın barmağı

Təmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.

19594 dəq
Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 dəq
Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 dəq

Başqa şairlərin şeirləri