Tərifnamə

Ey Keyqubad taxtında əyləşən!Şahlığın onda həmişəlik olsun.

Mirzə Fətəli Axundzadə2 dəq
Cəfərqulu xana

Hacı qulu səndən, ey taci-sərim,Ziyadə-ziyadə xürrəm olubdur!

Mirzə Fətəli Axundzadə1 dəq
Həcvi-Əbdürrəsul xan

Dünən İranın paytaxtındanAraq düşkünü, pərişan bir qoca gəldi;

Mirzə Fətəli Axundzadə1 dəq
Vanda

Müsəlmanlar! Orda-burda az danışın yalanı,Gəlin həqqi unutmayın, insaf eyləyin bir az!

Mirzə Fətəli Axundzadə2 dəq
Hekayəti-Seyyid Ələm Səlyani

Səlyanda var idi bir Seyyid Ələm,Ələmdən olmuşdu mərdi-möhtərəm.

Mirzə Fətəli Axundzadə5 dəq
“Kəmalüddövlə məktubları”nın mülhəqatı

“Kəmalüddövlə” müəllifinin dostlarından birinin bu müəllifin sirdaşlarından birisinə 1280-ci ildə yazmış olduğu məktubun surətidir.*

Mirzə Fətəli Axundzadə1 dəq
Əbdürrəhman ağaya

Məcdətli Dusti-mehriban Əbdürrəhman ağa cənabları, iqbalınız daimi olsun!**Allah şahiddir ki, sizin səadətmənd olmağınızın xəbəri həmişə məni ilaqeyrənnəhayə məsrur eləyibdir. Xüsusən bu ovqat Hacı molla Məhəmməd əfəndi sizin tərəqqiyatınızı təqrir edib, ziyadə xatirimin fərəhinə bais oldu. Lihaza bu fürsəti qənimət bilib həmvətənliyimizi yad və qədimi dostluğumuzu təcdidinə iqdam edirəm. Keçən sənənin cəmadiyəl-əvvəl ayında, yəni məsihiyyə tarixinin dekabr ayında sənə 1857-də sərkar şərafətmədar canişini-Qafqazın icazəti ilə onun vəziri cənab general Kruzenştern dövləti-behiyyəyi-Rusiyyənin İstanbulda müqim olan vəziri-muxtarı cənab general Butenova mənim əlsineyiislamiyyənin təhsili üçün təlif etdiyim əlifbanı tərsil edibdir ki, övliyayidövləti-Osmaniyyənin mülahizəsinə məruz etsin. Çün o vəqtdən bu zamana qədər əlifbayi-məzkurun xüsusunda heç bir xəbər İstanbuldan mənə vüsul olmayıbdır, ona görə də nigaran qalmışam, bilmirəm ki, aya, mənim əlifbam övliyayi-dövləti-əliyyeyi-Osmaniyyənin mülahizəsinə məruz olunubdur, ya yox? Lihaza, cənabi-məcdətməabınızdan kəmali-etimad ilə təvəqqe edirəm ki, mənim xatirimin şadlığı üçün bu məktubun vüsulunda hümmət edib, hər növlə səlah görsəniz, təcəssüm və təhqiq edəsiniz ki, aya, mənim əlifbam vizarəti-dövləti-behiyyəyi- Rusiyyədən övliyayi-dövləti-əliyyənin mülahizəsinə məruz olunubdurmu və əgər məruz olunubsa, onun ərbabı-mərifət və məşvərətində mülahizə olunmasına ehtimam göstərəsiniz və bu xüsusda xəbəri-sərih və fərəhəngiz yazıb yenə Hacı molla Məhəmməd əfəndinin vəsaiti ilə mənə yazasınız. Mən sizdən həmişə razı və xoşnud olmuşam, bu dəfə dəxi gərək həmvətənliyi və qədimi dostluğu mənzur edib məni özünüzdən xoşhal edəsiniz və sizin ittilaınız üçün əlifba kitabçasının dibaçəsi və əşkali-hüruf və xətti-cədidə yazılan bir qitə bu məktubun zimnində infaz olunur. Əgər padşahani-islam bu xətti-cədidin intişarına ehtimam göstərsələr, hər ayinə külli-firqeyi-islam nikbəxt olacaqdır. Məlum ola ki, bu əlifbanın kitabçasından bir cild dövləti-əliyyeyi-İrana və beş cild Firəngistanın mümtaz dövlətlərinə ki, onlar da mədrəseyi-əlsineyiislamiyə məmurdur, irsal olunubdur. Baqi cavabınıza müntəzir qalıram.

Mirzə Fətəli Axundzadə2 dəq
Şöhrət sahibi olan alicənab!

Hərçənd ki, mən şöhrət sahibi olan cənabınızla görüşüb tanış olmamışam, lakin cənabınızın vəsfini dönə-dönə uzaqdan eşitmişəm və şəxsən sizin fəzilətinizlə tam mənada tanışam, cənabınızın əsərlərindən bəzilərini görmüşəm. Xüsusilə sizin gözəl xasiyyətli və xeyirxah bir insan olduğunuzu bir neçə il bundan əvvəl Qazanda cənabınızın tələbələrindən biri olan Mirzə Qafardan çox eşitmişəm. Bu son zamanlarda isə dövləti-əliyyeyi-İranın Tiflisdəki konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan, Peterburqdan qayıtdıqdan sonra cənabınızı daim tərifləməkdədir. Bu söylənilən səbəblərə görə cənabınıza qayibanə olaraq böyük bir məhəbbət və səmimiyyət bəsləməkdəyəm. Pak Allahın özü elə bir təsadüf salsın ki, sizinlə görüşmək feyzi mənə də nəsib olsun.Elə güman edirəm ki, şöhrət sahibi olan cənabınız da mənim adımı eşitmiş olarsınız. Avropa yazıçılarının üslubu ilə müsəlman tayfalarının əxlaq və adətlərinə dair bir neçə pyes yazmışam. Rusiya xalqları və Avropa camaatından bəziləri məni bu əsərlər vasitəsilə tanıyırlar. Son zamanlarda islam əlifbasının ərəb, fars və türk dillərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, haman dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim. Odur ki, bu barədə bir kitabça yazaraq Osmanlı və İran dövlətləri başçılarının nəzər-diqqətinə təqdim etmişəm. Avropa dövlətlərindən hər birinə də haman kitabçadan birər nüsxə göndərilmişdir ki, onların elmi müəssisələrində bu yeni əlifba müzakirə olunsun, mərifət sahibləri bu xüsusda öz fikirlərini məsləhət üçün söyləsinlər.

Mirzə Fətəli Axundzadə2 dəq
A.F.Kruzenşternə

Qafqaz canişini baş idarəsi rəisi A.F.Kruzenşternə**Baş idarənin yazılı mütərcimi kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi*

Mirzə Fətəli Axundzadə3 dəq
Əli xana

[Firdovsinin Mirzə Mustafaya məxsus olan “Şahnamə”nin birinci vərəqinin dalında Mirzə Fətəli İran konsulu Əli xana yazmışdır]**Mənim əziz ağam, səadətiniz daimi olsun!

Mirzə Fətəli Axundzadə1 dəq
Mirzə Hüseyn xana məktub

Mirzə Hüseyn xana yazılmış məktubun surəti**Mənim əzəmətli ağam, səadətiniz daimi olsun!

Mirzə Fətəli Axundzadə3 dəq
Mirzə Mustafa xana

Əzəmətli ağam, böyük əmirlər nəticəsi, xaqana yaxın olan mötəmənüssultan, yüksək mənsəbli, cəlal sahibi, hörmətli xarici işlər nazirinin birinci müavini Mustafa xan, Allah onun iqbalını daimi etsin, mülahizə Buyuracaqlar**Əzəmətli ağam Mirzə Mustafa xan, Allah cəlalınızı artıq eləsin!

Mirzə Fətəli Axundzadə2 dəq
Mirzə Melkum xana

Mirzə Yəqub xan oğlu Mirzə Melkum xana 1871-ci ilin 8 Martında yazılmış məktubun surəti**Ruhi-rəvanım, Ruhül-qüds!

Mirzə Fətəli Axundzadə18714 dəq
Həsənəli xana

1871-ci il mayın 20-də İran dövlətinin İstanbuldakı səlahiyyətli səfiri Həsənəli xanın vasitəsilə cənab Ruhül-qüdsə göndərdiyim məktubda bu məsələlər yazılmışdır**Birincisi, əzəmətli ağa Həsənəli xanın da əlifbanı dəyişdirmək məsələsinə zidd olması haqqında mənə Tehrandan yazmışdılarsa da, lakin onunla görüşdükdən sonra məlum oldu ki, bu xəbərin qətiyyən əsli yoxdur və bütünlüklə iftiradır.

Mirzə Fətəli Axundzadə1 dəq
Mirzə Melkum xana

1871-ci il iyunun 2-də Melkum xana yazılmış məktubun surəti**Cənab Ruhül-qüds!

Mirzə Fətəli Axundzadə1 dəq
Cəlaləddin Mirzəyə

Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzəyə göndərilmiş məktubun surəti**Həzrət-əşrəf, alinəsəb, azadə şahzadə Cəlaləddin Mirzə, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm.

Mirzə Fətəli Axundzadə2 dəq
Cəlaləddin Mirzəyə

1871-ci ilin sentyabr ayında həzrət-əşrəf şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti**Həzrət-əşrəf və əmcəd-vala, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm:

Mirzə Fətəli Axundzadə2 dəq
Etizadüssəltənəyə

Həzrət-əşrəf və əfxəm, Valanəsəb, şahzadə Etizadüssəltənənin xidmətinə ərz edirəm Allah onun səadətini daimi etsin!**Valahəzrətin məktubu yetişdi və başımı ucaltdı və cənabınızın əsərlərindən ibarət beş cild kitab, o cümlədən üç cild “Əfqanıstan tarixi” və iki cild “Fələküssəadə” gəlib çatdı. Bir cild “Əfqanıstan tarixi” və bir cild “Fələküssəadə”ni Şeyxülislam cənablarına verdim. “Əfqanıstan tarixi”nin bir nüsxəsini Mirzə Mustafaya təqdim edib, iki nüsxəsini isə özüm götürdüm. Bu gün ikinci gündür ki, hər gecə Şeyxülislamın mənzilində “Fələküssəadə” kitabını oxumaqla məşğuluq. Onu bitirdikdən sonra “Əfqanıstan tarixi”ni oxumağa başlayacağıq.

Mirzə Fətəli Axundzadə4 dəq
Nikolaiyə

1874-cü il 24 fevralda Tehrana müsyö Nikolai cənablarına yazılmış məktubun surəti**Əziz və əzəmətli dostum müsyö Nikolai!

Mirzə Fətəli Axundzadə1 dəq
Əzəmətli ağam!

Filan ilin filan ayında mən öz böyüklərimin icazəsi və dövləti-əliyyeyi İranın baş konsulu vasitəsilə maarif naziri həzrət-əşrəf Əliqulu Mirzəyə öz tərtib etdiyim həm keçmiş, həm də yeni nüsxələrdən ibarət yeni əlifba layihəsini, habelə cənab Ruhül-qüdsün tərtib etdiyi layihəni göndərərək, xahiş etmişdi ki, Maarif Nazirliyində bu məsələni müzakirə etsinlər və nəticəni isə öz rəyləri və fikirləri ilə bərabər, mənə bildirsinlər. Bu günə qədər Maarif Nazirliyindən bu xüsusda mənə heç bir cavab yetişməmişdir. Ona görə də mən sizdən xahiş edirəm ki, haman yazıları Maarif Nazirliyindən geri alasınız...Qafqaz canişini Baş idarəsi depar-*

Mirzə Fətəli Axundzadə1 dəq
A.P.Berjeyə

21 oktyabr 1876, Tiflis*Pərəstiş etdiyim Adolf Petroviç!

Mirzə Fətəli Axundzadə1 dəq
Həsən bəy

Fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və külli-ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək, əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvvillərindən və xalqın məzacında təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədriməclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən proyektini olara oxu və ağlın kəsən dəlayildən məktəbxana açmağın vücubini olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər. Bir kompaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kompaniyanın əvvəlimci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təvəssütləri ilə bu kompaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən bir şəxsdən yüz manat təmənna etmə, əlli manat təmənna et ki, kompaniyaya versinlər. Və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et, hər birisi əlli manat versə, guya yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa qəzetində yaz, elam et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını yəqin bil, mən zamin.Vəkili-naməlumi-millət*

Mirzə Fətəli Axundzadə1 dəq
Üçüncü məclis

ÜÇÜNCÜ MƏCLİSÜçüncü məclis yenə orada vaqe olur. Damın bir tərəfində Şəhrəbanu xanım oturubdur. Bir tərəfdə Şərəfnisə xanım yun darayır. Bu halda birdən qapı açılır, Şərəfnisə xanımın dayəsi Xanpəri içəri girir.

Mirzə Fətəli Axundzadə18505 dəq
Fuad paşanın mədhində

Hər tərəfdən əhli-islamə bu gün təbşirdir.Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir.

Mirzə Fətəli Axundzadə1 dəq
Molla Əli

Molla Əli, sənə olsun mübarək.Şairliyin “qul uhiyə təbarək”*

Mirzə Fətəli Axundzadə3 dəq
1871-ci il martın 29-da Mirzə Yusif xana yazılmış üçüncü məktub

Əzəmətli ağam, Allah səadətinizi daimi etsin!Martın 25-də yazlığım məktubda bu mətləbi də, tənqidin əhəmiyyəti haqqında əziz qardaşım Mirzə Məhəmməd Cəfərin məktubuna əlavə etməliydim. Lakin birinci növbədə, münasib bilmədim. İkinci isə, o məktub çox uzun çıxmışdı. Poçt da yola düşürdü, yazmağa macalım yox idi. İndi isə bu mətləb həm məzəli olduğuna görə, həm də az-çox məsələ ilə əlaqədar olduğu üçün həmin mətləbi xəlvəti olaraq sizə yazıram ki, mehriban qardaşım Mirzə Məhəmməd Cəfərə oxuyasınız, sonra isə məktubu özünüzdə saxlayasınız.

Mirzə Fətəli Axundzadə5 dəq
Canişin dəftərxanasının müdiri M.P.Şerbininə

Canişin dəftərxanası mütərcimi poruçik Mirzə Fətəli Axundzadənin raportu 10 oktyabr 1852-ci il. Şuşa*Ucaməqamlı knyaz Canişinin buyruğu ilə mən həmin ilin aprel ayının 1-dən qvardiya podpolkovniki Meyyerlə Şuşa qəzasında fevralın 18-də kazaklarla toqquşan kontrabandistlərin sorğu-sualına göndərildim. Mən bu günədək müstəntiqin işində heç bir səsim və dəxalətim olmadan mütərcim sifətilə qulluğun bütün vəzifələrini və Pyotr Martınoviç Meyyerin tapşırıqlarını yerinə yetirmişəm ki, bunu o özü şəxsən sizin hüzurunuzda iqrar edə bilər. Lakin zati-aliniz mənim xəstəhal olduğumu bilməmiş deyilsiniz. Mən hələ may ayında ağır qızdırmaya tutulmuşdum. Bu xəstəlik mənim qısa müddət üçün Tiflisdə olduğum vaxt təzələndi. İndi isə qızdırma məni hər gün əldən salır. Bundan əlavə Şuşanın nəmli havası mənim babasil tutmalarından zəifləmiş səhhətimi tamamilə pozur.

Mirzə Fətəli Axundzadə3 dəq
Tehran əmirlərindən birinə

Kapitan Mirzə Fətəli Axundzadə tərəfindən darül-xilafeyi-Tehran əmirlərindən birinə yazılmış məktubun surəti**Bu ilin rəbüəssani ayında şərafətli sərkar Qafqaz canişininin icazəsi ilə dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan islam yazı qaydalarını dəyişdirmək barədə mənim yazmış olduğum bir kitabçanı İranın xarici işlər naziri cənablarına göndərmişdir ki, dövlət rəhbərləri və millət başçılarının nəzərinə çatdırsın.

Mirzə Fətəli Axundzadə3 dəq
Təlimat

Əzizim Əsgərxan bəy!Yeni əlifba kitabçası əlinizə çatan kimi gecikmədən yeni yazı üsulunu yazılmış təlim qaydalarına müvafiq olaraq öyrənib, xalqın bütün təbəqələrindən – istər varlı və əşraf, istərsə də yoxsul və sənətkarlardan şagirdlər tapıb, yeni əlifbanı onlara öyrədin və diqqət yetirin ki, kitabçanın üzünü köçürüb özlərində saxlasınlar. Əgər tələbələrdən və məktəb uşaqlarından şagirdlər tapa bilsəniz, çox yaxşı olar. Yeni əlifba kitabçasını kamal və mərifət sahiblərinin məclislərində oxumalı və yeni yazı üsulunun vacib bir iş olduğunu dəlillərlə sübut etməlisiniz.

Mirzə Fətəli Axundzadə2 dəq
Mirzə Hüseyn xana

Məhəbbət yolu ilə məni yada salıb göndərdiyiniz məktub gəlib çatdı. Könlümün güzgüsünə sizdən sarı qonmuş inciklik tozu silindi. İndi gileygüzarlıq məqamında deməliyəm ki, siz mənim haqqımda çox cəfa rəva gördünüz. Mən sizə sədaqət və məhəbbət göstərdim. Onun əvəzində cövrü cəfa layiq deyildi. Özünüz insafla deyin, Tiflisdə sakin olduğunuz müddətdə məndən sizin istəyinizin xilafına olan bir hərəkət baş verdimi? Amma siz cənabın mənimlə rəftarından mənim şikayət etməyə haqqım var. Məndən aldığınız o əlifba kitabçalarını nə elədiniz? Mənə verdiyiniz o bollu vədlər necə oldu? İndi yazırsınız ki, İstanbula gəlim. Nə ümidlə, hansı inamla?Hər halda möhtərəm Mirzə Əbdürrəhim xana gahdan yazıb göndərdiyiniz məktubun qırağında yazıb bildirin görək gələn ilin payızında sizə məlum olan mətləblərə görə iki-üç ay müddətinə İstanbula gəlməyim məsləhətdir, ya yox?

Mirzə Fətəli Axundzadə2 dəq