Hacıbaba Şərifzadə

Bu noyabr ayının 3-də türk səhnəsinin ən dəyərli zəhmətkeşlərindən biri olan Hacıbaba Şərifzadəni əbədilik itirdik. Hacıbaba Şərifzadə kimdir? Ümumiyyətlə, vəfat edənlər üçün təziyət məqaləsi yazırkən, adətən, bu sorğunu verir və bunun ardınca mərhumun tərcümeyi-halını yazırlar. Biz isə bu adətdən keçib, mərhum Hacıbabanın səhnəmizdə tutduğu mövqeyi və ona etdiyi xidmətləri bir neçə kəlmə ilə qeyd edəcəyik ki, bununla da, zənnimizcə, həyatının bütün əsası və canlı nöqtələrimi demiş olarıq. Çünki diqqət olunursa, mərhumun bütün yaşayışı Azərbaycan səhnəsi ilə mərbut olduğu təzahür edər.İndilik səhnəmizdə iki yüz aktyor vardır ki, bunlardan bir qrupu yalnız pul xatirəsi üçün, maddi bir mənfəət üçün səhnəyə gəlmiş, onun, səhnənin mənəvi cəhətləri ilə işi yox, təkcə pulunu güdər və bu gün səhnə onun maddi tələblərinə cavab verməz olursa, buraxar, gedər, baqqallığı, ya bəzzazlığı tərcih edər. İkinci qrup isə bunun əksinə olaraq, səhnədən maddi heç bir şey gözləməz, ancaq oradan aldığı mənəvi bir zövq ilə yaşayar, bütün diriliyini səhnəyə vəqf edər, bütün dolanacağını səhnə ilə mərbut edər. Belə ki, tox da olsa səhnədə, ac da olsa səhnədə, yaxşı da yaşarsa səhnədə, ac qalırsa da, ölərsə də səhnədə.

Cəfər Cabbarlı3 dəq
“Şeyx Sənan”

Cümə günü, oktyabrın 11-də möhtərəm şairimiz Hüseyn Cavidin “Şeyx Sənan” adlı faciəsi oynandı.Möhtərəm müəllif guya “İblis”də buraxdığı bütün xətaların intiqamını “Şeyx Sənan”dan alırmış kimi, əsərin hər bir cəhətinə son dərəcə diqqət etmişdir.

Cəfər Cabbarlı3 dəq
Bizdə teatro

Bir zamanlar səhnəmiz xalq tərəfindən bir soyuqluq, bəlkə bir düşmənlik belə görüyor, hər addımda hökumət tərəfindən bir maneyə çarpıyor, bir təqibatə təsadüf ediyordi. Vaxt bütün varlığını səhnəyə, gözəllik tanrısına təslim etmiş bir kaç fədakar gənclər, böyük sənət sevincləri var idi ki, bütün bu maneləri, bu səqətləri sarsılmaz qüllələri ilə deviriyor, uçuruyor, səhnəmizi irəli sürükləyorlardı. Bütün siyasi, ictimai və mədəni şəraitin məsa ədsizliginə baxmayaraq səhnəmiz irəliliyordı. Bu gün isə xalqımız yaşadığı siyasi və ictimai inqilablar nəticəsində büsbütün başqalaşmış, səhnəyə də öz münasibətini dəyişib, onun nə olduğunu dərk edə bilmişdir. Hökumət səhnənin irəliləməsinə artıq bir əngəl təşkil etmədiyi kimi, onun irəli getməsinə də çalışıyor, əldən gələn maddi və mənəvi yardımı göstəriyor. Buna baxmayaraq, səhnəmizin uçarcəsinə irəliləməsini gözlərkən mütəəssüfanə cansız bir nöqtədə mıxlanmış kimi durduğunu görüyoruq.Səhnə irəliləməyor. Bunun səbəbi nədir? Hər halda cadular, tilsimlər deyildir. Bu məsələni bir qədər dərindən düşünür, ufaq-tüfək nöqsanları buraxırsaq böylə bir nəticəyə gəlmiş oluruq:

Cəfər Cabbarlı8 dəq
Dilin tarixi dirçəlişi

Bəşəriyyət öz ibtidai doğuluşundan bu günədək gərək fiziki, gərəksə fikir və mənəviyyat cəhətcə bir çocuğun görünüz bir zərrə halında ana boynuna düşdüyü gündən son günədək sürdüyü təkamül dövrünü keçirdiyi kimi, dil də eyni təkamül yolunu getmişdir. Çocuq doğulurkən bir söz, bir kəlmə deyil, bir hərf belə söyləməyib öz acısını və başqa istəklərini (instinkt) üzrə, şəkilsiz, formasız bağırtılar ilə keçirdiyi kimi, bəşəriyyət də tarixinin ibtidai beşiklərində ikən sözsüz dolaşıb yanılır, bu formasız bağırtılar ilə keçinmiş və istəyini anlatmaq için lal kimi öz hərəkətlərindən istifadə etmişdir. Sonradan əsrlər sürən uzun bir vaxt içərisində hər başqa istəklə ifadəsi üçün səslər başqalaşmış, eyni istəyi ifadə üçün eyni səslər təkrar edilmiş, böyləliklə bu bağırtılar məşrut bir hala gəlmiş və getdikcə iki-üç səs bir araya toplaşdırılmış, nəhayət, insanın ibtidai kobud dili meydana çıxmışdır. İştə ilk ata-baba dilimiz bu kobud, yonulmamış, xam dildən ibarətdir.

Cəfər Cabbarlı1 dəq
Azərbaycan türk ədəbiyyatının son vəziyyəti

IDünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir.

Cəfər Cabbarlı13 dəq
“İblis”in son quruluşu

Bu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı.Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısına əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm:

Cəfər Cabbarlı3 dəq
V.A.Uğryumi

Dünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.

Cəfər Cabbarlı2 dəq
Altun heykəl

Xeybəri ufaq bir kənddir. Bu kənd, yalnız sıldırım qayalıqda bulunmasıilə mühitindəki adi kəndlərdən ayrılır.

Cəfər Cabbarlı4 dəq
“Əmir Əbülüla”

Cümə günü, oktyabrın 22-də hökumət teatrında Dövlət Teatrı aktyorları tərəfindən ərəb həyatından götürülmüş türkcə “Əbülüla” pyesi oynandı.Görünüşdən aldığımız təəssürat nəticəsi olaraq, xüsusilə, səhnə, ümumiyyətlə, sənayei-nəfisəyə dair bir neçə kəlmə söyləmək məcburiyyətini hiss etdiyimiz kimi, məəttəəssüfanə vaxt namüsaidliyindən bunu xüsusi bir məqaləyə buraxmaq məcburiyyətində də məruz qaldığımızdan, indilik yalnız oyunun gedişini müxtəsərən yazmaqla iktifa edəcəyik.

Cəfər Cabbarlı5 dəq
Q.Edelmanın konsertləri haqqında

Demək olar ki, incəsənətin elə bir sahəsi yoxdur ki, estrada pianoçuluğu kimi özünəməxsus xüsusiyyətlərə malik olsun.Saçları hədsiz uzun olan ifaçı ehtiraslarının ilhamı altında saçlarını əsdirərək atletikcəsinə (üslünlüklə) çalmaq qabiliyyəti, ifa etdiyinin mahiyyətini üzə çıxarmaq əvəzinə sonsuz canfəşanlıqla “parıltı” dalınca qaçır, repertuarının 90 faizi akrobatik xarakterli musiqi “şaxşax”ından ibarət olması, bunların arxasınca əsl musiqi məzmununun bütöv yoxsulluğu və bunun nəticəsində virtuozçuluğun müəyyən bir qəlib kimi məqsədə çevrilməsi – budur indiyədək tanıdığımız “ideal” estrada pianoçusu.

Cəfər Cabbarlı2 dəq
“Şahsənəm” librettosu haqqında

Bu opera ilə bağlı məsələ mənə tamamilə aydın deyil. Əsərlə “Aşıq Qərib” operasının süjeti arasında oxşarlıq vardır. Xalq Maarif Komissarlığının o zaman bu süjeti nə üçün yenidən sifariş verməsi məlum olmur. Aşıq feodal xanının qızına vurulur. Lakin xan öz qızı üçün çoxlu pul tələb edir. Aşıq məclisdə oxuyur və Paşa ona 40 kisə qızıl verir. Axırda qızı alır. Sonra o Allahın göndərdiyi atın qanadlarında qayıdır və s. Əlbəttə, bəstəkarı qınamırıq, çünki ona belə süjet veriblər. Ancaq biz operanı bu şəkildə səhnəyə buraxa bilmərik.Hər şeydən əvvəl Allahla bağlı möcüzəli hadisələri çıxarmaq vacibdir. Bir də göstərmək olmaz ki, Paşa 40 kisə qızılı ancaq səxavətli olduğu üçün aşığa hədiyyə verir. Qəhrəmanı adi bir aşıq hesab etmək də doğru deyil, əks halda qızı ona verməzlər. Zənnimcə, elə göstərməliyik ki, Qərib çörək pulu qazanmaq məqsədilə gedərkən aşıqların yarış məclisinə düşür. Orada ədalətsizlik və ağır həyat haqqında mahnılar oxuyur. Bununla da demək istəyirik ki, həyat onun kimi aşıqları necə ağır vəziyyətə salmışdır və s. Bu cür mahnılar Paşaya xoş gəlmir və o aşığın həbs edilməsinə əmr verir. Göstərmək lazımdır ki, yoxsul aşıq axıra kimi də yoxsul olaraq qalır. Qızın məsələsinə gəlincə, onu sadəcə olaraq qaçırmaq və əsəri bununla da bitirmək lazımdır. Hələ Məqsud Məmmədov (Azərb. Xalq Maarifi Komissarı olmuş) deyərdi ki, bu operanın məzmununu dövrlə bağlamaq lazımdır... Burada bir sual meydana çıxır: qəhrəmanı aşıq kimi saxlamaq lazımdır, yoxsa yox? Mən təklif edirəm ki, onu xanın qızına vurulan bir çoban kimi göstərmək və s. Lakin bəstəkar deyir ki, çoban surəti yerinə düşməz, çünki o, musiqini aşıqsayağı yazıb. Bu məsələni elə indi həll etməliyik ki, sonradan dolaşıqlıq meydana çıxmasın.

Cəfər Cabbarlı7 dəq
Böyük vəzifələr uğrunda

Firqənin aprel qərarından sonra həyatımızda dönüş olduğuna şübhə yoxdur. Bunu bugünkü qurultay və buradakı çıxışlar da göstərir.Lakin firqənin həyatımızda dönüş yaratmağa səbəb olan bu qərarının layiqincə həyata keçirilməsi, ondan yazıçıların istifadə etməsi haqqında bir o qədər də çox iş görülməmişdir.

Cəfər Cabbarlı2 dəq
Parapetdən Şamaxı yoluna qədər

Parapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim:– Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar.

Cəfər Cabbarlı6 dəq
El ədəbiyyatı toplaşdırılmalıdır

Bu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.

Cəfər Cabbarlı5 dəq
Teatroların repertuar məsələsi

Dövlət Türk Akademik və Türk İşçi teatrolarının müttəhid bədiisiyasi şurası gələcək mövsüm, yəni 1929-30-cu il mövsümü üçün repertuar hazırlamaq işi ilə məşğuldur. Bu məsələ türk teatrolarının ən böyük məsələlərindəndir.Şübhə yoxdur ki, repertuar məsələsində ən birinci yeri original pyeslər tutur. Orijinal pyeslər teatroların canıdır. Türk teatroları original pyeslərsiz yaşaya bilməz. Teatroda ildə heç olmazsa bir original pyes oynanması onu tam mənasilə dirildir, teatroya tamaşaçılar cəlb edir və maddi cəhətcə dəxi çox əlverişli olur. Bu orijinal pyeslər, tərcümə edilən dəyərli pyeslərdən məzmunca bir qədər zəif olsa belə, səhnə cəhətcə daha müvəffəqiyyətli olur və tamaşaçıların əhvali-ruhiyyəsinə daha uyğun gəlir. Misal üçün Türk İşçisi teatrosu repertuarını alacaq olursaq, qəti olaraq göstərə bilərik ki, “Qızıl Trenlər” kimi müasir və dəyərli bir pyes, Azərbaycan həyatına uyuşdurulmuş “Zəlzələ” və yaxud “Çinar altında məhəbbət” qədər müvəffəq olmayır. Həmçinin Şillerin “Qaçaqlar” kimi klassik bir əsəri tamaşaçıya heç bir vaxt “Aydın” qədər təsir bağışlamayır.

Cəfər Cabbarlı3 dəq
Mətbuat və ictimai həyat

Bu vaxtadək bizdə çıxmış qəzetlərdən hamısı qarşısında az-çox müəyyən və əsrlərdən bəri qurulmuş bir həyat görmüşlər ki, onun az-çox müəyyən cəhətlərilə uğraşmışlardır.Fəqət indi artıq vəziyyət və şərait tam başqa bir mərkəzdədir.

Cəfər Cabbarlı3 dəq
Türkoloji qurultay və sərf-nəhv məsələsi

Fevralın 26-da açılacaq Türkoloji qurultayı bu vaxtadək həll edilməmiş bir çox türkoloji məsələlərini aydınlaşdıracağı kimi, ötədən bəri bir mübahisə və çəkişmə nöqtəsi olan türkcə sərf-nəhv məsələsini də müzakirə edəcəkdir. Bu vaxta qədər başlıca olaraq Türkiyədə düzəlmiş və çıxarılmış bir çox sərf-nəhv kitabları vardır. Bu məsələ ilə digər bir çox xarici alimlər də uğraşmışlardır. Fəqət bu gün türk dilinin özünə, dilin xüsusiyyətlərinə istinadən yazılmış bir sərf-nəhv kitabın olmaması və yazılanların da həpsinin dəniləcək dərəcədə ərəb və Avropa dilləri əsası ilə yazılması mövcud sərf-nəhvin türk dili üçün yaramaz olduğunu göstəriyor. Və buna görədir ki, bir çoxları – “Türk dilinin sərf-nəhvi yoxdür” kimi boş iddialardan çəkinməyirlər. Türkoloji qurultayı isə bu məsələni müzakirə edərkən yalnız əsası yollar göstərəcəkdir. Bu əsasi yollar ilə çalışmaq və yalnız türk dilinin xüsusiyyətlərini nəzərə alaraq mükəmməl bir sərf-nəhv düzəltmək işi yenə də bizim öz öhdəmizdə qalacaqdır.Dilimizin ahəng üsulu, incəlməyə doğru yürüşü başqa dillərdə olmayan və yalnız türk dilinə məxsus olan xüsusiyyətləri bu gün bizdən böyük tətəbbüat və əməklər tələb edir. Dilimiz araşdırılmalı, tabe olduğu qanunlar bulunub ortaya çıxarılmalı və müntəz bir hala salınmalıdır.

Cəfər Cabbarlı2 dəq
Türk Bədaye Teatrosunda “Hacı Qara”

Öz 50 illiyini keçirmiş Azərbaycan türk teatrosu yaşayışının ilk günlərindən başlayaraq 1873-cü ilin türk dramaturqu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini öz səhnəsində görməyə alışmışdır. Günün orijinal türk pyeslərinin babası olan bu pyes başlıca olaraq 19-cu əsrin yarılarında pozulmaqda, ölməkdə olan feodalizmin boş və məqsədsiz həyatını, o biri tərəfdən də güclənməkdə olan ticarət burjuaziyasının nə qədər canlı və çevik olduğunu təbii və tünd boyalarla təsvir edir.Öz pul sandıqlarına öz allahlarından daha möhkəm səcdə edən və bir qəpik qazanc üçün hər bir alçaqlığa və hətta oğurluğa belə razı olan bütün bu xəsis tacirlər, əməyi ayıb bilən, hər bir oğurluğu, soyğunçuluğu və hər cür alçaqlığı əməkçilikdən yaxşı sanan quru bəylər, öz Quranını bir baqqalın kartof kisəsi kibi alverə qoyan mollalar və nəhayət, çar Rusiyasının bütün o uryadnik, kəndxuda və bu kibi müftəxor parazitləri, o dövrün həqiqi həyatından o qədər doğru və düzgün alınıb təsvir edilmişdir ki, tamaşaçılar vaxtilə dramaturqun iti qələmi və acı gülüşü altına salınıb rüsvay edilən və imdi keçmişin malı olub aradan qalxan bu gün bu oğrular cəmiyyətini çox aydın təsəvvür edə biliyor.

Cəfər Cabbarlı1 dəq
Ağac aktyorlar

Hazırda Şuralar İttifaqının teatr aləmində geniş intişar tapmış yeni sahəsi varsa, o da kukla teatrıdır. Əsas etibarı ilə bu yeni bir sahə deyildir. Bu teatrın kökü çox dərindir və bunun böyük bir tarixi vardır. 1904-cü ildə Misirdə həfriyyat yapılarkən devrimizdən XVI əsr əvvələ aid ən köhnə kukla aktyorları tapılmışdır. Gərək Şərqdə və gərəksə Qərbdə kukla teatrı böyük şöhrət qazanmışdır. Hindistanda bu teatr öz qəhrəmanı Bikuşak, Rusiyada – Petruşka, Çində – Kvo, Yaponiyada – Ninka-Pukay, Türkiyədə – Karagöz, İtaliyada – Fülçinello, Fransada – Polişinel, Almaniyada – Hansvuri-Kasperlə, İngiltərədə – Teatr-Pancer, İranda – Kangal Pəhləvan, Türküstanda – PəhləvanKeçəl və sair ölkələrdə başqa adlarla çıxışda bulunurlar.Heç bir teatrın kukla teatrı qədər tam, kütləvi xalq teatrı olması üçün böyük üstünlüyü yoxdur. Bu keyfiyyətə ən əvvəl teatrın çox yığcamlığı və yüngüllüyü yardım göstərir. Bu teatrın bütün aktyorlar dəstəsi bir kisəyə və ya bir çamadana yerləşir, istər xüsusi teatr sahələrində və istərsə hər cür meydanda, məktəb sinfində, klub binalarında və sair məhəllələrdə tamaşa verilə bilər. İştə buna görə də haman teatr köhnə zamandan bəri xalqın fikrini və zalimlər – istismarçılar əleyhinə protestini ifadə edən vasitələrdən biri olmuşdur. Keşişlər, mollalar, sultanlar, şahlar, saray xadimləri, tacirlər, zənginlər və sair bu kimi ünsürlər Karagöz, Petruşka, Pəhləvan-Keçəlin ənənəvi zonasını az dadmamışlar.

Cəfər Cabbarlı3 dəq
Taxta aktyorlara geniş yol verməli

Bəbirli yoldaşın kukla teatrına kömək münasibətilə.Son zamanda Şuralar Ittifaqında teatr sənətinin yeni bir hissəsi geniş meydan açmağa başlamışdır. O da kukla (oyuncaq) teatrıdır.

Cəfər Cabbarlı2 dəq
Tərcümə məsələsinə əhəmiyyət verilməlidir

Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor.Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor.

Cəfər Cabbarlı3 dəq
Kənd səhnələrinə kömək edilməlidir

Ötədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir.Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur.

Cəfər Cabbarlı4 dəq
Səmimi sənətkara alqış!

“Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin, və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və məntəqənin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə, yerdə heç bir şey qalmayır. Belə adamlardan biri də Abbas Mirzə Şərifzadədir....Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir mehvəridir. Özözlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçıdır. O, səhnənin həm oğlu, həm də atasıdır.

Cəfər Cabbarlı2 dəq
“Əfqanıstan” pyesi üzərində işləyirəm

Azərbaycan ilk illərində türk teatrı əsasən tərcümə ədəbiyyatla qidalanırdı. Az tanış olan obrazlar, az tanış olan vəziyyət işçi auditoriyası tərəfindən çətinliklə qəbul edilir və çox zaman ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında müvəffəqiyyət qazanmırdı.Tamaşalara az adam gəlirdi. Pyesi tez repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və tamaşaçı teatrdan üz döndərirdi. Bu, bir siqnal oldu. Teatr başa düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi.

Cəfər Cabbarlı1 dəq
İsgəndər Hacı Həsən oğlunun təqsirnaməsi

Böylə bir zamanda haman şəhərdən – Məhşəddən Nəsrullah adlı bir ölüdirildən şeyxin zühuru və bir neçə gün haman şəhərdən keçib gedəcəyi haqqında bir məktub alınır və bir neçə gün sonra məzhur şeyx bir nəfər Şeyx Ə h m ə d adlı yoldaşla şəhərə varid olur. Mərhum ölülərinin dirilməsi həvəsilə mədhuş olan şeyxi böyük bir ehtiram və məsərrətlə istiqbal və qəbul edir. Şeyxin füsunkar natiqəsi və avamfirab hərəkətləri bütün şəhər əhlini, o cümlədən avam və sadədil Hacı Həsən əmiyə də iğfal ediyor. Şeyx öz hiylə və iğfasında müvəffəq olduğunu görüncə avam camaatın irz-namusuna belə əl atır, gecədə bir məsum qızı nəfsi-heyvaniyyəsinə fəda ediyor. Onların həyatlarını əbədilik zəhərləyir. Bu işlərin həpsini İskəndər görüyor, anlayor və yalnız bir tamaşaçı olaraq qalıyor. Nəhayət, sonra İskəndərin 9 yaşlı bacısı zavallı Nazlıya gəlincə Nazlı bu şeyxə varmaq təklifindən imtina ediyor. Ata-anasının israr və təhdidlərinə qarşı ağlayır, sızlayır, heç birisinə sözünü anlatmadığından qardaşının onu müdafiə edəcəyini və şeyxin qucağına düşmək fəlakətindən onu qurtaracağını ümidlə son bir çarə, bir nicat olaraq “qardaşım razı olursa gedərəm” deyir və haqlı olaraq qardaşının onu qurtaracağı xüsusində verdiyi vədlərə güvənir və böylə bir halda kəndisini şərab şüşəsini başına qondarmaqla məşğul olan qardaşının ağuşi-himayəsinə atmaq istəyir. İskəndər isə onu birəhmanə bir surətdə itələyib yerə yıxır. Zavallı qıza heç bir yardım və müavinət etməyir. Bu aralıq bir təsadüf nəticəsi olaraq şeyxin hiylələri anlaşılır, fəqət bundan əvvəl şeyx qaçmış imiş, nə qədər bir hiss təsadüf olaraq Nazlı şeyxin şəhvaniyyəsi, nəfsaniyyəsi qurbanı olduğu təzahür ediyor və şeyxin hərəmxanasında ağlar bir halda tapılırlar.Demək cinayət irtikab olunmuş, onu İskəndər bilmiş, görmüş və qaytarmaq üçün heç bir şey eləməmişdir. Bu da İskəndər! Binaənəleyh İskəndəri alim və ziyalı bir şəxsiyyət olmaq hissilə kəndisinə yaraşmayan işbu hərəkət və təbiətindən dolayı aşağıdakı qərar üzrə müttəhim ediyor və müqəssir görürük.

Cəfər Cabbarlı3 dəq
Qəzetimizin ədəbiyyat dərnəyində

Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.

Cəfər Cabbarlı2 dəq
Əməkçi qadınlar, səhnəmiz sizi gözləyir

Dövlət Bədaye teatrı yanında açılmış studiyaya giriniz. Hazırkı dövrdə türk Azərbaycan teatrının artmasına və inkişaf etməsinə əngəl törədən səbəblərdən ən böyüyü lazımınca türk aktrisalarının olmamasıdır. İnqilabdan sonra səhnəyə bir çox türk qadınlarının gəldiyini kimsə inkar edə bilməz. Lakin bunlar çox azdır. Bunlar səhnəmizi ağır vəziyyətdən qurtara bilməz. Türk qadınları çadradan və mətbəxdən azad olaraq mədəniyyətin bütün sahələrinə atılmaqdadır. Onlar səhnəmizdə aktiv iştirak etməkdədirlər. Yazılan pyeslərimizdə bir neçə məsul qadın rolu olanda rejissorlarımız başlarına döyməyə məcbur olurdular. Hazırda azad türk qadınlarının yüzlərcə və minlərcə istehsalata, fabrikə və zavodlara, kooperativə getdiyi bir zamanda səhnəyə gəlməməsi ilk baxışda çox təəccüblü görünür. Lakin onun səbəbləri vardır. Əvvəla, keçmiş meşşan zərbəsi və dini mövhumat nəticəsi olaraq səhnədə çalışmaq alçaq və günah bir iş hesab olunurdu. Odur ki, çoxu öz qızını, arvadını və bacısını səhnəyə həvəslə buraxmırdı. Hətta bəziləri öz arvadlarını teatra tamaşaçı kimi olaraq belə aparmaq istəmirdilər.Lakin belə hadisələr nisbətən çox azdır. Teatr artıq kütlə içərisində mühüm bir yer tutmağa başlamışdır. İndi bunları səhnəyə çəkmək üçün qəti bir addım atmaq lazımdır. Yayılan yalan şayiələrə görə türk teatrı səhnəsində türk qadınları üçün çalışmaq mümkün deyildir. Bunun üçün şərait yoxdur. Aktyorlarımız guya lazımınca tərbiyəli deyillər. Bu, bir tərəfdən. Digər tərəfdən özləri qadınların səhnəyə gəlməsinə çox rəsmi yanaşırlar. Hələ bir çox yoldaşlarımız qadınların səhnəyə gəlməsinin əhəmiyyətini anlamırlar. Bu məsələnin siyasi bir məsələ olduğunu düşünmürlər. Indi bu məsələni ciddi bir surətdə müzakirəyə qoymaq lazımdır.

Cəfər Cabbarlı2 dəq
Mən “Almaz” ssenarisini nə üçün yazdım?

“Almaz” ssenarisini tərtib etməyə məni vadar edən səbəblər aşağıdakılardan ibarətdir:Pedaqoji texnikumunu, mamalıq kursunu və başqa məktəbləri bitirən qızların qəzalara gedib hökmən orada işləməsi məsələsi son illərdə bizdə ən kəskin məişət məsələlərindən biri olmuşdur.

Cəfər Cabbarlı1 dəq
“1905-ci ildə” tamaşası haqqında

“1905-ci ildə” əsərini yazarkən mən öz qarşımda 1905-ci ildə Bakıda olan bütün inqilabi hadisələri əhatə etmək vəzifəsini qoymamışam.Bu tema öz bədii həllini gözləməkdədir. Bu məsələ ətrafında hələ tam bir əsər yazılmamışdır. 1930-cu ildə Zaqafqaziyanı gəzərkən aldığım təəssürat məni bu pyesi yazmağa sövq etmişdir. Mən Gürcüstanda, Ermənistanda və Dağlıq Qarabağda olduğum zaman bütün millətlərə mənsub olan adamlara rast gəldim.

Cəfər Cabbarlı3 dəq