Cəlil Məmmədquluzadə
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Hələ yenə nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər.Ax, namərdlər! Ax, nainsaflar! Məgər görmürsünüzmü ki, otuzqırx il bundan qabaq millətimiz nə halda idi, indi nə haldadır? Məgər kordur gözləriniz?
ArvadbazlıqAxır vaxtlarda “Molla Nəsrəddin” idarəsinə bəzi yerlərdən bəzi şikayətlər gəlir. Şikayətçilərin içində bakılı da var, irəvanlı da var, göyçaylı da var və hələ bəlkə bir özgə yerli də var. Şikayətçilərin şikayət etdikləri mətləb əhəmiyyətsiz deyil. Nə danışırsan, necə əhəmiyyətsiz deyil, bəlkə çox vacib məsələdir. Əgər bu məsələ bu tez vaxtda açılmasa, biz müsəlmanlar üçün yaxşı keçməz.Məsələ budur:
EhsanAxır vaxtlar qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar).Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?).
Bikarlar məhəlləsiTəbrizdə bir gün bazarla gedirdim, gördüm küçənin sağ tərəfində və sol tərəfində divar dibində elə hey adamdır oturub baxır. Soruşdum:– Bunlar niyə burada oturublar?
CavanlaraBircə ümidim cavanlara idi. Həmişə və hər bir məkanda vətən məhz cavanlardan öz nicatını gözləyib. Mən də bu səbəbdən məhz cavanlarımıza ümid bağlayırdım. Mən onlara dedim: “Xub, həftənin altı gününü öz kəsbi-karınıza məşğul olub, amma tək bircə gününü verin mənə. Bəlkə həftədə bircə gün də olsa, əl-ələ verək və Allah bədnəzərdən saxlasa, vətən yolunda, eyib olmasın, bir az xidmət edək”. Cavanlar dedilər: “Xub, biz hazırıq”. Mən də müntəzir oldum. Pəncşənbə günü cavanları gözlədim, gəlmədilər. Dedim bəlkə cümə günü yığışacaqlar. Cümə günü də gördüm ki, gəlmədilər, çıxdım küçəyə və küçəyə çıxdıqda nə gördüm? Gördüm ki, haman cavanlar Ermənistanda gəzirlər, amma nə halətdə? Gözləri qızarmış.– Ağa, niyə gözləriniz qızarıb?
Üç çərəkBiz aşağıda qol çəkən mülk sahibləri eşitmişdik bələdiyyə qərardadına binaən, yıxılan divarları təmir edən vaxt lazımdır üç çərək dalı çəkilmək.Biz bunu belə başa düşdük ki, divarı küçəyə tərəf lazımdır üç çərək dalı çəkmək. Amma indi başlayıblar müqəssir tutmağa ki, biz güçələri genəltmək əvəzinə daha da daraltdıq.
Ax, Nikolay!Mən buna çox təəccüb eləyirəm ki, iranlıların bəzisi Nikolayı pisləyirlər ki, guya Nikolay müstəbid bir padşah imiş. Bu giley-güzarı azad millətlər eləməyə haqları var: əlbəttə, Nikolay azadlığın düşməni idi. Amma bir bunu lazımdır demək ki, aya hər sözü insafnan danışmaq lazımdır, ya başı çuvaldan. Əgər insafnan duraq danışmağa, vallah-billah, biz iranlıların Nikolayı pisləməyə heç haqqımız yoxdur; çünki adam adama deyər: “Öz alnında tiri görmürsən, xalqın alnında qılı görürsən!”.Ax, Nikolay! And olsun Allaha, mən Nikolayı qəlbimin dərin yerindən arzu edirəm.
MəşrubatDünən bir nəfərdən eşitdim ki, erməni şərabçıları rəməzan ayına biqərar müntəzirdirlər. Səbəbini soruşdum, cavab verdi ki:– Rəməzan gecələri arağın və çaxırın müştərisi çoxalır.
Ar olsun!Ar olsun belə ümmətə!Bakı qazısı axund Əbdürrəhim Hadizadə həzrətləri noyabrın 21- də ruznamələrin birində üzünü Bakı camaatına tutub nəhayət təsirli bir moizə elədi və çün ağanın sözləri çox yanıqlı və mətləbi çox əhəmiyyətli idi, mümkün olan şey deyildi ki, belə bir moizə təsirsiz, nəticəsiz qala. Amma çox təəssüf ola ki, camaatımız axır illərdən bəri o qədər lazım olmayan söhbətlərə və nəsihətlərə fikir verib ki, dəxi qazı, alim və fazillərin sözləri bilmərrə qulaqlarına girmir.
BədbəxtlikBu günlərdə Bakıda Seyid Məhəmməd adında bir molla necə ki, məlumdur, doqquz (9) yaşında bir qıza vəhşi bir surətdə əl uzatmaq edibdir.Şəhərdə bu barədə çox danışıqlar oldu: günahkar mollanı, əvvəl dustağa aldılar, sonra nədənsə azad etdilər, amma sonra genə eşitdiyimizə görə dustaq ediblər.
Əslinə mütabiqdirNaxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.
Əkin ustadlarıZəyəm kəndində hökumət tərəfindən qurulmuş olan əkinçilik idarəsinin bir qeyrətli müdiri var ki, familiyası Kuryatindir.Bu günlərdə “Bakı fəhləsi” qəzetəsi yazmışdı ki, Zəyəmdə həmin əkin müdiri cənabları gecə keyfli olur, gündüz keyfli olur. İdarənin həyətində on yeddi dənə böyük əkin maşınları qarın və yağışın altında paslanmaqdadır. O ki qaldı, rəiyyət, bunlar da bəzi vaxt doğrudur, mollaların sözündən çıxıb hərdənbir istəyirlər gəlib bu maşınlardan alıb, aparıb işlətsinlər. Amma gəlib görürlər ki, müdir Kuryatin cənabları rəfiqlərinin biri ilə çaxır içir və ayaq üstə durub, məst bir halda rəfiqinə bu məzmunda nitq söyləyir:
MükafatHər bir zəhmətin axırı mükafatdır ki, zəhmət çəkənə verilər.Türk tənqid-təbliğ teatrosunun da zəhmətkeş müdirlərinə layiqincə mükafat verildi. Bu da ibarətdir ondan ki, bu ilin teatr mövsümü axıra çatan vaxtlarda teatrın maliyyə işlərini diqqəti-tam ilə bir neçə həftənin müddətində təftiş və təhqiqdən, uzun-uzadı sualcavabdan keçirtdilər ki, görsünlər hər bir şey yerbəyerdir. Rəsmi surətdə xəbər verildi ki, türk təbliğ-tənqid teatrosu işlərində heç bir nöqsan və xəyanət müşahidə olunmayıb.
KəməndE... e... e... Ay gözünə dönüm ovçu, sərvəqt ol, yaxşı fürsətdir, kəməndi əlində hazır saxla; çünki bir parə dinsiz cavanlar məşədi və kərbəlayı balalarını çaşdırıblar, yoldan çıxarmaq istəyirlər və bəlkə də çıxarıb qurtarıblar. Kəməndi hazır et, bəlkə dinsizlərin əlindən qurtarıb qaçan “xam”ları bir “fənd”lə kəməndə salıb öz mübarək dininə tabe edəsən...Hərif meydanda özünü tək görüb meydan suluyur. Bəli, şuraçılar müsəlman cavanlarının əqidələrini xarab etdilər, möminlərin övladını ata-baba imanından bir qədər kənar saldılar, behiştlik hacı balalarını rus və erməniyə oxşatdılar, pak etiqada rəxnə yetirdilər və xülaseyi-kəlam, behiştlikləri huri vətənindən soyutdular, müqəddəsləri ruzi-rizvan həvəsindən saldılar, cənnət eşqinin ləzzətini götürdülər, firdövsün kövsər suyunu dandılar və yavaş-yavaş, beləliklə, o yerə gəlib çatdılar ki, indi az qalıbdır müsəlman qardaşlar şəkk gətirsinlər ki, – nəuzübillah, bu nə sözdür, bu nə əfsanədir, – Allahdan icazə olmayınca və “Camei-Abbas” rəva görməyincə insan heç bir yerə qədəm qoya bilməz, o heç bir işi başlaya bilməz və hətta-dilim qurusun-filan yerə gedəndə də çox-çox şəriət və qanuna tabe olmalıdır və ilax...
AğacAğac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.
MətbəələrQəzetlərdənİnşallah, bəlkə axırda hamı təngə gəlib yuxudan ayıla və görə ki, mətbəə baş idarəsi qəzetçilərin və kitabçıların başına nə iş gətirir.
MüəllimRus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.Bu rus dili məktəbləri müəllimləri barəsindədir.
Qızıl kimi sözSözün doğrusu, ölən qızımın anası bizim Nabat daha köhnəlmişdi. Yəni, elə belədir: arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır.Mən də helə beləyəm. Nabatı dəyişməmiş, yerini gözaltı eləmişəm. Özü də Nabatdan çox-çox gözəldir. Və bir də kişinin qızı adamın Allahı var, cavandır; belə lap təzə vaxtıdır. Yəni yeni yetişir. Lap mənim fənnimdir. Hər bir danışığımız, işimiz qurtarıb gedibdir.
TicarətQədimül-əyyamdan ticarətin tərəqqisi İrandan başlanıb və onunçün də İran tacirlərinin qabağında hətta ingilis tacirləri də məəttəldirlər.Bu saat İran seçki ticarəti böyük meydan qazanmış. Bir buna təəccüb edirəm ki, Bakıda əyləşən İran tacirləri niyə vaxtlarını Bakıda zay edib Tehrana özlərini yetirmirlər ki, seçki yarmarkasında çox pullar qazansınlar.
Bəxtİnsanın gərək bəxti ola: əgər oldu – xoşbəxt olacaq, əgər bəxti olmadı, hər qədəmdə ona bədbəxtlik üz verəcək.Götürək Gəncə kitabxanasını: bu yazığın bəxti əzəldən qara imiş. Neçə aylarınan çalışıb vuruşub, qulyanyadı nədir – bir bəhanə düzəltmişdilər ki, bu yazıq kitabxana üçün bir qədər pul yığsınlar və bir qədər kitab alsınlar.
Kimdən ötəriBu yeni hürufat kimdən ötəri icad olundu?Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir.
“Mini-mini masallar”Dünən bu kitabçaların bir neçəsini aldım. Apardım verəm uşaqlarım oxusun.Uşaqlar bu kitabların üstündə yazılan həmin sözləri – mini-mini masallar höccəliyə-höccəliyə oxudular. Yenə bir-iki dəfə oxudular. Kitabları qoydular stol üstə və dedilər:
OrucluqDoğrusu, mən aşkar orucumu yeməyə qorxuram. Heç özüm də bilmirəm nədən qorxuram və niyə qorxuram; amma qorxuram.Bax, bunu hamı bilir, mən də bilirəm ki, oruc tutmaqnan, ya oruc yeməknən nə adamı behiştə hurilərin içinə ötürərlər, nə behiştdən qovlayarlar. Bunu hamı bilir.
Üç saatƏlimdə bir vacib yazım var idi.Hamı öz yazısını vacib hesab eləyir. Qapı döyüldü. Dedim:
Tehran müxbirimizəİndi düz bir ildir ki, ən azı iyirmi məktub göndərmisən ki, “Tehran hökuməti İran Azərbaycanında yaşayan dörd milyon türk xalqının qaranlıqda qalmasını nəzərə alıb beş yüz min tümən pul buraxıb Təbrizdə, Xoyda, Səlmasda, Mərənd şəhərində türkcə məcmuələr və qəzetlər çıxartsınlar”.Biz sənin məktubların gələn kimi özünə yazmışıq ki, belə şey olmaz. İran şahlığı razı olmaz ki, onun camaatı parçalanıb biri farsca, biri türkcə danışsın.
KooperativDünən baqqal Məşədi Qulam gəlmişdi idarəmizə. Deyir:– Dükanımı yığışdırıram.
CəriməSən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir.Bu dərdin adı cərimədir.
MurdarKrımda təyyarəçi məktəbində iki yüz şagird oxuyur. Bunların içində bir nəfər də türk balası yoxdur.Sən nahaq yerə bu sözləri mənə deyirsən; çünki bilirəm ki, bu sözləri mənə deməkdə türk qardaşları məzəmmət etmək istəyirsən ki, nə səbəbə uçucu dərsindən qaçırlar. Mən də bunun cavabında sənə deyirəm ki, çox əcəb eləyirlər qaçırlar. O səbəbə ki, havaya uçmaq peşəsindən qaçmağa tatar millətlərinin iki böyük bəhanələri var.
Kitab məsələsiÇox yerdən yazıb, bizdən soruşurlar ki, aya qədim əsrlərə nisbət yenə indi mətbəə və çap işləri baha başa gəlir?Bu cür sualların hamısına mən indi birdən cavab vermək istəyirəm.
Ev adlarıBakıda böyük evlərin və həmxanaların idarəsi ki, rusca ona “ciltovarişstroy” deyirlər. İndi bu saat böyük çətinliklərə düşüblər ki, aya evlərə nə ad qoyaq?Çünki komunxoz da evləri verib həmxanaların ixtiyarına. Həmxanalar da özlərinə heyəti-müdiriyyə seçiblər. Bunlar da komunxozların qərarına görə gərək idarə etdikləri evə ad qoysunlar.