Məmməd Səid Ordubadi
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Əbubəkr ibn Məhəmməd Gəncədə bir neçə ay oturdu, bu müddətdə Şirvan və Gürcüstan hökumətləri ilə möhkəm bir dostluq müqaviləsi bağlandı. Şirvan şahı Əbülmüzəffər Şərqdə başlanmaqda olan qanlı hadisələrdə iştirak etməmək üçün, Gürcüstan hökmdarını da Qızıl Arslanla bağlanan dostluq müqaviləsində iştiraka cəlb etdi. Şirvan hökumətinin bu ağıllı rəftarı Şimali Azərbaycanda, cənubdan və cənub-qərbdən hücum edən düşmənlərə qarşı böyük bir qüvvət təşkilinə imkan yaratdı.Qızıl Arslan hüdudlardan yaxşı xəbərlər ala bilmirdi. Qarışıqlıq başlayırdı. Buna görə də Gəncəyə göndərilən fərmanda Şimali Azərbaycanda düzələn ordunun təcili bir surətdə cənuba hərəkət etməsi göstərilirdi.
İkinci pərdəİkinci şəkilAstiaq şahın sarayıdır. Şahın vəziri Sərtac salonda dolanır.*
Təzə hadisələrŞərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.
“Yalançı Dilşad”Azərbaycan heyətinin üzvləri səhər yeməyini Əmin qəsrində yeyəndən sonra, Bağdad şəhərini gəzmək üçün hazırlaşdı. Qulamlardan birisi gəlib Fəxrəddinə baş endirib dedi:– Bizim möhtərəm ağamızı bir nəfər qadın qapıda durub gözləyir.
Məqsədə doğruMüharibənin yaxınlaşdığı şayiələr bir həqiqət olmuşdu. Osmanlı məmləkəti hüduduna göndərilən çar orduları sel kimi axıb gəlirdi. Amerika konsulxanasında bir məlumat olub-olmadığını bilmək üçün miss Hannanın evinə getməyim lazım idi.Xidmətçi qadın qapını açaraq məni evə buraxdıqda, miss Hanna stol başında oturub nə isə bir şey yazırdı. O məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. Mən gülümsünərək:
XərabatÖz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı, küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları, səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.
Süruri-xəlvət Hüseynqulu xanAxşam saat səkkiz idi. Bu gecə Rəşidülmülk öz «sevgilisi» Hüseynqulu xan Süruri-xəlvət ilə evə hər gecəkindən tez gəlmişdi. Buna görə də Mahru xanım şübhələnir və bunun səbəbini öyrənməyə çalışırdı. O adəti üzrə Rəşidülmülklə öz otağının arasında olan dəhlizə keçərək onların danışıqlarını eşitməyə başladı.Süruri-xəlvət Rəşidülmülkün yazı stolundan kənarda durub onun yaxınına getmək istəmirdi. Rəşidülmülk isə bir neçə kərə:
Xüsusi iclasİngilislərin Hacı Səməd xan Şücaüddövlə vasitəsilə həyata keçirdikləri xəyanətin acı təsirləri Təbrizdəki demokratları və eləcə də ziyalı və işçi təbəqəsini düşündürürdü.Mürtəce qüvvələr dini təşkilatlar düzəldir və hər yerdə təziyə məclisləri təşkil edirdilər. Demokrat firqəsi bu təzə xəyanəti ifşa etmək barəsində xüsusi iclas çağırmağı qərarlaşdırırdı, lakin üç-dörd nəfərin bir yerə yığışıb danışmağı mümkün deyildi. Xalq ancaq təziyə məclislərində bir-birləri ilə görüşə bilirdi. Buna görə də xüsusi iclas Məşədi Kazım ağanın düzəltdiyi təziyə məclislərində baş tutacaqdı. Təziyə məclisi bərpa etmək hər kəs üçün məcburi bir vəzifə hesab olunurdu, çünki imkanı olan adamların təziyə məclisi bərpa etməməsi Hacı Səməd xanın şübhəsinə səbəb olurdu.
GözəlPayız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və son dəqiqələrini keçirən bir xəstənin yanaqları kimi saralırdı. Qızıl güllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşıl budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü.Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı.
Sevgi və zəhərAtabəy Məhəmmədin mələkəsi Qətibənin Təbrizə gəlmək xəbəri Azərbaycan hökuməti dairələrində o qədər də səmimi qarşılanmadı. Lakin Əbubəkr rəsmi olaraq Qızıl Arslan sarayında lazımi hazırlıq görülməsinə əmr vermişdi. İstiqbal mərasimi isə düzəldilməmişdi. Qətibə bunu heç bir vaxt xəyalına gətirmirdi, o, özünün Təbriz altında əyan və ruhanilər tərəfindən qarşılanacağına inanırdı. Lakin o, Vasmınc şəhərinə yetişdiyi zaman özünün arzularından bir əsər qalmadığını gördü. Bir nəfər də olsa istiqbala çıxan yox idi. Buna görə də onun qafiləsi Vasmıncda bir gün qalmaq və mələkənin şəhərə yaxınlaşdığını vəliəhdə xəbər vermək qərarına gəlmişdi. Bir gün əvəzinə Vasmıncda iki gün oturdular, lakin istiqbala çıxan olmadı. Nəhayət, onlar şəhərə gecə vaxtında girmək üçün Vasmınc şəhərindən çox təxirlə çıxdılar və gecədən çox keçmiş şəhərə girdilər.Qətibənin qafiləsini Qızıl Arslanın sarayının qarşısına qədər küçə dilənçiləri ilə bazar qarovulçuları müşayiət etdi.
III. Fabrik-zavod rayonunaİngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.
NaxçıvanToğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.
Rusiya sahilindəAraz çayı çox sakit axırdı. Kiçik ləpələrin bir-birini təqib etməsi, bir-birinin ətəyindən tutub gedən səmimi yoldaşları xatırladırdı.Araz çayını çox dinc keçdik, bələdçilər bizi dəmiryol xəttindən keçirib yolun üstündə olan Şahtaxtı kəndinə gətirdilər. Gecəni Kərim ağanın çayçı dükanında qalmalı olduq, çünki Culfadan Tiflisə gedən sərnişin qatarı Şaxtaxtı mövqifində gecə saat 3-də olacaqdı.
Gizli ədəbiyyatHamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb:
May nümayişi1902-ci ilin yazı Bakı jandarmeriyasının ən qudurğan, ən quduz vaxtına təsadüf edirdi — bu vaxtlar Bakı «nadinc» fəhlələr ilə dolu idi.Cənubi Rusiyadan sürgün edilənlər, jandarm və polisin təzyiqindən qaçanlar və sürgündən gələnlərin hamısı Bakıda idi. Bunun üçün də çar jandarmeriyası əvvəlkilərə nisbətən Bakıya daha artıq diqqət verir, ciddi qüvvələrini Bakıya toplayırdı. Rusiyada şöhrət qazanmış Lavrov, ondan geridə qalmayan Ronic, şeytanlıqda ad qazanmış Tisissa və başqaları çarın əmrinə görə Bakı jandarmeriyası üçün səfərbərliyə alınmışdı. Bakı mədən dairələrində jandarm və polis nəfərlərinin qədəri birə on artırılmışdı.
Rəfizadə1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər" Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik.
Zidd fikirlər məngənəsində1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.
BaharGəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.
Köşk-baği-müəzzəmQətibənin Bağdadda nə kimi işlərlə məşğul olduğunu, Zəhir Bəlxi və Kəmaləddinlə çıxardığı qərarlarını Atabəy Məhəmməd Səba xanımın vasitəsilə öyrənmişdi. Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi.Hələ Nizaminin edamı üçün Bağdaddan adamlar göndərilməsi Atabəy Məhəmmədi təbii halından çıxarmışdı; çünki Nizami kimi bir şairin öldürülməsi, Şimali Azərbaycanda ikinci bir üsyanın doğulmasına səbəb ola bilərdi. Bunun üçün də Atabəy Həmədandan xəlifənin cülusunda iştirak etmək üçün Bağdada hərəkət etdiyi zaman Qətibəyə göndərdiyi məktubunda:
İslahat və nəticələrQızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı.Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı<sup>1</sup>.
Son müharibəQətibə Təbrizdə müvəffəqiyyət qazana bilmədi, zəhər hadisəsində öz-özünü tamamilə ifşa etdi. Eyni zamanda o, Təbrizdən Həmədana qayıda da bilmədi. Çünki, Qızıl Arslanın qətl edildiyi xəbəri qonşu məmləkətlərə yayıldıqdan sonra, Bağdad və İraq ordusu iranlılarla birləşərək Azərbaycana hücum etməyə başlamışdı. Buna görə də Qətibə Təbrizdən heç bir kəsə xəbər vermədən Rey tərəflərinə qaçdı.Azərbaycanın vəziyyəti qorxulu idi. Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlilər, iraq və iranlıların işğalı altında idi.
İraida oğurlandıBugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim.Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi.
İmam təziyəsiTəbrizdə məşhur adətlərdən birisi də evlərdə İmam Hüseyn təziyəsi saxlamaqdan ibarətdir. Lakin bu adət müəyyən adamlar tərəfindən müəyyən məqsədlə davam etdirilir. Məsələn, birisi təzə imarət tikdirmişsə, imarətini göstərmək üçün evində İmam təziyəsi saxlar. Başqaları evindəki zənginliyi nişan vermək məqsədi ilə camaatı İmam təziyəsi bəhanəsi ilə evinə yığar.Məşədi Kazım ağa inqilabdan əvvəl az sərmayəli bir adam idi. İndi isə o, məşhur varlılardan birisi, milyon sahibi idi, milyonların məsələsini həll edirdi. O özünü nişan vermək üçün bundan da əlverişli bir vasitə tapa bilməzdi.
Çarın təzə nökəriXariciyyə naziri Sazonov Tehrandakı rus səfiri Etter vasitəsilə Hacı Səməd xanın Azərbaycandan çıxarılması məsələsini Təbriz konsuluna xəbər vermişdi. Hacı Səməd xan isə özünün Təbrizdə qalmaq arzusunun qəbula keçməyəcəyini bildikdən sonra, «öz məmləkətimdir, qalıb hökumət sürəcəyəməp deyə bir neçə gün Rusiya konsulunun xəbərdarlığına əhəmiyyət verməmişdi.Rusiya konsulu onun hökumətdən xaric edilməsi məsələsini heç bir vəchlə təxirə sala bilmirdi, çünki Tehranda Almaniya və Türkiyə səfirlərinin cavan şahla müzakirəyə girişməsi və İranı alman-türk ittifaqına daxil etməsi təlaşları necə ki, Rusiya hökumətin, eləcə də ingilisləri rahatsız edirdi.
Nabat xanımSərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi.Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi.
Knyaginya Osipova1915-ci ilin noyabrında vəziyyət qismən dəyişməyə başlamışdı. İngiltərə və Rusiya arasında İranın bitərəf qalması üçün lazım olan şərtlər müzakirə edilirdi. Rusiyanın xariciyyə naziri Sazanov Petroqraddakı ingilis səfirinə verdiyi xəbərdarlıq məktubunda belə yazmışdı:«İran dövləti dünya müharibəsində bizim mənfəətimizə bitərəf qalmaq üçün 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir, lakin bu, qətiyyən ola bilməz”.
II. «Metropol»Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».
Fitr bayramıGəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.
KişilərQətibənin məsələdən xəbəri yox idi. O, qoşunun üsyanının Toğrul üzərində nə kimi təsir bağışladığını təqib edirdisə də, düşündüyü nəticəni əldə edə bilmirdi. O, bu üsyanı təşkil etdiyi zaman Toğrulu qorxutmaq və nəticədə də öz təkliflərini qəbul etdirməyi düşünmüşdü. Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu. O, bəzən Hüsaməddindən şübhələnir və onun Toğrul tərəfinə keçdiyini zənn edərək rahatsız olurdu.Qətibənin fikrincə, qoşun üsyan etdiyi zaman Toğrul dərhal ona məktub göndərib paytaxta çağıracaq, yaxud da onu paytaxta gətirmək üçün Eldəniz Rübatına bir heyət göndərəcəkdi. Bir neçə dəfə özü yığışıb paytaxta getmək istədisə də, cəsarət etmədi. Ehtiyatla hərəkət etdi, çünki qoşunda təşkil etdiyi üsyan dayandırılıb və Hüsaməddinin Toğrul tərəfinə keçməsi məsələsi bir həqiqət şəklinə keçdiyi zaman, Qətibəni paytaxta girən kimi həbs etmək o qədər də çətin məsələ deyildi.
Kür çayı kənarındaQızıl Arslan Kür çayı kənarından Nizamiyə yazdığı məktubunda bunları qeyd edirdi:“Möhtərəm şairin Təbrizə gəlməsini bir neçə dəfə arzu etmişdim. Vəliəhd Gəncə səyahətinə getdiyi zamanda da ona bu barədə tapşırıq vermişdim, nədənsə şair bu təkliflərin hamısına cavab olaraq Gəncədən ayrılmaq istəmədiyini bildirmişdi. Nəhayət, mən şairin ziyarətinə gəlməyi qərara aldım. Vəliəhd sizin ziyarətinizdən unudulmaz xatirələrlə Təbrizə qayıtdı, ümid edirəm mənim bundan sonra görəcəyim işlər və həyata keçirdiyim islahat da möhtərəm şairdə tarixi xatirələr yaradacaqdır. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. Lakin Toğrulun buraxdığı xərabəlikləri islah etmək üçün çox zaman işləmək lazım gələcəkdir.