Abdulla Şaiq · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.
MasamaEy mənim köhnə masam, köhnə dostum, mən yenə də sənə dirsəklənərək əlimdə qələm çalışıram. Bu dəfə qələmə aldığım mövzu sənsən, ancaq sən!..Qırx ildir ki, sən mənimlə baş-başa verib ədəbi yaradıcılığımda can qoyur, mənimlə bərabər əmək sərf edirsən.
VIXasay küçə vərdişlərini yavaş-yavaş məktəbə gətirməyə başladı. Hər gün məktəbə əli, üzü, üstü-başı çirkli gəlirdi. Müəllimlər və yoldaşları ilə rəftarı büsbütün dəyişmişdi. Yoldaşlarını təhqir edir, müəllimlərin sözlərinə əhəmiyyət verməyib dərslərinə əsla çalışmırdı. Kamil müəllim bunları gördükcə, eşitdikcə kədərlənir, sinifdə hər xüsusda birincilik qazanmış olan Xasayın birdən-birə bu qədər dəyişməsinin səbəblərini axtarır və ona qarşı çarə və tədbirlər düşünürdü.Bir gün Xasay öz sinif yoldaşı və qonşusu Mürsəllə vuruşarkən köhnə müəllimlərdən Mirzə Rəhim onun qolundan çəkə-çəkə tutub bir baş müəllimlər otağına gətirdi. İçəri girincə üzünü müdirə çevirib titrək və əsəbi bir səslə bağırdı:
VIIRəcəb Xasaya getdikcə daha çox təsir etməyə çalışırdı. Bir gün Xasay əlində dəyənək bağçanın taxta hasarlığına çırpa-çırpa qaçırdı. Rəcəb bir siçanın quyruğundan tutub gülə-gülə:– Xasay, bura bax, bura bax, siçan tutmuşam – deyə onu çağırdı.
Sözün qiymətiNağılVarlı bir tacirini üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?”
XIIXasay yenidən məktəbə qəbul edilmişdi. Kamil isə onu bir an gözdən qoymur, onu dərsə, məktəbə maraqlandırmaq üçün hər şərait hazırlamışdı. Kamil müəllimi ancaq Xasayın ailə həyatı düşündürürdü. O, bilirdi ki, Xasayın ailə həyatında yeniliyə və yaxşılığa doğru bir dəyişiklik olmasa, istedadına güvəndiyi Xasayı istədiyi kimi bir vətəndaş yetişdirə bilməyəcək. Halbuki Xasaydan gələcəkdə çox şeylər gözləyirdi. Bu arzusuna qovuşmaq üçün hər şeydən əvvəl Xasayın anası Badamı tərbiyələndirmək, yeni həyatın bütün şəraiti ilə onu aşna etmək istəyirdi. O indi yalnız bunu düşünür, bunun üçün çarələr axtarırdı.Xasayın pozulmuş əxlaqı hələ tamamilə əvvəlki halına gəlməmişdi. O, yenə sinifdə arabir bəzi qaba hərəkətləri ilə dərsə mane olub müəllimləri və yoldaşlarını incidir, intizamı pozurdu. Qoca müəllim Mirzə Rəhimin şikayətləri yenə başlamışdı. Kamilə arabir şikayətlənib: “Bu nədir, bu xuliqanı yenə nə üçün məktəbə gətirdiniz? Bilmirəm nə üçün bu qədər ona yapışmısınız? Ondan adam olsa mən bu bığlarımı kəsdirərəm” – deyirdi.
XIVXasayın Rəcəblə bərabər hara və nə üçün getdiyini bilmədiyindən Badam çox rahatsız idi. Oğlunun yolunu çox gözlədi, gəlib çıxmadı. Onun səhərə qədər gözlərinə yuxu girmədi. Rəcəb qaçaq olduğu gündən evə qarşı çox soyuq idi. Evin bütün zəhməti onun üzərinə düşmüşdü. Bir tərəfdən Rəcəbin qapıçılıq vəzifəsini görür, küçəni, həyəti süpürüb təmizləyir, bir tərəfdən qonşulara su daşıyır, boş vaxtlarında da qapıda qutusunu qarşısına qoyub alverini edirdi. İşə alışmamış olan Badam bu ağırlıqların altında yorulub əzilirdi. O, səhərə qədər öz vəziyyətini və Xasayı düşündü.Badam səhər yerindən xəstə kimi qalxdı. Həyətə çıxdığı zaman onu Xasayla Kamil müəllim və bir də tanımadığı bir kişi qarşıladı. Badam Xasayı görüncə:
XVIKamil getdikdən sonra Xasay qəzetə bükülü bəxşişi açdı. Corabdan tutmuş papağa qədər hər şey alınmışdı. Hətta paltarın içərisinə bir qutu konfet də qoyulmuşdu. Xasay şeyləri götürüb o biri otağa keçdi. İş köynəyindən tutmuş coraba, çəkməyə qədər dəyişdi. Yeni paltarı ona çox yaraşırdı. Otaqdan çıxınca anası, bacısı ona baxıb “sağlıqla geyin” – dedilər.Konfet qutusunu açdı, gülə-gülə:
Tülkü və xoruzBir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:
Arı və kəpənəkBir arı allı-əlvanlı bir çəmənlikdə çiçəyə qonub şirə sorurdu. Həmin çiçəyin o biri budağına da bir kəpənək qonmuşdu. Xortumu ilə çiçəyin şirəsini əmirdi. Arı tez-tez kəpənəyin yanından uçub o biri budağa qonurdu. Bundan rahatsız olan kəpənək dedi:– Ey, o kobud ayaqların, o qalın qanadlarınla mənim yanımdan keçmə! Qızıl, gümüş xallı qanadlarımın bəzəyini pozarsan!
Tülkü və dovşanTülkü tələsik qaçırdı. Bir dovşan onu görüb soruşdu:– Tülkü qardaş, nə var? Nə olub?
Dördüncü fəsilBakı stansiyasına çatdığı və şəhərin mənzərəsini uzaqdan gördüyü zaman onda başqa bir hal doğdu: – “Qoca Bakı, yenə qovuşdum sənə!” – deyə pıçıldadı. Moskvadan çıxdığını teleqramla xəbər vermiş olduğundan yaxın dost-aşna onu qarşılamağa gəlmişdi. Görüşdülər, matəm münasibəti ilə ona təsəlli və başsağlığı verdilər. Sonra oradan birlikdə evə gəldilər.Atası Ağamürsəlin həftəsi idi. Bir neçə gün təziyədarlıq və dostaşnanı qəbulla məşğul oldu. Sonra atasının qoyub getdiyi əmlak və sərvətin hesabına oturdu. Ağamürsəl son günlər ağır borca düşdüyündən mülklərinin bir çoxunu satmışdı. Həyatının son dəqiqələrində klubda qumar oynarkən yüz min manat uduzmuş, bir buruğunu da bir mədənçinin yanında girov qoymağa məcbur olmuşdu. Klubda oyun stolu üzərində bir əli ilə qədəhi dodaqlarına götürdüyü, o biri əli ilə də kartı açmaq istərkən ürək partlamasından vəfat etmişdi. Atasının bu qədər israfçı və belə faciəli ölümü Əşrəfi çox düşündürdü. O, əvvəlcə əyyaşlıq və səfaləti ataraq işə ciddi yapışmaq və atasının puç etdiyi sərvəti yenidən qazanmaq, buruğu girovdan çıxartmaq istədi. Ancaq Moskva həyatı bütün qüvvəti ilə onu özünə doğru çəkməyə başladı, o bütün əşya və əmlakını satıb Moskvada yaşamağa qərar verdi, çünki Bakı onu sıxırdı. Başqa sərvətdarların oğulları ilə rəqabət etmək iqtidarı qalmamışdı. Bu səbəbə görə Bakıdan tamamilə uzaqlaşmaq istəyirdi. Lakin o günlərdə Gülcahan xala ilə görüşməsi onu Moskva səfərindən daşınmağa məcbur etdi.
Birinci fəsilGünəş sönmüş, qaranlıq çökmüş, üfüqlər qısalmışdı. Bakının göylərində mənzil etməyə qərar vermiş qara, sıx cənub buludları ucubucağı olmayan durna qatarı kimi düzülərək, aylı-ulduzlu göylə şəhərdən ucalan çıraq və elektrik işıqlarının bir-biri ilə öpüşməsinə mane olurdu. Xəzərin qoynuna girmiş Bakı gecəsini, pəncərələrdən, yaxın buruqlardan, Qara və Ağşəhər zavodlarından, çit və bez fabrikindən, limanlarda və dənizdə olan yük və minik gəmilərindən ətrafa yayılan elektrik və çıraq işıqları ala-qaranlıq bir səhərə çevirmişdi. Təsadüfi olaraq o işıq nümayişində bu gecə Hacı Kərimin də elektrik lampaları iştirak edirdi. Məsləhətə çağırılmış olan qohum-qardaş yemək otağına toplanmış, mavi abajurlu elektrik lampalarının parlaq şəfəqləri altında şirin-şirin danışıq aparırdı. Hörmət və adət üçün bu gecə toyun nə zaman və necə başlanması haqqında yaxın qohumların da fikri öyrəniləcək və onlarla birlikdə qərar çıxarılacaqdı.Mina xanım qonaqları qabaqcadan söhbətə hazırlamaq istədiyindən məyus bir səslə:
Doqquzuncu fəsilQızı olduqdan sonra Əşrəf Sonaya ancaq bir ana kimi baxırdı. Qəlbinin içini dolduran əvvəlki səmimiyyət və məhəbbət get-gedə sönməyə və boşalmağa başlayırdı. O, indi müxtəlif bəhanələrlə gecələr evə vaxtsız qayıdır, rəftarında, hərəkətlərində Sonaya qarşı əvvəlki qədər səmimi görünə bilmirdi. Sona isə eşqini kimsə ilə bölüşmək istəmədiyindən gecə-gündüz onun keşiyini çəkir, dəlicəsinə sevdiyi Əşrəfini özünə bağlamaq üçün çarələr düşünür və onu dərhal tətbiq etməyə çalışırdı. Lakin bunların səmərəsiz və təsirsiz qaldığını və ailə həyatındakı sevgi və səmimiyyətin Əşrəf tərəfindən gündən-günə ayaqlanıb, insafsızcasına tapdalandığını gördükcə kədərlənirdi. O çox düşündü, bir çox tədbir və çarəyə əl atdı, amma heç biri fayda vermədi. Son tədbir olaraq bir gün:– Əşrəf, teatra gedəndə məni də özünlə apar, – deyə yalvardı.
Onuncu fəsilƏhməd Əşrəfin təsiri altına düşdükdən sonra Zəki ondan əlaqəsini tamamilə kəsmişdi. Bir gün küçədə Əhmədlə qarşı-qarşıya gəldi. Üzünü çevirib keçmək istərkən Əhməd onun qolundan tutub:– Bura bax, üzünü çevirib keçmə! – dedi.