Abdulla Şaiq
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Üfüqü narıncı rəngə boyayan günəşin işıq və hərarəti azalmağa başlamış, axşam sərinliyi çökmüşdü. Qonşular Əlisəfanın qapısı yanındakı narın qum təpəsinin üstünə yığışıb söhbət edirdilər. İki qardaş – Qulu ilə Həsən arasında çəkişmə davam edirdi. Böyük qardaş Həsən deyirdi:– Ay qardaş, bu bizim ata-baba əkin yerimizdir, Allah verib neft xəzinəsi çıxır. Gəl bu yeri satıb kasıblığın daşın ataq!
Altıncı fəsilIIAslan bəy böyük oğlu Varisi realnıməktəbə vermişdi. Varis aşağı siniflərdə ciddi və istedadlı bir şagird kimi görünürdü. Böyüyüb yuxarı siniflərə keçdikcə ildən-ilə dəyişirdi. Yalnız təbiətində deyil, vücud və simasında belə bir dəyişiklik əmələ gəlmişdi. O çox ərköyün böyüdüyündən tərbiyəsi və əxlaqı gündən-günə pozulurdu. Öz sinif yoldaşı Şamilin və onun kimi yoxsul tələbələrin başına bir bəla kəsilmişdi. Onları hər gün, hər saat təhqir edir və bundan böyük zövq alırdı.
Üçüncü fəsilI1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.
Oyunçu bağalarBöyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?
Beşinci fəsilITətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:
KöçMayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.
Birinci fəsilƏncir ağacı altında çalınan sazın ahəngdar səsi ətrafı bürümüşdü. Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun, köpüklü sular kimi axıb yayılırdı. Xüsusən oxuyanın ürəyə yatımlı səsi, oxunan bayatıdakı məna gözəlliyi sazın uyğun səsinə qarışdığı zaman insan özünü büsbütün başqa bir aləmdə hiss edirdi:Sel axar, mələr gələr,*
Səkkizinci fəsilIElçi və nişan məsələsi bir-birini o qədər sürətlə təqib etmişdi ki, Almas qaranlıqda yol azmış yolçu kimi nə edəcəyini bilmirdi. Daxilindəki müdhiş fırtınanın dalğaları onun lətif simasına, iri, qara gözlərinin saf parıltısına donuq bir rəng vermişdi, ləkəsiz qəlbi iztirablar içində çırpınırdı. Dərdlərini açacaq, kədərlərinə şərik olacaq bir nəfər tapmırdı. Hətta bütün dərdlərindən xəbərdar olan, hər zaman ona güvənərək arxalandığı anası belə bu gün ona qarşı tamamilə laqeyd görünərək, büsbütün dəyişilmişdi. Almas bu gün öz ailəsi içərisində yalqız və kimsəsizdi. Qəlbi kimi sevdiyi Poladdan ayrılmaq ona hər şeydən ağır görünürdü. Poladın onu sevdiyini, uşaqlıqda keçirdikləri o şən və qayğısız günləri, atasının Poladı təhqir edib həyətdən qovduğunu, Varisə getməklə sevgilisi Poladın qəlbində dərin və sağalmaz bir yara açacağını düşündükcə ürəyi yerindən oynayırdı. Bunları xatırlayınca ürəyində acı bir ağrı hiss etdi. Həmin ağrının üzücü yorğunluğu ilə yerindən qalxdı. Son bir ümid, son bir çarə düşünmüşdü. Bibisi Rəxşəndənin yanına gedəcək, qızı Dilguşa vasitəsi ilə əhvalatı ona başa salacaq, yalvarıb-yaxaracaqdı. Bibisi Rəxşəndə qardaşı Əlisəfanı qandıracaq, yanında ağlayıb-sıtqayaraq qardaşının daş ürəyini yumşaldacaq, beləliklə Almas istəyinə çatacaqdı. Bu şirin düşüncələr sadədil Alması cığırından çıxardı. O, qapının ağzından anasına:
Doqquzuncu fəsilITəbiət, yorğan kimi üstünə çəkmiş olduğu qaranlıq, tutqun buludlar altında həzin-həzin mürgüləyir, hər tərəf, hər şey səssiz, dilsiz bir sükut içində dincəlirdi. Uzaqda yanan mayakın projektor kimi dənizə doğru uzanan sarımtraq titrək işığı dalğaların geniş qolları arasında əriyib gedirdi. Yalnız Xəzər dənizinin yorğun qafilə kimi tənbəl addımlarla irəliləyib, qayalara sakitcə çarparaq, geri dönən dalğacıqları, qaya üstündə oturub, gözlərini dənizin uzaq ənginliklərinə dikən üç nəfərin danışığı bu mürgüləyən sükutu parçalayırdı. Onlardan bir qədər aralı yarıya qədər qumlu sahilə çəkilmiş kiçik bir qayıq, bir az uzaqda isə iki atlı araba dururdu. Yan-yana oturmuş kölgələrdən biri deyirdi:
Dördüncü fəsilIBazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:
Gözəl baharÜç pərdəli mənzum pyesŞəxslər
Özü bilsin, mənə nə!İlk dəfə gördüyüm zaman vücudu kimi quru və soyuq təbiətini də bəyənməmişdim. Onu mənə kənd dükançıları tanıtmışdılar:– Yetmiş yaşı var, adı “Cırtdandır”. Cırtdan deməsən tanımazlar – demişdilər.
Beşinci fəsilƏhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.
İki müztərib yaxud əzab və vicdanSevgili Rəmziyyəm!Həştərxana vüsulunuzda yazdığınız məktuba ancaq cavab yaza bildim. Əfv ediniz, həmşirəciyim, sizin müfariqətiniz bilsəniz məni ruhən nə qədər mütəəssir etmiş. Yeganə həmdərdim idin. İndi isə yalqızam. Bir tərəfdən sizin atəşi-müfariqətiniz, o biri tərəfdən daha bu günlərdə zühur edən bir hadisə, məni bir əzabi-əlim içində buraxmış.
İkinci pərdəİkinci şəkilSəhnə xanın evini və həyətini təsvir edir. Atakişi həyəti süpürür.*
VəzifəINoyabrın acıqlı bir sabahı idi. İki gün əvvəl başlamış olan xəzri hələ bütün şiddəti ildə davam edir, bir ildırım gurultusu ilə ətrafı sarsıdır, yerləri eşərək, göylərə sovurmuş olduğu toz-torpaqdan fəzanı qalın, sarımtıl bir örtüyə bürüyürdü. Qapı-bacaların vıyıltısı, pəncərələrin cingiltisi, uzaqdan eşidilməkdə olan dəniz dalğalarının dəli gurultusu ruhlara ağırlıq verir, əsəblərdə acı bir sızıltı hiss etdirirdi. Küçələr bomboş idi. Damlarda pişiklər, küçələrdə itlər belə gəzməyə cəsarət etmirdi. Yalnız arabir işə gedən adamlar yerdən burun-burun yüksələn toz-torpaqdan üz-gözlərini köksləri üzərində gizləməyə çalışaraq, iri addımlarla gedirdilər.
Birinci pərdəBirinci şəkilSəhnə Bərdə sərhəddini təsvir edir. Otlu, çiçəkli, seyrək ağaclı geniş bir açıqlıq, or-*
Kələkbaz AlbertLerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.
Birinci pərdəBirinci şəkilSəhnə, səhər çağı meşədə çay kənarında qaraçı düşərgəsini təsir edir. Qaraçı ailələri*
Yeddinci fəsilƏşrəf Sonanı dəlicəsinə sevdiyi kimi, Sona da ona ürəkdən vurulmuşdu. Evə gəldiyi zaman Əşrəfi min bir dillə dindirir, sağına, soluna keçir, onu dadlı sözlərlə əyləndirir, iri qara gözlərinin ən səmimi baxışlarını, yaqut dodaqlarının ən şirin gülüşlərini yalnız ona bağışlayırdı. Əşrəf də arabir Sonanın o gözəl kiçik başını qucaqlayıb, iki əli ilə onu köksünə sıxaraq:– Ah, qəlbimin sevinci, ruhumun işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim yeganə gözəlimsən, – deyirdi.
DursunKiçik və yoxsul daxmasının səkisi üzərində orta boylu, sağlam, yaşlı bir adam oturmuşdu. İri dəri papağını qaşlarının üstünə çəkərək düşünürdü. Ətrafı dərin cizgilərlə dolu kiçik, parlaq gözlərində, qarışıq boz bığları altındakı iri, qalın dodaqlarında, uzun ətli üzündə sevinc qığılcımları oynaşırdı; çünki bir az əvvəl bostandan ilk bəhrə olaraq iki araba qovun-qarpız dərib hazırlamışdı. Verdiyi vədəyə görə bu gün ortağı yaylaqdan gələcək, bu qovun-qarpızları şəhərə aparıb satdıqdan sonra o, yaylağa gedəcəkdi. Onu ən çox sevindirən yaylaq məsələsi idi. Orada Güllü ilə görüşəcək, dəli təbiətin şən qucağında onunla bərabər yaşayacaq idi. O birdən-birə başını qaldırdı. Alnının tərini arxalığının tərsi ilə silərək, məmnun olmadığını göstərən bir səslə öz-özünə söyləməyə başladı:– Of, istidən bişdik; bu yaramaz oğlu yaramaz da gəlib çıxmır ki... Gəlsəydi, mən də bir beş-on günlüyə yaylağa gedib, Güllümə qovuşardım, – dedi.
Yeddinci fəsilIAraz oğlu Poladı çox sevirdi. Polad ağıllı-kamallı bir oğlan olmuşdu. Araz hərdənbir Günəşə:
Üç itLaçın bacısı Tərlan ilə həyət bağçasının yanında oturub səssizcə beşdaş oynayırdılar. Oyunu bu dəfə Laçın qazanmışdı. Tərlan əlini yerə qoyur, Laçın daşı havaya atıb Tərlanın əlini əli ilə vurduqdan sonra daşı tez havada tuturdu. Tərlan əlini çəkərək dedi:– Ay insafsız, mən səni udanda belə bərk vururdum?
Yazıya pozu yoxdur!İştirak edənlərQəzavüqəd ər mələyi – qoca ağsaqqal kişi
Beşinci pərdəBirinci şəkilSəfi bəyin evi. Qapılar səliqə ilə düzəlmiş geniş həyətə açılır. Günəş ilə*
Üçüncü pərdəDördüncü şəkilSəhnə bəyin malikanəsini təsvir edir.*
Son baharNoldu rəngin çiçəklərin açman!Güllərindən dəmət yapdım bən,
Üsyan et!Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!
İkinci pərdəBeşinci şəkilSəhnə Nüşabənin sarayının bağça tərəfində olan geniş eyvanı təsvir edir. Nüşabə,*
Qışın nəğməsiSaqqalı ağ, saçı ağ,Əlində zorba çomaq