Arı

Arıyam, zəhmətkeşəm,Bal, mum çəkməkdir peşəm.

Abdulla Şaiq19281 dəq
İt

Haf, haf, haf!..Bax, mən belə hürürəm.

Abdulla Şaiq19281 dəq
Tülkü həccə gedir

ITülkü qocalmış idi,

Abdulla Şaiq19107 dəq
Ovçu məstan

Deyirlər, bir Məstan varmış,Aslan da ondan qorxarmış.

Abdulla Şaiq193911 dəq
Sultan Səncər və qarı

Mövzusu Nizami Gəncəvinin “Sirlər xəzinəsi”poemasından alınmışdır

Abdulla Şaiq19475 dəq
Murad

Tiflis şəhərinin yaxınlığında Kolbasan adlı kənd var idi. Bu kəndin dörd bir yanı bağlıq, meşəlik yerlər idi. Elə ki bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.Belə tərifini etdiyimiz kənddə Bilqeys və Murad adında bacıqardaş yaşayırdı. Bilqeys olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaq şeylərini də yığıb öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynardılar; otaq bəzəyərdilər, bir-birinə qonaq gedib gələrdilər. Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir də atası aldığı “Uşaq gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə keçərdi.

Abdulla Şaiq19106 dəq
Meşə gözətçisi

Yenikənd gündən-günə gözəlləşirdi. Yaradan, işlək əllər gecəgündüz çalışıb onu nümunəvi bir kolxoz kəndinə çevirmişdi: yeni küçələr salınmış, sıra ilə təzə evlər tikilmiş, ağaclar əkilmişdi. Hər tərəfdən onu qucaqlamış olan böyük sovxoz bağları, əkin bostan yerləri və ucubucağı görünməz qalın meşələr onun gözəlliyini daha da artırırdı.Yayın məhsuldar çağı idi. Meyvələr yetişmiş olduğundan, Yenikəndi şimaldan qoynuna almış yaşıl meşə öz geniş süfrəsini açıb qonaqların yolunu gözləyirdi.

Abdulla Şaiq195412 dəq
Dəvə, tülkü və qurd

Bir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?

Abdulla Şaiq2 dəq
Birinci məclis

Səhnə Pəri xanımın ağaclı, güllü həyətini təsvir edir. Dursun əlində bir səbət*alma qapıya yanaşıb, itələyir, qapı açılır. Ətrafa baxıb heç kimi görmür.*

Abdulla Şaiq19127 dəq
Birinci pərdə

Əhvalat padşahın sarayında vaqe olur.*Xidmətçi**. Şahzadə xanımın əhvalı necədir?

Abdulla Şaiq19134 dəq
Məktub yetişmədi

IQışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi.

Abdulla Şaiq19086 dəq
Dəyərli bir xatirə

İsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.

Abdulla Şaiq19146 dəq
II

Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.

Abdulla Şaiq19351 dəq
VIII

Xasay gecə-gündüz küçələri ölçürdü. O indi Rəcəbin əlaltısı olmuşdu. Qələbəlik yerlərə soxulur, onun-bunun cibinə girirdi. Çox vaxt pivə satılan budkaların qarşısında əlində bir torba bişmiş noxud adamların içinə soxulur və paltarın üstündən cibləri axtarırdı. Birinin cibində pul olduğunu görüncə Rəcəbə göz-qaşla anladır, Rəcəb bir bəhanə ilə ona yanaşır, qolunu yuxarı qaldırıb o adamın şapkasını qolu ilə bərk aşağı basırdı. O adam Rəcəbin qolunun altından çıxmağa və şapkasını düzəltməyə çalışırkən Xasay fürsətdən istifadə edib tez onun cibinə girirdi. Xasay hər zaman müvəffəq ola bilmirdi. Çox vaxt adamlar xəbər tutur, onu döyür, söyürdülər. Bu acıların hamısını duyduğu halda, o yenə də bu çirkin işdən əl çəkmək istəmirdi.Rəcəbin Xasaydan əvvəl Həsən adlı bir əlaltısı da var idi. Həsən ağır və tənbəl bir uşaq idi. Oxumaq və işləməkdən qaçırdı. Ona görə də Rəcəblə yoldaş olmuşdu. Xasaydan sonra Rəcəbin ona bir o qədər ehtiyacı yox idi. Bununla belə çox vaxt hər ikisini yanına salıb ova çıxırdı.

Abdulla Şaiq19354 dəq
XI

Kamil müəllim hər axşam zəhmət kommunasında həbsə məhkum edilmiş gənclərə dərs verirdi. Bir axşam da sinfə girəndə Xasayı burada gördü. Kamil müəllim təəccüb etmədi. Çünki o, hər şeydən xəbərdar idi. Odur ki:– Oha... Köhnə dostum, bizim zəhmət kommunamıza xoş gəlmisən, səni çoxdan gözləyirdim – deyə Xasaya yanaşdı.

Abdulla Şaiq19356 dəq
Yad et!

Vəqta ki gülər bahari-amal,Hər yerdə yaşıllanır çəmənlər.

Abdulla Şaiq19081 dəq
Vərəmli həyat

Əsir doğuldum, əsir getdim, ah, gənc ikən.Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.

Abdulla Şaiq19091 dəq
Bir mələkə

“Molla Nəsrəddin” məcmuəsinə*Mahtablı gecə... Kənari-dərya,

Abdulla Şaiq19101 dəq
Əsrimizə xitab

Bilməm bu qanlı səhnənə, ey əsri-məymənətİzhari-nifrət etməli, yainki təhniyət?

Abdulla Şaiq19151 dəq
Sənət nəğməsi

Əl işi məktəbində çalışan qızlara*Əl işi çox gözəl, incə sənətdir,

Abdulla Şaiq19261 dəq
Əməkçi qadınlara

Qadın, ey böyük insan, parla yüksək adınla!Bizim yeni quruluş yüksələcək qadınla!

Abdulla Şaiq19261 dəq
Böyük sənətkara

Böyük ədibimiz Mirzə Fətəli Axundovun yubileyi münasibətilə*Hörmət sənə, böyük şair,

Abdulla Şaiq19281 dəq
Gənc qələmlərə

Güclər yenən, fəzaları da sarsıdan səsinMən istərəm ki, ruhumun üstündə titrəsin.

Abdulla Şaiq19301 dəq
İlham qaynağım

1905 mənə verdi sənət şövqünü,O ziyalı iksirdən mən də aldım qol-qanad.

Abdulla Şaiq19322 dəq
Bahar

Əs, ey ətirli dan yeli,Könül açan bahar gəlir.

Abdulla Şaiq19451 dəq
Səndən də xoşdur

Bəzəkli gəlindir yenə hər ağac,Dərələr, çəmənlər geymiş al-əlvan.

Abdulla Şaiq19471 dəq
Üçüncü pərdə

Təbii bir dağ üstündə vəhşi ağaclar, çalılar. Səhnənin nəhayətində uca qarlı dağlar,*qayalar, ətəklərində çalılar. Sağ tərəfdə, səhnənin ikinci kolissasında (səhnənin yan*

Abdulla Şaiq4 dəq
Birinci pərdə

Səhnə Azərbaycan kəndlərinin birində əkinçi Rüstəmin evini təsvir edir. Gülsənəm,*qızı Fatıya cehiz hazırlayır. Sadə, fəqiranə döşənmiş bir otaqda iməci qadınlar oturub*

Abdulla Şaiq19125 dəq
Yetim cücə

Ay kiçicik, soluq cücəm,Boynu buruq, yoluq cücəm!

Abdulla Şaiq19061 dəq
Təpəl kəlim

Qalx ayağa, təpəl kəlim,Sahibinə tut əl, kəlim!

Abdulla Şaiq19061 dəq