Lovğa ovçu

Salman adlı bir ovçu var idi. Ovçular bir yerə toplananda Salman öz ovçuluq məharətindən uzun-uzadı danışır və onların yanında öyünürdü. Yoldaşları ona çox zaman dodaqaltı gülüb bir söz demirdilər.Bir gün iki ovçu, Heydər ilə Atakişi dovşan ovuna çıxmışdılar. Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı. Heydər fürsəti fota verməyib cəld dovşanı nişan aldı. Atəşin açılması ilə dovşanın səndələyib yerə yıxılması bir oldu. Dovşanı götürüb getmək istərkən gördülər ki, budur, uzaqdan ovçu Salman gəlir. Atakişi gülə-gülə Heydərə baxdı:

Abdulla Şaiq1 dəq
Arı və eşşək

Dağ ətəyində bir eşşək otlayırdı. Yamacın lətif otlarından, dadlı çiçəklərindən qoparıb yeyirdi. Doyduqdan sonra həmin al-əlvan çiçək və otların üstündə uzanıb ağnamağa başladı.Yaxında bir arı çiçəklərdən bal tuturdu. Bunu görüb çığırdı?

Abdulla Şaiq1 dəq
İntiqamçı xoruz

İki pərdəli uşaq dramıŞəxslər

Abdulla Şaiq19121 dəq
Vətən

Beş pərdəli dramİştirak edənlər

Abdulla Şaiq19411 dəq
İkinci pərdə

Arxa planda silsilə dağlar, qayalıqlar, otlu-çiçəkli yamaclar, ortada alma bağı, daha*sonra göz işlədikcə sünbülləri saralmış tarlalar. Bağ ilə tarlaların arasından bir çay*

Abdulla Şaiq19416 dəq
Üçüncü pərdə

Səhnə vəzirin sarayını təsvir edir. Sağda ikimərtəbəli evin eyvanı. Solda qırx*pilləkən. Pilləkən başında bir otaq. Yaz fəsli. Həyət güllük, çiçəklikdir.*

Abdulla Şaiq194610 dəq
Qaraçı qız

(Mövzusu S.S.Axundovun eyni adlı hekayəsindən alınmışdır)*İştirak edənlər

Abdulla Şaiq19481 dəq
İkinci pərdə

Üçüncü şəkilSəhnə meşəni təsvir edir. Bir-birindən aralı ağaclar, kol-kos. Yaxında bir kiçik*

Abdulla Şaiq19487 dəq
Daşqın

Baharın dumanlı səhərinin rütubətli havasını udduqca yatağımdan qalxmaq istəmirdim. Boğazıma qədər yorğana sarılaraq gəmiklərim qızındıqca nəşəli bir kəsalət içində gözlərimi qapayıb qulaqlarımın ucunda çınlayan həzin bir gurultunu dinləyirdim. Birdən-birə artırmadan: “Kür daşmış, Kür daşmış!” – deyə ucadan heybətli səsdən dimdik qalxdım. Əlbəsəmi geyinər-geyinməz Kürə baxan uzun artırmaya qoşdum. Dəli Kür iki metroya qədər yüksəlmiş, sahilləri hiddətlə çeynəyən acıqlı boz dalğalar uzaq ormanlardan, bağlardan qoparıb gətirdiyi iri ağacları və sahildəki yoxsul taxta külbələri önünə qataraq qamçılaya-qamçılaya uzaq yerlərə götürüb gedirdi. bir çocuq hissi ilə bu amansız daşqının yapdığı fəlakətlərin seyr və tamaşasına dalmışdım...Sahil boyu uzanıb gedən sarp qayalar, yaşıl təpələr və hər tərəfdə gurultu qoparan tamaşaçılar, sevincindən hoppanıb-düşən çocuqlar bu mənzərənin gözəlliyini bir qat daha artırmışdı. Birdən-birə sahillərdən qopan müdhiş bir bağırtı qəlbimdə dərin bir həyəcan oyatdı. Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla çarpışa-çarpışa aşağı doğru axıb gəldiyini gördüm. İçindəkilər uzaqdan bir pişik yavrusu qədər görünürdü. Əllərini sahillərə doğru uzadaraq yardım istəyən bağırtıları hiddətli boz dalğaların gurultuları içində yayılıb gedirdi. Uzaqdan seyr edən tamaşaçılar bu müdhiş mənzərəyə çox acıdıqları halda, kimsədə onları qurtarmaq arzusu yox idi. Kür nəhri təbii halında axdığı zaman tam ortasında kiçik bir adacıq görünürdü. Sellərin gətirdiyi ağaclardan bir neçəsi haman quruda dərin köklər atmış olduğundan yerləşib qalmışdı. Yay zamanı ora kiçik yaşıl bir ada kimi canlanırdı. Üzgüçülər çox vaxt üzə-üzə gedib dörd tərəfi su olan o quruda, o kiçik adacıqda dincəlirdi. Bu dəfə də sellərin ilk gətirdiyi bir neçə qol-budaqlı iri ağac o dayaz yerdə möhkəm yerləşib qalmışdı. Külbə get-gedə yaxlaşır və nəhrin ortası ilə ağaclara doğru qoşurdu. Bu hal sahildə alay vuran tamaşaçıların qəlbində ümid nuru doğurmuş olduğundan hamı böyük bir maraq içində işin nəticəsini bəkləyib dururdu.

Abdulla Şaiq19104 dəq
Pirin kəraməti

İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.

Abdulla Şaiq19129 dəq
İblisin hüzurunda

Qaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.

Abdulla Şaiq19156 dəq
Böyük xadim

Həsənbəy Zərdabinin vəfatı münasibətilə*Bu sənmisən, ey dahiyə, ey nəcmi-müzəffər?!

Abdulla Şaiq19071 dəq
Hürriyyət pərisinə

Söndün nə çapıq, ruhuma qüvvət verən ey nur,Ümmidi-vüsalınla sənin mən yaşayırdım.

Abdulla Şaiq19081 dəq
Dağlar

Çeşməli yaşıl dağlar,Yazdır, gül, açıl, dağlar.

Abdulla Şaiq19081 dəq
Şikayətlərim

Yenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!

Abdulla Şaiq19081 dəq
Hər şey köhnə

Doğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!

Abdulla Şaiq19091 dəq
İki qaranquş

Kür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.

Abdulla Şaiq19091 dəq
Bir ulduza

Yormuşdu bütün ruhumu, əfkarımı alam,Bir dağ ətəyində düşünürdüm təkü tənha.

Abdulla Şaiq19091 dəq
Qış

Parça-parça düşərək quşbaşı, göydən yerə qar,Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar.

Abdulla Şaiq19101 dəq
Gələcək qorxusu

Sislə, buludlarla qaralmış bayır,Mürgüləyir dağ-dərə, səhra, çayır.

Abdulla Şaiq19102 dəq
İntizar

Çıxdı kənddən üç ayın müddətinə usta Səfər,Fəhləlik qəsdi ilə etdi yaxın şəhrə səfər.

Abdulla Şaiq19112 dəq
İşıq mənbəyi

Qaranlıqdır vətənin hər bucağı,Sönmüş ata-babamızın ocağı.

Abdulla Şaiq19121 dəq
Noheyi-iştika

Bəxtiyar bir çocuq kimi şən-şən,Daha dün söyləyib-gülərdin sən.

Abdulla Şaiq19121 dəq
İki mücahid

Sən, ey atəş vücudlu, oynaq atım!Ey ildırım baxışlı qol-qanadım!

Abdulla Şaiq19182 dəq
Unudulmuş parçalar

Bağrımı qan eyləmiş ay üzlü bir gül yanaq,Mən ölməsəm, vüsalı nəsibim olmayacaq.

Abdulla Şaiq19191 dəq
Sevgi hakim olmalı

Harda azad bir ölkə var – o yerləri şənlədənSevgi, məhəbbətdir ancaq, şer ilə həm şairdir.

Abdulla Şaiq19211 dəq
Gənc müəllimlərə

Pedaqoji texnikumun on illiyi münasibətilə*– Dünən artıq bir uşaqdın, qansız, cansız, çəlimsiz!

Abdulla Şaiq19291 dəq
O baxışlar

O hərarətlə sevdiyim gözünüYenə üç-dörd gün oldu görməyəli.

Abdulla Şaiq19321 dəq
Gəlsin

İstəkli tələbəm Ruhulla Axundova*O gün olsun bağıma sevgili yarım gəlsin!

Abdulla Şaiq19401 dəq
Şəklində

Sevimli tələbəm Tağı Şahbaziyə.*Sevimli bir diləyim var, xəyal şəklində,

Abdulla Şaiq19401 dəq