IX

Rəcəb ov tulası kimi Xasayı yanına salıb ova çıxmışdı. O bu gün olduqca şıq geyinmişdi. Başında qiymətli şlyapa, boynunda qalstuk, əlində kitab və dəftərlə dolu bir portfel var idi. Zahirdən heç kəs onun əsil peşəsini təyin edə bilməzdi. Xasay onun arxasınca gedir, heyrətlə Rəcəbə baxıb gülürdü. Stansiyaya çatınca hər ikisi atılıb içi adamla dolu bir tramvaya mindi və dərhal adamların içinə soxuldu. Tramvayın ortasında üstü-başı təmiz iki nəfər danışırdı. Xasay onların o yan bu yanına keçib yoxlamağa başladı. birinin cibində pul olduğunu Xasay gözqaşla Rəcəbə bildirdi. Rəcəb o adama yanaşdı. Görməsin deyə iri portfelini onun köksünə sıxaraq əlini cibinə soxdu. Pulu iki barmağı arasında yavaşca çıxarmaq istərkən kişi anladı, tez əlini cibinə uzatdı, Rəcəb əlini onun cibindən çıxarınca kişinin əlinə toxundu. Kişi çəkilərək:– Ay, nə edirsən – deyə heyrətlə Rəcəbə baxdı.

Abdulla Şaiq19351 dəq
Solmaz və sönməz

Cəfər Cabbarlıya*Fəza kimi sonsuz, quru və susuz çöllərdə yetişmiş cansız bir fidan idin, nə günəşin hərarətindən qoruyan sərin bir kölgəliyin, nə də soyuq ruzgar və acı qasırğalardan sığınacaq bir koman vardı. Başın üzərində çaxan alovlu şimşəklərin, ayaqların altında sönən fırtınaların ağır qırmancları altında əzilə-əzilə, çarpışa-çarpışa arxasız və köməksiz böyüdün. Həyatın ağır zərbələri o arıq və zəif vücudunu gəmirdikcə, sən öz sarsılmaz iradənə sarılaraq, dimağındakı atəş, ruhundakı qüvvət, qəlbindəki hərarətlə durmadan məqsədə doğru irəlilədin. Lakin mənzil uzaqda idi... Ey günəşli yolun gənc yolçusu, səfərin haraya?

Abdulla Şaiq19354 dəq
Hitlerin yuxusu

Faşistin qəlbindən daha qaranlıq bir gecə idi. Hitler istilaçılıq xülyası ilə məst olaraq artırmada oturmuş, özünün “Mənim mübarizəm” kitabını tamamlamaq üçün ərkani-hərb ilə birlikdə hazırlamış olduğu dünyaya hakim olmaq planını nəzərdən keçirirdi. Sovet hökumətinə hücum planını gözdən keçirərkən tək səbir gəldi. Bu tək səbir onun qəlbində acı şübhə doğurdu, qürurla yumruğunu masaya çırparaq: “Bu tək səbir nədir? Mənim səbir etməyə vaxtım yoxdur; faşizm bütün dünyaya hakim olmalı, bütün millətlər “nəcib” alman millətinə köləlik etməlidir! Dünya alt-üst olsa da bu fikrimdən dönməyəcəyəm” – dedi.Hitler, planı bir də gözdən keçirməyə başladı. Elə bu arada otaqdakılardan birisi yenə asqırdı. Hitler bu tək səbirdən acıqlandı, başını oynadaraq: “Ah, yenə tək səbir” dedi. Bu tək səbirlər onu əsəbiləşdirmişdi. Oturduğu yerdən qalxdı, bığlarını çeynəyə-çeynəyə artırmada gəzinməyə başladı. Onun buludlu gözləri qaranlıqda şimşək kimi parıldayırdı, ürəyi çırpınaraq dərin düşüncəyə dalmışdı. Düşünməkdən yorulmuş başını əlləri içinə alaraq hiddətlə oturdu, zəngi basdı, xidmətçi qız gəldi, bir fincan su istədi, qız su gətirdi. Hitler əsəbi, titrək əli ilə suyu alıb içdi. Kin və qürurla parlayan gözlərini göylərə dikərək daldı, fikri plan, gözləri isə ulduzların seyri ilə məşğul ikən birdən gözü Marsa sataşdı. Onu bütün qüvvəti ilə özünə cəlb edən Mars cahangirin qəlbində dadlı bir xülya oyatdı. Əlini ona uzadaraq: “Ey Mars, dünya işlərini bitirdikdən sonra sənə də əl atmağa bir yol tapacam” – dedi. Bu fikir onun qəlbindəki kədərini büsbütün dağıtdı. Gülməyə yad olan simasını süni bir təbəssüm bürüdü: “Yavaş, sənə də kəmənd atmasam cahangir Hitler deyiləm”.

Abdulla Şaiq19423 dəq
Hacıleylək və sərçə

Bir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:

Abdulla Şaiq1 dəq
XV

Badam təzə xidmətindən çox məmnun idi. “Fabrik işlərinin bu qədər maraqlı olduğunu bilmirdim, yoxsa çoxdan girmişdim” – deyirdi. O indi iclaslara gedir, yoldaşları ilə yarışır, staxanovçu olmağa çalışırdı. Fabrik həyatı, əmək və sənət onun görüşünü, xasiyyətini, vərdişlərini gündən-günə dəyişirdi. O, indi əvvəlki tənbəl, bacarıqsız, biliksiz Badam deyildi; girir-çıxır, yeni həyat və quruluşun hər üzünü, hər səhifəsini öyrənməyə çalışır. savad məktəbinə gedirdi.Badam fabrikdə təmizlik briqadasına üzv seçilmişdi. Briqada üzvləri qərara almışdı ki, əvvəlcə öz evlərini gəzsinlər. Bu qərar Badamı çox qorxutmuşdu. Özü briqada üzvü olduğu halda, ev-eşiyi təmiz olmazsa, yoldaşlarının yanında qızaracağından qorxurdu. Odur ki, işdən evə gəlincə ev-eşiyi süpürdü, təmizlədi, şeylərin üstünü sildi. Xasayın və Zinyətin iş köynəyini dəyişdirdi. Stolun üstünə yeni süfrə sərdi, çarpayılara ağ mələfə çəkdi. Divardan üç üz silən asdı. Bu çalışmalarda qızı Zinyət də ona kömək edirdi. Badam evinə-eşiyinə baxıb sevinə-sevinə:

Abdulla Şaiq19354 dəq
Cümənin qəzəbi

Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”

Abdulla Şaiq19123 dəq
Dəvə və siçan

Bir dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir siçan yuvasından çıxmaq istərkən dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxın gəldi, dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Dəvə yerindən hərəkət etdi. Dəvə hərəkət etdikcə siçan ipi dartıb çəkdi. Siçan getdikcə dəvə də itaət edib onun ardınca gedirdi. Siçan özözünə lovğalandı: “Sən bu siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”. Dəvə eşidib dinməli.Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də dəvəyə. Dəvə dedi:

Abdulla Şaiq1 dəq
Baş üstə

Tədris hissəsi müdiri Həsən müəllim öz kabinəsində oturub, dərs cədvəlini hazırlayırdı. Axşam qaranlığı çökmək üzrə idi. O gün səhərdən göy üzünü bürüməyə başlayan qara buludlar havanı bir qədər də tez qaraltmışdı. Həsən müəllimin zəif və gözlüklü gözləri işləməyə müsaidə etmədiyindən yazı masası üstündəki elektrik çırağından istifadə etmək istədi. İşlə ciddi məşğul olduğu halda qabağındakı lampanın düyməsini basdı, ancaq işıq yanmadı. Masa üstündəki çırağın lampası götürülmüşdü. Həsən müəllim əsəbiləşdi, tələsik zəngi basdı, gələn olmadı. Zəngi bir neçə dəfə basdıqdan sonra orta boylu, arıq vücudlu bir kişi qapını açıb içəri girdi. İtaətkar bir vəziyyət aldıqdan sonra qısa, sıx kirpikli kiçik gözlərini ona dikərək:– Nə buyurursunuz? – dedi.

Abdulla Şaiq19465 dəq
III

Bu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?

Abdulla Şaiq19352 dəq
Tülkü və dəvə

Bir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.

Abdulla Şaiq1 dəq
Dəvə, tülkü və qurd

Bir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?

Abdulla Şaiq2 dəq
II

Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.

Abdulla Şaiq19351 dəq
IV

Atasının faciəli vəfatı Xasaya yaman təsir etmişdi. Anası Badam isə ona bu ağır günlərdə təsəlli verəcək bir halda deyildi. Onun geriliyi, savadsızlığı yavaş-yavaş öz mənfi nəticələrini göstərməyə başladı. Badam Xasayı nə həqiqi bir ana kimi öz qanadları altına alıb dərdlərini ona unutdura bildi, nə də doğru yol göstərib sağlam tərbiyə verə bildi. Xasay gündən-günə əsəbi, şıltaq və yaramaz bir uşaq olurdu. Badam bunu görə-görə bir çarə düşünmürdü.Balakişidən sonra Badamın özü də çox dəyişmişdi. Həyat və təbiətlə çarpışmaqdan aciz olan bu qadına hər şey çətin görünürdü. Balakişinin yerinə qapıçılıq vəzifəsini əvvəlcə ona təklif etdilər, “Mən bacarmaram” – deyə qəbul etmədi.

Abdulla Şaiq19354 dəq
VIII

Xasay gecə-gündüz küçələri ölçürdü. O indi Rəcəbin əlaltısı olmuşdu. Qələbəlik yerlərə soxulur, onun-bunun cibinə girirdi. Çox vaxt pivə satılan budkaların qarşısında əlində bir torba bişmiş noxud adamların içinə soxulur və paltarın üstündən cibləri axtarırdı. Birinin cibində pul olduğunu görüncə Rəcəbə göz-qaşla anladır, Rəcəb bir bəhanə ilə ona yanaşır, qolunu yuxarı qaldırıb o adamın şapkasını qolu ilə bərk aşağı basırdı. O adam Rəcəbin qolunun altından çıxmağa və şapkasını düzəltməyə çalışırkən Xasay fürsətdən istifadə edib tez onun cibinə girirdi. Xasay hər zaman müvəffəq ola bilmirdi. Çox vaxt adamlar xəbər tutur, onu döyür, söyürdülər. Bu acıların hamısını duyduğu halda, o yenə də bu çirkin işdən əl çəkmək istəmirdi.Rəcəbin Xasaydan əvvəl Həsən adlı bir əlaltısı da var idi. Həsən ağır və tənbəl bir uşaq idi. Oxumaq və işləməkdən qaçırdı. Ona görə də Rəcəblə yoldaş olmuşdu. Xasaydan sonra Rəcəbin ona bir o qədər ehtiyacı yox idi. Bununla belə çox vaxt hər ikisini yanına salıb ova çıxırdı.

Abdulla Şaiq19354 dəq
Kiçik qəhrəman

Azayın atası Böyük Vətən müharibəsinin lap birinci ilində əsgər getmişdi. Anası da dəmir yolunda işə düzəlmişdi. Atasının ayrılığı Azaya çox təsir edirdi, onu hər yadına salanda faşistlərə lənət oxuyurdu.Bir gün Azay yuxudan həyəcan içində oyandı. Çox halsız və nəşəsiz idi. Anası oğlunun bu vəziyyətindən narahat oldu:

Abdulla Şaiq19425 dəq
Ağlaşma

ISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:

Abdulla Şaiq19122 dəq
I

Üçüncü rübün nömrələri yoxlandıqdan sonra məktəb ən fəal əlaçı şagirdlərin və onların valideyni şərəfinə təntənəli bir müsamirə verməyi qərara almışdı. Axırıncı dərs bitmək üzrə idi. Çağırışlar siniflərdə şirin-şirin paylanırdı. Sinif rəhbəri Kamil müəllim əlində çağırış vərəqələri öz sinfinə girincə bütün sinif yerindən oynadı. Kamil müəllim sinfi zor-güc sakit etdi və qırmızı rəngli çağırış vərəqəsini Xasaya uzadıb “Al, bu sənindir”, dedi. Sonra çağırışları bir-bir payladı.Artıq dərs bitmiş, zəng vurulmuşdu. Müəllimlər bayıra çıxınca bütün siniflər sel kimi həyətə axdı.

Abdulla Şaiq19354 dəq
Daşqın

Baharın dumanlı səhərinin rütubətli havasını udduqca yatağımdan qalxmaq istəmirdim. Boğazıma qədər yorğana sarılaraq gəmiklərim qızındıqca nəşəli bir kəsalət içində gözlərimi qapayıb qulaqlarımın ucunda çınlayan həzin bir gurultunu dinləyirdim. Birdən-birə artırmadan: “Kür daşmış, Kür daşmış!” – deyə ucadan heybətli səsdən dimdik qalxdım. Əlbəsəmi geyinər-geyinməz Kürə baxan uzun artırmaya qoşdum. Dəli Kür iki metroya qədər yüksəlmiş, sahilləri hiddətlə çeynəyən acıqlı boz dalğalar uzaq ormanlardan, bağlardan qoparıb gətirdiyi iri ağacları və sahildəki yoxsul taxta külbələri önünə qataraq qamçılaya-qamçılaya uzaq yerlərə götürüb gedirdi. bir çocuq hissi ilə bu amansız daşqının yapdığı fəlakətlərin seyr və tamaşasına dalmışdım...Sahil boyu uzanıb gedən sarp qayalar, yaşıl təpələr və hər tərəfdə gurultu qoparan tamaşaçılar, sevincindən hoppanıb-düşən çocuqlar bu mənzərənin gözəlliyini bir qat daha artırmışdı. Birdən-birə sahillərdən qopan müdhiş bir bağırtı qəlbimdə dərin bir həyəcan oyatdı. Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla çarpışa-çarpışa aşağı doğru axıb gəldiyini gördüm. İçindəkilər uzaqdan bir pişik yavrusu qədər görünürdü. Əllərini sahillərə doğru uzadaraq yardım istəyən bağırtıları hiddətli boz dalğaların gurultuları içində yayılıb gedirdi. Uzaqdan seyr edən tamaşaçılar bu müdhiş mənzərəyə çox acıdıqları halda, kimsədə onları qurtarmaq arzusu yox idi. Kür nəhri təbii halında axdığı zaman tam ortasında kiçik bir adacıq görünürdü. Sellərin gətirdiyi ağaclardan bir neçəsi haman quruda dərin köklər atmış olduğundan yerləşib qalmışdı. Yay zamanı ora kiçik yaşıl bir ada kimi canlanırdı. Üzgüçülər çox vaxt üzə-üzə gedib dörd tərəfi su olan o quruda, o kiçik adacıqda dincəlirdi. Bu dəfə də sellərin ilk gətirdiyi bir neçə qol-budaqlı iri ağac o dayaz yerdə möhkəm yerləşib qalmışdı. Külbə get-gedə yaxlaşır və nəhrin ortası ilə ağaclara doğru qoşurdu. Bu hal sahildə alay vuran tamaşaçıların qəlbində ümid nuru doğurmuş olduğundan hamı böyük bir maraq içində işin nəticəsini bəkləyib dururdu.

Abdulla Şaiq19104 dəq
X

Axşamüstü idi. Adamlar sirkin kassası qarşısında toplanıb bilet alırdılar. O gecə yeni və gözəl nömrələr göstəriləcək idi. Xasay bilet almaq bəhanəsi ilə adamların içərisinə soxulmuşdu. Ancaq çox çalışdı, bir şey bacarmadı, axırda onu “xuliqan” deyə dümsükləyib qovdular. Xasayın bazarı tutmamışdı. Bir tərəfdə durub qəmli-qəmli düşünürdü. Bu zaman yaşlı bir qadın əlində sirk bileti onun yanından keçərkən Xasay bileti onun əlindən alıb qaçdı. Qadın arxasınca bağıra-bağıra qaldı... İçəridə oyun başlanmış, qadın getmişdi... Xasay biletini göstərib içəri girdi.Gecikmiş tamaşaçılar qapı ağzında toplanıb tamaşa edirdi, Xasay onların arasına soxuldu. Bu zaman təlim verənlərin birisi eşşəyin qulağından tutub səhnəyə gətirdi. Kiçik bir stol qarşısında durdular. Təlim verən üzünü tamaşaçılara tutub dedi:

Abdulla Şaiq19351 dəq
İki yoldaş

Nizaminin atası Böyük Vətən müharibəsi günlərində əsgər getmişdi. Əvvəlləri hər ay məktub göndərirdi. Məktublarında cəbhə həyatından, döyüş səhnələrindən, oradakı dostlarından yazır, evdəkilərin halını soruşurdu. Bir məktubunda da yazırdı ki, son döyüşlərdən birində qəhrəmanlıq göstərib, onu “Şərəf nişanı” ordeni ilə təltif ediblər. Hətta o zərfin içində döşündə “Şərəf nişanı” ordeni olan şəklini də göndərmişdi.Son məktubundan üç-dörd ay keçdi, ancaq Nizaminin atasından nə məktub gəldi, nə də bir xəbər. Nazim və anası hər gün həyəcan içində məktub gözləyirdilər.

Abdulla Şaiq2 dəq
Lovğa ovçu

Salman adlı bir ovçu var idi. Ovçular bir yerə toplananda Salman öz ovçuluq məharətindən uzun-uzadı danışır və onların yanında öyünürdü. Yoldaşları ona çox zaman dodaqaltı gülüb bir söz demirdilər.Bir gün iki ovçu, Heydər ilə Atakişi dovşan ovuna çıxmışdılar. Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı. Heydər fürsəti fota verməyib cəld dovşanı nişan aldı. Atəşin açılması ilə dovşanın səndələyib yerə yıxılması bir oldu. Dovşanı götürüb getmək istərkən gördülər ki, budur, uzaqdan ovçu Salman gəlir. Atakişi gülə-gülə Heydərə baxdı:

Abdulla Şaiq1 dəq
Arı və eşşək

Dağ ətəyində bir eşşək otlayırdı. Yamacın lətif otlarından, dadlı çiçəklərindən qoparıb yeyirdi. Doyduqdan sonra həmin al-əlvan çiçək və otların üstündə uzanıb ağnamağa başladı.Yaxında bir arı çiçəklərdən bal tuturdu. Bunu görüb çığırdı?

Abdulla Şaiq1 dəq
Tülkü və xoruz

Bir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:

Abdulla Şaiq1 dəq
Arı və kəpənək

Bir arı allı-əlvanlı bir çəmənlikdə çiçəyə qonub şirə sorurdu. Həmin çiçəyin o biri budağına da bir kəpənək qonmuşdu. Xortumu ilə çiçəyin şirəsini əmirdi. Arı tez-tez kəpənəyin yanından uçub o biri budağa qonurdu. Bundan rahatsız olan kəpənək dedi:– Ey, o kobud ayaqların, o qalın qanadlarınla mənim yanımdan keçmə! Qızıl, gümüş xallı qanadlarımın bəzəyini pozarsan!

Abdulla Şaiq1 dəq
Tülkü və dovşan

Tülkü tələsik qaçırdı. Bir dovşan onu görüb soruşdu:– Tülkü qardaş, nə var? Nə olub?

Abdulla Şaiq1 dəq
V

Rəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.

Abdulla Şaiq19353 dəq
XII

Xasay yenidən məktəbə qəbul edilmişdi. Kamil isə onu bir an gözdən qoymur, onu dərsə, məktəbə maraqlandırmaq üçün hər şərait hazırlamışdı. Kamil müəllimi ancaq Xasayın ailə həyatı düşündürürdü. O, bilirdi ki, Xasayın ailə həyatında yeniliyə və yaxşılığa doğru bir dəyişiklik olmasa, istedadına güvəndiyi Xasayı istədiyi kimi bir vətəndaş yetişdirə bilməyəcək. Halbuki Xasaydan gələcəkdə çox şeylər gözləyirdi. Bu arzusuna qovuşmaq üçün hər şeydən əvvəl Xasayın anası Badamı tərbiyələndirmək, yeni həyatın bütün şəraiti ilə onu aşna etmək istəyirdi. O indi yalnız bunu düşünür, bunun üçün çarələr axtarırdı.Xasayın pozulmuş əxlaqı hələ tamamilə əvvəlki halına gəlməmişdi. O, yenə sinifdə arabir bəzi qaba hərəkətləri ilə dərsə mane olub müəllimləri və yoldaşlarını incidir, intizamı pozurdu. Qoca müəllim Mirzə Rəhimin şikayətləri yenə başlamışdı. Kamilə arabir şikayətlənib: “Bu nədir, bu xuliqanı yenə nə üçün məktəbə gətirdiniz? Bilmirəm nə üçün bu qədər ona yapışmısınız? Ondan adam olsa mən bu bığlarımı kəsdirərəm” – deyirdi.

Abdulla Şaiq19355 dəq
Sözün qiyməti

NağılVarlı bir tacirini üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?”

Abdulla Şaiq1 dəq
Masama

Ey mənim köhnə masam, köhnə dostum, mən yenə də sənə dirsəklənərək əlimdə qələm çalışıram. Bu dəfə qələmə aldığım mövzu sənsən, ancaq sən!..Qırx ildir ki, sən mənimlə baş-başa verib ədəbi yaradıcılığımda can qoyur, mənimlə bərabər əmək sərf edirsən.

Abdulla Şaiq19462 dəq
VII

Rəcəb Xasaya getdikcə daha çox təsir etməyə çalışırdı. Bir gün Xasay əlində dəyənək bağçanın taxta hasarlığına çırpa-çırpa qaçırdı. Rəcəb bir siçanın quyruğundan tutub gülə-gülə:– Xasay, bura bax, bura bax, siçan tutmuşam – deyə onu çağırdı.

Abdulla Şaiq19352 dəq