Zeynalabdin Marağayi · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Bu şəhərin adamları əksərən xudpəsənddirlər, bəzək-düzək dərdinə giriftar olmuşlar. Hamısı nifaq salmaq qabiliyyətinə malikdir. Birliyin nə kimi xeyirlər verməsindən xəbərləri yoxdur, həmişə bir-birinin ayağından çəkməklə məşğuldurlar. Hər kəs başqasının işini əymək fikrindədir. Bununla xoşhal olurlar ki, bir məsələ üstündə iki adam arasında söz-söhbət və ya düşmənçilik törənsin. Belə olduqda onlar da iki tirə olub, hər dəstə tərəflərdən birinin dövrəsinə toplaşıb, yığıncaqlar edəcək, rüşvətlər alıb verəcəklər. Ortalıqda plovlar yeyiləcək, bu işlər tərəflərdən birinin ayaqdan düşməsinədək davam etdiriləcəkdir. Bu kimi işlərdə barışdırıcılıq məqsədi ilə bir nəfər belə söz danışan tapılmaz. Hamı bir-birindən intiqam almaq fürsəti dalınca gəzir ki, birinin ayağı sürüşən kimi onu tapdalasın. Onların işləri-gücləri bundan ibarətdir. Zəmanənin vəziyyətindən xəbərsizdirlər, nə dünyaları var, nə də axirətləri. Ən böyük arzuları otaqlarının tavanından şaxəli şahnişan çilçıraq asıb onunla öyünmək, özlərini çəkməkdən ibarətdir.Diri ikən ölü, ölü ikən diridirlər.
Sonluq, 2Deməli, məlum olur ki, vətəninə məhəbbəti olan, vətəndaşlarını sevən hər bir adam vətəndaşlarında bir çatışmayan cəhət gördükdə mülayim dillə onlara deyib göstərməlidir. Ola bilsin o sözlərin biri təsir etsin, camaat xoşagəlməyən işlərdən getdikcə əl çəksin, nadanlıq və cəhalətin səmərəsi olan zülm və nadürüstlük aramızdan qaldırılsın, onun yerində düzlük və ədalətin təntənəsi başlansın.Bu günədək ömrünü zalımlara mədh deməklə tələf edən şair və yazıçılarımızın artıq indi vətən eşqi, vətənpərvərlik haqqında əsər yazıb yaratmaq vaxtı gəlib çatmışdır. Bir müddət hər bir müsibətə ağladığımız kimi, qoy bir zaman da vətən mərsiyəsi oxuyub ağlayaq. Ona görə ki, əgər vətənimiz olmasa, bizə heç bir ayin və mərasim icra etməyə icazə verməzlər. O yazıçı və şairlər uzun illər boyu vətənpərvərləri məzəmmət edib həcvə qoyduqları kimi, qoy indi bir müddət də xainlərin əməlini şerlə və nəsrlə pisləsinlər. Uzun illərdir ki, cəhənnəm odundan qurtulmaq üçün ağlayıb yalvarırıq. Gəlin bir az da zülmdən qurtulub, ədalət və insafa nail olmaq haqqında dua edək. Əsrlər boyu həvayi-nəfs üzündən bir-birimizlə düşmənçilik edib, aramıza nifaq salmışıq. Gəlin bir neçə vaxt da bütün xoşbəxtliklərin ilk rəhni olan məhəbbət və qayğı ilə rəftar edək. Burada şah Abbasa nisbət verilən bir məsəli nəql etməyi münasib görürəm. Deyirlər cənnətməkan şah Abbas Səfəvi at üstündə bir yerə gedirdi. O dövrün məşhur alimlərindən zatı pak olan Mir Məhəmmədbağır Damad və yüksək məqamlı Şeyx Bəhaüddin Amili də şahı müşayiət edirdilər. Şah Abbas o iki möhtərəm alimi sınayıb, aralarında rəqabət və paxıllıq olub- olmadığını yoxlamaq istədi. Mərhum Seyidin atı çox atılıb düşür, oynayırdı. Şah Abbas Şeyxin qulağına yavaşca dedi: "Seyidin atı çox oynaqdır, belə atlar alimlərin şəninə uyğun deyil". Şeyx ərz elədi ki, "At öz minənini tanıyıb bilir ki, nə qədər alim və böyük adamdır. Ona görə ona nəsib olan xoşbəxtlikdən oynayır və buna haqqı da var".
Yusif əminin tərcümeyi-halıNökəriniz Yusif Abdulla oğlu öz tərcümeyi-halını müxtəsər şəkildə bu kitabın oxucularına nağıl edir:Doğulduğum yer Təbrizin rayonlarından olan Tufarqan qəsəbəsidir. Əmim Təbrizdə sakin olduğuna görə, atam məni doqquz yaşımda Təbrizə aparıb hörmətli əmimə tapşırdı ki, məktəbə qoysun. İstəyirdi onun nəzarəti altında dini elmləri öyrənim. Səkkiz il məhəllə məktəbində oxudum, dörd il də mədrəsədə tələbələr sırasında əyləşib sərf-nəhvi öyrəndim.
İbrahim bəyin əhvalatıAilə üzvləri İbrahimdən, onun hörmətli anası və Səkinə adlı on iki yaşlı bacısından ibarət idi. Çərkəz adlı bir qızı da altı yaşında tapıb öz evlərinə gətirmişdilər.Osmanlı və ərəb ölkələrində belə bir qayda vardır ki, bir qızı uşaq yaşlarında alıb tərbiyə edir, sonra da onu öz doğma uşaqları kimi ərə verirlər. Bəziləri də özləri alır və ya uşaqlarına ərə verirlər. Qeyd etdiyimiz qızın da əsil adı məlum deyildi. Ancaq böyük xanım bu qızın adını Məhbubə qoymuşdu. Məhbubə olduqca fərasətli, qabiliyyətli, huşlu bir uşaq idi. Az müddət içərisində çox şey öyrəndi. Dərsini oxuyub başa çatdırandan sonra onu başqa bir məktəbə qoydular, orada aşpazlıq, evdarlıq qaydalarını öyrəndi, həmin məktəbdən də yaraşıqlı çıxdı. Sonra xanım evə bir musiqi müəlliməsi gətirdib ona musiqi öyrətdi. Bu dövrdə dəb olduğu kimi, bu fənni bilmək tərbiyəli qadınlar üçün müəyyən dərəcədə lazım idi.
Yusif əminin yuxusu, 4Ayılandan sonra məni əvvəlkindən daha bərk ağlamaq tutdu. Səhər istədim yuxumu Haciyə xanıma nağıl eləyim. Düşündüm ki, dərdini bir daha təzələrəm, yarasını qoparıb duz səpmiş olaram. Çünki bu kimi sözlər müsibəti yada salır, möhnətin, qəmin, kədərin artmasına səbəb olur.Gün çıxandan sonra qəbiristanlığa tərəf yola düşdüm. Gözlərimdən ürək qanı axıdıb, məzarın torpağını islatdım. Doyunca ağlayandan sonra Mirzə Abbasın evinə gedib yuxumu söyləmək istədim. Gördüm Hacı Təbrizi, Rza xan mazandaranlı da oradadırlar. Dünən Firəngistandan gəlmişdilər. İstəyirdilər Haciyə xanıma başsağlığı vermək üçün bizə gəlsinlər.
İbrahim bəyin işinin sonu və təəssübkeşliyinin nəticəsi, 22بعد رنجوری سه سال اندر عذاب / رفت گر میبینمش آید به خوابز آستین دست محبت برفراز / اندک اندک پرده بالا رفت باز
Şairlərdən seçmələr, 5عارف، جمالالدین اصفهانیاین عمر که از نیمهٔ هشتاد گذشت یادش چه کنی که شاد و ناشاد گذشت
Mikado nitqinin tərcüməsiترجمهٔ نطق اعلیحضرت «میکادو»ایمپراتور ژاپون در اول روز تأسیس مجلس پارلمان، اعلان مشروطیت به ملت خوشعاقبت و ترک استقلال [استبداد] و شمهای از وطنپرستی و جوانمردی ژنرال نوژو در جنگ «پورآرتور» و فدا کردن دو فرزند خود و پاداش مرحمتهای پادشاه جوانبخت که به ملت مشهود فرموده بودند.
Xatəmül-ənbiyanın buyuruqlarından bir neçə kəlməمسلمم پس تصدیق درگه و بیگاه خروش و ولوله آرم چو گفت باید گاهبود مرا هنر و بخت، حسن نیز عیان علیالخصوص خلوصم سمر شده به جهان