Nasirəddin şahın bəd mirası

افسوس، صدهزار افسوس که پس از آن همه سرور و شادی ما مبدل به غم و اندوه گردید!پی آبادِ خود ویران نمودند مهان کم‌خرد؛ آبادی ما

Zeynalabdin Marağayi13 dəq
İbrahim bəyin səyahətnaməsi, 2

Bir dəfə mən İstambuldan xaricə getmişdim. İki aydan sonra qayıtdıqda oğlum dedi ki: "Ata, Misirdən bizə iki nəfər qonaq gəlib, üç gün qaldıqdan sonra İrana getdilər". Dedim: "Adları nə idi?" Dedi: "Sizə bir məktub yazıb kitabxanada mizin üstünə qoyublar". Məktubu tez götürüb oxudum. Məzmunu budur:"Qurbanın olum, müqəddəs Məşhədi ziyarət etmək niyyəti ilə Yusif əmi ilə birlikdə Misirdən İstambula gəlib, mənim ümidgahım olan evinizdə qaldıq. Çox təəssüf ki, sizi görmək şərəfi bizə qismət olmadı. Ancaq üç gün sizin ev adamlarına zəhmət verib, dördüncü gün Batum yolu ilə Xorasana tərəf hərəkət etdik. Sağ-salamat məqsədə çatsaq, sizin əvəzinizdən də ziyarət edəcəyik. İşdir, ölüm-itim olsa, onda gərək boynumda olan dostluq borcunu halal edəsiniz. Sizin kitabların arasında bir cild "Kitabi-Əhməd" görüb, götürdüm, yolda onu oxumaqla vaxtımı keçirmək istədim. Hərçənd ki, onun müəllifi bir sıra mühüm mətləblərə toxunub, həm də alim və kamil adama oxşayır, amma İranın vəziyyəti barəsində eyham və işarə ilə bir para şeylər yazıbdır. Görünür, ya İrandan xəbərsizdir, ya da yanılıbdır. Əgər belə deyilsə, onda bizlərdən deyil.

Zeynalabdin Marağayi8 dəq
Səyahətnamənin mətni, 2

“Qorxma,” -- dedim, -- “bizim bir neçə köynək-tumandan savayı bir şeyimiz yoxdur. Nə tacirik, nə də sərraf.”Ancaq xidmətçinin bu haləti məni həm təəccübləndirdi, həm də ona gülməyim tutdu. Nə isə, mehmanxanadan çıxıb dəniz kənarına getdik. Hər tərəfə baxdım, yenə də Batumda olduğu kimi, həmvilayətlərimizi gördüm. Dəstə-dəstə özlərini günə verib bitlənirdilər. Bizdən bir qədər aralı bir dəstə adam toplaşdı. Səs-küy ucaldı. Birini döyüb ucadan deyirdilər: "Bu köpəkoğlu həmşərini vurun!"[3]. Çatan o adamı döyürdü. Mən camaatdan soruşdum ki, bunun günahı nədir, nəçidir və nə üçün döyülür? Dedilər iranlıdır, özü də muzdurdur. Sahibi Bakı əhalisindən olan bir müsəlmanın gəmisində işləyir. Onu vuranlar da gəmi muzdurlarıdır. Özləri də bu şəhərin əhalisindəndirlər.

Zeynalabdin Marağayi15 dəq
Səyahətnamənin mətni, 3

“Gəl mənim sözümə qulaq as, elə gəldiyimiz yolla Misirə qayıdaq,” -- dedi. -- “Mən sizin xasiyyətinizə yaxşı bələdəm. Bu ölkədə hər gün bir xoşagəlməyən hadisəyə rast gəlib, qüssə eləyirsən. Qorxuram, allah eləməmiş, xəstələnib eləyəsən. Onda mən sənin anana nə cavab verərəm? İranın bir hissəsini gördünüz. Tehran da Xorasanın tayıdır. "Bir ovuc bir xalvarın nümunəsidir" demişlər. "İlin yaxşı-pisi yazından bəllənər". Tehranda sənin könlünü açan bir şey görməyəcəksən.”Mən Yusif əminin xahişini rədd etdim:

Zeynalabdin Marağayi13 dəq
Səyahətnamənin mətni, 4

Xülasə, Damğandan da köçüb, neçə gündən sonra Bəstamın Şahrud şəhərinə çatdıq. Hacı Hüseyn cilovdar dedi:“İki gün burada qalacağıq. Ancaq sizə gərək bağda çadır quram, orada qalasınız; çünki bu şəhərdə gənə var, qərib adamları sancanda bərk azarlayırlar.”

Zeynalabdin Marağayi10 dəq
Səyahətnamənin mətni, 9

Günün batmasına yarım saat qalmış möhtərəm cənab rəsmi geyimlə qapıdan içəri girdi.“Bağışlayın, vaxt azdır, namazımı qılım gəlim,” -- dedi və getdi. Azan səsi təzəcə ucalmışdı ki, yenidən qayıtdı. Rəsmi geyimini dəyişmişdi. Ağ tirmədən tikilmiş gözəl paltar geymişdi. Salam verdi. Yerimdən qalxıb əlindən öpdüm. O da mənim alnımdan öpüb əyləşdi. Buyurdu:

Zeynalabdin Marağayi13 dəq
Səyahətnamənin mətni, 12

Seyidə dedim:“Ay ağa, iranlılardan İstambulda iki nəfər tanıyıram. Onların ikisinin də adı uzun illər boyu iranlıların yadından çıxmayacaq. Birinə həmişə rəhmət oxuyacaqlar; o birisinə isə daim lənət deyəcəklər. İstambulda olan heç bir iranlıdan eşitmədim ki, mərhum Mirzə Hüseyn xan Müşirüddövlənin adı çəkiləndə onun ruhuna rəhmət oxunmasın. Eləcə də elə bir adam görmədim ki, Mirzə Nəcəfəli xanın adını söyləyəndə əvvəlcə ona bir lənət göndərməsin. Halbuki onların ikisi də ölmüşlər. Yaxşılıqla pisliyin səmərəsi bundan başqa bir şey ola bilməz. Bəsirət sahibləri bundan ibrət almalıdırlar.”

Zeynalabdin Marağayi13 dəq
Ərdəbil səyahətinin icmalı

Bu vilayətdə əhalinin başı mollabazlığa qarışıbdır. Hər dükanda, hər evdə söhbət filan müctəhiddən, filan şeyxülislamdan və ya pişnəmazdan gedir. Bəziləri də camışların döyüşdürülməsi haqqında söhbətlərlə günlərini keçirirlər. Biri deyir: "Ağanın camışı ona görə basıldı ki, kəllə vuranda gün üzünə düşürdü". Söhbətlər bu minvaldadır. Dünya və axirətdən tamamilə xəbərsizdirlər. Ümumi sərvəti artırmağın xeyrindən, təsərrüfat elmi və vətənpərvərlikdən büsbütün qafildirlər.Ölmüşlər, amma diridirlər. Diridirlər, amma ölmüşlər.

Zeynalabdin Marağayi10 dəq
Marağa səyahətinin icmalı

Bu yerin də vəziyyəti xülasə şəkildə qeyd olundu.Deməli, İranda "haraya getsən göyü eyni rəngdə görərsən!" Heç bir yerdə ticarətin tərəqqisindən, məmləkətin və millətin xeyrinə olan işlərin əncamı üçün əlbir olmaqdan, həmvətənlərə və vətənə sevgidən iz-əsər yoxdur. Bu şəhərin də sakinləri varlısından tutmuş yoxsulunadək, güclüsündən tutmuş zəifinədək tərəqqi və mədəniyyət aləmindən xəbərsizdirlər.

Zeynalabdin Marağayi9 dəq
Marağa səyahətinin icmalı, 2

Əlqərəz, gəmi adaya doğru üzməyə başladı. Gün batana yaxın adanın sahilinə gəlib çatdıq. Gəminin içindəki qoyunları burada boşaltdılar. Yenə də gəmi öz yoluna davam etdi. Şamımızı yeyib yatdıq. Səhər yuxudan duranda özümüzü dənizin o biri sahilində, Urmu şəhərinin yaxınlığında gördük. Tez durub gəmidən düşdük. Buradan şəhərədək iki ağac yol var.Dayanmadan iki ulaq kirayə edib, şəhərə tərəf yollandıq. İki saat yol getdikdən sonra şəhərə çatıb, "Gülşən" adlı karvansarada mənzil tutduq. O gün heç yerə getmədik. Nahardan sonra Yusif əmi dedi:

Zeynalabdin Marağayi15 dəq
Marağa səyahətinin icmalı, 3

Sabahısı gün şəhəri gəzmək üçün bazara çıxdıq. Yusif əmi karvansaranın yanındakı corabçı dükanını gördükdə dedi:“Corabım yoxdur, buradan iki cüt corab almaq istəyirəm.”

Zeynalabdin Marağayi7 dəq
Urmu səyahətinin icmalı

Sabahısı gün Təbrizi səyahət etməyə hazırlaşdıq. Gedib at kirə eləmək istədik. Çarvadar dedi ki, gərək dörd gün də səbr eləyəsiniz, on beş nəfər də başqa müsafir var, birlikdə gedərik. Əlacsızlıq üzündən beh verib qayıtdıq. Vəd edilmiş gün gəlib çıxdı. İki baş qatır gətirmişdi. Yüklərimizi çatıb, Təbrizə yola düşdük. Amma karvanımız yollarda çox ləngiyirdi. Səkkiz gün yol getdikdən sonra doqquzuncu gün Təbrizə varid olduq. Yolda yazılası bir şeyə rast gəlmədik. Amma Təbrizə çatdıqda şəhərdəki vəziyyətin bir qədər dəhşətli olması nəzərə çarpırdı. Karvanın içərisində də bir səs-küy qopdu. Bizimlə gələn urmululardan biri dedi:“Deyəsən bu gün şəhərdə böyük bir hadisə üz vermişdir. Çünki bu məhəllələrdəki dükanların hamısı bağlanmışdır. Elə mühüm bir hadisə üz verdiyi üçün də küçələrdə get-gəl yoxdur.”

Zeynalabdin Marağayi8 dəq
Təbriz səyahətinin icmalı, 2

Gördüm doğru deyir, axırda bu iş onun dediyi kimi qurtaracaq. Əlacsız qalıb, çapara işarə ilə bildirdim ki, vasitəçilik eləyib, bizim yaxamızı quldurların əlindən qurtarsın. Çapar da təcrübəli, bərkə-boşa düşmüş adam olduğundan mənim işarəmi başa düşüb irəli gəldi. Əvvəlcə bizim qabağımızı kəsən seyidin üstünə çımxırıb dedi:“Ağa, bizi bundan artıq məəttəl eləməyin, bizim işimiz var. Gərək müəyyən saatın başında mənzilə çataq.”

Zeynalabdin Marağayi7 dəq
Təbriz səyahətinin icmalı, 3

Nə isə, yenə də mətləbdən uzaq düşdük. Bu söhbətlər qurtarmamışdı ki, Mərənd qəsəbəsi uzaqdan göründü. Biz atları mahmızlayıb, bir saatdan sonra Mərəndə çatdıq. Çaparxanada atlardan düşdük. Çapar dedi:Belə məlum olur ki, bir neçə saat burada məəttəlçiliyimiz olacaq. Çünki burada çapar get-gəli çoxdur. Bir tərəfdən Ərvənq Ənzaba, o biri tərəfdən Təbrizə, Culfa sərhəddinə gedib-gələn müsafirlərin sayı çoxdur. Buna görə də çaparxanada hazır at təsadüfdən-təsadüfə tapılır.

Zeynalabdin Marağayi10 dəq
Təbriz səyahətinin icmalı, 4

Bəli, Mərənddən də çıxdıq. Sabahısı gün ikindi çağı Araz kənarına çatıb, ayağımızı üzəngidən çıxardıq. Bir nəfər qarşımızda dayanıb amiranə dedi:“Xan sizi çağırır!”

Zeynalabdin Marağayi8 dəq
Təbriz səyahətinin icmalı, 5

Səyahətimin nəticəsi bundan ibarətdir ki, gəzdiyim İran ölkəsinin heç bir şəhərində məni sevindirə biləcək tərəqqi əsəri və ya mədəniyyətə təşəbbüs görmədim. Ticarətdə, kənd təsərrüfatında babalarından nə qalıbsa, onunla kifayətlənirlər. Təəccüblü burasıdır ki, ata- babalarının məişət tərzini olduğu kimi qoruyub saxladıqlarına fəxr edirlər. Ancaq məsrəfsiz bəzək-düzəyi evlərində artırmaq sahəsində o dərəcədə irəliləyiblər ki, ata-babaları bu vəziyyəti heç yuxuda da görməmişdilər. Bunların ata-babaları əziz vətənin istehsal etdiyi iki yüz tümənlik mis qabla böyük bir ailənin yüz illik ehtiyacını ödəyir, axırda da bu qabların qiymətindən heç bir şey azalmırdı. İndi isə bunlar iki yüz tümənə bir çilçıraq alıb, otaqlarının tavanından asıblar. O da qırılıb bircə dəfə yerə düşməklə sahibinin qışqırıb "vay" deməsindən başqa bir əsər qalmır. Aydındır ki, bu kimi şeylər onların babalarının heç xəyalından belə keçməmişdir.Əksəriyyəti mülkədar olan bu camaatdan bircə nəfəri də belə bir xəyala düşməmişdir ki, qonşu ölkədən nümunə üçün bir xırmandöyən maşını və ya biçin maşını, ya da buğdatəmizləyən maşını alıb öz kəndlərində, tarlalarında işə salsın, beləliklə də onun məziyyətlərini öz gözləri ilə görsün. Bu ölkədə başdan-başa bütün böyük şəhərlərindən tutmuş qəsəbə və kəndlərinədək bircə dənə ağzından tüstü çıxan maşın və ya fabrik kürəsi görünmür. Heç yandan dəmiryol qatarının gəlməsi və ya çıxmasını xəbər verən fit səsi eşidilmir. Heç bir şəhərdə dövlət idarəsi naminə əzəmətli, uca imarət görmək mümkün deyil. Dövlət xəstəxanasından, məktəbindən heç bir yerdə əlamət yoxdur. Heç bir şəhərində tərəqqi və mədəniyyət nişanından olan kompani bank görünmür. Heç kəs məscidlərin vəziyyəti haqqında düşünmür. Səfəvi şahları və keçmiş dövrlərin başqa məşhur adamlarının qəbirləri bütünlüklə xarab olub dağılmışdır. Məmləkətin və millətin tərəqqisi uğrunda böyük zəhmətləri və xidmətləri olan mərhum naibüssəltənə Abbas Mirzə və mərhum Mirzə Təqixan əmir kəbir haqqında xələflərin qədir bilməsini andıran bir söz belə dillərimə gətirmirlər. Nə yaxşıları rəhmətlə yad edir, nə də pisləri lənətlə xatırlayırlar.

Zeynalabdin Marağayi10 dəq
Təbriz səyahətinin icmalı, 6

Nə isə, mətləbdən uzaq düşdük. Bütün millətlərin alimlərinin təsdiq etdiyinə görə, iranlılar fərasətli, huşlu-başlıdırlar, onlar hər cür tərəqqi və mədəniyyət qabiliyyətinə malikdirlər. Düzgün tərbiyə olunsalar öz vətənlərinə parlaq xidmətlər edə bilərlər. Bu iddianı sübuta yetirmək üçün çoxlu aydın dəlillər gətirmək olar. Birincisi budur ki, müasir elm və sənətdən məhrum qalmalarına baxmayaraq, iranlıların öz fikri, xəyalı və mahir əllərinin məhsulu olan bir para əmtəələri dost-düşməni heyran qoyub, onların tərifini qazanmışdır. Əgər bu nəcib millət müasir elmi və sənəti də mənimsəyə bilsə, şübhəsiz ki, yer üzünün mədəni xalqlarından biri olar. Elm təhsilində də vəziyyət eynidir. Rusiya, Fransa, İngiltərəyə gedib, məktəblərə daxil olmuş İran əsilzadələri o ölkələrdə biganə olmalarına, qürbət çətinliklərinə baxmayaraq, dərs oxumaqda yerlilərin özündən qabağa keçmişlər. Oxucular soruşacaqlar ki, bəs bu qədər fitri istedadlı iranlıların hər şeydə başqalarından geridə qalmasının səbəbi nədir? Onun səbəbi məlumdur -- mürəbbinin olmaması, tərbiyəçinin olmamasıdır. Bəlli olduğu kimi, tam bir əsrdən bəridir ki, İran hökuməti dəstgahında elmə, sənətə etina edən yoxdur. Bir adamın elm və sənətdə yüksək məqamlara çatması üçün ya gərək varlı-karlı himayəçiləri, ya da çoxlu pulu olsun. Bu iki vəsilədən məhrum olduqda elmdə, sənətdə, bacarıqda öz dövrünün Asəfi olsa belə heç kəs ona etina etməyəcək. Yüksək məqamlara çatmaq üçün üçüncü yol da var. Ancaq biz onu yazmaqdan utandıq. Əgər bir şəxsin bu üç vasitədən biri olmasa gərək yoluxucu xəstəliklərə tutulmuş azarlılar kimi öz evində oturub qapını üzünə bağlasın. Çünki hünər və fəzilət işə keçməz. Atanın fəziləti və şöhrətindən, əlbəttə, oğula bir pay çatar, elə o da kifayət edər. Bir yerdə ki, sipəhsalarlıq qılıncını on dörd yaşında bir uşağın belinə bağlayalar, özünə də haman yüksək adı verələr, o məmləkətdə istedada arxalanıb tərəqqi etməyə daha necə ümid bağlamaq olar? On dörd yaşlı adamın zati istedadı olarsa, hərbi nazirliyə çatması üçün qırx illik son dərəcə çətin, ağır, yoxuşlu yol var. Hər şeydən əvvəl gərək həmin şəxs məşhur hərbi məktəblərdən birində dərs oxuyub oranın fərqlənmə diplomunu alsın, sonra hərbi rütbənin ilk dərəcəsindən başlayıb göstərdiyi parlaq xidmətlərinə görə sərhəng, sərtib, mirpənc, əmirtumanlıq rütbələrinə çatsın. Elə ki, dövlət və millətə sədaqətdə, bacarıqda, şücaətdə öz tay-tuşlarından irəli keçdi, bəlkə də o yüksək məqama çata bilər. Ancaq belə olarsa o şərəfli ünvana layiq ola bilər. Hərgah mənsəblər və rütbələr bu yolla verilsə idi, onda xalq yüksək dövlət məqamlarına çatmaq ümidi ilə həmin hüquqa malik olmaq üçün elmləri və fənləri təhsil etmək dalınca gedərdi. Onda bütün işlər də öz qaydasında olub tərtibə düşərdi. Dövlətin iqtidarı, nüfuzu artıq olardı. Millət də başıucalıqla, şərəflə yaşayardı. Məmləkət də abad olardı. Bugünkü pərişanlıqdan, xarlıqdan iz-əsər qalmazdı. Ən böyük hünəri özünə tabe olan məmurların maaşını mənimsəmək və qoşunun miqdarını azaldıb hərbçilərin geyimindən, yeməyindən, sursatından kəsib oğurlamaqdan ibarət olan bugünkü hərbi nazirin belindəki qılıncı açıb, hərbi paltarını əynindən çıxarsalar onda heç bir hünər və fəzilət qalmaz. Ona görə ki, onda nə varsa qondarmadır. Bircə sözlə bu qədər rütbənin sahibi olubdur. Elə bircə sözlə də onun hamısını itirə bilər. Tarix haqqı və ləyaqəti olmadan yüksək məqamlara çatmış bu kimi adamların müqəddəratını çox gözəl göstərir. Bərmək övladının sərgüzəşti göz qabağındadır. Cəfər Bərməki yaşadığı dövrdə ölkənin xəzinəsindən otuz milyon qızıl bağışlamışdı. Ancaq bircə günün ərzində şahın könlü ondan dönən kimi otuz şahılıq neft ilə qamış onun və ona yaxın adamların həyat xırmanına od vurdu. Uşaqları və arvadı uzun müddət ac, sərgərdan qaldılar. Belə bir yersiz bağışlamaların ardınca belə bir ağır cəza gəldi. Bunların ikisi də qanun-qaydadan uzaq idi. Hamıdan təəccüblüsü budur ki, hal-hazırda İranda hər bir vəziri mədh etmək istədikdə deyirlər səxavətdə Hatəm Taiyə oxşayır. Əgər bir vəziri pisləmək istəsələr, deyirlər yaxşı adamdır, ancaq bir az xəsisdir. Heyf ki, xəsislik bu kişinin yüksək adını alçaltmışdır. Dürüst diqqət yetirdikdə məlum olur ki, birincinin yaxşı cəhətləri camaatdan zorla, nahaq yerə almaq, riyakarlıq və israfla başqalarına bağışlamaqdan ibarətdir. İkinci vəzirin eybi də ondan ibarətdir ki, nə zülm ilə alır, nə də yersiz israfla bağışlayır. Bunların ikisinin arasındakı fərqi uzaqgörən alimlər özləri yaxşı təyin edə bilərlər.Xülasə, ticarətin, alverçilərin, təbəələrin vəziyyəti qısa şəkildə deyildi. Məmləkət başçılarının əhvalı da xülasə şəkildə bundan ibarətdir: İranda elə bir sədr-əzəm yoxdur ki, sabah bütün məqamları və rütbələrinin əlindən alınmayacağına əmin olsun. Eləcə də, şahın sarayında elə bir qapıçı yoxdur ki, hər gecə sədr-əzəmlik yuxusu görməsin. Hamısı ləqəb almaq, dalınca gedən atlıların sayını artırmaq, nökər-naiblərini çoxaltmaq, cah-calalını yüksəltmək fikrindədirlər. O şey ki, onların heç xəyalına belə gəlməz vətənin qüdsiyyəti, məmləkətin abadlığı, gələcək nəsillərin istiqbalını təmin etmək, dövlətin iqtidarı və tərəqqisi üçün lazım olan amilləri hazırlamaq məsələləridir. "Çoxları qəflət yuxusuna dalmış, ancaq öləndə ayılırlar".

Zeynalabdin Marağayi14 dəq
Təbriz səyahətinin icmalı, 7

Batumda dörd gün işsiz oturub gəminin gəlməsini gözləməli olduğuma görə bu neçə kəlməni də, səyahətnamənin mövzusundan kənar olsa da, onun axırında yazmaq istədim. Əsas məqsəd həmvətənlərimi müasir elmləri təhsil etməyə yönəltmək olduğuna görə bu müxtəsər nəsihətnamə də mənfəətsiz olmaz.Mənim gördüyümə görə, İranda hər bir kəs hansı təbəqə və zümrədən olur-olsun, hər bir mənsəb, ləqəb və vilayət hakimliyini pulla ala bilər. Bu işin müəyyən çətinlikləri varsa, o da peşkəş, hədiyyə ünvanı ilə verilən pulun az-çoxluğundan asılıdır. Bu sözə hər kəs etiraz edərsə, günəşi palçıqla örtmək kimi faydasız bir iş görmüş olar. Bu məsələlər o qədər aydındır ki, onu heç kəs dana bilməz. Amma İranda yalnız bircə iş və vəzifə vardır ki, bu ümumi qaydadan kənardır. O yeri heç kəs pulla, rüşvətlə, peşkəşlə ala bilməz. Çünki o yeri tutmaq üçün elm lazımdır. Elə buna görə də həmin vəzifə elmin bərəkətindən hünərsiz pulluların hər cür təcavüzündən kənarda qalmışdır. Əgər siz həmin vəzifəni tapa bilmədinizsə, mən sizə onu göstərərəm. Bu vəzifə İran teleqrafxanalarındakı qulluqdan ibarətdir. Orada işləmək üçün həmin işi bilmək lazımdır. İranda bircə gün ərzində on nazir və ya sərtib, sərhəng və hətta ondan yuxarı olan hərbi vəzifəli adamlardan beş yüz nəfər öz işindən geri çəkilərsə, həmin gün axşamadək hamısının yeri dolar. Amma teleqrafxana məmurları bu gün birdən-birə işləməsələr, rabitə işləri tamamilə pozular, ölkədə böyük bir hərcmərclik yaranar. Ona görə ki, teleqraf fənnindən hər adamın xəbəri yoxdur. Halbuki, xarici ölkələrdə bu fənni hər bir məktəbli uşaq da öyrənə bilir. Bu fənn ən asan fənlərdən biridir. Ona heç əhəmiyyət verən də yoxdur. Beləliklə də, elmin və biliyin yüksək məqamını buradan dərk etmək olar. Bu işi bilməyən adam yüz min tümən peşkəş versə də teleqrafçının yerini ona tapşıra bilməzlər. Elmin şərəfi və hörməti o qədər yüksəkdir ki, onu göstərmək üçün bu kimi dəlillərə heç ehtiyac yoxdur. Vətənin məktəbləri, bildiyimiz kimi, yenidən qurulsa, vətən övladı müasir elmləri və fənləri lazımınca kəsb etsə, onda daha özlərinin və balalarının ehtiyacını təmin etmək üçün yalan danışmağa məcbur olmaz, yaxud başqasının zərərinə razı olmaz, öz dövlətinə, millətinə, vətəninə xəyanət etməz. Şərq ölkələrində yaşayanların inandıqları mövhum kimya əslində elə elmin bir hissəsidir. Məlum olduğu kimi, həmin mövhum kimya İranda çoxlu varlı-karlı evləri yıxmışdır. Özlərini kimyagər adlandıran bir çox fırıldaqçı, şarlatan dünyanın başqa yerlərində elmin bərəkətindən onların kələyinə uyan olmadığı üçün İrana gəlib xalqın cəhalətindən istifadə etməklə camaatın evini yıxır. Bir çox möhtərəm şəxsləri məcbur edirlər ki, axşamdan səhərədək görük basıb kürəni isti saxlasınlar. Onlar öz arvad-uşağının yanında oturmaq ləzzətindən məhrum olmaqla bərabər həmin yoluxucu xəstəliyi xələflərinə də miras qoyub gediblər. Mən İranda bir çox böyük, mötəbər evlərin kimya oduna yaxılıb bir ovuc külə döndüyünü öz gözümlə görmüşəm. Əgər bir şəxsin müasir elm və fənlərdən xəbəri olsa bilər ki, bir şeyin mahiyyətini dəyişdirmək mümkün deyil. Bir şeyin zahiri rənginin dəyişilməsi onun mahiyyətinin dəyişməsi demək deyil.

Zeynalabdin Marağayi13 dəq
Təbriz səyahətinin icmalı, 8

Allaha yalvarıb ondan iltimas edirəm ki, "möhtərəm cənabın" mənə Tehranda vəd etdiyi səadətli günləri öz gözümlə görəm. O səadətin ələ gəlməsinin ilk şərti məmləkətin nazirləri və başçıları arasında birliyin yaranmasıdır. Onlar mərdliklə qərara gəlib xüsusi qərəzləri könüllərinin lövhəsindən bir dəfəlik silib kənara tullasalar, əl-ələ verib vətəndə olan nöqsanları aradan qaldırarlar. Onlar vətənə xidmət etməkdə, eləcə də dövlətpərəstlikdə gərək sair dövlətlərin nazirləri kimi olsunlar".Mən bu xəyallarla əlbəyaxa ikən birdən Yusif əmi sözə başlayıb dedi:

Zeynalabdin Marağayi13 dəq
Sonluq

Bu səyahətnamənin çap olunması imkanını mənə nəsib etmiş olan allah şükr, olsun ki, vətən eşqi uğrunda ağır zəhmətlərə, məşəqqətlərə qatlaşan bu hörmətli başıbəlalı səyyahın yüksək adını ruzigarın lövhəsində yadigar qoymağa müvəffəq oldum.Müqəddimədə ərz olduğu kimi, böyük zəhmət və məxaric istəyən bu səyahətnamənin nəşri xüsusi qazanc üçün olmamışdır. Mən öz fikrimcə bu işi bir növ vətənpərvərlik, millətpərvərlik, dövlətpərəstlik kimi hesab edib, onun bütün zəhmət və məxaricini könüllü olaraq öz öhdəmə götürdüm. Qoy hörmətli oxucular onun mündəricəsinə insaf gözü ilə baxsınlar, vətənin eybləri və nöqsanlarını aradan qaldırmaq üçün hümmət göstərsinlər. Bəlkə də onların birliyi və uca hümməti nəticəsində getdikcə bütün fəsadlarımız aradan qaldırıla, hər bir sahədə islahat başlana.

Zeynalabdin Marağayi11 dəq
Əlavə

این بنده یکی از ابنای آن خاک مبارک‌ام که پریشانی او دل هر وطن‌پرست غیرتمند را پریشان داشته و هر بیچاره در چارهٔ آن پریشانی در بحر تفکر فرو مانده است. امروز به جهت انجام دادن این کار شخصی خود داخل مطبعهٔ... شدم. از قضا آن‌وقت این «سیاحتنامهٔ ابراهیم‌بیگ یا بلای تعصب او» در روی دستگاه بود که طبع می‌کردند. آن جزوهٔ مطبوع را برداشته مطالعه نمودم. در حقیقت چندان متأثر شدم که درجهٔ آن معلوم نیست. واقعاً آنان‌که اندکی محبت وطن در دل دارند خواهند دانست که این جوان غیرتمند به سبب حب وطن و ملت‌پرستی چه‌ها کشیده و از جهال وطن چه طعن‌ها دیده و چه ناملایمات شنیده است، که صدمه به عقل و شعورش وارد آمده در حالتی که هوشیار و فرزانه بر آن‌جا داخل شده بود بیهوش و دیوانه برگشته است. آتش عشق معشوق او -که ایرانش نام است- چگونه خرمن هوش و خرد آن جوان آزاده را سوخته و برباد داده است که از هستی خود خبر ندارد. بیچاره هر چه نوشته و گفته است خالی از هر گونه اغراق و مبالغه است. اگر به دیدهٔ انصاف بنگری، آن‌چه از ناملایمات دیده اندکی از بسیار آن را ننوشته است. معایبی که بعض بزرگان این مملکت بدبخت مرتکب‌اند به گفتن و نوشتن تمام نتواند شد.معایبش نتوان گفت از هزار یکی از آن‌چه ذکر شد صدهزار چندان است

Zeynalabdin Marağayi15 dəq
Əlavə, 4

مقصود دولت انگلیس در این مدت بلاشک منحصر به تصرف سواحل هند بوده است. اما از آن‌جایی که تسخیر هر ملک، ملک دیگر را لازم دارد دولت انگلیس هم به اقتضای این تسلسل پولیتیک دولتی لابد بوده است که به تدریج کل ممالک هند را مسخر کند. تصرف مدرس، تصرف کلکته، اسباب تصرف بنگاله و بنگاله موجب تصرف دکن شد. حفظ این ممالک انگلیسان را به دهلی آورد. فقط دهنی تصرف افغانستان را لازم ساخت. شکست کابل مقتضی فتح حیدرآباد سند، فتح حیدرآباد سند موجب شکست و انقراض حکومت پنجاب شد. «لاهور» بدون ضبط «پیشاور» ممکن نبود. وضع این سرحدات استقلال هرات را لازم ساخت و حال استقلال هرات غصب سیستان را لازم دارد. هیچ شکی نیست همان لزومی که انگلیسان را برخلاف میل ایشان از میان چند دولت مستقل گذرانده و از کلکته به هرات آورده، حکماً ایشان را از سیستان نیز پیشتر خواهد برد. این بسط استیلای انگلیس از شرایط جبری استیلای مزبور است.آن سفیر نامی انگلیس -که در کابل کشته شد- می‌گوید: «استیلای انگلیس مثل آن دایره‌ای است که در میان یک حوض بزرگ به واسطهٔ یک ضرب خارجی بر روی آب احداث می‌شود. دایرهٔ مزبوره متصل بسط می‌یابد تا آخر از شدت بسط محو می‌شود. پس استیلای انگلیس هم ناچار باید متصل وسعت بیابد تا آخر از شدت وسعت از روی زمین محو بشود.»

Zeynalabdin Marağayi13 dəq
Əlavə, 5

نقشهٔ دولت روس در باب سفر هند خیلی مضبوط است. طرح‌های متعدد و مفصل در خصوص آن لشکرکشی در میان هست که حرکت لشکریان از کدام راه باشد و سرداران لشکر در اثنای راه چگونه حرکت کنند، سرمشق‌های کافی ترتیب داده شده است. من در این‌جا فقط به اشارهٔ این اقوال مختصراً اکتفا می‌نمایم. دولت روس به جهت لشکرکشی هند دو راه دارد: یکی از ترکستان و یکی دیگر از ایران. اگرچه تا امروز دولت روس از هر دو این راه بالمساوی پیش رفته است اما آشکارا است که طرح اصلی را از سمت ایران قرار داده است. در این باب هم شروح زیاده نوشته‌اند. من فقط بعض مضامینی را که تعلق به مملکت ایران دارد ذکر می‌کنم:«دولت ایران امروز در دست دولت روس است. دولت روس هر وقت بخواهد می‌تواند حفظ حالت ایران را ضمانت بکند و بعض ممالکی را که از ایران گرفته است پس بدهد و بعض ممالک را نیز وعده نماید و به واسطهٔ یک موافقت باطنی، دولت ایران را بر این وادارد که با کمال میل و صداقت مقوی مقاصد روس باشد. دولت ایران، بعد از سلطنت نادر شاه، به یک حالت ضعیفی افتاد که گویا نتواند دیگر از این حالت ذلت بیرون بیاید، ولکن با این همه ضعف عارضی می‌تواند به واسطهٔ وضع طبیعی ممالک خود، در مسئلهٔ شرقی، یک مدعی بزرگ واقع بشود. در تغییرات خریطهٔ شرق، دولت ایران قسمت عظیم دارد. این عِظَم دولت ایران حاصل حالت طبیعی آن است و هیچ دخلی به قدرت دولت ندارد. در آن ترازویی که یک روزی باید سرنوشت انگلیس و روس کشیده شود، دولت ایران می‌تواند که وزن عظیمی به میان بیندازد. هیچ شکی نیست که هرگاه از جانب روس به دولت ایران تکلیف سفر هند شود، کل اهالی ایران با کمال میل همراهی خواهند کرد. غنایم هندوستان و یادگار نادرشاه و خیال ضعف انگلیس در هند، اسباب تحریک ایرانیان خواهد شد. در خاک ایران، مایه و اسباب این سفر و وسایل قدرت آن به خوب‌ترین وجهی مهیاست؛ ولی اولیای دولت این ملک چندان شعور و قوه ندارند که از مایه و اسباب طبیعیهٔ ممالک خودشان لازمهٔ فواید و منافع را حاصل نمایند. اما هرگاه این دولت به تصرف روس بیفتد یا با دولت روس یک اتفاق صمیمی داشته باشد، دولت مشارالیها می‌تواند از ایران از شصت تا هفتاد هزار لشکر آمادهٔ این سفر کند. معلوم است که این لشکر در زیر فرمان صاحب‌منصبان کارآگاه روس خیلی بهتر از سایر عساکر کار خواهند کرد. علاوه بر این عساکر منتظمه، دولت ایران دو برابر آن عساکر غیرمنتظمه نیز همراه این اردو تواند نمود. امروز، بقای دولت ایران بسته به سنگینی حرکات دولت روس است و هیچ مدخلیتی به قدرت دولت ندارد.

Zeynalabdin Marağayi13 dəq
Dibaçə

Əlqərəz, İbrahim bəyin səyahatnaməsinin möhtərəm oxucuları onun işinin aqibəti intizarındadırlar. Vətənpərvərlər o vətən vurğunu olan qeyrətli cavanın vəziyyətindən xəbərdar olmaq üçün hər yandan məktublar yazıb, peyğamlar göndərərək soruşdular ki, pərdə düşdükdən və yanğın söndürüldükdən sonra o ürəyi yanıqlı vətən didərgini otaqdan bayıra çıxarıldıqda öldümü, xəstələndimi və ya səlamət qurtardı? Onun əli mehriban anasının əlinə çatdımı?Təəssüb çəkməyin nə ilə nəticələndiyi, ölən günə kimi nə kimi müsibətlərə düçar olması hamıya aydın olsun deyə o qeyrətli cavanın taleyinin sonunu Yusif əminin yazıb qeydə almasına baxmayaraq, bir para mülahizələrə görə, o nakam vətənpərvərin sərgüzəştinin çap və nəşr etdirilməsindən sərf-nəzər olunmuşdu. Fəqət vətənpərvərlər həddindən artıq israr edib, o başıbəlalı, qeyrətli cavanın işinin aqibətindən xəbərdar olmaq arzusunda olaraq onun nəşrini təkidlə xahiş etdilər. Hətta millətini sevən vətənpərvərlərdən biri iki yüz tümən pul göndərdi; əsərin çap olunmasına iqdam edildikdə səkkiz yüz tümən də göndərəcək idi. Bu o deməkdir ki, o, vətən yolunda, yəni bu qeyrətli cavanın başına gələn macəranın nəşr etdirilməsi yolunda min tümən xərcləməyə hazırdır.

Zeynalabdin Marağayi13 dəq
Xatimə, 4

بازگو از نجد و از یاران نجددر خاتمهٔ جلد اول این سیاحتنامه، بنا به قول یک از دانشمندان وطن، مقاله‌ای به عنوان «پولیتیک ایران چیست؟ کشتی دولت به کجا می‌رود؟ و خیالات دو همسایه که عبارت از پلنگ صحرا و نهنگ دریا باشند چه چیز است؟ و اصل و لُبِّ پولیتیک ایران در چه نقطه است؟» به تفصیل نگارش یافته.

Zeynalabdin Marağayi10 dəq
Üçüncü cildin müqəddiməsi

Qələmi ələ alıb, İbrahim bəyin "Səyahətnamə"sinin üçüncü cildini başlamaq istəyirəm. Lakin fikrim elə pərişandır ki, iki kəlmə mühüm mətləb yazmaq iqtidarında deyiləm. Bilmirəm mətləbi haradan başlayım, necə bəyan eləyim. Qələmim qurudu, barmağım od tutub yandı, daha nə yazım? Yazılmış bir şey qalmamış; nə deyim? Deyilməmiş bir söz qalmamış, kinayə qurtarmışdır, rəmz tükənmişdir, izah aydınlaşmışdır. Heç nə, heç bir şey qalmamışdır. Tarixçi deyiləm ki, tarix yazıb, keçmişdəkilərin əhvalatını qələmə alam, şair deyiləm ki, şer yazıb, qafiyəpərdazlıq edəm. Natiq deyiləm ki, söz quraşdıram, münəccim deyiləm ki, sözümü əflakın hərəkət etməsi ilə əsaslandıram, siyasi məktəbdə oxumamışam ki, beynəlxalq hüquqdan və tarixdən dəm vuram. Öyrəndiklərimi tuti kimi deyib qurtardım. Dağarcığımda nə var idi xərclədim. Yalandan-palandan özümdən şer də oxudum. Gülünc vəziyyətə düşdüm, xoruz olub banladım, qışqırdım, haray çəkdim, başıma əmmamə qoyub azan verdim, dedim: oyaqlıq yuxudan yaxşıdır, anla!Uca səslə bağırdım: -- “yahu, qəflət yuxusundan oyanın!”

Zeynalabdin Marağayi7 dəq
Nəzəri-diqqətə layiq bir mətləb

İndi bu çirkin əməlin yaxşı-pisini, xeyri-şərini diqqətlə nəzərdən keçirək, görək bunun nə səmərəsi, nə kimi şərəfi və iftixarı vardır. Bizim əziz həmvətənlərimizdən bir çoxunun qondarma bir təzkirə üçün ürəyi gedir, ona hədsiz-hesabsız pullar xərcləyirlər. Neçə nəfər mənim yanıma gəlib xahiş eləmiş ki, rus təbəəsi olmaq yolunu onlara göstərim. Mən xeyirxahlıq üzündən, dünya və axirət mənfəətini nəzərə alaraq dəlil və nəsihətlə onları bu fikirdən çəkindirib, bu niyyəti başlarından çıxarmışam. Rus dövlətinin özü heç bir vəchlə təbəə qəbul eləmir. Bunun səbəbi nədir? Bilmirəm. Lakin zirək adamlar təzkirə tapırlar. Şirvandan, Qarabağdan, Gəncədən və başqa yerlərdən gətirilmiş saxta təzkirə vərəqəsini Təbriz və Rəştdə olan rus konsulxanası birinin əlində görən kimi ağına-bozuna baxmamış qəbul edir. Bunu ələ gətirən kimi sanki onlar qolçomaqlıq, millətin hüququna təcavüz etmək haqqı qazanmış olurlar. Bəziləri də bu təzkirəni əldə etməklə yalnız öz hüququnu filan məmur, ya filan sədrülüləmadan qorumaqla kifayətlənirlər, İran məmurları heç fikir vermirlər ki, axı bu Haşım Tağı oğlu baqqal idi, filan məhəllədə də dükanı var idi. Bəs necə oldu ki, birdən-birə rus rəiyyəti oldu? Halbuki bu məsələ Peterburqdan soruşularsa, o saat cavab gələcək ki, bizim belə bir rəiyyətimiz yoxdur. Nə isə, bu haqda deyiləsi söz çoxdur, fəqət bizim mövzudan kənardır.İranda ümumi qanunun olmaması və hərc-mərcliyin hökm sürməsidir. Bir kapitan, bir naib, bir molla və ya seyyid qolçomaqlıq eləyib neçə nəfəri öz himayəsinə aldığı halda, xarici ölkənin konsulu öz rəiyyətini nə üçün öz qanadı altına almasın?

Zeynalabdin Marağayi7 dəq
Dibaçə

Möhtərəm oxucular bu kitabın yalnız zahirini nəzərə almamalı, elə təsəvvür etməməlidirlər ki, bu, ancaq şirin hekayələr və məzəli əhvalatdan ibarətdir. Onun yazılarına gülməməli, dərindən düşünərək hərtərəfli ölçüb biçəndən sonra bunları nə məqsədlə yazdığımızı dərk etməli və bilməlidirlər ki, birinci və ikinci cildlər həmin üçüncü cildin müqəddiməsidir. Son cilddə allahin köməyi ilə yuxu təbiri, kinayə, eyham və hekayə şəklində və ya açıq surətda cəmiyyətin səlahı və xeyri üçün mühüm bir məsələni əhaliyə çatdıracağıq.Doğrudur, əziz vətənimizdə bu vaxtadək bu kimi məsələlər yazılmamış, heç kəs vətən sevgisindən danışmamış və faydalı mövzuları hamının başa düşəcəyi bir tərzdə dövrün tələbləri səviyyəsində qələmə almamışdır. Yazdıqları əsərlər gül və bülbüldən və məhəbbət sevdası, pərvanə və şəm məhəbbəti, yaxud müəllif və yazıçının izhari-fəziləti, ya da təriflənməyə heç bir hüququ olmayan adamların mədhi olmuşdur. Bu əsərdə nəzərə alınan faydalı cəhətlər aşağıdakılardan ibarətdir:

Zeynalabdin Marağayi9 dəq
Dastanın başlanğıcı

İndi "Ya həqq, ya mədəd!" deyib, kitabı yazmağa başlayıram. Bundan sonra hər nə deyilsə Yusif əminin dilindən deyiləcəkdir. O deyir:“Bəllidir ki, mənim öz ürəyimdə olan dərdi yazmağa qüdrətim yoxdur. Hörmətli oxucular bir qədər düşünsələr, o cavanın ölümündən sonra mən yazığın ruzigarının nə sayaq keçdiyini bilərlər. Haman o saatdan ki, nakam bəyin və bədbəxt gəlinin cənazələrini tamam-kamal bəzəyib qara torpağın, əbədi gərdəyinə və yatağına tapşırmaq üçün qapıdan çıxdılar. Misir əhalisinin əksəri -- kasıbından tutmuş dövlətlisinədək, kiçiyindən tutmuş böyüyünədək, yerli, qərib, ərəb, əcəm, müsəlman, kafir toplaşıb cənazənin dalınca sel kimi hərəkətə gəldilər.

Zeynalabdin Marağayi9 dəq
Şairlərdən seçmələr

پوشیده نماندبر ارباب علم و معرفت و اصحاب فطنت و خبرت مخفی و پوشیده نماند که نگارندهٔ سیاحتنامه در بعض مقام از کثرت تعصب در حب وطن و ملت و بی‌رونقی کار و کاستن ثروت مملکت خویش، خویشتن‌داری نتوانسته و عنان سخن از دستش به در رفته و در بعض مواقع از شعرا -که ارباب فضل و هنرند- با طعن یاد نموده. نباید قارئین محترم سوءظن در حق نگارنده فرمایند -«ان بعض الظن اثم.»

Zeynalabdin Marağayi15 dəq