Zeynalabdin Marağayi · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Şamı yedik, süfrəni yığışdırdılar. Möhtərəm cənab bir qədər də öz sərgüzəştindən danışdı.Misirin ticarətindən və sairədən soruşdu. Bu haqda bildiklərimi söylədim. Saat beş idi, mənzilə qayıtmaq üçün izin istədim. Buyurdu fayton hazırlasınlar. Təkidlə razılaşmadım. Fanar yandırıb, nökərlərdən iki nəfərinə buyurdu ki, məni mənzilə çatdırsınlar. Durub yenə də əlini öpmək istədim, qoymadı.
Səyahətnamənin mətni, 12Seyidə dedim:“Ay ağa, iranlılardan İstambulda iki nəfər tanıyıram. Onların ikisinin də adı uzun illər boyu iranlıların yadından çıxmayacaq. Birinə həmişə rəhmət oxuyacaqlar; o birisinə isə daim lənət deyəcəklər. İstambulda olan heç bir iranlıdan eşitmədim ki, mərhum Mirzə Hüseyn xan Müşirüddövlənin adı çəkiləndə onun ruhuna rəhmət oxunmasın. Eləcə də elə bir adam görmədim ki, Mirzə Nəcəfəli xanın adını söyləyəndə əvvəlcə ona bir lənət göndərməsin. Halbuki onların ikisi də ölmüşlər. Yaxşılıqla pisliyin səmərəsi bundan başqa bir şey ola bilməz. Bəsirət sahibləri bundan ibrət almalıdırlar.”
Səyahətnamənin mətni, 13Mehmanxanaya gəlib çatdıq, gördüm doğrudan da gözəl yerdir. Çoxlu otatları var idi. Birini bizə verdilər. Gecəsinə iki qran istədilər. Əlbəttə, çox ucuz idi. Otaqda miz, səndəl, çarpayı, yorğan- döşək və sair əsasiyyə səliqə ilə düzülmüşdü. Hacı ilə görüşüb ondan ayrıldıq. Mehmanxana xidmətçisi samovarı gətirib dedi:“Şam üçün çilov istəyirsiniz, ya plov?”
Yusif əminin yuxusu, 2Dedim:“Bəs bu uzun məsafəni necə keçib yuxarı qalxacağam?”
Yusif əminin yuxusu, 3edərdik.Yox mənim səbrim, məni öz yanına dəvət elə,
Yusif əminin yuxusu, 4Ayılandan sonra məni əvvəlkindən daha bərk ağlamaq tutdu. Səhər istədim yuxumu Haciyə xanıma nağıl eləyim. Düşündüm ki, dərdini bir daha təzələrəm, yarasını qoparıb duz səpmiş olaram. Çünki bu kimi sözlər müsibəti yada salır, möhnətin, qəmin, kədərin artmasına səbəb olur.Gün çıxandan sonra qəbiristanlığa tərəf yola düşdüm. Gözlərimdən ürək qanı axıdıb, məzarın torpağını islatdım. Doyunca ağlayandan sonra Mirzə Abbasın evinə gedib yuxumu söyləmək istədim. Gördüm Hacı Təbrizi, Rza xan mazandaranlı da oradadırlar. Dünən Firəngistandan gəlmişdilər. İstəyirdilər Haciyə xanıma başsağlığı vermək üçün bizə gəlsinlər.
Nasirəddin şahın bəd mirasıافسوس، صدهزار افسوس که پس از آن همه سرور و شادی ما مبدل به غم و اندوه گردید!پی آبادِ خود ویران نمودند مهان کمخرد؛ آبادی ما
«Həblülmətin»də çap olunan yazılarاهل مجلس را مغلولاً در زندان نگاه دارند؟ بعد از آن که کردید آنچه کردید و همت و شجاعت ملت غیور را دیدید که از نزدیک و دور، حاضر و غائب، صغیر و کبیر، اعلی و ادنی، عالم و جاهل، عموماً جان بهکف منتظر فرماناند، اگر در شماها ذرهای از غیرت بودی بعد از فهمیدن خبط و خطای خود لازم بود که از خجلت و شرمندگی خود را هلاک نمایید، نه اینکه کلاه بر سر گذاشته به میان مردان داخل شوید. میبایست که همه شما مانند «صنیع حضرت» خود را بشناسید، ملبس به لباس زنانه شوید؛ ای نامردان که نه مردید و نه زن!دردا که دوای درد پنهانی ما افسوس که چارهٔ پریشانی ما
İbrahim bəyin səyahətnaməsiİbrahim bəyin səyahətnaməsini qələmə almadan əvvəl onun tərcümeyi-halı haqqında müxtəsər də olsa məlumat vermək lazımdır ki, oxucular onun səyahəti səbəbləri ilə layiqincə tanış olsunlar.İbrahim bəy Azərbaycanın böyük tacirlərindən birinin oğludur. Atası əlli il bundan əvvəl ticarət məqsədi ilə Misirə gedib, ticarətində baş verən rövnəqə görə, bir çox müsəlman ölkələrinin qibtəsinə səbəb olan bu böyük şəhəri özünə məskən seçərək, orada qalır.
İbrahim bəyin səyahətnaməsi, 2Bir dəfə mən İstambuldan xaricə getmişdim. İki aydan sonra qayıtdıqda oğlum dedi ki: "Ata, Misirdən bizə iki nəfər qonaq gəlib, üç gün qaldıqdan sonra İrana getdilər". Dedim: "Adları nə idi?" Dedi: "Sizə bir məktub yazıb kitabxanada mizin üstünə qoyublar". Məktubu tez götürüb oxudum. Məzmunu budur:"Qurbanın olum, müqəddəs Məşhədi ziyarət etmək niyyəti ilə Yusif əmi ilə birlikdə Misirdən İstambula gəlib, mənim ümidgahım olan evinizdə qaldıq. Çox təəssüf ki, sizi görmək şərəfi bizə qismət olmadı. Ancaq üç gün sizin ev adamlarına zəhmət verib, dördüncü gün Batum yolu ilə Xorasana tərəf hərəkət etdik. Sağ-salamat məqsədə çatsaq, sizin əvəzinizdən də ziyarət edəcəyik. İşdir, ölüm-itim olsa, onda gərək boynumda olan dostluq borcunu halal edəsiniz. Sizin kitabların arasında bir cild "Kitabi-Əhməd" görüb, götürdüm, yolda onu oxumaqla vaxtımı keçirmək istədim. Hərçənd ki, onun müəllifi bir sıra mühüm mətləblərə toxunub, həm də alim və kamil adama oxşayır, amma İranın vəziyyəti barəsində eyham və işarə ilə bir para şeylər yazıbdır. Görünür, ya İrandan xəbərsizdir, ya da yanılıbdır. Əgər belə deyilsə, onda bizlərdən deyil.
Səyahətnamənin mətniGecədən xeyli keçmişdi. Çörək yedik, sonra dedim:“Qardaş, yoldan gəlmisiniz, yəqin ki, yorğunsunuz, nə qədər tez dincəlsəniz bir o qədər yaxşıdır. Buyurun dincəlin, sizə yaxşı istirahət etməyi arzulayıram.”
Səyahətnamənin mətni, 2“Qorxma,” -- dedim, -- “bizim bir neçə köynək-tumandan savayı bir şeyimiz yoxdur. Nə tacirik, nə də sərraf.”Ancaq xidmətçinin bu haləti məni həm təəccübləndirdi, həm də ona gülməyim tutdu. Nə isə, mehmanxanadan çıxıb dəniz kənarına getdik. Hər tərəfə baxdım, yenə də Batumda olduğu kimi, həmvilayətlərimizi gördüm. Dəstə-dəstə özlərini günə verib bitlənirdilər. Bizdən bir qədər aralı bir dəstə adam toplaşdı. Səs-küy ucaldı. Birini döyüb ucadan deyirdilər: "Bu köpəkoğlu həmşərini vurun!"[3]. Çatan o adamı döyürdü. Mən camaatdan soruşdum ki, bunun günahı nədir, nəçidir və nə üçün döyülür? Dedilər iranlıdır, özü də muzdurdur. Sahibi Bakı əhalisindən olan bir müsəlmanın gəmisində işləyir. Onu vuranlar da gəmi muzdurlarıdır. Özləri də bu şəhərin əhalisindəndirlər.
Səyahətnamənin mətni, 3“Gəl mənim sözümə qulaq as, elə gəldiyimiz yolla Misirə qayıdaq,” -- dedi. -- “Mən sizin xasiyyətinizə yaxşı bələdəm. Bu ölkədə hər gün bir xoşagəlməyən hadisəyə rast gəlib, qüssə eləyirsən. Qorxuram, allah eləməmiş, xəstələnib eləyəsən. Onda mən sənin anana nə cavab verərəm? İranın bir hissəsini gördünüz. Tehran da Xorasanın tayıdır. "Bir ovuc bir xalvarın nümunəsidir" demişlər. "İlin yaxşı-pisi yazından bəllənər". Tehranda sənin könlünü açan bir şey görməyəcəksən.”Mən Yusif əminin xahişini rədd etdim:
Səyahətnamənin mətni, 4Xülasə, Damğandan da köçüb, neçə gündən sonra Bəstamın Şahrud şəhərinə çatdıq. Hacı Hüseyn cilovdar dedi:“İki gün burada qalacağıq. Ancaq sizə gərək bağda çadır quram, orada qalasınız; çünki bu şəhərdə gənə var, qərib adamları sancanda bərk azarlayırlar.”
Səyahətnamənin mətni, 5Səhərə yaxın oradan da çıxdıq, gəlib şəhərə çatdıq. Hacı Hüseyn cilovdardan soruşdum:“Biz harada mənzil tutsaq yaxşıdır?”
Səyahətnamənin mətni, 6“Bu gün Şah Əbdüləzimin ziyarətinə gedəcəyik. Gecəni də bir yerdə qonaq olacağıq.”Yusif əmi soruşdu:
Səyahətnamənin mətni, 7Səhər tezdən durub namaz qıldıqdan, çay içdikdən sonra bir para xəyallar məni özünə məşğul eləməyə başladı. Gecə bəzi qarışıq yuxular görmüşdüm. Dəstədən dörd saat keçmiş Məşədi Həsəni uzaqdan gördüm. Pilləkanları çıxıb mənzilə gəlmək istəyirdi.Dedim:
Səyahətnamənin mətni, 8Xülasə, o hadisə zamanı aldığım zərbələr üzündən iki-üç gün bayıra çıxa bilmədim. Dördüncü gün Hacıxan məni yoluxmağa gəldi. Amma onun aşpazı Qulaməli o vaxt gördüyümün əksinə olaraq təmiz, təzə paltar geymişdi. Başına təzə yumurta qılıqlı papaq qoymuşdu. Belinə xəncər taxmışdı. Mahud əba örtüb Hacıxanın arxasında dayanmışdı. Hacıxan məni zəif, solğun gördükdə soruşdu:“Olmasın azar, nə xəbərdir? Bu gün Məşədi Həsən əhvalatı mənə söylədi. Dedi ki....”
Səyahətnamənin mətni, 9Günün batmasına yarım saat qalmış möhtərəm cənab rəsmi geyimlə qapıdan içəri girdi.“Bağışlayın, vaxt azdır, namazımı qılım gəlim,” -- dedi və getdi. Azan səsi təzəcə ucalmışdı ki, yenidən qayıtdı. Rəsmi geyimini dəyişmişdi. Ağ tirmədən tikilmiş gözəl paltar geymişdi. Salam verdi. Yerimdən qalxıb əlindən öpdüm. O da mənim alnımdan öpüb əyləşdi. Buyurdu:
Səyahətnamənin mətni, 10“Əzizim, bu məsələ hamıya bəllidir ki, məmləkət və şahlıq adlanan dövlətin həqiqi mənası müəyyən qaydalar əsasında bir yerdə toplanmış insan cəmiyyətindən ibarətdir. Nəzəri və əməli hikmətin incəliklərindən və hadisələrin xüsusiyyətləri sirlərindən xəbəri olan bir para uzaqgörən arif tədqiqatçının əqidəsinə görə ictimai quruluşların vəziyyəti həqiqətdə insanın fərdi əhval- ruhiyyəsi kimidir. Çünki dərindən baxanda görürsən ki, bir çox hallarda insanların ictimai və fərdi yaşayış vəziyyətləri bir-birinə oxşayır....”Filosoflar deyirlər: insanın ömrü üç mərhələyə -- inkişaf etmə, sabitləşmə və ölgünləşmə dövrlərinə bölündüyü kmmi, dövlətlər və bəşər cəmiyyətlərinin də üç mərhələsi olur. Ancaq insan orqanizminin zəifliyindən və ya güclülüyündəm asılı olaraq bu üç mərhələnin vəziyyəti müxtəlif adamlarda fərqli olur. Yəni orqanizmi zəif adamlarda ölgünləşmə dövrü güclü olur və sağlam adama nisbətən daha tez gəlib çatır. İnsanların ömründə nəzərə çarpan bu cəhət dövlətlərin və bəşər cəmiyyətlərinin də həyatında özünü göstərir. Dövlətlər də zəif olduqda, onların inkişaf, sabitləşmə və ölgünləşmə mərhələləri qısalır. Buna görə da bir para qədim ictimai quruluşlar orqanizmi zəiflədiyinə görə, sürətlə aradan gedir, inkişaf mərhələsində sabitləşir, sabitləşmə dövründə ölgünləşir. Necə deyirlər, əcəl-mayallaq olur, təbii vaxtından əvvəl devrilir. Bunun əksinə olaraq bir parası da güclü və sağlam orqanizmə malik olduğuna görə inkişaf və sabitləşmə dövrü uzanır. Keçmiş tarixə diqqətlə fikir verilsə bu iki incə məsələ hamıya aydın olar.
Qəzvin səyahətinin icmalıŞəhərin dam-divarından qəm-qüssə yağır. Əhalisi insana layiq həyatdan məhrumdur. Xurafat canlarında elə yer eləyib ki, zəmanənin vəziyyətindən yerli-dibli xəbərsizdirlər. Mədəniyyət aləmindən büsbütün uzaqdırlar. Mədrəsə və məscidlərinin vəziyyətindən də qısaca danışdıq. Nə dünyaları var, nə də axirətləri. Bir adam belə tapmazsan ki, vətənin ümumi sərvətini artırmaq fikrində olsun, yaxud vətənpərvərlikdən onda bir iz-əsər görünsün. Damarlarındakı qan belə dayanıb donmuşdur. Diri ikən ölü, ölü ikən diridirlər.Xülasə, səhər tezdən karvanla Qəzvindən Ərdəbil tərəfinə yola düşdük. Mənim Ərdəbilə getməkdən əsas məqsədim yüksək şanlı seyid, Şeyxi-büzürgüvar Səfiəddin İshaq Ərdəbilinin pak qəbrini ziyarət etmək idi. İnsanlıq aləminə işıq saçan o əziz vücudun sayəsində isnaəşəri məzhəbi geniş yayılmışdı. Pak ruhuna canım fəda olsun.
Ərdəbil səyahətinin icmalıBu vilayətdə əhalinin başı mollabazlığa qarışıbdır. Hər dükanda, hər evdə söhbət filan müctəhiddən, filan şeyxülislamdan və ya pişnəmazdan gedir. Bəziləri də camışların döyüşdürülməsi haqqında söhbətlərlə günlərini keçirirlər. Biri deyir: "Ağanın camışı ona görə basıldı ki, kəllə vuranda gün üzünə düşürdü". Söhbətlər bu minvaldadır. Dünya və axirətdən tamamilə xəbərsizdirlər. Ümumi sərvəti artırmağın xeyrindən, təsərrüfat elmi və vətənpərvərlikdən büsbütün qafildirlər.Ölmüşlər, amma diridirlər. Diridirlər, amma ölmüşlər.
Ərdəbil səyahətinin icmalı, 2Gecə yaxşı yatdıq. Ayıldığımız vaxt günəş çıxıb bir nizə boyu üfüqdən qalxmışdı. Samovara od saldım, Yusif əmiyə dedim:"Çay hazır olana qədər bir az pendir-çörək al gətir, qəlyanaltı eləyək."
Marağa səyahətinin icmalıBu yerin də vəziyyəti xülasə şəkildə qeyd olundu.Deməli, İranda "haraya getsən göyü eyni rəngdə görərsən!" Heç bir yerdə ticarətin tərəqqisindən, məmləkətin və millətin xeyrinə olan işlərin əncamı üçün əlbir olmaqdan, həmvətənlərə və vətənə sevgidən iz-əsər yoxdur. Bu şəhərin də sakinləri varlısından tutmuş yoxsulunadək, güclüsündən tutmuş zəifinədək tərəqqi və mədəniyyət aləmindən xəbərsizdirlər.
Marağa səyahətinin icmalı, 2Əlqərəz, gəmi adaya doğru üzməyə başladı. Gün batana yaxın adanın sahilinə gəlib çatdıq. Gəminin içindəki qoyunları burada boşaltdılar. Yenə də gəmi öz yoluna davam etdi. Şamımızı yeyib yatdıq. Səhər yuxudan duranda özümüzü dənizin o biri sahilində, Urmu şəhərinin yaxınlığında gördük. Tez durub gəmidən düşdük. Buradan şəhərədək iki ağac yol var.Dayanmadan iki ulaq kirayə edib, şəhərə tərəf yollandıq. İki saat yol getdikdən sonra şəhərə çatıb, "Gülşən" adlı karvansarada mənzil tutduq. O gün heç yerə getmədik. Nahardan sonra Yusif əmi dedi:
Marağa səyahətinin icmalı, 3Sabahısı gün şəhəri gəzmək üçün bazara çıxdıq. Yusif əmi karvansaranın yanındakı corabçı dükanını gördükdə dedi:“Corabım yoxdur, buradan iki cüt corab almaq istəyirəm.”
Urmu səyahətinin icmalıSabahısı gün Təbrizi səyahət etməyə hazırlaşdıq. Gedib at kirə eləmək istədik. Çarvadar dedi ki, gərək dörd gün də səbr eləyəsiniz, on beş nəfər də başqa müsafir var, birlikdə gedərik. Əlacsızlıq üzündən beh verib qayıtdıq. Vəd edilmiş gün gəlib çıxdı. İki baş qatır gətirmişdi. Yüklərimizi çatıb, Təbrizə yola düşdük. Amma karvanımız yollarda çox ləngiyirdi. Səkkiz gün yol getdikdən sonra doqquzuncu gün Təbrizə varid olduq. Yolda yazılası bir şeyə rast gəlmədik. Amma Təbrizə çatdıqda şəhərdəki vəziyyətin bir qədər dəhşətli olması nəzərə çarpırdı. Karvanın içərisində də bir səs-küy qopdu. Bizimlə gələn urmululardan biri dedi:“Deyəsən bu gün şəhərdə böyük bir hadisə üz vermişdir. Çünki bu məhəllələrdəki dükanların hamısı bağlanmışdır. Elə mühüm bir hadisə üz verdiyi üçün də küçələrdə get-gəl yoxdur.”
Urmu səyahətinin icmalı, 2Səhər durub çay-çörək yedikdən sonra həmin əziz dostumla birlikdə bazara getdik. Bir qədər onun dükanında əyləşib söhbət elədik. O mənə dedi:“Əgər meyliniz varsa gedək bir az gəzək.”
Təbriz səyahətinin icmalıBu şəhərin adamları əksərən xudpəsənddirlər, bəzək-düzək dərdinə giriftar olmuşlar. Hamısı nifaq salmaq qabiliyyətinə malikdir. Birliyin nə kimi xeyirlər verməsindən xəbərləri yoxdur, həmişə bir-birinin ayağından çəkməklə məşğuldurlar. Hər kəs başqasının işini əymək fikrindədir. Bununla xoşhal olurlar ki, bir məsələ üstündə iki adam arasında söz-söhbət və ya düşmənçilik törənsin. Belə olduqda onlar da iki tirə olub, hər dəstə tərəflərdən birinin dövrəsinə toplaşıb, yığıncaqlar edəcək, rüşvətlər alıb verəcəklər. Ortalıqda plovlar yeyiləcək, bu işlər tərəflərdən birinin ayaqdan düşməsinədək davam etdiriləcəkdir. Bu kimi işlərdə barışdırıcılıq məqsədi ilə bir nəfər belə söz danışan tapılmaz. Hamı bir-birindən intiqam almaq fürsəti dalınca gəzir ki, birinin ayağı sürüşən kimi onu tapdalasın. Onların işləri-gücləri bundan ibarətdir. Zəmanənin vəziyyətindən xəbərsizdirlər, nə dünyaları var, nə də axirətləri. Ən böyük arzuları otaqlarının tavanından şaxəli şahnişan çilçıraq asıb onunla öyünmək, özlərini çəkməkdən ibarətdir.Diri ikən ölü, ölü ikən diridirlər.
Təbriz səyahətinin icmalı, 2Gördüm doğru deyir, axırda bu iş onun dediyi kimi qurtaracaq. Əlacsız qalıb, çapara işarə ilə bildirdim ki, vasitəçilik eləyib, bizim yaxamızı quldurların əlindən qurtarsın. Çapar da təcrübəli, bərkə-boşa düşmüş adam olduğundan mənim işarəmi başa düşüb irəli gəldi. Əvvəlcə bizim qabağımızı kəsən seyidin üstünə çımxırıb dedi:“Ağa, bizi bundan artıq məəttəl eləməyin, bizim işimiz var. Gərək müəyyən saatın başında mənzilə çataq.”