Zeynalabdin Marağayi · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Əlqərəz, gəmi adaya doğru üzməyə başladı. Gün batana yaxın adanın sahilinə gəlib çatdıq. Gəminin içindəki qoyunları burada boşaltdılar. Yenə də gəmi öz yoluna davam etdi. Şamımızı yeyib yatdıq. Səhər yuxudan duranda özümüzü dənizin o biri sahilində, Urmu şəhərinin yaxınlığında gördük. Tez durub gəmidən düşdük. Buradan şəhərədək iki ağac yol var.Dayanmadan iki ulaq kirayə edib, şəhərə tərəf yollandıq. İki saat yol getdikdən sonra şəhərə çatıb, "Gülşən" adlı karvansarada mənzil tutduq. O gün heç yerə getmədik. Nahardan sonra Yusif əmi dedi:
Marağa səyahətinin icmalı, 3Sabahısı gün şəhəri gəzmək üçün bazara çıxdıq. Yusif əmi karvansaranın yanındakı corabçı dükanını gördükdə dedi:“Corabım yoxdur, buradan iki cüt corab almaq istəyirəm.”
Urmu səyahətinin icmalıSabahısı gün Təbrizi səyahət etməyə hazırlaşdıq. Gedib at kirə eləmək istədik. Çarvadar dedi ki, gərək dörd gün də səbr eləyəsiniz, on beş nəfər də başqa müsafir var, birlikdə gedərik. Əlacsızlıq üzündən beh verib qayıtdıq. Vəd edilmiş gün gəlib çıxdı. İki baş qatır gətirmişdi. Yüklərimizi çatıb, Təbrizə yola düşdük. Amma karvanımız yollarda çox ləngiyirdi. Səkkiz gün yol getdikdən sonra doqquzuncu gün Təbrizə varid olduq. Yolda yazılası bir şeyə rast gəlmədik. Amma Təbrizə çatdıqda şəhərdəki vəziyyətin bir qədər dəhşətli olması nəzərə çarpırdı. Karvanın içərisində də bir səs-küy qopdu. Bizimlə gələn urmululardan biri dedi:“Deyəsən bu gün şəhərdə böyük bir hadisə üz vermişdir. Çünki bu məhəllələrdəki dükanların hamısı bağlanmışdır. Elə mühüm bir hadisə üz verdiyi üçün də küçələrdə get-gəl yoxdur.”
Urmu səyahətinin icmalı, 2Səhər durub çay-çörək yedikdən sonra həmin əziz dostumla birlikdə bazara getdik. Bir qədər onun dükanında əyləşib söhbət elədik. O mənə dedi:“Əgər meyliniz varsa gedək bir az gəzək.”
Təbriz səyahətinin icmalıBu şəhərin adamları əksərən xudpəsənddirlər, bəzək-düzək dərdinə giriftar olmuşlar. Hamısı nifaq salmaq qabiliyyətinə malikdir. Birliyin nə kimi xeyirlər verməsindən xəbərləri yoxdur, həmişə bir-birinin ayağından çəkməklə məşğuldurlar. Hər kəs başqasının işini əymək fikrindədir. Bununla xoşhal olurlar ki, bir məsələ üstündə iki adam arasında söz-söhbət və ya düşmənçilik törənsin. Belə olduqda onlar da iki tirə olub, hər dəstə tərəflərdən birinin dövrəsinə toplaşıb, yığıncaqlar edəcək, rüşvətlər alıb verəcəklər. Ortalıqda plovlar yeyiləcək, bu işlər tərəflərdən birinin ayaqdan düşməsinədək davam etdiriləcəkdir. Bu kimi işlərdə barışdırıcılıq məqsədi ilə bir nəfər belə söz danışan tapılmaz. Hamı bir-birindən intiqam almaq fürsəti dalınca gəzir ki, birinin ayağı sürüşən kimi onu tapdalasın. Onların işləri-gücləri bundan ibarətdir. Zəmanənin vəziyyətindən xəbərsizdirlər, nə dünyaları var, nə də axirətləri. Ən böyük arzuları otaqlarının tavanından şaxəli şahnişan çilçıraq asıb onunla öyünmək, özlərini çəkməkdən ibarətdir.Diri ikən ölü, ölü ikən diridirlər.
Təbriz səyahətinin icmalı, 2Gördüm doğru deyir, axırda bu iş onun dediyi kimi qurtaracaq. Əlacsız qalıb, çapara işarə ilə bildirdim ki, vasitəçilik eləyib, bizim yaxamızı quldurların əlindən qurtarsın. Çapar da təcrübəli, bərkə-boşa düşmüş adam olduğundan mənim işarəmi başa düşüb irəli gəldi. Əvvəlcə bizim qabağımızı kəsən seyidin üstünə çımxırıb dedi:“Ağa, bizi bundan artıq məəttəl eləməyin, bizim işimiz var. Gərək müəyyən saatın başında mənzilə çataq.”
Təbriz səyahətinin icmalı, 3Nə isə, yenə də mətləbdən uzaq düşdük. Bu söhbətlər qurtarmamışdı ki, Mərənd qəsəbəsi uzaqdan göründü. Biz atları mahmızlayıb, bir saatdan sonra Mərəndə çatdıq. Çaparxanada atlardan düşdük. Çapar dedi:Belə məlum olur ki, bir neçə saat burada məəttəlçiliyimiz olacaq. Çünki burada çapar get-gəli çoxdur. Bir tərəfdən Ərvənq Ənzaba, o biri tərəfdən Təbrizə, Culfa sərhəddinə gedib-gələn müsafirlərin sayı çoxdur. Buna görə də çaparxanada hazır at təsadüfdən-təsadüfə tapılır.
Təbriz səyahətinin icmalı, 4Bəli, Mərənddən də çıxdıq. Sabahısı gün ikindi çağı Araz kənarına çatıb, ayağımızı üzəngidən çıxardıq. Bir nəfər qarşımızda dayanıb amiranə dedi:“Xan sizi çağırır!”
Təbriz səyahətinin icmalı, 5Səyahətimin nəticəsi bundan ibarətdir ki, gəzdiyim İran ölkəsinin heç bir şəhərində məni sevindirə biləcək tərəqqi əsəri və ya mədəniyyətə təşəbbüs görmədim. Ticarətdə, kənd təsərrüfatında babalarından nə qalıbsa, onunla kifayətlənirlər. Təəccüblü burasıdır ki, ata- babalarının məişət tərzini olduğu kimi qoruyub saxladıqlarına fəxr edirlər. Ancaq məsrəfsiz bəzək-düzəyi evlərində artırmaq sahəsində o dərəcədə irəliləyiblər ki, ata-babaları bu vəziyyəti heç yuxuda da görməmişdilər. Bunların ata-babaları əziz vətənin istehsal etdiyi iki yüz tümənlik mis qabla böyük bir ailənin yüz illik ehtiyacını ödəyir, axırda da bu qabların qiymətindən heç bir şey azalmırdı. İndi isə bunlar iki yüz tümənə bir çilçıraq alıb, otaqlarının tavanından asıblar. O da qırılıb bircə dəfə yerə düşməklə sahibinin qışqırıb "vay" deməsindən başqa bir əsər qalmır. Aydındır ki, bu kimi şeylər onların babalarının heç xəyalından belə keçməmişdir.Əksəriyyəti mülkədar olan bu camaatdan bircə nəfəri də belə bir xəyala düşməmişdir ki, qonşu ölkədən nümunə üçün bir xırmandöyən maşını və ya biçin maşını, ya da buğdatəmizləyən maşını alıb öz kəndlərində, tarlalarında işə salsın, beləliklə də onun məziyyətlərini öz gözləri ilə görsün. Bu ölkədə başdan-başa bütün böyük şəhərlərindən tutmuş qəsəbə və kəndlərinədək bircə dənə ağzından tüstü çıxan maşın və ya fabrik kürəsi görünmür. Heç yandan dəmiryol qatarının gəlməsi və ya çıxmasını xəbər verən fit səsi eşidilmir. Heç bir şəhərdə dövlət idarəsi naminə əzəmətli, uca imarət görmək mümkün deyil. Dövlət xəstəxanasından, məktəbindən heç bir yerdə əlamət yoxdur. Heç bir şəhərində tərəqqi və mədəniyyət nişanından olan kompani bank görünmür. Heç kəs məscidlərin vəziyyəti haqqında düşünmür. Səfəvi şahları və keçmiş dövrlərin başqa məşhur adamlarının qəbirləri bütünlüklə xarab olub dağılmışdır. Məmləkətin və millətin tərəqqisi uğrunda böyük zəhmətləri və xidmətləri olan mərhum naibüssəltənə Abbas Mirzə və mərhum Mirzə Təqixan əmir kəbir haqqında xələflərin qədir bilməsini andıran bir söz belə dillərimə gətirmirlər. Nə yaxşıları rəhmətlə yad edir, nə də pisləri lənətlə xatırlayırlar.
Təbriz səyahətinin icmalı, 6Nə isə, mətləbdən uzaq düşdük. Bütün millətlərin alimlərinin təsdiq etdiyinə görə, iranlılar fərasətli, huşlu-başlıdırlar, onlar hər cür tərəqqi və mədəniyyət qabiliyyətinə malikdirlər. Düzgün tərbiyə olunsalar öz vətənlərinə parlaq xidmətlər edə bilərlər. Bu iddianı sübuta yetirmək üçün çoxlu aydın dəlillər gətirmək olar. Birincisi budur ki, müasir elm və sənətdən məhrum qalmalarına baxmayaraq, iranlıların öz fikri, xəyalı və mahir əllərinin məhsulu olan bir para əmtəələri dost-düşməni heyran qoyub, onların tərifini qazanmışdır. Əgər bu nəcib millət müasir elmi və sənəti də mənimsəyə bilsə, şübhəsiz ki, yer üzünün mədəni xalqlarından biri olar. Elm təhsilində də vəziyyət eynidir. Rusiya, Fransa, İngiltərəyə gedib, məktəblərə daxil olmuş İran əsilzadələri o ölkələrdə biganə olmalarına, qürbət çətinliklərinə baxmayaraq, dərs oxumaqda yerlilərin özündən qabağa keçmişlər. Oxucular soruşacaqlar ki, bəs bu qədər fitri istedadlı iranlıların hər şeydə başqalarından geridə qalmasının səbəbi nədir? Onun səbəbi məlumdur -- mürəbbinin olmaması, tərbiyəçinin olmamasıdır. Bəlli olduğu kimi, tam bir əsrdən bəridir ki, İran hökuməti dəstgahında elmə, sənətə etina edən yoxdur. Bir adamın elm və sənətdə yüksək məqamlara çatması üçün ya gərək varlı-karlı himayəçiləri, ya da çoxlu pulu olsun. Bu iki vəsilədən məhrum olduqda elmdə, sənətdə, bacarıqda öz dövrünün Asəfi olsa belə heç kəs ona etina etməyəcək. Yüksək məqamlara çatmaq üçün üçüncü yol da var. Ancaq biz onu yazmaqdan utandıq. Əgər bir şəxsin bu üç vasitədən biri olmasa gərək yoluxucu xəstəliklərə tutulmuş azarlılar kimi öz evində oturub qapını üzünə bağlasın. Çünki hünər və fəzilət işə keçməz. Atanın fəziləti və şöhrətindən, əlbəttə, oğula bir pay çatar, elə o da kifayət edər. Bir yerdə ki, sipəhsalarlıq qılıncını on dörd yaşında bir uşağın belinə bağlayalar, özünə də haman yüksək adı verələr, o məmləkətdə istedada arxalanıb tərəqqi etməyə daha necə ümid bağlamaq olar? On dörd yaşlı adamın zati istedadı olarsa, hərbi nazirliyə çatması üçün qırx illik son dərəcə çətin, ağır, yoxuşlu yol var. Hər şeydən əvvəl gərək həmin şəxs məşhur hərbi məktəblərdən birində dərs oxuyub oranın fərqlənmə diplomunu alsın, sonra hərbi rütbənin ilk dərəcəsindən başlayıb göstərdiyi parlaq xidmətlərinə görə sərhəng, sərtib, mirpənc, əmirtumanlıq rütbələrinə çatsın. Elə ki, dövlət və millətə sədaqətdə, bacarıqda, şücaətdə öz tay-tuşlarından irəli keçdi, bəlkə də o yüksək məqama çata bilər. Ancaq belə olarsa o şərəfli ünvana layiq ola bilər. Hərgah mənsəblər və rütbələr bu yolla verilsə idi, onda xalq yüksək dövlət məqamlarına çatmaq ümidi ilə həmin hüquqa malik olmaq üçün elmləri və fənləri təhsil etmək dalınca gedərdi. Onda bütün işlər də öz qaydasında olub tərtibə düşərdi. Dövlətin iqtidarı, nüfuzu artıq olardı. Millət də başıucalıqla, şərəflə yaşayardı. Məmləkət də abad olardı. Bugünkü pərişanlıqdan, xarlıqdan iz-əsər qalmazdı. Ən böyük hünəri özünə tabe olan məmurların maaşını mənimsəmək və qoşunun miqdarını azaldıb hərbçilərin geyimindən, yeməyindən, sursatından kəsib oğurlamaqdan ibarət olan bugünkü hərbi nazirin belindəki qılıncı açıb, hərbi paltarını əynindən çıxarsalar onda heç bir hünər və fəzilət qalmaz. Ona görə ki, onda nə varsa qondarmadır. Bircə sözlə bu qədər rütbənin sahibi olubdur. Elə bircə sözlə də onun hamısını itirə bilər. Tarix haqqı və ləyaqəti olmadan yüksək məqamlara çatmış bu kimi adamların müqəddəratını çox gözəl göstərir. Bərmək övladının sərgüzəşti göz qabağındadır. Cəfər Bərməki yaşadığı dövrdə ölkənin xəzinəsindən otuz milyon qızıl bağışlamışdı. Ancaq bircə günün ərzində şahın könlü ondan dönən kimi otuz şahılıq neft ilə qamış onun və ona yaxın adamların həyat xırmanına od vurdu. Uşaqları və arvadı uzun müddət ac, sərgərdan qaldılar. Belə bir yersiz bağışlamaların ardınca belə bir ağır cəza gəldi. Bunların ikisi də qanun-qaydadan uzaq idi. Hamıdan təəccüblüsü budur ki, hal-hazırda İranda hər bir vəziri mədh etmək istədikdə deyirlər səxavətdə Hatəm Taiyə oxşayır. Əgər bir vəziri pisləmək istəsələr, deyirlər yaxşı adamdır, ancaq bir az xəsisdir. Heyf ki, xəsislik bu kişinin yüksək adını alçaltmışdır. Dürüst diqqət yetirdikdə məlum olur ki, birincinin yaxşı cəhətləri camaatdan zorla, nahaq yerə almaq, riyakarlıq və israfla başqalarına bağışlamaqdan ibarətdir. İkinci vəzirin eybi də ondan ibarətdir ki, nə zülm ilə alır, nə də yersiz israfla bağışlayır. Bunların ikisinin arasındakı fərqi uzaqgörən alimlər özləri yaxşı təyin edə bilərlər.Xülasə, ticarətin, alverçilərin, təbəələrin vəziyyəti qısa şəkildə deyildi. Məmləkət başçılarının əhvalı da xülasə şəkildə bundan ibarətdir: İranda elə bir sədr-əzəm yoxdur ki, sabah bütün məqamları və rütbələrinin əlindən alınmayacağına əmin olsun. Eləcə də, şahın sarayında elə bir qapıçı yoxdur ki, hər gecə sədr-əzəmlik yuxusu görməsin. Hamısı ləqəb almaq, dalınca gedən atlıların sayını artırmaq, nökər-naiblərini çoxaltmaq, cah-calalını yüksəltmək fikrindədirlər. O şey ki, onların heç xəyalına belə gəlməz vətənin qüdsiyyəti, məmləkətin abadlığı, gələcək nəsillərin istiqbalını təmin etmək, dövlətin iqtidarı və tərəqqisi üçün lazım olan amilləri hazırlamaq məsələləridir. "Çoxları qəflət yuxusuna dalmış, ancaq öləndə ayılırlar".
Təbriz səyahətinin icmalı, 7Batumda dörd gün işsiz oturub gəminin gəlməsini gözləməli olduğuma görə bu neçə kəlməni də, səyahətnamənin mövzusundan kənar olsa da, onun axırında yazmaq istədim. Əsas məqsəd həmvətənlərimi müasir elmləri təhsil etməyə yönəltmək olduğuna görə bu müxtəsər nəsihətnamə də mənfəətsiz olmaz.Mənim gördüyümə görə, İranda hər bir kəs hansı təbəqə və zümrədən olur-olsun, hər bir mənsəb, ləqəb və vilayət hakimliyini pulla ala bilər. Bu işin müəyyən çətinlikləri varsa, o da peşkəş, hədiyyə ünvanı ilə verilən pulun az-çoxluğundan asılıdır. Bu sözə hər kəs etiraz edərsə, günəşi palçıqla örtmək kimi faydasız bir iş görmüş olar. Bu məsələlər o qədər aydındır ki, onu heç kəs dana bilməz. Amma İranda yalnız bircə iş və vəzifə vardır ki, bu ümumi qaydadan kənardır. O yeri heç kəs pulla, rüşvətlə, peşkəşlə ala bilməz. Çünki o yeri tutmaq üçün elm lazımdır. Elə buna görə də həmin vəzifə elmin bərəkətindən hünərsiz pulluların hər cür təcavüzündən kənarda qalmışdır. Əgər siz həmin vəzifəni tapa bilmədinizsə, mən sizə onu göstərərəm. Bu vəzifə İran teleqrafxanalarındakı qulluqdan ibarətdir. Orada işləmək üçün həmin işi bilmək lazımdır. İranda bircə gün ərzində on nazir və ya sərtib, sərhəng və hətta ondan yuxarı olan hərbi vəzifəli adamlardan beş yüz nəfər öz işindən geri çəkilərsə, həmin gün axşamadək hamısının yeri dolar. Amma teleqrafxana məmurları bu gün birdən-birə işləməsələr, rabitə işləri tamamilə pozular, ölkədə böyük bir hərcmərclik yaranar. Ona görə ki, teleqraf fənnindən hər adamın xəbəri yoxdur. Halbuki, xarici ölkələrdə bu fənni hər bir məktəbli uşaq da öyrənə bilir. Bu fənn ən asan fənlərdən biridir. Ona heç əhəmiyyət verən də yoxdur. Beləliklə də, elmin və biliyin yüksək məqamını buradan dərk etmək olar. Bu işi bilməyən adam yüz min tümən peşkəş versə də teleqrafçının yerini ona tapşıra bilməzlər. Elmin şərəfi və hörməti o qədər yüksəkdir ki, onu göstərmək üçün bu kimi dəlillərə heç ehtiyac yoxdur. Vətənin məktəbləri, bildiyimiz kimi, yenidən qurulsa, vətən övladı müasir elmləri və fənləri lazımınca kəsb etsə, onda daha özlərinin və balalarının ehtiyacını təmin etmək üçün yalan danışmağa məcbur olmaz, yaxud başqasının zərərinə razı olmaz, öz dövlətinə, millətinə, vətəninə xəyanət etməz. Şərq ölkələrində yaşayanların inandıqları mövhum kimya əslində elə elmin bir hissəsidir. Məlum olduğu kimi, həmin mövhum kimya İranda çoxlu varlı-karlı evləri yıxmışdır. Özlərini kimyagər adlandıran bir çox fırıldaqçı, şarlatan dünyanın başqa yerlərində elmin bərəkətindən onların kələyinə uyan olmadığı üçün İrana gəlib xalqın cəhalətindən istifadə etməklə camaatın evini yıxır. Bir çox möhtərəm şəxsləri məcbur edirlər ki, axşamdan səhərədək görük basıb kürəni isti saxlasınlar. Onlar öz arvad-uşağının yanında oturmaq ləzzətindən məhrum olmaqla bərabər həmin yoluxucu xəstəliyi xələflərinə də miras qoyub gediblər. Mən İranda bir çox böyük, mötəbər evlərin kimya oduna yaxılıb bir ovuc külə döndüyünü öz gözümlə görmüşəm. Əgər bir şəxsin müasir elm və fənlərdən xəbəri olsa bilər ki, bir şeyin mahiyyətini dəyişdirmək mümkün deyil. Bir şeyin zahiri rənginin dəyişilməsi onun mahiyyətinin dəyişməsi demək deyil.
Təbriz səyahətinin icmalı, 8Allaha yalvarıb ondan iltimas edirəm ki, "möhtərəm cənabın" mənə Tehranda vəd etdiyi səadətli günləri öz gözümlə görəm. O səadətin ələ gəlməsinin ilk şərti məmləkətin nazirləri və başçıları arasında birliyin yaranmasıdır. Onlar mərdliklə qərara gəlib xüsusi qərəzləri könüllərinin lövhəsindən bir dəfəlik silib kənara tullasalar, əl-ələ verib vətəndə olan nöqsanları aradan qaldırarlar. Onlar vətənə xidmət etməkdə, eləcə də dövlətpərəstlikdə gərək sair dövlətlərin nazirləri kimi olsunlar".Mən bu xəyallarla əlbəyaxa ikən birdən Yusif əmi sözə başlayıb dedi:
SonluqBu səyahətnamənin çap olunması imkanını mənə nəsib etmiş olan allah şükr, olsun ki, vətən eşqi uğrunda ağır zəhmətlərə, məşəqqətlərə qatlaşan bu hörmətli başıbəlalı səyyahın yüksək adını ruzigarın lövhəsində yadigar qoymağa müvəffəq oldum.Müqəddimədə ərz olduğu kimi, böyük zəhmət və məxaric istəyən bu səyahətnamənin nəşri xüsusi qazanc üçün olmamışdır. Mən öz fikrimcə bu işi bir növ vətənpərvərlik, millətpərvərlik, dövlətpərəstlik kimi hesab edib, onun bütün zəhmət və məxaricini könüllü olaraq öz öhdəmə götürdüm. Qoy hörmətli oxucular onun mündəricəsinə insaf gözü ilə baxsınlar, vətənin eybləri və nöqsanlarını aradan qaldırmaq üçün hümmət göstərsinlər. Bəlkə də onların birliyi və uca hümməti nəticəsində getdikcə bütün fəsadlarımız aradan qaldırıla, hər bir sahədə islahat başlana.
Sonluq, 2Deməli, məlum olur ki, vətəninə məhəbbəti olan, vətəndaşlarını sevən hər bir adam vətəndaşlarında bir çatışmayan cəhət gördükdə mülayim dillə onlara deyib göstərməlidir. Ola bilsin o sözlərin biri təsir etsin, camaat xoşagəlməyən işlərdən getdikcə əl çəksin, nadanlıq və cəhalətin səmərəsi olan zülm və nadürüstlük aramızdan qaldırılsın, onun yerində düzlük və ədalətin təntənəsi başlansın.Bu günədək ömrünü zalımlara mədh deməklə tələf edən şair və yazıçılarımızın artıq indi vətən eşqi, vətənpərvərlik haqqında əsər yazıb yaratmaq vaxtı gəlib çatmışdır. Bir müddət hər bir müsibətə ağladığımız kimi, qoy bir zaman da vətən mərsiyəsi oxuyub ağlayaq. Ona görə ki, əgər vətənimiz olmasa, bizə heç bir ayin və mərasim icra etməyə icazə verməzlər. O yazıçı və şairlər uzun illər boyu vətənpərvərləri məzəmmət edib həcvə qoyduqları kimi, qoy indi bir müddət də xainlərin əməlini şerlə və nəsrlə pisləsinlər. Uzun illərdir ki, cəhənnəm odundan qurtulmaq üçün ağlayıb yalvarırıq. Gəlin bir az da zülmdən qurtulub, ədalət və insafa nail olmaq haqqında dua edək. Əsrlər boyu həvayi-nəfs üzündən bir-birimizlə düşmənçilik edib, aramıza nifaq salmışıq. Gəlin bir neçə vaxt da bütün xoşbəxtliklərin ilk rəhni olan məhəbbət və qayğı ilə rəftar edək. Burada şah Abbasa nisbət verilən bir məsəli nəql etməyi münasib görürəm. Deyirlər cənnətməkan şah Abbas Səfəvi at üstündə bir yerə gedirdi. O dövrün məşhur alimlərindən zatı pak olan Mir Məhəmmədbağır Damad və yüksək məqamlı Şeyx Bəhaüddin Amili də şahı müşayiət edirdilər. Şah Abbas o iki möhtərəm alimi sınayıb, aralarında rəqabət və paxıllıq olub- olmadığını yoxlamaq istədi. Mərhum Seyidin atı çox atılıb düşür, oynayırdı. Şah Abbas Şeyxin qulağına yavaşca dedi: "Seyidin atı çox oynaqdır, belə atlar alimlərin şəninə uyğun deyil". Şeyx ərz elədi ki, "At öz minənini tanıyıb bilir ki, nə qədər alim və böyük adamdır. Ona görə ona nəsib olan xoşbəxtlikdən oynayır və buna haqqı da var".
Əlavəاین بنده یکی از ابنای آن خاک مبارکام که پریشانی او دل هر وطنپرست غیرتمند را پریشان داشته و هر بیچاره در چارهٔ آن پریشانی در بحر تفکر فرو مانده است. امروز به جهت انجام دادن این کار شخصی خود داخل مطبعهٔ... شدم. از قضا آنوقت این «سیاحتنامهٔ ابراهیمبیگ یا بلای تعصب او» در روی دستگاه بود که طبع میکردند. آن جزوهٔ مطبوع را برداشته مطالعه نمودم. در حقیقت چندان متأثر شدم که درجهٔ آن معلوم نیست. واقعاً آنانکه اندکی محبت وطن در دل دارند خواهند دانست که این جوان غیرتمند به سبب حب وطن و ملتپرستی چهها کشیده و از جهال وطن چه طعنها دیده و چه ناملایمات شنیده است، که صدمه به عقل و شعورش وارد آمده در حالتی که هوشیار و فرزانه بر آنجا داخل شده بود بیهوش و دیوانه برگشته است. آتش عشق معشوق او -که ایرانش نام است- چگونه خرمن هوش و خرد آن جوان آزاده را سوخته و برباد داده است که از هستی خود خبر ندارد. بیچاره هر چه نوشته و گفته است خالی از هر گونه اغراق و مبالغه است. اگر به دیدهٔ انصاف بنگری، آنچه از ناملایمات دیده اندکی از بسیار آن را ننوشته است. معایبی که بعض بزرگان این مملکت بدبخت مرتکباند به گفتن و نوشتن تمام نتواند شد.معایبش نتوان گفت از هزار یکی از آنچه ذکر شد صدهزار چندان است
Əlavə, 4مقصود دولت انگلیس در این مدت بلاشک منحصر به تصرف سواحل هند بوده است. اما از آنجایی که تسخیر هر ملک، ملک دیگر را لازم دارد دولت انگلیس هم به اقتضای این تسلسل پولیتیک دولتی لابد بوده است که به تدریج کل ممالک هند را مسخر کند. تصرف مدرس، تصرف کلکته، اسباب تصرف بنگاله و بنگاله موجب تصرف دکن شد. حفظ این ممالک انگلیسان را به دهلی آورد. فقط دهنی تصرف افغانستان را لازم ساخت. شکست کابل مقتضی فتح حیدرآباد سند، فتح حیدرآباد سند موجب شکست و انقراض حکومت پنجاب شد. «لاهور» بدون ضبط «پیشاور» ممکن نبود. وضع این سرحدات استقلال هرات را لازم ساخت و حال استقلال هرات غصب سیستان را لازم دارد. هیچ شکی نیست همان لزومی که انگلیسان را برخلاف میل ایشان از میان چند دولت مستقل گذرانده و از کلکته به هرات آورده، حکماً ایشان را از سیستان نیز پیشتر خواهد برد. این بسط استیلای انگلیس از شرایط جبری استیلای مزبور است.آن سفیر نامی انگلیس -که در کابل کشته شد- میگوید: «استیلای انگلیس مثل آن دایرهای است که در میان یک حوض بزرگ به واسطهٔ یک ضرب خارجی بر روی آب احداث میشود. دایرهٔ مزبوره متصل بسط مییابد تا آخر از شدت بسط محو میشود. پس استیلای انگلیس هم ناچار باید متصل وسعت بیابد تا آخر از شدت وسعت از روی زمین محو بشود.»
Əlavə, 5نقشهٔ دولت روس در باب سفر هند خیلی مضبوط است. طرحهای متعدد و مفصل در خصوص آن لشکرکشی در میان هست که حرکت لشکریان از کدام راه باشد و سرداران لشکر در اثنای راه چگونه حرکت کنند، سرمشقهای کافی ترتیب داده شده است. من در اینجا فقط به اشارهٔ این اقوال مختصراً اکتفا مینمایم. دولت روس به جهت لشکرکشی هند دو راه دارد: یکی از ترکستان و یکی دیگر از ایران. اگرچه تا امروز دولت روس از هر دو این راه بالمساوی پیش رفته است اما آشکارا است که طرح اصلی را از سمت ایران قرار داده است. در این باب هم شروح زیاده نوشتهاند. من فقط بعض مضامینی را که تعلق به مملکت ایران دارد ذکر میکنم:«دولت ایران امروز در دست دولت روس است. دولت روس هر وقت بخواهد میتواند حفظ حالت ایران را ضمانت بکند و بعض ممالکی را که از ایران گرفته است پس بدهد و بعض ممالک را نیز وعده نماید و به واسطهٔ یک موافقت باطنی، دولت ایران را بر این وادارد که با کمال میل و صداقت مقوی مقاصد روس باشد. دولت ایران، بعد از سلطنت نادر شاه، به یک حالت ضعیفی افتاد که گویا نتواند دیگر از این حالت ذلت بیرون بیاید، ولکن با این همه ضعف عارضی میتواند به واسطهٔ وضع طبیعی ممالک خود، در مسئلهٔ شرقی، یک مدعی بزرگ واقع بشود. در تغییرات خریطهٔ شرق، دولت ایران قسمت عظیم دارد. این عِظَم دولت ایران حاصل حالت طبیعی آن است و هیچ دخلی به قدرت دولت ندارد. در آن ترازویی که یک روزی باید سرنوشت انگلیس و روس کشیده شود، دولت ایران میتواند که وزن عظیمی به میان بیندازد. هیچ شکی نیست که هرگاه از جانب روس به دولت ایران تکلیف سفر هند شود، کل اهالی ایران با کمال میل همراهی خواهند کرد. غنایم هندوستان و یادگار نادرشاه و خیال ضعف انگلیس در هند، اسباب تحریک ایرانیان خواهد شد. در خاک ایران، مایه و اسباب این سفر و وسایل قدرت آن به خوبترین وجهی مهیاست؛ ولی اولیای دولت این ملک چندان شعور و قوه ندارند که از مایه و اسباب طبیعیهٔ ممالک خودشان لازمهٔ فواید و منافع را حاصل نمایند. اما هرگاه این دولت به تصرف روس بیفتد یا با دولت روس یک اتفاق صمیمی داشته باشد، دولت مشارالیها میتواند از ایران از شصت تا هفتاد هزار لشکر آمادهٔ این سفر کند. معلوم است که این لشکر در زیر فرمان صاحبمنصبان کارآگاه روس خیلی بهتر از سایر عساکر کار خواهند کرد. علاوه بر این عساکر منتظمه، دولت ایران دو برابر آن عساکر غیرمنتظمه نیز همراه این اردو تواند نمود. امروز، بقای دولت ایران بسته به سنگینی حرکات دولت روس است و هیچ مدخلیتی به قدرت دولت ندارد.
DibaçəƏlqərəz, İbrahim bəyin səyahatnaməsinin möhtərəm oxucuları onun işinin aqibəti intizarındadırlar. Vətənpərvərlər o vətən vurğunu olan qeyrətli cavanın vəziyyətindən xəbərdar olmaq üçün hər yandan məktublar yazıb, peyğamlar göndərərək soruşdular ki, pərdə düşdükdən və yanğın söndürüldükdən sonra o ürəyi yanıqlı vətən didərgini otaqdan bayıra çıxarıldıqda öldümü, xəstələndimi və ya səlamət qurtardı? Onun əli mehriban anasının əlinə çatdımı?Təəssüb çəkməyin nə ilə nəticələndiyi, ölən günə kimi nə kimi müsibətlərə düçar olması hamıya aydın olsun deyə o qeyrətli cavanın taleyinin sonunu Yusif əminin yazıb qeydə almasına baxmayaraq, bir para mülahizələrə görə, o nakam vətənpərvərin sərgüzəştinin çap və nəşr etdirilməsindən sərf-nəzər olunmuşdu. Fəqət vətənpərvərlər həddindən artıq israr edib, o başıbəlalı, qeyrətli cavanın işinin aqibətindən xəbərdar olmaq arzusunda olaraq onun nəşrini təkidlə xahiş etdilər. Hətta millətini sevən vətənpərvərlərdən biri iki yüz tümən pul göndərdi; əsərin çap olunmasına iqdam edildikdə səkkiz yüz tümən də göndərəcək idi. Bu o deməkdir ki, o, vətən yolunda, yəni bu qeyrətli cavanın başına gələn macəranın nəşr etdirilməsi yolunda min tümən xərcləməyə hazırdır.
Yusif əminin tərcümeyi-halıNökəriniz Yusif Abdulla oğlu öz tərcümeyi-halını müxtəsər şəkildə bu kitabın oxucularına nağıl edir:Doğulduğum yer Təbrizin rayonlarından olan Tufarqan qəsəbəsidir. Əmim Təbrizdə sakin olduğuna görə, atam məni doqquz yaşımda Təbrizə aparıb hörmətli əmimə tapşırdı ki, məktəbə qoysun. İstəyirdi onun nəzarəti altında dini elmləri öyrənim. Səkkiz il məhəllə məktəbində oxudum, dörd il də mədrəsədə tələbələr sırasında əyləşib sərf-nəhvi öyrəndim.
İbrahim bəyin əhvalatıAilə üzvləri İbrahimdən, onun hörmətli anası və Səkinə adlı on iki yaşlı bacısından ibarət idi. Çərkəz adlı bir qızı da altı yaşında tapıb öz evlərinə gətirmişdilər.Osmanlı və ərəb ölkələrində belə bir qayda vardır ki, bir qızı uşaq yaşlarında alıb tərbiyə edir, sonra da onu öz doğma uşaqları kimi ərə verirlər. Bəziləri də özləri alır və ya uşaqlarına ərə verirlər. Qeyd etdiyimiz qızın da əsil adı məlum deyildi. Ancaq böyük xanım bu qızın adını Məhbubə qoymuşdu. Məhbubə olduqca fərasətli, qabiliyyətli, huşlu bir uşaq idi. Az müddət içərisində çox şey öyrəndi. Dərsini oxuyub başa çatdırandan sonra onu başqa bir məktəbə qoydular, orada aşpazlıq, evdarlıq qaydalarını öyrəndi, həmin məktəbdən də yaraşıqlı çıxdı. Sonra xanım evə bir musiqi müəlliməsi gətirdib ona musiqi öyrətdi. Bu dövrdə dəb olduğu kimi, bu fənni bilmək tərbiyəli qadınlar üçün müəyyən dərəcədə lazım idi.
Xatimə, 4بازگو از نجد و از یاران نجددر خاتمهٔ جلد اول این سیاحتنامه، بنا به قول یک از دانشمندان وطن، مقالهای به عنوان «پولیتیک ایران چیست؟ کشتی دولت به کجا میرود؟ و خیالات دو همسایه که عبارت از پلنگ صحرا و نهنگ دریا باشند چه چیز است؟ و اصل و لُبِّ پولیتیک ایران در چه نقطه است؟» به تفصیل نگارش یافته.
Üçüncü cildin müqəddiməsiQələmi ələ alıb, İbrahim bəyin "Səyahətnamə"sinin üçüncü cildini başlamaq istəyirəm. Lakin fikrim elə pərişandır ki, iki kəlmə mühüm mətləb yazmaq iqtidarında deyiləm. Bilmirəm mətləbi haradan başlayım, necə bəyan eləyim. Qələmim qurudu, barmağım od tutub yandı, daha nə yazım? Yazılmış bir şey qalmamış; nə deyim? Deyilməmiş bir söz qalmamış, kinayə qurtarmışdır, rəmz tükənmişdir, izah aydınlaşmışdır. Heç nə, heç bir şey qalmamışdır. Tarixçi deyiləm ki, tarix yazıb, keçmişdəkilərin əhvalatını qələmə alam, şair deyiləm ki, şer yazıb, qafiyəpərdazlıq edəm. Natiq deyiləm ki, söz quraşdıram, münəccim deyiləm ki, sözümü əflakın hərəkət etməsi ilə əsaslandıram, siyasi məktəbdə oxumamışam ki, beynəlxalq hüquqdan və tarixdən dəm vuram. Öyrəndiklərimi tuti kimi deyib qurtardım. Dağarcığımda nə var idi xərclədim. Yalandan-palandan özümdən şer də oxudum. Gülünc vəziyyətə düşdüm, xoruz olub banladım, qışqırdım, haray çəkdim, başıma əmmamə qoyub azan verdim, dedim: oyaqlıq yuxudan yaxşıdır, anla!Uca səslə bağırdım: -- “yahu, qəflət yuxusundan oyanın!”
Müəllifin tərcümeyi-halıQoy gizlin qalmasın. Bir qayda olaraq, hər bir kitabın əvvəlində onun müəllifinin müxtəsir tərcümeyi-halı, əsil-nəsəbi və kitabın təlifinin səbəbi yazılır. Hörmətli oxuculara məlum olduğu kimi, bu "Səyahətnamə"nin birinci cildinin çap olunmasından bugünədək keçən on iki il ərzində həmin qaydaya müraat olunmamış, müəllifin adı, ünvanı aşkara çıxmamışdır. Bu məsələnin özü bir çox bədgümanlıqlara səbəb olmuşdur. Dost-aşnalardan bir neçəsini istisna etməklə bir çoxları bu kitabın müəllifi haqqında şübhələnmiş və şübhədədirlər. Bəzilərinin gümanı bu kimi bir aləmdən və vətən sevgisindən çox-çox uzaq olan adamlara gedir. Onlar da bir para kinayə və eyhamla belə bir zənni təsdiq edərək, özlərini müəllif kimi qələmə verirdilər.İranın sabiq sədr-əzəmi Mirzə Ələsgər xan bir neçə nəfəri bu kitabı qələmə alıb yazmaqda töhmətləndirdi, onların tutulub həbsə alınması haqqında əmr verdi. İbrahim bəyin kitabını bir kəsin əlində tutan kimi onu cərimə edir, zəhmətə və xəsarətə salırdılar. Bütün bunlara görə müəllifin vicdanı əzab çəkir, ürəyi sıxılırdı ki, "nə üçün gərək allahın bəndələri mənim üstümdə əzab-əziyyət çəksinlər, zərərə, cəriməyə düçar olsunlar. Saf əqidə və xeyirxahlıq niyyətindən başqa bir məqsədim olmayan bir iş üçün nə səbəbə görə günahsız vətən evladı incidilməlidir?"
Nəzəri-diqqətə layiq bir mətləbİndi bu çirkin əməlin yaxşı-pisini, xeyri-şərini diqqətlə nəzərdən keçirək, görək bunun nə səmərəsi, nə kimi şərəfi və iftixarı vardır. Bizim əziz həmvətənlərimizdən bir çoxunun qondarma bir təzkirə üçün ürəyi gedir, ona hədsiz-hesabsız pullar xərcləyirlər. Neçə nəfər mənim yanıma gəlib xahiş eləmiş ki, rus təbəəsi olmaq yolunu onlara göstərim. Mən xeyirxahlıq üzündən, dünya və axirət mənfəətini nəzərə alaraq dəlil və nəsihətlə onları bu fikirdən çəkindirib, bu niyyəti başlarından çıxarmışam. Rus dövlətinin özü heç bir vəchlə təbəə qəbul eləmir. Bunun səbəbi nədir? Bilmirəm. Lakin zirək adamlar təzkirə tapırlar. Şirvandan, Qarabağdan, Gəncədən və başqa yerlərdən gətirilmiş saxta təzkirə vərəqəsini Təbriz və Rəştdə olan rus konsulxanası birinin əlində görən kimi ağına-bozuna baxmamış qəbul edir. Bunu ələ gətirən kimi sanki onlar qolçomaqlıq, millətin hüququna təcavüz etmək haqqı qazanmış olurlar. Bəziləri də bu təzkirəni əldə etməklə yalnız öz hüququnu filan məmur, ya filan sədrülüləmadan qorumaqla kifayətlənirlər, İran məmurları heç fikir vermirlər ki, axı bu Haşım Tağı oğlu baqqal idi, filan məhəllədə də dükanı var idi. Bəs necə oldu ki, birdən-birə rus rəiyyəti oldu? Halbuki bu məsələ Peterburqdan soruşularsa, o saat cavab gələcək ki, bizim belə bir rəiyyətimiz yoxdur. Nə isə, bu haqda deyiləsi söz çoxdur, fəqət bizim mövzudan kənardır.İranda ümumi qanunun olmaması və hərc-mərcliyin hökm sürməsidir. Bir kapitan, bir naib, bir molla və ya seyyid qolçomaqlıq eləyib neçə nəfəri öz himayəsinə aldığı halda, xarici ölkənin konsulu öz rəiyyətini nə üçün öz qanadı altına almasın?
DibaçəMöhtərəm oxucular bu kitabın yalnız zahirini nəzərə almamalı, elə təsəvvür etməməlidirlər ki, bu, ancaq şirin hekayələr və məzəli əhvalatdan ibarətdir. Onun yazılarına gülməməli, dərindən düşünərək hərtərəfli ölçüb biçəndən sonra bunları nə məqsədlə yazdığımızı dərk etməli və bilməlidirlər ki, birinci və ikinci cildlər həmin üçüncü cildin müqəddiməsidir. Son cilddə allahin köməyi ilə yuxu təbiri, kinayə, eyham və hekayə şəklində və ya açıq surətda cəmiyyətin səlahı və xeyri üçün mühüm bir məsələni əhaliyə çatdıracağıq.Doğrudur, əziz vətənimizdə bu vaxtadək bu kimi məsələlər yazılmamış, heç kəs vətən sevgisindən danışmamış və faydalı mövzuları hamının başa düşəcəyi bir tərzdə dövrün tələbləri səviyyəsində qələmə almamışdır. Yazdıqları əsərlər gül və bülbüldən və məhəbbət sevdası, pərvanə və şəm məhəbbəti, yaxud müəllif və yazıçının izhari-fəziləti, ya da təriflənməyə heç bir hüququ olmayan adamların mədhi olmuşdur. Bu əsərdə nəzərə alınan faydalı cəhətlər aşağıdakılardan ibarətdir:
Dastanın başlanğıcıİndi "Ya həqq, ya mədəd!" deyib, kitabı yazmağa başlayıram. Bundan sonra hər nə deyilsə Yusif əminin dilindən deyiləcəkdir. O deyir:“Bəllidir ki, mənim öz ürəyimdə olan dərdi yazmağa qüdrətim yoxdur. Hörmətli oxucular bir qədər düşünsələr, o cavanın ölümündən sonra mən yazığın ruzigarının nə sayaq keçdiyini bilərlər. Haman o saatdan ki, nakam bəyin və bədbəxt gəlinin cənazələrini tamam-kamal bəzəyib qara torpağın, əbədi gərdəyinə və yatağına tapşırmaq üçün qapıdan çıxdılar. Misir əhalisinin əksəri -- kasıbından tutmuş dövlətlisinədək, kiçiyindən tutmuş böyüyünədək, yerli, qərib, ərəb, əcəm, müsəlman, kafir toplaşıb cənazənin dalınca sel kimi hərəkətə gəldilər.
Yusif əminin yuxusuGecədən üç saat keçirdi. Səccadənin başında məni yuxu tutdu. Yuxuda gördüm ikindi çağıdır. Gündəki adətim üzrə qəbristanlığa ziyarətə gedirəm. Şəhərdən çıxdım. Uzaqdan bir nəfərin qəbristanlıq tərəfdən gəldiyini gördüm. Yaxınlaşdıqda onu tanıdım. Kor şeyx Qədir idi. Elə yuxu aləmində düşündüm ki, şeyx Qədir iki il bundan əvvəl vəfat eləyibdir, bu o ola bilməz. O, iki il bundan qabaq atlara qoşulan tramvaydan düşüb yıxıldı, elə oradaca vəfat elədi. Çox vaxt olur ki, tramvayda adam ayaq üstə durur, ya da tələsib, gedə-gedə özünü bayıra tullayır. Bu kimi vaxtlarda təhlükə ehtimalı olur. Bu yazıq da tramvay dayanmamış düşmək istərkən yerə yıxılıb, daha ayağa dura bilməmişdi.Həmin şəxs bir qədər irəlilədi, gördüm şeyx Qədirin özüdür. Haman əbası və əmmaməsi, bir əlində əsası, o biri əlində təsbihi var idi. Mənə yaxınlaşan kimi salam verdim, əleykəssəlam cavabını eşitdim. Məndən soruşdu:
Yusif əminin yuxusu, 2Dedim:“Bəs bu uzun məsafəni necə keçib yuxarı qalxacağam?”
Yusif əminin yuxusu, 3edərdik.Yox mənim səbrim, məni öz yanına dəvət elə,
Yusif əminin yuxusu, 4Ayılandan sonra məni əvvəlkindən daha bərk ağlamaq tutdu. Səhər istədim yuxumu Haciyə xanıma nağıl eləyim. Düşündüm ki, dərdini bir daha təzələrəm, yarasını qoparıb duz səpmiş olaram. Çünki bu kimi sözlər müsibəti yada salır, möhnətin, qəmin, kədərin artmasına səbəb olur.Gün çıxandan sonra qəbiristanlığa tərəf yola düşdüm. Gözlərimdən ürək qanı axıdıb, məzarın torpağını islatdım. Doyunca ağlayandan sonra Mirzə Abbasın evinə gedib yuxumu söyləmək istədim. Gördüm Hacı Təbrizi, Rza xan mazandaranlı da oradadırlar. Dünən Firəngistandan gəlmişdilər. İstəyirdilər Haciyə xanıma başsağlığı vermək üçün bizə gəlsinlər.