İbrahim bəyin səyahətnaməsi

İbrahim bəyin səyahətnaməsini qələmə almadan əvvəl onun tərcümeyi-halı haqqında müxtəsər də olsa məlumat vermək lazımdır ki, oxucular onun səyahəti səbəbləri ilə layiqincə tanış olsunlar.İbrahim bəy Azərbaycanın böyük tacirlərindən birinin oğludur. Atası əlli il bundan əvvəl ticarət məqsədi ilə Misirə gedib, ticarətində baş verən rövnəqə görə, bir çox müsəlman ölkələrinin qibtəsinə səbəb olan bu böyük şəhəri özünə məskən seçərək, orada qalır.

Zeynalabdin Marağayi24 dəq
İbrahim bəyin səyahətnaməsi, 2

Bir dəfə mən İstambuldan xaricə getmişdim. İki aydan sonra qayıtdıqda oğlum dedi ki: "Ata, Misirdən bizə iki nəfər qonaq gəlib, üç gün qaldıqdan sonra İrana getdilər". Dedim: "Adları nə idi?" Dedi: "Sizə bir məktub yazıb kitabxanada mizin üstünə qoyublar". Məktubu tez götürüb oxudum. Məzmunu budur:"Qurbanın olum, müqəddəs Məşhədi ziyarət etmək niyyəti ilə Yusif əmi ilə birlikdə Misirdən İstambula gəlib, mənim ümidgahım olan evinizdə qaldıq. Çox təəssüf ki, sizi görmək şərəfi bizə qismət olmadı. Ancaq üç gün sizin ev adamlarına zəhmət verib, dördüncü gün Batum yolu ilə Xorasana tərəf hərəkət etdik. Sağ-salamat məqsədə çatsaq, sizin əvəzinizdən də ziyarət edəcəyik. İşdir, ölüm-itim olsa, onda gərək boynumda olan dostluq borcunu halal edəsiniz. Sizin kitabların arasında bir cild "Kitabi-Əhməd" görüb, götürdüm, yolda onu oxumaqla vaxtımı keçirmək istədim. Hərçənd ki, onun müəllifi bir sıra mühüm mətləblərə toxunub, həm də alim və kamil adama oxşayır, amma İranın vəziyyəti barəsində eyham və işarə ilə bir para şeylər yazıbdır. Görünür, ya İrandan xəbərsizdir, ya da yanılıbdır. Əgər belə deyilsə, onda bizlərdən deyil.

Zeynalabdin Marağayi8 dəq
Səyahətnamənin mətni

Gecədən xeyli keçmişdi. Çörək yedik, sonra dedim:“Qardaş, yoldan gəlmisiniz, yəqin ki, yorğunsunuz, nə qədər tez dincəlsəniz bir o qədər yaxşıdır. Buyurun dincəlin, sizə yaxşı istirahət etməyi arzulayıram.”

Zeynalabdin Marağayi17 dəq
Səyahətnamənin mətni, 2

“Qorxma,” -- dedim, -- “bizim bir neçə köynək-tumandan savayı bir şeyimiz yoxdur. Nə tacirik, nə də sərraf.”Ancaq xidmətçinin bu haləti məni həm təəccübləndirdi, həm də ona gülməyim tutdu. Nə isə, mehmanxanadan çıxıb dəniz kənarına getdik. Hər tərəfə baxdım, yenə də Batumda olduğu kimi, həmvilayətlərimizi gördüm. Dəstə-dəstə özlərini günə verib bitlənirdilər. Bizdən bir qədər aralı bir dəstə adam toplaşdı. Səs-küy ucaldı. Birini döyüb ucadan deyirdilər: "Bu köpəkoğlu həmşərini vurun!"[3]. Çatan o adamı döyürdü. Mən camaatdan soruşdum ki, bunun günahı nədir, nəçidir və nə üçün döyülür? Dedilər iranlıdır, özü də muzdurdur. Sahibi Bakı əhalisindən olan bir müsəlmanın gəmisində işləyir. Onu vuranlar da gəmi muzdurlarıdır. Özləri də bu şəhərin əhalisindəndirlər.

Zeynalabdin Marağayi15 dəq
Səyahətnamənin mətni, 3

“Gəl mənim sözümə qulaq as, elə gəldiyimiz yolla Misirə qayıdaq,” -- dedi. -- “Mən sizin xasiyyətinizə yaxşı bələdəm. Bu ölkədə hər gün bir xoşagəlməyən hadisəyə rast gəlib, qüssə eləyirsən. Qorxuram, allah eləməmiş, xəstələnib eləyəsən. Onda mən sənin anana nə cavab verərəm? İranın bir hissəsini gördünüz. Tehran da Xorasanın tayıdır. "Bir ovuc bir xalvarın nümunəsidir" demişlər. "İlin yaxşı-pisi yazından bəllənər". Tehranda sənin könlünü açan bir şey görməyəcəksən.”Mən Yusif əminin xahişini rədd etdim:

Zeynalabdin Marağayi13 dəq
Səyahətnamənin mətni, 4

Xülasə, Damğandan da köçüb, neçə gündən sonra Bəstamın Şahrud şəhərinə çatdıq. Hacı Hüseyn cilovdar dedi:“İki gün burada qalacağıq. Ancaq sizə gərək bağda çadır quram, orada qalasınız; çünki bu şəhərdə gənə var, qərib adamları sancanda bərk azarlayırlar.”

Zeynalabdin Marağayi10 dəq
Səyahətnamənin mətni, 5

Səhərə yaxın oradan da çıxdıq, gəlib şəhərə çatdıq. Hacı Hüseyn cilovdardan soruşdum:“Biz harada mənzil tutsaq yaxşıdır?”

Zeynalabdin Marağayi18 dəq
Səyahətnamənin mətni, 6

“Bu gün Şah Əbdüləzimin ziyarətinə gedəcəyik. Gecəni də bir yerdə qonaq olacağıq.”Yusif əmi soruşdu:

Zeynalabdin Marağayi18 dəq
Səyahətnamənin mətni, 7

Səhər tezdən durub namaz qıldıqdan, çay içdikdən sonra bir para xəyallar məni özünə məşğul eləməyə başladı. Gecə bəzi qarışıq yuxular görmüşdüm. Dəstədən dörd saat keçmiş Məşədi Həsəni uzaqdan gördüm. Pilləkanları çıxıb mənzilə gəlmək istəyirdi.Dedim:

Zeynalabdin Marağayi28 dəq
Səyahətnamənin mətni, 8

Xülasə, o hadisə zamanı aldığım zərbələr üzündən iki-üç gün bayıra çıxa bilmədim. Dördüncü gün Hacıxan məni yoluxmağa gəldi. Amma onun aşpazı Qulaməli o vaxt gördüyümün əksinə olaraq təmiz, təzə paltar geymişdi. Başına təzə yumurta qılıqlı papaq qoymuşdu. Belinə xəncər taxmışdı. Mahud əba örtüb Hacıxanın arxasında dayanmışdı. Hacıxan məni zəif, solğun gördükdə soruşdu:“Olmasın azar, nə xəbərdir? Bu gün Məşədi Həsən əhvalatı mənə söylədi. Dedi ki....”

Zeynalabdin Marağayi17 dəq
Səyahətnamənin mətni, 9

Günün batmasına yarım saat qalmış möhtərəm cənab rəsmi geyimlə qapıdan içəri girdi.“Bağışlayın, vaxt azdır, namazımı qılım gəlim,” -- dedi və getdi. Azan səsi təzəcə ucalmışdı ki, yenidən qayıtdı. Rəsmi geyimini dəyişmişdi. Ağ tirmədən tikilmiş gözəl paltar geymişdi. Salam verdi. Yerimdən qalxıb əlindən öpdüm. O da mənim alnımdan öpüb əyləşdi. Buyurdu:

Zeynalabdin Marağayi13 dəq
Səyahətnamənin mətni, 10

“Əzizim, bu məsələ hamıya bəllidir ki, məmləkət və şahlıq adlanan dövlətin həqiqi mənası müəyyən qaydalar əsasında bir yerdə toplanmış insan cəmiyyətindən ibarətdir. Nəzəri və əməli hikmətin incəliklərindən və hadisələrin xüsusiyyətləri sirlərindən xəbəri olan bir para uzaqgörən arif tədqiqatçının əqidəsinə görə ictimai quruluşların vəziyyəti həqiqətdə insanın fərdi əhval- ruhiyyəsi kimidir. Çünki dərindən baxanda görürsən ki, bir çox hallarda insanların ictimai və fərdi yaşayış vəziyyətləri bir-birinə oxşayır....”Filosoflar deyirlər: insanın ömrü üç mərhələyə -- inkişaf etmə, sabitləşmə və ölgünləşmə dövrlərinə bölündüyü kmmi, dövlətlər və bəşər cəmiyyətlərinin də üç mərhələsi olur. Ancaq insan orqanizminin zəifliyindən və ya güclülüyündəm asılı olaraq bu üç mərhələnin vəziyyəti müxtəlif adamlarda fərqli olur. Yəni orqanizmi zəif adamlarda ölgünləşmə dövrü güclü olur və sağlam adama nisbətən daha tez gəlib çatır. İnsanların ömründə nəzərə çarpan bu cəhət dövlətlərin və bəşər cəmiyyətlərinin də həyatında özünü göstərir. Dövlətlər də zəif olduqda, onların inkişaf, sabitləşmə və ölgünləşmə mərhələləri qısalır. Buna görə da bir para qədim ictimai quruluşlar orqanizmi zəiflədiyinə görə, sürətlə aradan gedir, inkişaf mərhələsində sabitləşir, sabitləşmə dövründə ölgünləşir. Necə deyirlər, əcəl-mayallaq olur, təbii vaxtından əvvəl devrilir. Bunun əksinə olaraq bir parası da güclü və sağlam orqanizmə malik olduğuna görə inkişaf və sabitləşmə dövrü uzanır. Keçmiş tarixə diqqətlə fikir verilsə bu iki incə məsələ hamıya aydın olar.

Zeynalabdin Marağayi24 dəq
Səyahətnamənin mətni, 11

Şamı yedik, süfrəni yığışdırdılar. Möhtərəm cənab bir qədər də öz sərgüzəştindən danışdı.Misirin ticarətindən və sairədən soruşdu. Bu haqda bildiklərimi söylədim. Saat beş idi, mənzilə qayıtmaq üçün izin istədim. Buyurdu fayton hazırlasınlar. Təkidlə razılaşmadım. Fanar yandırıb, nökərlərdən iki nəfərinə buyurdu ki, məni mənzilə çatdırsınlar. Durub yenə də əlini öpmək istədim, qoymadı.

Zeynalabdin Marağayi19 dəq
Səyahətnamənin mətni, 12

Seyidə dedim:“Ay ağa, iranlılardan İstambulda iki nəfər tanıyıram. Onların ikisinin də adı uzun illər boyu iranlıların yadından çıxmayacaq. Birinə həmişə rəhmət oxuyacaqlar; o birisinə isə daim lənət deyəcəklər. İstambulda olan heç bir iranlıdan eşitmədim ki, mərhum Mirzə Hüseyn xan Müşirüddövlənin adı çəkiləndə onun ruhuna rəhmət oxunmasın. Eləcə də elə bir adam görmədim ki, Mirzə Nəcəfəli xanın adını söyləyəndə əvvəlcə ona bir lənət göndərməsin. Halbuki onların ikisi də ölmüşlər. Yaxşılıqla pisliyin səmərəsi bundan başqa bir şey ola bilməz. Bəsirət sahibləri bundan ibrət almalıdırlar.”

Zeynalabdin Marağayi13 dəq
Səyahətnamənin mətni, 13

Mehmanxanaya gəlib çatdıq, gördüm doğrudan da gözəl yerdir. Çoxlu otatları var idi. Birini bizə verdilər. Gecəsinə iki qran istədilər. Əlbəttə, çox ucuz idi. Otaqda miz, səndəl, çarpayı, yorğan- döşək və sair əsasiyyə səliqə ilə düzülmüşdü. Hacı ilə görüşüb ondan ayrıldıq. Mehmanxana xidmətçisi samovarı gətirib dedi:“Şam üçün çilov istəyirsiniz, ya plov?”

Zeynalabdin Marağayi16 dəq
Qəzvin səyahətinin icmalı

Şəhərin dam-divarından qəm-qüssə yağır. Əhalisi insana layiq həyatdan məhrumdur. Xurafat canlarında elə yer eləyib ki, zəmanənin vəziyyətindən yerli-dibli xəbərsizdirlər. Mədəniyyət aləmindən büsbütün uzaqdırlar. Mədrəsə və məscidlərinin vəziyyətindən də qısaca danışdıq. Nə dünyaları var, nə də axirətləri. Bir adam belə tapmazsan ki, vətənin ümumi sərvətini artırmaq fikrində olsun, yaxud vətənpərvərlikdən onda bir iz-əsər görünsün. Damarlarındakı qan belə dayanıb donmuşdur. Diri ikən ölü, ölü ikən diridirlər.Xülasə, səhər tezdən karvanla Qəzvindən Ərdəbil tərəfinə yola düşdük. Mənim Ərdəbilə getməkdən əsas məqsədim yüksək şanlı seyid, Şeyxi-büzürgüvar Səfiəddin İshaq Ərdəbilinin pak qəbrini ziyarət etmək idi. İnsanlıq aləminə işıq saçan o əziz vücudun sayəsində isnaəşəri məzhəbi geniş yayılmışdı. Pak ruhuna canım fəda olsun.

Zeynalabdin Marağayi22 dəq
Ərdəbil səyahətinin icmalı

Bu vilayətdə əhalinin başı mollabazlığa qarışıbdır. Hər dükanda, hər evdə söhbət filan müctəhiddən, filan şeyxülislamdan və ya pişnəmazdan gedir. Bəziləri də camışların döyüşdürülməsi haqqında söhbətlərlə günlərini keçirirlər. Biri deyir: "Ağanın camışı ona görə basıldı ki, kəllə vuranda gün üzünə düşürdü". Söhbətlər bu minvaldadır. Dünya və axirətdən tamamilə xəbərsizdirlər. Ümumi sərvəti artırmağın xeyrindən, təsərrüfat elmi və vətənpərvərlikdən büsbütün qafildirlər.Ölmüşlər, amma diridirlər. Diridirlər, amma ölmüşlər.

Zeynalabdin Marağayi10 dəq
Ərdəbil səyahətinin icmalı, 2

Gecə yaxşı yatdıq. Ayıldığımız vaxt günəş çıxıb bir nizə boyu üfüqdən qalxmışdı. Samovara od saldım, Yusif əmiyə dedim:"Çay hazır olana qədər bir az pendir-çörək al gətir, qəlyanaltı eləyək."

Zeynalabdin Marağayi17 dəq
Marağa səyahətinin icmalı

Bu yerin də vəziyyəti xülasə şəkildə qeyd olundu.Deməli, İranda "haraya getsən göyü eyni rəngdə görərsən!" Heç bir yerdə ticarətin tərəqqisindən, məmləkətin və millətin xeyrinə olan işlərin əncamı üçün əlbir olmaqdan, həmvətənlərə və vətənə sevgidən iz-əsər yoxdur. Bu şəhərin də sakinləri varlısından tutmuş yoxsulunadək, güclüsündən tutmuş zəifinədək tərəqqi və mədəniyyət aləmindən xəbərsizdirlər.

Zeynalabdin Marağayi9 dəq
Marağa səyahətinin icmalı, 2

Əlqərəz, gəmi adaya doğru üzməyə başladı. Gün batana yaxın adanın sahilinə gəlib çatdıq. Gəminin içindəki qoyunları burada boşaltdılar. Yenə də gəmi öz yoluna davam etdi. Şamımızı yeyib yatdıq. Səhər yuxudan duranda özümüzü dənizin o biri sahilində, Urmu şəhərinin yaxınlığında gördük. Tez durub gəmidən düşdük. Buradan şəhərədək iki ağac yol var.Dayanmadan iki ulaq kirayə edib, şəhərə tərəf yollandıq. İki saat yol getdikdən sonra şəhərə çatıb, "Gülşən" adlı karvansarada mənzil tutduq. O gün heç yerə getmədik. Nahardan sonra Yusif əmi dedi:

Zeynalabdin Marağayi15 dəq
Marağa səyahətinin icmalı, 3

Sabahısı gün şəhəri gəzmək üçün bazara çıxdıq. Yusif əmi karvansaranın yanındakı corabçı dükanını gördükdə dedi:“Corabım yoxdur, buradan iki cüt corab almaq istəyirəm.”

Zeynalabdin Marağayi7 dəq
Urmu səyahətinin icmalı

Sabahısı gün Təbrizi səyahət etməyə hazırlaşdıq. Gedib at kirə eləmək istədik. Çarvadar dedi ki, gərək dörd gün də səbr eləyəsiniz, on beş nəfər də başqa müsafir var, birlikdə gedərik. Əlacsızlıq üzündən beh verib qayıtdıq. Vəd edilmiş gün gəlib çıxdı. İki baş qatır gətirmişdi. Yüklərimizi çatıb, Təbrizə yola düşdük. Amma karvanımız yollarda çox ləngiyirdi. Səkkiz gün yol getdikdən sonra doqquzuncu gün Təbrizə varid olduq. Yolda yazılası bir şeyə rast gəlmədik. Amma Təbrizə çatdıqda şəhərdəki vəziyyətin bir qədər dəhşətli olması nəzərə çarpırdı. Karvanın içərisində də bir səs-küy qopdu. Bizimlə gələn urmululardan biri dedi:“Deyəsən bu gün şəhərdə böyük bir hadisə üz vermişdir. Çünki bu məhəllələrdəki dükanların hamısı bağlanmışdır. Elə mühüm bir hadisə üz verdiyi üçün də küçələrdə get-gəl yoxdur.”

Zeynalabdin Marağayi8 dəq
Urmu səyahətinin icmalı, 2

Səhər durub çay-çörək yedikdən sonra həmin əziz dostumla birlikdə bazara getdik. Bir qədər onun dükanında əyləşib söhbət elədik. O mənə dedi:“Əgər meyliniz varsa gedək bir az gəzək.”

Zeynalabdin Marağayi20 dəq
Təbriz səyahətinin icmalı

Bu şəhərin adamları əksərən xudpəsənddirlər, bəzək-düzək dərdinə giriftar olmuşlar. Hamısı nifaq salmaq qabiliyyətinə malikdir. Birliyin nə kimi xeyirlər verməsindən xəbərləri yoxdur, həmişə bir-birinin ayağından çəkməklə məşğuldurlar. Hər kəs başqasının işini əymək fikrindədir. Bununla xoşhal olurlar ki, bir məsələ üstündə iki adam arasında söz-söhbət və ya düşmənçilik törənsin. Belə olduqda onlar da iki tirə olub, hər dəstə tərəflərdən birinin dövrəsinə toplaşıb, yığıncaqlar edəcək, rüşvətlər alıb verəcəklər. Ortalıqda plovlar yeyiləcək, bu işlər tərəflərdən birinin ayaqdan düşməsinədək davam etdiriləcəkdir. Bu kimi işlərdə barışdırıcılıq məqsədi ilə bir nəfər belə söz danışan tapılmaz. Hamı bir-birindən intiqam almaq fürsəti dalınca gəzir ki, birinin ayağı sürüşən kimi onu tapdalasın. Onların işləri-gücləri bundan ibarətdir. Zəmanənin vəziyyətindən xəbərsizdirlər, nə dünyaları var, nə də axirətləri. Ən böyük arzuları otaqlarının tavanından şaxəli şahnişan çilçıraq asıb onunla öyünmək, özlərini çəkməkdən ibarətdir.Diri ikən ölü, ölü ikən diridirlər.

Zeynalabdin Marağayi5 dəq
Təbriz səyahətinin icmalı, 2

Gördüm doğru deyir, axırda bu iş onun dediyi kimi qurtaracaq. Əlacsız qalıb, çapara işarə ilə bildirdim ki, vasitəçilik eləyib, bizim yaxamızı quldurların əlindən qurtarsın. Çapar da təcrübəli, bərkə-boşa düşmüş adam olduğundan mənim işarəmi başa düşüb irəli gəldi. Əvvəlcə bizim qabağımızı kəsən seyidin üstünə çımxırıb dedi:“Ağa, bizi bundan artıq məəttəl eləməyin, bizim işimiz var. Gərək müəyyən saatın başında mənzilə çataq.”

Zeynalabdin Marağayi7 dəq
Təbriz səyahətinin icmalı, 3

Nə isə, yenə də mətləbdən uzaq düşdük. Bu söhbətlər qurtarmamışdı ki, Mərənd qəsəbəsi uzaqdan göründü. Biz atları mahmızlayıb, bir saatdan sonra Mərəndə çatdıq. Çaparxanada atlardan düşdük. Çapar dedi:Belə məlum olur ki, bir neçə saat burada məəttəlçiliyimiz olacaq. Çünki burada çapar get-gəli çoxdur. Bir tərəfdən Ərvənq Ənzaba, o biri tərəfdən Təbrizə, Culfa sərhəddinə gedib-gələn müsafirlərin sayı çoxdur. Buna görə də çaparxanada hazır at təsadüfdən-təsadüfə tapılır.

Zeynalabdin Marağayi10 dəq
Təbriz səyahətinin icmalı, 4

Bəli, Mərənddən də çıxdıq. Sabahısı gün ikindi çağı Araz kənarına çatıb, ayağımızı üzəngidən çıxardıq. Bir nəfər qarşımızda dayanıb amiranə dedi:“Xan sizi çağırır!”

Zeynalabdin Marağayi8 dəq
Təbriz səyahətinin icmalı, 5

Səyahətimin nəticəsi bundan ibarətdir ki, gəzdiyim İran ölkəsinin heç bir şəhərində məni sevindirə biləcək tərəqqi əsəri və ya mədəniyyətə təşəbbüs görmədim. Ticarətdə, kənd təsərrüfatında babalarından nə qalıbsa, onunla kifayətlənirlər. Təəccüblü burasıdır ki, ata- babalarının məişət tərzini olduğu kimi qoruyub saxladıqlarına fəxr edirlər. Ancaq məsrəfsiz bəzək-düzəyi evlərində artırmaq sahəsində o dərəcədə irəliləyiblər ki, ata-babaları bu vəziyyəti heç yuxuda da görməmişdilər. Bunların ata-babaları əziz vətənin istehsal etdiyi iki yüz tümənlik mis qabla böyük bir ailənin yüz illik ehtiyacını ödəyir, axırda da bu qabların qiymətindən heç bir şey azalmırdı. İndi isə bunlar iki yüz tümənə bir çilçıraq alıb, otaqlarının tavanından asıblar. O da qırılıb bircə dəfə yerə düşməklə sahibinin qışqırıb "vay" deməsindən başqa bir əsər qalmır. Aydındır ki, bu kimi şeylər onların babalarının heç xəyalından belə keçməmişdir.Əksəriyyəti mülkədar olan bu camaatdan bircə nəfəri də belə bir xəyala düşməmişdir ki, qonşu ölkədən nümunə üçün bir xırmandöyən maşını və ya biçin maşını, ya da buğdatəmizləyən maşını alıb öz kəndlərində, tarlalarında işə salsın, beləliklə də onun məziyyətlərini öz gözləri ilə görsün. Bu ölkədə başdan-başa bütün böyük şəhərlərindən tutmuş qəsəbə və kəndlərinədək bircə dənə ağzından tüstü çıxan maşın və ya fabrik kürəsi görünmür. Heç yandan dəmiryol qatarının gəlməsi və ya çıxmasını xəbər verən fit səsi eşidilmir. Heç bir şəhərdə dövlət idarəsi naminə əzəmətli, uca imarət görmək mümkün deyil. Dövlət xəstəxanasından, məktəbindən heç bir yerdə əlamət yoxdur. Heç bir şəhərində tərəqqi və mədəniyyət nişanından olan kompani bank görünmür. Heç kəs məscidlərin vəziyyəti haqqında düşünmür. Səfəvi şahları və keçmiş dövrlərin başqa məşhur adamlarının qəbirləri bütünlüklə xarab olub dağılmışdır. Məmləkətin və millətin tərəqqisi uğrunda böyük zəhmətləri və xidmətləri olan mərhum naibüssəltənə Abbas Mirzə və mərhum Mirzə Təqixan əmir kəbir haqqında xələflərin qədir bilməsini andıran bir söz belə dillərimə gətirmirlər. Nə yaxşıları rəhmətlə yad edir, nə də pisləri lənətlə xatırlayırlar.

Zeynalabdin Marağayi10 dəq
Təbriz səyahətinin icmalı, 6

Nə isə, mətləbdən uzaq düşdük. Bütün millətlərin alimlərinin təsdiq etdiyinə görə, iranlılar fərasətli, huşlu-başlıdırlar, onlar hər cür tərəqqi və mədəniyyət qabiliyyətinə malikdirlər. Düzgün tərbiyə olunsalar öz vətənlərinə parlaq xidmətlər edə bilərlər. Bu iddianı sübuta yetirmək üçün çoxlu aydın dəlillər gətirmək olar. Birincisi budur ki, müasir elm və sənətdən məhrum qalmalarına baxmayaraq, iranlıların öz fikri, xəyalı və mahir əllərinin məhsulu olan bir para əmtəələri dost-düşməni heyran qoyub, onların tərifini qazanmışdır. Əgər bu nəcib millət müasir elmi və sənəti də mənimsəyə bilsə, şübhəsiz ki, yer üzünün mədəni xalqlarından biri olar. Elm təhsilində də vəziyyət eynidir. Rusiya, Fransa, İngiltərəyə gedib, məktəblərə daxil olmuş İran əsilzadələri o ölkələrdə biganə olmalarına, qürbət çətinliklərinə baxmayaraq, dərs oxumaqda yerlilərin özündən qabağa keçmişlər. Oxucular soruşacaqlar ki, bəs bu qədər fitri istedadlı iranlıların hər şeydə başqalarından geridə qalmasının səbəbi nədir? Onun səbəbi məlumdur -- mürəbbinin olmaması, tərbiyəçinin olmamasıdır. Bəlli olduğu kimi, tam bir əsrdən bəridir ki, İran hökuməti dəstgahında elmə, sənətə etina edən yoxdur. Bir adamın elm və sənətdə yüksək məqamlara çatması üçün ya gərək varlı-karlı himayəçiləri, ya da çoxlu pulu olsun. Bu iki vəsilədən məhrum olduqda elmdə, sənətdə, bacarıqda öz dövrünün Asəfi olsa belə heç kəs ona etina etməyəcək. Yüksək məqamlara çatmaq üçün üçüncü yol da var. Ancaq biz onu yazmaqdan utandıq. Əgər bir şəxsin bu üç vasitədən biri olmasa gərək yoluxucu xəstəliklərə tutulmuş azarlılar kimi öz evində oturub qapını üzünə bağlasın. Çünki hünər və fəzilət işə keçməz. Atanın fəziləti və şöhrətindən, əlbəttə, oğula bir pay çatar, elə o da kifayət edər. Bir yerdə ki, sipəhsalarlıq qılıncını on dörd yaşında bir uşağın belinə bağlayalar, özünə də haman yüksək adı verələr, o məmləkətdə istedada arxalanıb tərəqqi etməyə daha necə ümid bağlamaq olar? On dörd yaşlı adamın zati istedadı olarsa, hərbi nazirliyə çatması üçün qırx illik son dərəcə çətin, ağır, yoxuşlu yol var. Hər şeydən əvvəl gərək həmin şəxs məşhur hərbi məktəblərdən birində dərs oxuyub oranın fərqlənmə diplomunu alsın, sonra hərbi rütbənin ilk dərəcəsindən başlayıb göstərdiyi parlaq xidmətlərinə görə sərhəng, sərtib, mirpənc, əmirtumanlıq rütbələrinə çatsın. Elə ki, dövlət və millətə sədaqətdə, bacarıqda, şücaətdə öz tay-tuşlarından irəli keçdi, bəlkə də o yüksək məqama çata bilər. Ancaq belə olarsa o şərəfli ünvana layiq ola bilər. Hərgah mənsəblər və rütbələr bu yolla verilsə idi, onda xalq yüksək dövlət məqamlarına çatmaq ümidi ilə həmin hüquqa malik olmaq üçün elmləri və fənləri təhsil etmək dalınca gedərdi. Onda bütün işlər də öz qaydasında olub tərtibə düşərdi. Dövlətin iqtidarı, nüfuzu artıq olardı. Millət də başıucalıqla, şərəflə yaşayardı. Məmləkət də abad olardı. Bugünkü pərişanlıqdan, xarlıqdan iz-əsər qalmazdı. Ən böyük hünəri özünə tabe olan məmurların maaşını mənimsəmək və qoşunun miqdarını azaldıb hərbçilərin geyimindən, yeməyindən, sursatından kəsib oğurlamaqdan ibarət olan bugünkü hərbi nazirin belindəki qılıncı açıb, hərbi paltarını əynindən çıxarsalar onda heç bir hünər və fəzilət qalmaz. Ona görə ki, onda nə varsa qondarmadır. Bircə sözlə bu qədər rütbənin sahibi olubdur. Elə bircə sözlə də onun hamısını itirə bilər. Tarix haqqı və ləyaqəti olmadan yüksək məqamlara çatmış bu kimi adamların müqəddəratını çox gözəl göstərir. Bərmək övladının sərgüzəşti göz qabağındadır. Cəfər Bərməki yaşadığı dövrdə ölkənin xəzinəsindən otuz milyon qızıl bağışlamışdı. Ancaq bircə günün ərzində şahın könlü ondan dönən kimi otuz şahılıq neft ilə qamış onun və ona yaxın adamların həyat xırmanına od vurdu. Uşaqları və arvadı uzun müddət ac, sərgərdan qaldılar. Belə bir yersiz bağışlamaların ardınca belə bir ağır cəza gəldi. Bunların ikisi də qanun-qaydadan uzaq idi. Hamıdan təəccüblüsü budur ki, hal-hazırda İranda hər bir vəziri mədh etmək istədikdə deyirlər səxavətdə Hatəm Taiyə oxşayır. Əgər bir vəziri pisləmək istəsələr, deyirlər yaxşı adamdır, ancaq bir az xəsisdir. Heyf ki, xəsislik bu kişinin yüksək adını alçaltmışdır. Dürüst diqqət yetirdikdə məlum olur ki, birincinin yaxşı cəhətləri camaatdan zorla, nahaq yerə almaq, riyakarlıq və israfla başqalarına bağışlamaqdan ibarətdir. İkinci vəzirin eybi də ondan ibarətdir ki, nə zülm ilə alır, nə də yersiz israfla bağışlayır. Bunların ikisinin arasındakı fərqi uzaqgörən alimlər özləri yaxşı təyin edə bilərlər.Xülasə, ticarətin, alverçilərin, təbəələrin vəziyyəti qısa şəkildə deyildi. Məmləkət başçılarının əhvalı da xülasə şəkildə bundan ibarətdir: İranda elə bir sədr-əzəm yoxdur ki, sabah bütün məqamları və rütbələrinin əlindən alınmayacağına əmin olsun. Eləcə də, şahın sarayında elə bir qapıçı yoxdur ki, hər gecə sədr-əzəmlik yuxusu görməsin. Hamısı ləqəb almaq, dalınca gedən atlıların sayını artırmaq, nökər-naiblərini çoxaltmaq, cah-calalını yüksəltmək fikrindədirlər. O şey ki, onların heç xəyalına belə gəlməz vətənin qüdsiyyəti, məmləkətin abadlığı, gələcək nəsillərin istiqbalını təmin etmək, dövlətin iqtidarı və tərəqqisi üçün lazım olan amilləri hazırlamaq məsələləridir. "Çoxları qəflət yuxusuna dalmış, ancaq öləndə ayılırlar".

Zeynalabdin Marağayi14 dəq
Təbriz səyahətinin icmalı, 7

Batumda dörd gün işsiz oturub gəminin gəlməsini gözləməli olduğuma görə bu neçə kəlməni də, səyahətnamənin mövzusundan kənar olsa da, onun axırında yazmaq istədim. Əsas məqsəd həmvətənlərimi müasir elmləri təhsil etməyə yönəltmək olduğuna görə bu müxtəsər nəsihətnamə də mənfəətsiz olmaz.Mənim gördüyümə görə, İranda hər bir kəs hansı təbəqə və zümrədən olur-olsun, hər bir mənsəb, ləqəb və vilayət hakimliyini pulla ala bilər. Bu işin müəyyən çətinlikləri varsa, o da peşkəş, hədiyyə ünvanı ilə verilən pulun az-çoxluğundan asılıdır. Bu sözə hər kəs etiraz edərsə, günəşi palçıqla örtmək kimi faydasız bir iş görmüş olar. Bu məsələlər o qədər aydındır ki, onu heç kəs dana bilməz. Amma İranda yalnız bircə iş və vəzifə vardır ki, bu ümumi qaydadan kənardır. O yeri heç kəs pulla, rüşvətlə, peşkəşlə ala bilməz. Çünki o yeri tutmaq üçün elm lazımdır. Elə buna görə də həmin vəzifə elmin bərəkətindən hünərsiz pulluların hər cür təcavüzündən kənarda qalmışdır. Əgər siz həmin vəzifəni tapa bilmədinizsə, mən sizə onu göstərərəm. Bu vəzifə İran teleqrafxanalarındakı qulluqdan ibarətdir. Orada işləmək üçün həmin işi bilmək lazımdır. İranda bircə gün ərzində on nazir və ya sərtib, sərhəng və hətta ondan yuxarı olan hərbi vəzifəli adamlardan beş yüz nəfər öz işindən geri çəkilərsə, həmin gün axşamadək hamısının yeri dolar. Amma teleqrafxana məmurları bu gün birdən-birə işləməsələr, rabitə işləri tamamilə pozular, ölkədə böyük bir hərcmərclik yaranar. Ona görə ki, teleqraf fənnindən hər adamın xəbəri yoxdur. Halbuki, xarici ölkələrdə bu fənni hər bir məktəbli uşaq da öyrənə bilir. Bu fənn ən asan fənlərdən biridir. Ona heç əhəmiyyət verən də yoxdur. Beləliklə də, elmin və biliyin yüksək məqamını buradan dərk etmək olar. Bu işi bilməyən adam yüz min tümən peşkəş versə də teleqrafçının yerini ona tapşıra bilməzlər. Elmin şərəfi və hörməti o qədər yüksəkdir ki, onu göstərmək üçün bu kimi dəlillərə heç ehtiyac yoxdur. Vətənin məktəbləri, bildiyimiz kimi, yenidən qurulsa, vətən övladı müasir elmləri və fənləri lazımınca kəsb etsə, onda daha özlərinin və balalarının ehtiyacını təmin etmək üçün yalan danışmağa məcbur olmaz, yaxud başqasının zərərinə razı olmaz, öz dövlətinə, millətinə, vətəninə xəyanət etməz. Şərq ölkələrində yaşayanların inandıqları mövhum kimya əslində elə elmin bir hissəsidir. Məlum olduğu kimi, həmin mövhum kimya İranda çoxlu varlı-karlı evləri yıxmışdır. Özlərini kimyagər adlandıran bir çox fırıldaqçı, şarlatan dünyanın başqa yerlərində elmin bərəkətindən onların kələyinə uyan olmadığı üçün İrana gəlib xalqın cəhalətindən istifadə etməklə camaatın evini yıxır. Bir çox möhtərəm şəxsləri məcbur edirlər ki, axşamdan səhərədək görük basıb kürəni isti saxlasınlar. Onlar öz arvad-uşağının yanında oturmaq ləzzətindən məhrum olmaqla bərabər həmin yoluxucu xəstəliyi xələflərinə də miras qoyub gediblər. Mən İranda bir çox böyük, mötəbər evlərin kimya oduna yaxılıb bir ovuc külə döndüyünü öz gözümlə görmüşəm. Əgər bir şəxsin müasir elm və fənlərdən xəbəri olsa bilər ki, bir şeyin mahiyyətini dəyişdirmək mümkün deyil. Bir şeyin zahiri rənginin dəyişilməsi onun mahiyyətinin dəyişməsi demək deyil.

Zeynalabdin Marağayi13 dəq