Mənimki belə düşdü! ("Qəm rahnümun oldu, mənimki belə düşdü!")
Qəm rahnümun oldu, mənimki belə düşdü!Dil vərteyi-xun oldu, mənimki belə düşdü!El döndü cünun oldu, mənimki belə düşdü!Tale mənə dun oldu, mənimki belə düşdü!“İqbal zəbun oldu, mənimki belə düşdü!”Sən, Məmdəli, qorxma!Qəm çəkmə, darıxma!Dövran özünündür!..Qafilmişəm əhvalimə sövdayi-sərimdən,Sövdayi-sərim etdi məni taci-zərimdən,Rişəm kəsilirmiş demə kəskin təbərimdən,Məşrutəyi salmaqda ikən mən nəzərimdən–Ol nurül’üyun oldu, mənimki belə düşdü!“İqbal zəbun oldu, mənimki belə düşdü!”Sən, Məmdəli, qaçma!Naəhlə əl açma!Meydan özünündür!..Heç faidəbəxş olmadı tədbirlərim, heyf!Kəşf oldu bütün aləmə təqsirlərim, heyf!Bər’əks əsər eylədi tə’birlərim, heyf!Aldatmadı bu milləti təzvirlərim, heyf!Yıldızdakı... Yıldızdakı tə’mirlərim3, heyf!Həp kün-fəyəkun oldu, mənimki belə düşdü!“İqbal zəbun oldu, mənimki belə düşdü!”Sən, Məmdəli, bərk dur!Torbaları doldur!Xırman özünündür!..Şeypur deyil, təbl deyil, sur çalındı,Əks eylədi surun səsi hər qəlbə salındı,Bir şəbdə otuz illik ümuratım alındı,Osmanlıların şahı vətəndən qovulandı,İş döndü oyun oldu, mənimki belə düşdü!“İqbal zəbun oldu, mənimki belə düşdü!”Sən, Məmdəli, qorxma!Qəm çəkmə, darıxma!Tehran özünündür!..Sən vur işini, durma geri məkrü hiyəldən!Mən topladığım şeyləri həp qapdılar əldən,Bunlar keçər, amma hələ var qorxum əcəldən,Sən qarnı yoğun bir şey idin ruzi-əzəldən,Boynun da yoğun oldu; mənimki belə düşdü!“İqbal zəbun oldu, mənimki belə düşdü!”Sən nehrəni çalxa!Heç baxma bu xalxa!Ayran özünündür!..Etdim qəsəm, amma özümü səhvdə sandım,Kamil paşalarçidə edən fikrə inandım,Baxdım sənə öz əhdimi, peymanımı dandım,Illərcə, zəmanlarca, bu gün dandığım andım,Tarixi-qürun oldu, mənimki belə düşdü!“İqbal zəbun oldu, mənimki belə düşdü!”Sən, Məmdəli, qorxma!Qəm çəkmə, darıxma!Meydan özünündür!..Məzlumlərin tutdu məni ahı axırda,İncitdi xəyanətlərim Allahı axırda,Oldum Salanik qəl’əsinə rahi axırda,Mənfalar ara türklərin şahı axırda,Məcburi-sükun oldu, mənimki belə düşdü!“İqbal zəbun oldu, mənimki belə düşdü!”Qaç, Məmdəli, durma!Çox sinənə vurma!Məndən götür ibrət,Sülh eylə, qudurma!Vallah və billah,Insansan, inan, ah,Fərman gedər əldən,Saman gedər əldən,Yalnız nə ki, Tehran,İran gedər əldən!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-menimki-bele-dusdu-qem-rahnumun-oldu-menimki-bele-dusdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir belə məsel vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. Mən bu barədə çox fikirləşmişəm ki, əcəba, doğru danışanın papağının qulağı niyə gərək yırtıq olsun? Fikirləşirəm, fikirləşirəm… axırda yəqin edirəm ki, hələ gərək belə də olsun.Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülki, malı və neçə nəfər uşaqları da qalır.
HəvəsHəvəs sövq eylər insanı həyatə,Ətalət cəlb edər şəxsi məmatə;
Hörümçək və ipək qurduBir hörümçək özün çəkib durdu,Dedi fəxr ilə:-Ey ipək qurdu!
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəmKuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.
Başqa şairlərin şeirləri · Satira
Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Bizim qızBilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
Demədimİşimiz boş danışıq, həmdü sənadır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
MinacatEy mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!