Cücələrim birər-birər,Suyu görüb yavuq gələr,İçər, gedər eşələnər.Yeyər, içər cücələrim,Doyub qaçar cücələrim.

Cücələrim lümək-lümək,Qanadları gödək-gödək,Yem axtarar, tapar yemək,Yeyər, içər cücələrim,Doyub qaçar cücələrim.

Gecə dönəndə gündüzəCücələrim gəzə-gəzə,Səhər hindən qaçar düzə,Yeyər, içər cücələrim,Doyub qaçar cücələrim.

Cücələrim bəzəklidir,Bəzəklidir, düzəklidir,Sarı, çil-çil, hər rənglidir.Yeyər, içər cücələrim,Doyub qaçar cücələrim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri