Olmasın

Alı dərəsində Bekar olmasın,Tez dağıdın o zalımın yolpasın.

Aşıq ValehMəsnəvi1 dəq
Ağrı dağı

Qüdrətdən yaradıf yaradan səni,Məğrur dayanıfsan sən, Ağrı dağı.

Miskin Abdal1 dəq
Ağı

Növrəstə Cavadım,Güldəstə Cavadım,

Adsız el şairləri1 dəq
Çiçək

İki qız aldın əlimdən, boyadın qanə, çiçək!Bu ki bir danədi, rəhm eylə bu oğlanə, çiçək!

Mirzə Əli MöcüzQəzəl2 dəq
Qəzəl: Ey olan Quran icazafərin bürhan sənə

Ey olan Quran icazafərin bürhan sənəMədd-i bismillah mizani-ülüvvi-şan sənə

Qövsi Təbrizi1 dəq
Qəndil

Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı?

Əbdürrəhim bəy Haqverdiyev5 dəq
Bağlama

Əvvəl salam olsun, Şikəstə qardaş!Oxu, bu kağızın qarası nədir?

Çoban Əfqan1 dəq
Gəlin

Maral kimi bu dağları gəzirsən,Ceyranın quzusu, sağısan gəlin!

Varxiyanlı Aşıq Məhəmməd1 dəq
Olmaz

Dedim, könül, bacar yaxşılıq eylə,Həmişə əlində ixtiyar olmaz.

Ağ Aşıq Allahverdi1 dəq
Yaxşıdı

Bir adam ki, sənlə ülfət eyləsə,Yəqin onun əsil-zatı yaxşıdı.

Aşıq Hüseyn Şəmkirli1 dəq
Əfəndim

Səməd bəynən İsmeylin seyrinə vardım,Bu diyarı gəzə-gəzə əfəndim.

Aşıq Şenlik1 dəq
Məndədi

Əylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,

Xəstə Hasan1 dəq
Keçdi

Ağbabanın yaylağındanBir cüt gözəl gəldi, keçdi.

Aşıq Nəsib1 dəq
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş!

Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.

Molla Vəli VidadiQəzəl1 dəq
Bağçamızdakı payız meyvələrinin mənə dikilən xoşhal baxışları...

Biz babamın dostu olan Hacı Yüzbaşının faytonunda Qızılbaşoğlu Alıgilin müşayiətilə getdik şəhərə. Evimizdə ilk qabağımıza çıxan adam, çiynində hansı qonşununsa səhəngi kəhrizdən gələn İman kişi oldu. O gülüb dedi:– Xoş gəldiniz!

İlyas Əfəndiyev3 dəq
Kainatın varlığından mənə sən şafi yetər

Kainatın varlığından mənə sən şafi yetər,Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.

HəbibiQəzəl1 dəq
Ola

Təxəllüs nə lazım, ey Aşıq Pəri,Bir kəs ki, mehrdən xəbərdar ola?

Məhəmməd bəy Aşiq1 dəq
Səni

Yerin alt qatına çox da əl atma,Götürübən yerə vurarlar səni.

Aşıq Əsəd1 dəq
Sərv qaldı cilvədən sərvi-xuramanım görüb

Sərv qaldı cilvədən sərvi-xuramanım görüb,Gülməz oldu gül daxi gülbərgi-xəndanım görüb.

Sadıq bəy ƏfşarQəzəl1 dəq
Nizami mövzuları

Onu anlamayanlardan şikayət edərkən:Türkcəmi bu həbəşlikdə alan yox,

Məhəmməd Əmin Rəsulzadə19491 dəq
Müsəlman müəllimlərinin hümməti

Hər sənə yay fəslində Şuşa şəhərinə elm və mərifət təhsil edənlərimizdən, — xah müəllimlər olsun, xah studentlər və xah dövləti qulluqlarda olan cavanlardan, — böyük bir cəmiyyət yığışıb, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gəlib ittihad və ittifaqın binası bir növ möhkəmləşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər. Xüsusən bu yolda artıq hümmət və qeyrət göstərən müsəlman müəllimləri olur. Doqquz ay qürbət vilayətlərdə, uzaq kəndlərdə və şəhərlərdə təlim və tədrisə məşğul olub artıq məşəqqət çəkib üç ay yay fəslini dəxi istirahət və asayiş ilə keçirməyi özlərinə rəva görmürlər.Belə ki, iyul ayının 24-cü günü buradakı şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə türk dilində bir komediya göstərildi. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mərhum Mirzə Fətəli Axundovun əsərlərindən məşhur "Hacı Qara" və yaxud "Mərdi-xəsis" komediyası idi. Əgərçi bu komediya kərrat ilə Şuşa şəhərində iraə olunubdur və onun məzmunu şəhər əhlinin çoxuna məlumdur, bainhəmə komediya əsla əksilməyib hamıya xoş gəlir. Əlbəttə, mərhum Axundov kimi kamil, dəqiq, baxəbər və ziyadə təcrübəli vücudun əsəri dəxi həmişə həyat üzrə baqi qalacaqdır.

Firidun bəy Köçərli19032 dəq
Əlindən

Nə qanır, nə qandırır,Dad-aman nadan əlindən.

Aşıq Hüseyn Bozalqanlı1 dəq
Gənc maşinistka və qoca yazıçı

On səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır.Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.

Süleyman Sani Axundov3 dəq
Qəzəl: Dövr gəldi, gülgəz zövq ü səfa eyləyəlim

Dövr gəldi, gülgəz zövq ü səfa eyləyəlim,Xari-qəmdən dili gül kimi cüda eyləyəlim

Nitqi Şirvani1 dəq
Düşə bir də nəzərim mehri-rüxi-cananə

Düşə bir də nəzərim mehri-rüxi-cananə,Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.

Əbülqasim NəbatiQəzəl1 dəq
XXXI

Züleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.

Süleyman Rəhimov19443 dəq
VI fəsil, 5

Şamxor yolu ilə Gəncəyə doğru irəliləyən izdihamın sevinci hədsiz idi. İndi onların böyük bir ordunu silahlandıracaq qədər silahları var idi. Müşayiətçilərin əhatəsində öndə gedən faytondakı Xudadat bəy tez-tez yanındakı Aslan bəy Səfikürdəkini qucaqlayır "Artıq geniş səfərbərlik elan edə bilərik. İndi hər şeyimiz var" deyirdi. Silahları təhvil alanlardan bir neçəsi şəhərin girəcəyində atdan düşüb topların lüləsinə paçayırma minib "ura" - deyə qışqırırdılar. Küçə boyu düzülən camaat onları eyni sevinclə qarşıladı.Şəhərin kənarındakı dəmir yolunda isə kirpik boyda görünən vaqonlar tüstülənə-tüstülənə arxayınca, takka-tukla irəliləyirdi.

İsmayıl Şıxlı19951 dəq
Qəzəl 559

Nə qədər qında yatıb pas atacaq xəncərimiz?Paltar altında zirehtək qalacaq cövhərimiz?

Saib TəbriziQəzəl1 dəq
Qəsidə 181

Eşq zərif dürrdür, qəlb onun ümmanı,Qəlb əcəmi bir gözəl, eşq onun dastanı.

Xaqani Şirvani2 dəq
Qəzəl 23

Gülüm, hər ləhzə dilindən tutar azar məni,Sancar ol bərgi-gülündən yetişən xar məni.

Məhəmməd FüzuliQəzəl1 dəq