Üçüncü Rusiya müsəlman ictimainə dair

Qəzetələr verdiyi xəbərə görə (Nijni Novqorod) da Rusiya müsəlmanlarının üçüncü məclisi olacaqdır. Bu məclisə Rusiyanın hər tərəfindən müsəlmanlar cəm olub, əz hali-hazırələrini mövqeyi-müzakirəyə qoyacaqdırlar. Bu, müsəlmanların ictima qurub, əz ümumi dərdlərinə dərman aramaq üçün icra etdikləri üçüncü təşəbbüsdür. Müsəlmanların keçmiş ictimalarına dövlət izn vermişdisə də sonra nədənsə mane olub qoymamışdı ki, ictima bir müəyyən qərardad tərtib edə bilsin. Ümid var ki, müsəlmanların bu üçüncü təşəbbüsü dövləti heç bir suifikrə salmayıb “bilaməmani”ə icra olunar. Şəksizdir ki, Rusiya müsəlmanlarının bu gələcək ictimai ümumi olacaqdır. Yəni bütün Rusiyanın hər yerindən və bizim Qafqazdan da oraya vəkillər gedib, ehtiyacati-ümumiyyəmizin müzakirəsində iştirak edəcəkdirlər. Bu ictimaın biz Ümumrusiya müsəlmanları üçün ən böyük faydası olacaqdır ki, Rusiyanın müxtəlif yerlərini iskan edən müsəlmanlar öz nümayəndə və vəkilləri vasitəsilə bir-birilə görüşüb, danışıb, öz aralarında əbədi bir irtibat qoymağa səy edəcəkdirlər. Bu halda Sibirya və Orta Asiya müsəlmanları ilə Orta Rusiya müsəlmanları arasında olan irtibat biz qafqazlılar ilə ora müsəlmanları arasında yoxdur desəm yalan olmaz. O vaxt ki, Rusiyada ümum müsəlmanların yalnız bir qəzetəsi var idi və o qəzetə də Qafqazda, Bakı şəhərində nəşr olunurdu. Qafqaz müsəlmanları ilə Rusiya müsəlmanları arasında ittifaq və irtibat əlamətləri dəxi var idi. Qafqazlı və rusiyalı müsəlmanlar bir-birinin ehtiyacatından xəbərdar, bir-birinin qəm və fərəhindən hissəyab olurdular: Birinin ittifaq və ittihadı andıran sözlərinə digəri can və dil ilə haman sözləri cəvabən deyirdi. İndi isə Rusiyada müsəlman qəzetələri çoxaldıqdan sonra, hər kəs “öz əli öz başı” olub bir-birlərinə baxmaq da istəmirlər. Ümum müsəlmanlara münasibəti olan ehtiyaclar bütün qəzetə sütunlarında yazılır, müzakirə edilir. Lakin nə o tərəf və nə də bu tərəfin yek-digərinin xüsusi ehtiyacatını nəzərə almayır, bu ehtiyacatların rəfi xüsusunda dil bulamayır, bildiyi çarələri təklif etməyir...Zənnimcə, Qafqaz, Rusiya qəzetələrindən ötrü böyük və əhəmiyyətli bir sərmayəyi-mübahisə və mükalimə olan kimi, bizim Rusiya müsəlman qəzetələrindən ötrü də oylə olmalıdır. İki-uç ildir ki, Qafqazda vaqe olan hadisat ənzari-əçanabi özünə cəlb etməyə bilmədi. Rusiya müsəlman qəzetələri isə guya Qafqazdan üz döndəribdirlər. Yaxud qan meydanına dönmüş Qafqaz barəsində bir şey yazmağı, bir təsəvvür izhar etməyi lazım bilməyirlər. Doğrudur, Qafqaz qəzetələri dəxi Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı haqqında bir o qədər qələm çalmayırlar. Lakin iş buradadır ki, Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı, Ümumrusiya müsəlman ehtiyacatına qərib bir halda olarkən Qafqaz müsəlmanlarının xüsusi ehtiyacı bir bəlayi-nagəhandan ibarətdir. O bəla ki, onun üstündə binəva Qafqaz müsəlmanlarının əleyhinə bütün Rusiyada və hətta məmaliki-əcnəbiyyədə dəxi min cürə böhtanlar, iftiralar yazmaqla onsuz da hər bir hüquqdan məhrum olub yazıq qalmış müsəlmanları daxildə gözdən saldılar və axırda o məqamə yetirdilər ki, Rusiyada sakitlik sevən və rahatlıq tərəfdarı ədd olunan sadədil müsəlmanlar fəsadçılara layiq olan tənbihatə giriftar oldular...

Üzeyir Hacıbəyov3 dəq
Bülbül cəhcəhli dünya

Mən bugünkü günəm,Sahabkı – keçmiş...

Mirvarid Dilbazi19961 dəq
Qəzəl 4797

Kimi bu gülxanaya çəkdilər, görən, yenə də?Baxır ardınca onun bir dəfə görən yenə də.

Saib TəbriziQəzəl1 dəq
Rübai 22

Xaqani, itibdir can da, ürək də,Çətindir rəhm ola zalım fələkdə.

Xaqani Şirvani1 dəq
Cami-Cəm, fəsil 130

Mən yoxsul, əliboş olsam da belə,Beləçə düşgünlük, zəiflik ilə

Əvhədi MarağalıMəsnəvi2 dəq
Padşahi-mülk

Padişahi-mülk, dinarü-dirhəm rüşvət verib,Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.

Məhəmməd Füzuli1 dəq
Hayâlüne gönül hâne ğegül mi

Hayâlüne gönül hâne ğegül miGerek il sahlamah hana degül mi

Qazi BürhanəddinQəzəl1 dəq
Kəndə!..

Bilməm nə görübdür bizim oğlan oxumaqdan.Sabir*

Cəlil Məmmədquluzadə2 dəq
Qəzəl 346

از خم صفا جام می ناب بیاریدگر شمع ندارید بمهتاب بیارید

Qasım ƏnvarQəzəl1 dəq
Qəzəl 42

تعالی الله از این صورت که عین ذات پرمعنی استدل محروم از این صورت دو چشم جان پرتابی ست

İmadəddin Nəsimi1 dəq
Töhfeyi-Sami, bölmə 598

از جمله مدرسان شهر کاشان است و در طالبعلمی بقدر کوشیده گاهی که شورش عشق بتان در کانون دل او سودا زدی چون ماهی که در تابه افتد بریان با دیده گریان سر و پای برهنه میگردید و گاهی که سلطان عشق دست تصرف از شهرستان دل او کوتاه میکرد در کنج انزوا نشسته بفکر شعر اشتغال مینمود و بواسطه تحیر در عشق یا حیرت اندر افعال خود. حیرانی تخلص میکرد این مطلع از اوست :ای زده شمع رخت بر من گریان آتش

Sam Mirzə1 dəq
Tülkü və çaqqal

Rubah bir şəğal ilə bir biyabanda gedirdilər Qəzadan ittifaq bunlarınyolları qurdların qəbristanına düşdü.

Seyid Əzim Şirvani1 dəq
Güləcək

Gerçəyin gül üzü güldükcə könüllər güləcək,Gerçək insanlığa güldükcə gülümsər gələcək!

Rəfiq Zəka Xəndan1 dəq
Qəsidə 85

که را پشتی کند گردون چه باشد پشتی لشگرچه باشد یاری لشگر که را دولت بود یاور

Qətran Təbrizi4 dəq
Rübai 84

ای صبر نگفتی چو غمی پیش آیدخوش باش که کار تو ز من بگشاید

Mücirəddin Beyləqani1 dəq
Ləbinə bənzəməsəydi meyi meyxanələrin

Ləbinə bənzəməsəydi meyi meyxanələrin,Lalərəng olmaz idi çöhrəsi peymanələrin.

Əliağa Vahid1 dəq
7 noyabr

Oktyabr inqilabının ildönümü günü 7 noyabrdı. İran torpağında olan sovet adamları bu günü böyük iftixar hissiylə, faşizm üzərində qəti qələbəyə inamla qarşılayırdı. Mən mehmanxanadaydım. Birdən Təbrizin baş küçəsindən uğultular, gurultular qopdu. Balkona çıxdım. Atları addım-addım, ağır-ağır gedən bir fayton nəzərimə çarpdı. Faytonun dalınca yüzlərlə adam “urra” deyə bağırırdı. Faytondan əhalinin üzərinə vərəqlər göyərçinsayağı uçurdu.Bu nə işdir, nə olmuşdur? Mənə elə gəldi ki, təbrizlilər 7 noyabr gününü qarşılayır. Faytonun içindəki adam mənə çox tanış gəldi. Bəli, bu “Şahin” qəzetinin sahibi Ağazadə idi.

Süleyman Rüstəm3 dəq
Qəzəl 4

در فغانم از دل دیر آشنای خویشتنخو گرفتم همچو نی با ناله‌های خویشتن

Məhsəti Gəncəvi1 dəq
Qəzəl 214

رویی‌ست که عالم از تو دیدهیا گلشن هیچ کس ندیده

Məczub Təbrizi1 dəq
Qəztələr tövqifini yalnız Sipəhdar əkməyir

Qəztələr tövqifini yalnız Sipəhdar1 əkməyir,Bizdə də əskik deyildir boylə biidraklər!

Mirzə Ələkbər Sabir19101 dəq
Qəzəl 147

در رخت می‌نگرم صورت جان می‌بینمآنچه دل می‌طلبد پیش تو آن می‌بینم

Həmam TəbriziQəzəl1 dəq
Ləali-mənzumə, fəsil 10

محبوبم الله لبیک لبیکمطلوبم الله لبیک لبیک

Nəyyir Təbrizi1 dəq
Ölümün məhkəməsi

Soyuq bir qış axşamında süzərək kainatı,O, mənalı baxışlarla tərk elədi həyatı...

Səməd Vurğun2 dəq
Tək olanda

Tək qalmaq istərəm,Tək qalmaq, hərdən.

Məmməd Araz19701 dəq
Tərpəndi, ya tərpənmədi?

Titrəyib yer tərpənəndə bilmirəm insanların,Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?

Baba Pünhan20001 dəq
Nə müddətdir dost yolları

Nə müddətdir dost yollarıBağlanıbdır, xəbər gəlməz.

Qasım bəy Zakir1 dəq
Leninə

Afağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.

Məmməd Səid Ordubadi1 dəq
Aslan, qurd və tülkü

Bir zaman tülkü, qurd, həm aslan –Hər üçü bağladı belə peyman;

Abdulla Şaiq19081 dəq
Sabir bağında

Payız yarpaq tökür dalbadal üstə,Ayağı altına çiçək səpir yaz,

Əliağa Kürçaylı19611 dəq
İkinci addım

Hər şey zarafatdan başladı bir vaxt,Hər şey bu dünyada başqaydı bir vaxt.

Nəriman Həsənzadə1 dəq