Əsərlər
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Sabir, ey alami-xəlqə tərcüman!Ey hər anda kasə-kasə zəhr udan!
Xatirə yarpaqlarıTəsəlli tapıram xatirələrdəXatirə sözündən üşənirəm həm.
Bu qızınLəblər mirvaridi, incidi dəndan,Al yanağı əlvan lala bu qızın.
DeyərsizHələ qəflətdəsiz, yatmısız belə,Sayıb məni bir divana deyərsiz.
A.F.KruzenşternəBaş idarənin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**1863-cü il*
VəsiyyətimHəkimimə yalvarın, bədənimi yarmasın,Həkimimə yalvarın, hay haray qoparmasın.
Sənin gülüşlərinQarşımda nazlanıb yenə gülürsən,Bilsən gülüşlərin nəyə bənzəyir?
DağlarDağlar,Vüqarlı dağlar,
Barışma kədərləBarışma kədərlə,Hər şeyə biganə olarsan.
Davalar… Davalar…Yer üzündə od qalayanDavaların çoxdur sayı,
AzərbaycanımGecələr ulduz-ulduz,Ötüb keçir karvanım.
Yurd mahnısıDilərəm bir payız günü,Səhər doğsun qızıl günün,
“İttifaq” məktəbinə bir nəzər“İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtiyarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə ə’zasının saiqeyi-nifaq və ədavətlə – hiç bir gunə təşəbbüsdə bulunmamaları hissiinsaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba nədəndir ki, böylə mevqelərdə yaqalarını sıyırırlar. Mədrəsənin maddi və mə’nəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət həvəsilə uçan zəvat niçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir mə’zirət bəyan edə bilərlər?Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til maaşlarını və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər yüz rublə, cəm’ən bin rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir.
Bu fələk işləri etdi pərişanBu fələk işləri etdi pərişan,Şadlığı fitnəylə o qoydu viran.
XəzərdəBir körpə uşağam, beşiyim sular,Saçlarım gümüşə batar Xəzərdə.
KəşflərGilyətin bıçağı düzəltdi biriÜlgücü başları kəssin bir anda.
BuludlarYenə ağ çalmalı Kəpəzin üstdə,Çətir tək durmusuz, qara buludlar,
DurnacıqBu günlər mənim dərdim başdan aşqındı yenə,Diqqət etsəniz əgər siz çöhrəmin rənginə,
Yüz dərdəAman gözəl, əlac eylə dərdimə,Səndən ötrü mən düşmüşəm yüz dərdə.
VaqifinEy Məkkəni, Mədinəni yaradan,Bir fikir çək əhvalına Vaqifin.
YaxşıdıDəli könül, məndən sənə əmanət,Demə bu dünyada qalım yaxşıdı.
Aşari-tərəqqiBir gün idarədə əyləşmişdim və Orenburqda nəşr olunan “Vaqt” qəzctində Buxaradan yazılan bir gözel mektubə mütaliə edirdim, Nagah gördüm qapı açılıb iki-üç nəfər şəxs sərasimə içəri girib başladılar məni məzəmmet eləyib yuyub arıtmağa ki, sen niyə bu şəhərdə bir bu qədər gözel-gozəl işlər olur ve qəribə-qeribə əhvalat üz verir götiirüb “Molla Nəsrəddin” jurnalına yazmayırsan? Məgər sen ancaq ona lazımsan, bircə yazasan ki, Göyçay qazısı qız qaçırdıb kəbin kesmək üçün onun yanına aparan oğlanın əlindən həman qızı aİıb neçe aydı özünə herəm eləyib saxlayır və indi biçara qız hey dad-fəryad eieyir ki, Aliah xatirinə məni azad elə gedlrn. Qazı körpə uşaq kİmi gözlorinin hiliyini axıdır ki, aman günüdür getmə, sən getsən men ölorəm?!Məgər son birco buna lazımsan götürüb yazasan ki, Culfada 2 fevral gecəsi “Anqlya” mehmanxanasında bir ədib və iki nəfər tacir keyflonib sazandar ilə bir naməhrəm oynadırmışlar. Nagah ədibin saxlaması Marusya qəflətən qapıdan girib şərab butulkasını çalıb ədibin başına. Qan durub fantan eləməyə və indi həkimlər deyırlər ki, şişə smıqları giribdir ədibin başının içinə daha onun beyni xarab olacaq və millətə bundan sonra onun faydası çatmayacaqdır!
Sudan gəlirBaşma döndüyüm alagöz Pəri,Elə bildim sonam bu sudan gəlir.
Nəvəm, Vildanım mənim!Yaltada gecə yarıEyvandan aya baxdım,
Telli QarıBir gün Mahmud ağa qapıda durmuşdu. Əlini gözünün üstünə qoyub uzaqlara baxırdı. Birdən xeyli uzaqlarda bir atlı görüb xeyli təəccübləndi:– Bu atlı kimdi belə? Hər kimdisə mənim yanıma gəlir. Qoy gəlsin.
ƏmanətQurban ollam ala gözlü yara mən,Mən gedirəm, sən Allaha əmanət.
DivanəCavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.
BənövşələrO yar gəzən oylaqlarda,Bir də açdı bənövşələr.
OlaydıMindim Qıratın belinə,Kaş ki duşmən yüz olaydı
Qəsidə 5این دل چه دلست و این چه یار استکار من از این دو سخت زار است