Mir Jalal Pashayev: Soviet era
Konserv zavodunun kiçik klubunda, müdir stolunun ətrafında yeddi-səkkiz nəfər oturmuşdu. Deyəsən, məşvərət keçirirdilər. Biri danışır, başqaları qulaq asırdı, sonra başqası danışırdı.Danışıqlar sakit, mülayim keçirdi. Zavodun onilliyini qeyd etmək, buraxılan məhsul, qazanc, yetişən kadrlar haqqında, gələcək tədbirlər haqqında rəqəmlər, planlar göstərilirdi. Yerli komitə sədri Özüyarov isə çox narahat idi. Gah durur, gah oturur, gah danışanlara su töküb verir, gah nəsə protokola yazırdı.
Bacı-qardaşŞekaem deyilən kəndli gənclər məktəbində müəllim idim. Seminariyanı təzəcə qurtaran cavan mütəxəssislər onda çox az idi. Hər rayona bir nəfər düşür, ya düşmürdü.O zaman kənd məktəbində xidmət eləməyin hörmət və izzətinə münasib güclü də maaşı var idi. Böyük Leninin vəsiyyətinə görə, müəllim haqqında Sovet dövlətinin xüsusi qayğısı, tapşırığı!
Az danışmağın faydasıSədidən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: biədəbdən. Məndən soruşdular ki, az danışmağı kimdən öyrəndin? Dedim: çox danışandan!Doğrudan belədir. Uzunçuların yanında oturub-durmaq məni təngə gətirdi. Mənim Dilan adlı bir yoldaşım var. Çənədən pərgardır. Bir nağıl ki başladı, səni yuxuya verməmiş əl çəkməz. Deyəsən, zalım oğlu elə bil hər səhər bal halvası yeyir. Çənəsi həmişə işləyir. Atası da bezib onun hap-gopundan. Elə olur ki, Dilan danışır, o danışa-danışa sən gedib üzünü yuyub gəlirsən, ya bəlkə də çimib, ya dişini çəkdirib qayıdırsan! Görürsən elə hərif danışır. Dinləyən var, ya yoxdur, Dilan üçün birdir. Özünün də, sözünün də halına təfavüt eləmir. Gəlib görürsən həmin ahəng, həmin mətləb, həmin söz.
Mənim dilmancımİndi adlar, sözlər tez-tez dəyişir. Bilmirəm niyə. Biz cavan olanda bir şeyin adını öyrənirdik, iş də qurtarıb gedirdi. İndi səhər yerindən qalxıb qapıya çıxırsan, görürsən küçənin, idarənin, parkın adı dəyişib. Bizim uşaq artistdir, səhər-axşam geyinib gedəndə bilirdim ki, teatra, oyuna gedir, dünən görürəm anası deyir:– Nadir getdi festivala!
Düz adamHər gün işə gedəndə trolleybusda əyləşib görürsünüz ki, bulvarın ağzından bir adam tələsik gəldi, vaqona daxil olan kimi, göy kağızını çıxarıb camaata göstərdi:– Mənim həmişəlik biletim var!
ÖyrəncəkliAdət!Biri deyir, adət yaxşı şeydir.
Paho, paho-o... Vay!Deyəcəklər, bu necə söhbətdir, nə sərlövhədir? Zarafat eləyirsiniz, nədi?Amma oxuyanlar görə bilər ki, burada nə zarafat, nə bir təəccüb yeri var. Olan şeydir. Olanı da deməyə, yazmağa kimin nə sözü?
"İngilis" diliDil bilmək yaxşı şeydir. Üç dil bilsən, üç adamsan, beş dil bilsən, beş adamsan.Ataların dediyi bu hikmətli sözü, mən əvvəllər o qədər başa düşməzdim. İşə girəndən, camaat içinə çıxandan, bəzi yoldaşlarla tanış olandan, cürbəcür əhvalat eşidəndən sonra lap aydın dərk elədim. Dərk elədim ki, dil bimək yaxşı şeydir. Dilsiz iş keçmir.
Ədəb söhbətiQonaqlar gedəndən sonra atası Kamilə dedi :Bala, sənə neçə dəfə demişəm, evə qonaq gələndə adam qabağa çıxar, qarşılayar, xoş gəldin eləyib, yer göstərər...
XəzinədarBu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.
Məhəbbət, yaxud qəlp pulQəlp pul yayan kəs ölkədə cinayətkar hesab olunur və ən ağır cəza ilə cəzalanır. Çünki, bu peşənin sahibi dövlət və xalq təsərrüfatını pozub dağıdan, aralığa hərc-mərclik salan adamdır. Hansı yerdə qəlp pulun kökü kəsilməsə, oranın əhalisi rahat yaşaya bilməz. Bu azara təkcə təsərrüfatda yox, əxlaqda da təsadüf olunur.Xüsusən bəzi nadürüst cavanlar, üzdəniraq, nəcisi konfet kağızına bükən kimi ürəklərini məhəbbət yazılı bəzəkli-düzəkli ibarə ilə m əsum, sadəlövh qızların qarşısında beş günlüyə səxavətlə xərcə verirlər: "Həyatım qədər sevdiyim", "Qəlbimin sultanı, ömrümün baharı, filan xanıma!"
Mən də bir elçi kimiBilmirəm, Şamlıcada olmuşsunuz, ya yox. Bu kənd Gəncə dağlarının səfalı guşələrindən biridir. Yazın gözü açılandan ta payız şaxtalarına qədər bura yaylaqçıların həvəslə axışdığı yer olur. Təkcə Gəncədən yox, lap uzaq yerlərdən bura köçüb gələnlərin, təkər-təkərə verən maşınların, istirahət evində, uşaq bağçalarında, pioner düşərgəsində qaynaşanların sayı-hesabı bilinmir.Kənd iki hissədir: Çaybaşı, bir də Aşağı küçə. Çaybaşı kəndin abad, əslində mərkəz hissəsidir. Dağın döşündə, qayalıqların altında, dərənin ilk şırımında yerləşib. Sərin bulaqlar, meşə idarəsi, istirahət evi buradadır. Qayalıqlardan enib köç yolunu ötəndə, düzənliyə keçəndə böyük tikintilər əvəzinə yamaclar, cığırlar içində alçaqca damlar, tikanlı çəpərlər, ot tayaları görürsən.
TurşuqeyrətBaşqa idarə işlərinin redaksiya işlərindən fərqi çoxdur, hətta ziddiyyəti də var. Başqa idarələrə camaat özü gəlir. Amma redaksiya işçiləri inşaat m eydançalarına, zavodlara, kolxoz tarlalarına, məktəblərə gedir, harada yazıya gələn əhvalat, öyrənməli mətləb var, oradan redaksiyaların diqqəti əskik olmur. Başqa idarələrdə işin ən ağır vaxtı səhərdir. Amma redaksiyada səhər bir iş olmur. Çapa layiq yazılar oxunur, gözdən keçirilir. Axşama doğru isə qəzet çapa gedir, təşviş başlanır. Bütün diqqətlər toplanır. Sabah oxucuya verilməli olan hər səhifə, sütun, cümlə, söz təzədən oxunur, yoxlanır, imzalanır.Redaksiyada səhər-səhər arxayınlıq olur. Şikayətçi az gəlir.
İmzasız hekayəKeçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.
Mən deyənAdamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.
Mən necə həkimlik öyrəndimQəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.
Qulluqçu haqqında(Uşağın təsəvvürü)*Rüstəm xoşbəxtdir. Oturanda yatır. Mənim heç yuxum gəlmir, amma Rüstəm durduğu yerdə yatır. Bir dəfə polu qaşıyanda yuxulamışdı. Nənəm üstünə qışqırdı, oyatdı, yenə tələsə-tələsə polu qaşıdı. Qaşıdı, qaşıdı, birdən dayandı, başladı xoruldamağa. Nənəm yaxasına su tökdü, oyandı, işlədi.
Şirin söhbət– Qapını yaxşı ört, saata bax, gör neçədir.– Mən baxmışam, sən bax!
Ana məsləhəti– Ana, gündə neçə dəfə çay qoyursan?– Heç sayı-hesabı var ki, səhər durandan gecəyarısmacan. Maşallah, hey çayniklər dolur-boşalır.
Düşünmək istəyirəmBakının isti iyul günlərindən birində, uca, çoxmərtəbəli, daş binanın qabağında adam əlindən keçmək çətin idi.Güman etməyin ki, bir mərasim, ya yığıncaq var idi. Bu dəhşətli istidə nə mərasim? Göydən tökülən, daş-divardan, asfaltdan qalxan təndir havasına dözüb-dayanmaq mümkün deyildi. Ancaq buraya yığılanlar məcbur idilər. Cavanların aylardan bəri həsrətlə gözlədiyi gün gəlib çatmışdı. İçəri otaqlarda sənət institutuna qəbul imtahanı gedirdi. Yüzlərlə cavanlar gözləyirdilər.
Gör fələk nə sayırTalib Fətiroğlu öz işini bilən adamdır. İki-üç ildir işləyir. Rayonun, necə deyərlər, cikini də bilir, bikini də. Özü əmanət kassasında hesabdardır. Ancaq adamların təkcə pulları yox, ürəyi də onun yanında əmanətdir.Bir də görürsən bığlı bir kişi qapıdan girib barmağı ilə işarə verdi:
Biri var idi, ikisi yoxYoldaş!Bizim zəmanəmizdə bundan çox işlənən, çox məna kəsb edən, çox hörmət qazanan söz tapmaq çətindir.
Xoşbəxtlik barəsindəİstirahət evində, nədənsə, adamın dili açılır, çox danışmaq, hər işə qarışmaq istəyirsən. Pensiyaçılardan biri, qoca müəllim, nərdtaxta oynayanların içinə mübahisə saldı:– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.
Hərənin öz işi varÇörəyi ver çörəkçiyə,*Bir çörək də artıq!*
Tags are assigned automatically from keywords and refined by editors.