Lirika

Bir zamanlar Kommunist küçəsinə qurşaq kimi dəmiryol xətti dolanırdı. Üçvaqonlu, üç nömrəli tramvay əjdaha kimi altdan-yuxarı, yoxuşa dırmaşanda, küçə hərəkəti qorxulu olurdu. Sürücülər bura çatanda zəngi bərk-bərk vurardılar.İndiki kimi xoş bir yaz günortasında universitetin qabağında bir dəstə müəllim gəzişirdik. Yenicə qış sıxıntısından qurtarmış qocaman şəhərin günəşli, mülayim, durğun havası bayram kimi hər kəsi sevindirirdi. Qış libasından silkinib çıxmış, yüngülləşmiş adamlar sanki salamlaşmır, bayramlaşırdılar. Üzlərdə təbəssüm, gülüş, məmnuniyyət!

Mir Jalal Pashayev19582 min
Əl xətti

Dağ dağa qovuşmaz, insan insana qovuşar. Qədimdən adətdir: adamlar bir-birilə görüşəndə əl verirlər. Sıxılan hərarətli əllərdən hər iki tərəf yaxınlıq, dostluq, sədaqət, məhəbbət duyur. Əllərdən keçən yalnız bu hisslərmidir?40 il əvvəl məktəbli vaxümdan ayrıldığım bir yoldaş ilə yenidən görüşmək mənə qismət oldu. İndi o, ömrünü böyük şəhərlər tikintisinə sərf edən məşhur bir mühəndis idi. Onun da saçları ağarmış, hərəkəti ağırlaşmış, səsindən uşaqlıq, simasından gənclik əlaməti uçub getmişdi. Çöhrəsində mənalı cizgilər, qalın qırışlar əmələ gəlmişdi. Dostumun silah kimi bərk əlini ovcuma alıb, diqqətlə baxdım. Bu əlləri mən uşaqlıqda, zoğ kimi zərif vaxtında, qələm tutanda, aşıq atanda çox görmüşdüm. İndi isə xeyli böyüyən, bozaran əllər xəritə kimi çal-çarpaz xətlərlə örtülmüşdü.

Mir Jalal Pashayev19581 min
Mən də bakılıyam

– Nə əcəb?– Bu, nə sayaq olub?

Mir Jalal Pashayev19582 min
Xarici naxoşluq

Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir...Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.

Mir Jalal Pashayev19606 min
İlk hədiyyə

1Qəşəm kişi küsənərək deyirdi:

Mir Jalal Pashayev196010 min
Qocaların uşaq söhbəti

1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.

Mir Jalal Pashayev19608 min
Neçə cür salam var?

Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!

Mir Jalal Pashayev19604 min
O dünyada

Dayı malı şirin olur; çünki hazır, müftə! Yer qazıb, tər töküb qazanmamısan, daş atıb qolunu yormamısan. "Müftə sirkə baldan şirindir."Amma müftə mal zəhrimar özü də sirkə kimi bir şeydir. Onun da düşər-düşməzi olur. Elə adam var, bütün ömrünü havayı gəlir ilə yaşayır, ortada yeyib, düzdə gəzir, özünə də güldən ağır söz deyən olmur. Əksinə, hara getsən görürsən hərifi ağızdolusu tərifləyirlər: "Filankəs çox ağıllı adamdır, işini biləndir."

Mir Jalal Pashayev19609 min
Kəhərin son günləri

Bir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...

Mir Jalal Pashayev19601 min
Gənc şairin ərizəsi

Bu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.

Mir Jalal Pashayev19607 min
Ərəb qardaş

Bizlərdə ərəb deyildimi, çoxlarının təsəvvürünə qapqara, çalmalı, saqqallı, əbalı, ayaqyalın adam gəlir...Bəlkə Ərəbistan haqqındakı dini təfsir və nağılların, "Min bir gecələrin, "Yüz bir gündüz"lərin, müqəddəs kitab və bəzəmə səyahətnamələrin təsiridir ki, zehinlərdə ilişib qalıb.

Mir Jalal Pashayev196013 min
Ehtiram

Ağsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin gedirsən.Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur; enmək isə asan, ani və qüssəli olur.

Mir Jalal Pashayev19618 min
Mən zaminəm

Bir neçə cərgə boz kürsü düzülmüş böyük, uzun zalm axırındakı iri qapı cırıldadı, gödəkçəli, arıq kişi içəri girən kimi papağını əlinə aldı, zalı boş görüb sağa-sola döyükdü. Əvvəl ehmal, sonra qəti addımlarla lap başa, sədarət stolunun başmda oturanlara tərəf yeridi, salam verdi:– Sabahınız xeyir, yoldaş!

Mir Jalal Pashayev196112 min
Mənim vəfalı dostum

Hörmətli həkimlərimizə:*H.Veysova və B.Abbasovu*

Mir Jalal Pashayev19613 min
Şapalaq

İndi evdə, şəhər yerində, televizorun xarab olmağı çırağın sönməyindən pisdir. Çünki çıraq sönəndə adam şam yandırır, ya sobanın qabağına keçir, ya da özü, birtəhər, lampoçkaları, xətləri qurdalayıb düzəldir.Amma televizor elə deyil. Bu təzə, yaraşıqlı bir cihazdır ki, ustası ola gərək, hər adam baş çıxara bilmir. Çırağın başma az adam yığılır. Külfətin çoxu o yanda-bu yanda olur. Televizorun başma bütün külfət yığılır, hətta qonum-qonşudan da gələn olur. Hamı tamaşa görmək, təzə bir xəbər eşitmək istəyir.

Mir Jalal Pashayev19614 min
Rola girib

Beləsi iki cür olur. Biri teatrda yaxşı sənətkar, mahir aktyor!Biri də həyatda özünü böyük mövqedə olanlar arasında göstərmək iddiasında, meylində olanlar. Mən bunlardan birini tanıyıram. Heç bu tanışlığıma da peşman deyiləm. Çünki kişini görəndə ürəyim açılır. Vallah, başdan-ayağa tamaşadır. Teatrdan, kinodan, sirkdən, konsertdən artıq tamaşadır. Adama ləzzət verir, baxmaqdan doymursan.

Mir Jalal Pashayev19612 min
Sözün yeri var

Şəfiqə xanımla Şirin xanımın qonşuluq, dostluq münasibətləri təmiz, möhkəm və fərəhli idi. Hər ikisinin yeganə balası bir yaşda, bir boyda idi, bir bağçada tərbiyə alırdı. Analar görüşəndə, hər şeydən əvvəl, uşağın kefini soruşardılar:– Ziyafət necədir?

Mir Jalal Pashayev19615 min
Heykəl uçulanda

Mənəm-mənəm deyənlərin inanma çox da qovluna!*M.Ə.Sabir*

Mir Jalal Pashayev19626 min
Ay İsmayıl, başa sal!

Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?

Mir Jalal Pashayev19624 min
İki qız, bir oğlan

– Məktubunuza müfəssəl cavab almaq istəsəniz, vağzala gəlin. Ayın on dördündə saat dörddə Hökumət evinin qabağında görüşə bilərik!Əsəd dəstəyin şəbəkəsinə çox qışqırıb "alo", "alo" dedi, ancaq gec idi. Novella telefonu qoyub getmişdi.

Mir Jalal Pashayev19627 min
Yad adam

Mən bu idarəyə təzə gəlmişəm, özü də müdir gəlmişəm. Vəzifəm ağır, işim çox, məsuliyyətim də ki öz qaydası ilə.Onu yaxşı dərk eləmişəm ki, kollektiv ilə dil tapsam, hörmət qazansam, işçilər ilə insan kimi rəftar eləsəm, istədiyimə nail olacağam. İctimai tərbiyə, sağlam əxlaq yolunda öhdəmə düşənin öhdəsindən gələ biləcəyəm. Yox, əgər kollektivdə hörmətim olmasa, adamlara özümü sevdirə bilməsəm, vay mənim halıma.

Mir Jalal Pashayev19624 min
Radio qabağında

Ata ilə oğul nahardan sonra radio qabağında əyləşib verilişə qulaq asırdılar.Sükuta qərq olmuş evdə radio hakim qüvvə kimi səslənirdi. Deyəsən haradasa, şəhərin mərkəzində, ya ondan da çox uzaqlarda milyonlara xitab edib, inamla danışan natiq bu evdəkilərin diqqət və marağından xəbər tutmuşdu. Günün son, axşamın ilk xəbərlərini danışandan sonra diktorun səsi birdən ucaldı, ahəngi dəyişdi:

Mir Jalal Pashayev19622 min
El xadimləri

Taq-taq-taq...Gülər xala qapı döyəni bu səsdən tanıyırdı, yaşına uyğun olmayan bir cəldliklə qalxıb halqalı açarı götürər, qapıya yaxınlaşardı. Nazlı qonşusuna zəhmət verdiyinə görə xəcalət çəkər, sonra açarı alar, sağ ol eləyib gedərdi.

Mir Jalal Pashayev19625 min
Pillələr

(Oğrunun düşüncələri)*Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.

Mir Jalal Pashayev19623 min

Tags are assigned automatically from keywords and refined by editors.