Suleyman Rustam: Soviet era
Park şüarlarla bəzənmişdir. Bəzi ağaclardan paltar eskizləri və modelləri asılmışdır. Pərdə açılarkən rəqs edən gənclər səhnədən keçirlər. Qorxmazov alnının tərini silə-silə gəlir. Dilavər, Bayramalı və Dəmirov əl çala-çala onu təqib edirlər.*Qorxmazov**
Üçüncü pərdəQorxmazovun kabineti. Dəmirov başının altına kiçik bir yastıq qoyub uzanmışdır. Dəmirov əsnəyir, gərnəşir.*Dəmirov** (*yuxulu*)
Dördüncü pərdəQorxmazovun həyəti. Yaydır. Divardan telefon asılmışdır, əncir ağacından boks topları sallanmışdır. Həyətin ortasında quyu var. Pərdə açılarkən Dünyanın radioqəbuledici cihazla plastinka çaldırdığı görünür. Tez-tez telefon zəng vurur. Dünya gah priyomnika, gah telefona sarı gedir.*Dünya** (*dəstəyi götürür*)
Cənub dərdimDeyirdim ki, gələr gün dincələr artıq bir az dərdim,Xəbər gəldi Cənubdan, ah, alovlandı bu yaz dərdim!
Cənublu gözələSən gözəllər gözəlisən gözəllərin arasında,Qoy üzməsin yelkənimiz ayrılığın dəryasında.
Cəfəri yad edərkənBu torpağın gözü acdır, nə versələr yeyəcək,O hər zaman dil açıb mən acam, acam deyəcək.
LaylaBir komada balasına layla çalır bir ana,Dərdlərini sanki bir-bir yada salır bir ana.
Bir məktəbin qapısındaBir məktəb binasının keçərkən qabağındanQəribə bir lövhənin şahidi oldum yenə.
Təbrizli qızİllərdir dağda, daşda, gəzirəm həsrətinlə,Məni quca bilməyib ayrılığın qolları.
Səbuhini düşünərkənÖz masamın arxasında narahatam yenə mən,Şair kimi Səbuhini düşünürəm səhərdən.
Xəyalımda Mirzə Fətəli canlandıVətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər.İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.
Vladimir MayakovskiSovet poeziyasının ən görkəmli nümayəndəsi Vladimir Mayakovski ilə gənclik illərində tanış olmağımla həmişə iftixar etmişəm. Çünki şəxsən Mayakovski ilə görüşüm və əsərlərilə yaxından tanışlığım mənim yaradıcılıq həyatıma xeyirxah təsir buraxmışdır. İllər ötdükcə Mayakovskinin əvəzedilməz, təkrarolunmaz, inqilabi poeziyası mənə daha qiymətli, daha canlı, daha yaxın görünür.Mən istərdim ki, Mayakovski kimi böyük ədəbi simalar haqqında xatirə yazarkən təhriflərə, uydurmalara yol verilməsin. Təəssüf ki, bəzən belə yazılara rast gəlirik.
Köçürə biləydilərDeyirəm nə olaydı cənublu qardaşıma,Mənim həyat suyumdan içirə biləydilər.
Şair Səhəndə cavabYaradan əlini sıx Süleymanın,*O, el dərdi bilən yüksək insanın.*
Mikayıl MüşfiqYaxın qələm dostu haqqında vəfatından sonra söz demək dost üçün çox ağır olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə baxan, gülümsəyən bir şair haqqında.Mikayıl Müşfiqin yaxın dostlarından biri də mən idim. Sağlığında bu dostluğun 12 il, indi isə 40 ildən artıq bir tarixi vardır. Tanış olduğumuz zaman Müşfiqin 18 yaşı olardı. Bizim gənclik illərimiz çox qaynar bir dövrdə keçdi. Qızıl qələmlər ittifaqı sıralarına Müşfiq Sabir kitabxanası yanındakı ədəbi dərnəkdən gəldi. Bu gəlişə hamımız sevindik. Demək olar ki, o vaxt kitabxanaların və məktəblərin hamısında ədəbiyyat dərnəkləri fəaliyyət göstərirdi. Bu dərnəklərdə istedadlı gənclər az deyildi. Biz şəhərimizdəki kitabxanaları, məktəbləri gəzib böyük maraqla divar qəzetlərindəki ədəbi parçaları nəzərdən keçirərdik. Həmin yazılar haqqında “Gənc işçi”də məqalələr yazardıq. Bu ədəbi parçaların müzakirəsini keçirərdik. İstedadlıları qızıl qələmlər ittifaqına cəlb edərdik.
Mikayıl RəfiliYorğunluq nədir bilməyən bu adam bizim ədəbiyyatımız üçün az iş görməmişdir. Mikayılın ədəbi fəaliyyəti təqdirəlayiq bir fədakarlıqdır. Bəli, Mikayıl Rəfili böyük alim idi. O, alim kimi yüzlərlə gəncin gələcəkdə elmi rütbə qazanması üçün çox xeyirxah zəhmət çəkmişdir. Mikayıl yüksək mədəniyyətə, biliyə malik bir şəxsiyyətdi. O, çox qaynar bir həyat sürdü. Mikayıl həmişə hərəkətdəydi, mənə elə gəlir ki, dünya ədəbiyyatı xəzinəsinin elə bir nadir incisi tapılmazdı ki, Mikayıl onu bilməmiş olaydı. Özünün çox zəngin bir kitabxanası vardı ki, vaxtilə çoxumuz oradakı kitablardan az istifadə etməmişik. O, dostluqda möhkəm və səmimi idi. Şairliyinə gəldikdə, onun bir sıra dəyərli, səmimi, obrazlı dillə yazılmış şeirləri vardır ki, onlar indi də öz mahiyyətini, təravətini itirməmişdir.Dünya klassiklərindən etdiyi müvəffəqiyyətli tərcümələr, teatr tamaşalarına yazdığı məqalələr də olduqca diqqətə şayandır. Çoxumuz onunla uzun illər dostluq etmiş və bir süfrədə duz-çörək kəsmişik.
Əzim ƏzimzadəƏzim Əzimzadə təsviri incəsənətin yüksək zirvələrində özünə əbədi yer tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır.Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir.
Nazim Hikmət“Düşünən beyni Moskvaysa ölkəmizin,Təzə qan dağıdan qəlbidir Bakı!”
Tags are assigned automatically from keywords and refined by editors.