Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.
Ağacı Qurd İçindən YeyərBir neçə ay əvvəl Rusiya müsəlmanları bir xeyli qeyrət və hərə-kətə gələn kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək istədilər. Hər tərəfdən hay-huy qopdu. Hər yanda qulaqlarımız “islah-reforma” sözlərilə doldu. Yaralarımıza məlhəm vurulacaq sandıq. Zəif vücudumuza qüvvət gələcək xəyal etdik. Hər qəlbdə bir fərəh, bir ümid oyandı. Hər başda tazə bir çiçək açılacaq kimi oldu. Her səmtdə bir təlaş, hər kəsdə haldan narazılıq görünürdü. Hər əhəmiyyətli, bilikli müsəlmanda millətinin dərdinə çatmaq, qayil qardaşlarının qeydinə qalmaq kimi böyük-böyük fəzilətlər, böyüklüklər büruz etdi. Hər yandan millət vəkillərimiz böyük şəhərlərə toplandılar. Bitməz, tükənməz dərdlərini, dala qalmalarının səbəblərini, həqir, fəqir olmaqlarının baislərini axtardılar. Dərdləşdilər, hətta uzun-uzadı mübahisələr, münaqişələr etdilər. Böyük zəhmətlər ilə, uzun diqqətlər ilə millətin naxoş və zəif vücudunu müayinə etdilər. Hər həmiyyətli, bilikli həkimlər kimi millətin ehtiyaclarım, qara dərdlərini ağ kağızlara köçürdülər. Məlhəm verilmək üçün uzun-uzadı reseptlər, ərzi-hallar yazdılar. O yazılan məlhəmləri almaq üçün yolun uzaqlığına, zəhmətinə baxmadılar. Peterburqa qədər getdilər. Ərzi-hallarını dövlət şurasına dövlət kişilərinə verdilər. Bununla da kifayət etmədilər dərdlərini, istədiklərini paytaxt qəzetinə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə görüşdülər. Zərurətlərini, dərdlərini, dil ile də bəyan etdilər. Sonra? Sonra nə olacaq?“Biz istəklərinizə baxarıq, özgə millətlər ilə hallarınızı bir etməyə mümkün qədər çalışarıq…”cavabını aldılar. Yerlərinə sağ və salim qayıtdılar. İndi onlar ilə bərabər müsəlman camaatı verilən ərzi-halların, alınan vədlərin xeyirli nəticələrini gözləyirik. Bəli, biz döqeyri-məzhəb – rus təbəəsinə verilən hüquq ve müsaideleri gözləyirik. Biz də bu mədəniyyət, İnsaniyyət əsrində her xüsusda mədəni insanlar cərgəsinə qoyulacağımızı gözləyir. Bəli, hamımız gözləyirik. Abrazovannımız, alimimiz, ruhanimiz, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəkət, işinin dalına, peşinə getmək yox. Guya Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar verməklə hamı borcumuzu, işimizi qurtarmış hesab edirik. Aman, nə yaman xəsiyyətimiz var. Bir işin, bir tədbirin sifdəsində cuşə gəlirik, bant kimi alovlanırıq, göylərə qalxırıq. Lakin çox keçməyir ki, yenə sükutlaşırıq. Yenə sönürük. Yenə diblərə enirik. Xüsusi işlərimiz kimi ümumi işlərimizi də “Allah kərim” quyusunun lap derin yerinə tullayırıq. İştə bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən ərzi-hallardakı bəzi istəklərimizə acı-acı cavablar alırıq da, xeyrimiz belə olmayır.
Balaca mütəfərriqələr 42– ...Vallah, qardaş, çığırmaqla, yalvarmaqla, nalə etməklə bizi xabi-qəflətdən ayıltmaq mümkün deyil... Min illərcə yaxşı vəzlər, axır zamanlarda şairlərimizin, mühərrirlərimizin nalələri onlara əsər etməyib. Sən bir qərib, bixəbər dərviş nə edə bilərsən? Qardaş, bu bir çətin məsələdir, bizim kimi adamların işi deyil, atam...– Kərbəlayı! Qardaşım! Mən neyləyim belə öküz kimi, gomuş kimi ömr keçirməyi bacarmıram. Hal-hazırımız ciyərimi odlayır, vallah, tab gətirə bilmirəm... Buyurursunuz danışma! Necə danışmayım, ay qardaş? Belə mənim qabaqda gələn övladımıza rəhmim gəlir. Belə biixtiyar danışıram... Danışmaya bilmərəm. Elə, bax, götür darülfünunları, ali məktəbləri qurtarıb bizim şəhərimizə təşrif gətirən bəzi cavanlarımızı.
ZəncirZəncir, kəndir, noxda, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötru ki, heyvanı özbaşına qoymaq olmaz. İti zəncir ilə bağlamasan adamı qapar, malı kəndir ilə bağlamasan çıxıb gedər çölə, öküzün boynuna boyunduruğu qoymasan kotanı çəkməz, atı cilovlamasan qaçar, – xülasə, bunlar haması lazımdır, ondan ötrü ki, heyvanı özbaşına qoymaq olmaz.Və insanın heyvanlar ilə bu cür rəftarı heyvanlara naxoş gəlmir, çünki heyvanlar buna adət ediblər; amma bunun əsl səbəbi də budur ki, heyvanların ağlı yoxdur, əgər heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb sahiblərinə deyərlər: nə haqq ilə siz bizim azadlığımızı əlimizdən alırsınız və sahibləri çox artıq-əskik danışsalarheyvanlar bir dəqiqənin içində zənciri, kəndiri, noxtanı yolar, boyunduruğu və cilovu (gəmi) qırıb hərəsi dağılıb gedər bir tərəfə.
Töhfeyi-Sami, bölmə 157عنایت الله نام دارد اصفهانی است و طبعی تخلص میکند و در اکثر علوم وقوفی دارد مردی است خوش صحبت و آدمی است خوش طینت این دو مطلع از اوست :بلاست نخل قد فتنه بار یار نه قامت
Ordan-burdan 110Tarixdə vardır ki, qədim yunan filosoflarından “dəli filosof” adında bir şəxs özünə bir “şöhrət” qazanmaq üçün bir gün götürüb, ən gözəl və cəsim bir ibadətgaha od vurub yandırmışdı.İndi “Tazə həyat” rəfiqimiz də “məzəlilik” üçün “Keyfi gələndə” ağzına gələni götürüb yazan “Birisi” yoldaşımız, dəxi, özünə əbədi bir ad qoyub getmək üçün istəyir ki, müsəlmanların arasına iğtişaş salıb, allah-allahilə öyrədilən dayın quyruğu altına tikan qoysun. Bir kəlmə, istəyir ki, lotuluğa salıb, xalqı girə versin.
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
Doqquz ay keçmiş– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?
ZiyarətSen deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”. Hə, sen hər şeyi eşidirsən? Eylədə de görüm, eşidibsənmi menim nəvəm Gullünün əhvalatını? Heç eşitməyibsən? Eylədə necə də deyirsən ki, “mənim qulağım var”.Bir gün oturmuşdum. Nəvəm Güllü ağlaya-ağlaya gəldi yanıma ki, “ay nənə, atam məni istəyir versin bir lotu, piyan adama. Amma men getmək istəmirəm”. Haman saat çarşabı başıma alıb qaçdım yeznəmgile ve başladım nəsihətə ki, “ay Allahın bəlasına gəlmiş, yazıq gül kimi qızı necə heyfin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən…”
Balaca mütəfərriqələr 48– Kərbəlayı, doğru buyurursan, keçən vaxtlar mən də bazara, dükan qabağına çıxıb yanıqlı qəsidələr oxuyurdum. Camaat yığılırdı başıma, mən də səslənirdim:Qonşu köçdü, biz qaldıq,
ÖlülərQabaqca bir neçə sözBu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik; amma gərək danışmayaydıq. Ondan ötrü ki, bir yandan abunə elanı yazırıq ki, bizim jurnalımıza təzə il üçün abunə olsunlar və bizə pul göndərsinlər, bir yandan da başlamışıq müsəlmanlara sataşmağa. Söz yox, heç bir molla belə eləməz ki, biz eləyirik. Məsələn, qaydaya və adətə baxsaq, gərək abunə elanının altında biz belə bir dua eləyəydik:
Töhfeyi-Sami, bölmə 166در خوش طبعی بی نظیر و در ملایی و انشاء دلپذیر بود بعد از قتل میرزا شاه حسین مذکور منصب وزارت صاحبقرانی مغفور بدو قرارگرفت و تا آخر ایام حیات آن حضرت روزی چند وزارت صاحبقران دخل کرد اما هم در آن اوان به اغوای دیو سلطان که وکیل آنحضرت بود گرفتار شده بعد از چند روز او را در بوریا پیچیده سوختند و کان ذالک فی شهور سنه ثلاثین و تسعمایه گویند در محلی که او را میسوختند این بیت میخواند :گرفتم خانه در کوی بلا، بر من گرفت آتش
Müdhiş etirazBu gün dünyada bir yer yoxdur ki, oradan iğtişaş sədası, şuriş səsi gəlməsin. Demək olar ki, yaşadığımız bu XX əsrdə bütün dünya ümumi bir qələyan, hərcayi bir həyəcan içində titrəməkdədir.Ən mədəni tayfalardan başlamış, ən vəhşilərə kimi, bu gün hamı şuriş və iğtişaşa sarılıb mübarizə edir və bu günə kimi ümumi sükunəti xələldar edirlər.
XLVDünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Məzlum ən böyük zalimdirDünən Şəkidən, möhtərəm yoldaşımdan aldığım məktub pərişan ürəyimi bir qat daha pərişan etdi. Məni pərişan edən yalnız hökumətin zülmü deyil, o zülmə, o həqarətə boyun əyən camaat halətidir.Şəkinin birinci üsuli-cədidə məscid məktəbi hamıya məlum olsun gərək. Bu məktəb camaatın ixtiyarında, camaatın həmiyyətilə bir neçə il gözəl davam etdi. Faydalı səmərələr verdi. Bir az sonra hər nədənsə camaatın bəziləri yanlış bir fikrə düşdülər: məktəbi, o millət ocağını və istiqbal ümidgahını hökumətin ixtiyarına, xasiyyətləri məlum bir para qulluqçuların əlinə verməyə çalışdılar. Biçarələr elə güman edirdilər ki, hökumət idarəsi bizə camaat idarəsindən daha nəfli olacaqdır. Binəvalar elə xəyal edirdilər ki, hökumət bizə gerçəkdən atalıq edib, bizim dərdimizə qalacaqdır. Halbuki yazıqlar daha ondan bixəbər idilər ki, öz ixtiyarlarını, öz haqlarını öz əllərilə bir para zalımların, rəhmsizlərin pəncələrinə verib, məktəbi bünövrəsindən yıxmağa özləri səbəb olurdular.
Balaca mütəfərriqələr 49...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri.Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu...
MikroblarElə həmin sözlərdir ki, eşidirik.Hər bir qəzeti əlimizə alsaq, görəcəyik ki, elə həmin sözlərdir ki, ha eşidirik; məsələn, hər bir rastımıza gələn qəzeti açıb oxuyaq:
Töhfeyi-Sami, bölmə 167از طایفه دیالمه اند و از اکابر قزوین و خود را از نسل مالک اشتر میدانند و ملک مذکور در اوایل به وزارت سلطان یعقوب اشتغال مینمود بعد از آن به خدمت صاحبقرانی مغفور سرافراز شد و قامتش را بخلعت جلیل القدر منصب مزبور بیاراستند بسیار کریم الأخلاق و نیکو نهاد بود و زیاده از حد خلیق و متواضع با بزرگان ببنوت و با خردان بطریق ابوت معاش میکرده فضایلش بیش از حد تقریر و تحریر و لئالی نظمش از سر حد تعریف و توصیف متجاوز . این مطلع مشهور از اوست :بعد از وفات خاک وجودم سبو کنید
İanə təqsimiDumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində Ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc tərzində verilməyib, Qafqaz zərərdidələrinə bilkülliyə bağışlanacaqdır.İmdi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz ermənimüsəlman zərərdidələri arasında necə təqsim etmək lazım gəlir?
Millətpərvər intelligentQiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir.Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona?
Qibleyi-aləmin xalısıŞəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.
SöhbətBir gimnaziya mütəəlliməsi ilə şəriət müəllimi arasında M ü t ə ə ll i m ə. Müəllim əfəndi, görünüz nə xoşbəxtik ki, bizim də “İşıq” qəzetimiz var. Bundan sonra hər ixtiyarımızı, hər hüququmuzu istəyəcəyik. Razı olmayacayıq dəxi kişilərin kefmə əsir olaq. “İşıq”ın çıxmağına dünyalar qədər sevinirəm. Sağ olsun Xədicə xanım!Müəllim. Ha, ha, ha! Öz başınızasınız ki, istədiyinizi edəsiniz. Bax, Xədicə xanım 3-cü nömrədə nə yazır: “Biz şəriəti-islamiyyə miivafıq əməl etmək arzu edirik”. Madam ki, şəriətə müvafiq əməl istəyirsiniz, o vaxt kef genə bizimdir.
Balaca mütəfərriqələr 52Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana...– Mövlayi-mən!
Murdarİrəvan şəhərinin yavıqlığında Toxmaxangöl adlı müsəlman kəndinin dağılmaq xəbərini “Zaqafqaziya” qəzetində oxuduq.Əhvalat belədir ki, otuz il bundan qabaq bir neçə müsəlman, şəhər yerini icarəyə götürüb, başlayıblar əkinçiliklə güzəran eləməyə və həmin yerdə dam-daş tikdirib, bir balaca kənd salıblar. İndi şəhər idarəsi müsəlmanlara deyir ki, “çəkilin gedin buradan!”. Kəndlilər soruşurlar ki, “biz ki, icarə pulunu tamam-kamal veririk, nədir bizim günahımız ki, bizi kəndimizdən qovursunuz?”. Şəhər idarəsi cavab verir ki, “kefimiz belə istəyir”. Müsəlmanlar möhlət istəyirlər ki, özlərinə bir özgə yer tapsınlar və evlərini öz əllərilə söküb dirək-pərdilərini və akoşkalarını çıxardıb aparsınlar. İdarə möhlət vermir və bir neçə gün bundan qabaq bir dəstə adam göndərib kəndi dağıdır.
Töhfeyi-Sami, bölmə 177ولد شاه عنایت الله دیلمی بود در سنه خمس و خمسین و تسعمایه وفات یافت این بیت از اوست :کشیده اشک برویم ز روی دیده خطی
Ordan-burdan 115Kazan qəzetələri bu məzmunda şey yazırlar:“Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər”.
Tazə xəbərlər«Tərcüman»da yazıldığına görə Almaniya və Fransa ərbab-hünəri bir çox vaxtdır «hava əskərləri» çıxarmaq niyyətindədirlər. Bunu eşidib İran və Osmanlı hökumətləri də çox fikirdən sonra bir neçə firqə «yeraltı əskəri» pərkarlayırlar. Ona cəhət Mərənd, Təbriz və Xoyda olan kənkanlar —quyuqazanlar cümləsi tüfəng altına çağırıldı.Bizə yazıldığına görə Urmi şəhərində bu barədə bir darülfünun bina edildi. Türkiyə tərəfindən İran sərhəd məsələsindən ötəri sərhəddə yığılan əskərlərin cümləsi haman darülfünunda məccanən təhsil edəcəklər imiş.
Müsəlman arvadının sərgüzəşti«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.
Bir Nəçə Günlüyə( Zövci-axər məsələsi)Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəbalar söyləyəcək. Amma indi nə görürük? İndi görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşmüyüb deyirlər ki, “Molla Nəsrəddin şəriəti istehza edir”.Dəxi hu barədə heç kəs ilə bizim işimiz yoxdur. Heç bir kəsə biz sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf sahibləri qulaq assınlar. Biz bunu demişik ki və yenə deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdimənd kimi gedib övrəti tazə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan bir mərrə uzaq və şəriətdən kənar bir işdir.